Məhkəmə qərarları › İş №2-1(114)-1927/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1927/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1927/2020 27.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X7rşı A N:078400 saylı (kod: **********437) torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi və ünvan 1 ünvanında 506,24 kv.m torpaq sahəsinin mülkiyyətçisi X4 adının qeyd edilməsinə dair səhvin düzəldilərək, onun adının göstərilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X11 həvalə edilməsi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonar mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X11 (bundan sonar mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi üçün tərtib edilmiş A № 078400 nömrəli (kod: 6**********437 olan) torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi və ünvan 1 ünvanında olan 506.24 m2 torpaq sahəsinin mülkiyyətçisi X4 adının qeyd edilməsinə dair səhvin düzəldilərək onun adının göstərilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon X9 İcrayyə Komitəsinin xx.xx.1988-ci il tarixli 17 nömrəli qərarı ilə yaradılmış komissiyanın xx.xx.1989-cu il tarixli 04 nömrəli qərarına əsasən Bərdə şəhər sakini X6 xx.xx.1989-cu il tarixli təhkim aktı ilə Bərdə şəhəri, Bakı küçəsi, 4-cü paralel 18-də (hazırda ünvan 1 ünvanı) 500 m2 həyətyanı torpaq sahəsi təhkim edilmişdir. Bərdə rayon 1 nömrəli notariat kontorunun xx.xx.1992-ci il tarixli 1d-249 reyestr nömrəsilə X8 ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən o X6 məxsus olan ünvan 3 ünvanında olan 500 m2 torpaq sahəsində yerləşən 4 (dörd) otaqdan ibarət yarımçıq evi almış, yaşayış məntəqəsi təyinatlı torpaq sahəsini yarımçıq evlə birlikdə aldıqdan sonra torpaq sahəsi onun sahiblik, istifadəsində olsada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi tərəfindən həmin evin yerləşdiyi torpaq sahəsinin plan və ölçüsü tərtib edilərkən səhvən Bərdə rayon X1 xx.xx.2006-cı il tarixli 06 saylı qərarına əsasən fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi üçün tərtib edilmiş A № 078400 nömrəli (kod: 6**********437 olan) torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan 506.24 m2 torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X4 adı qeyd edilmişdir. ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və yaşayış evi üzərində mülkiyyət hüquqlarını qeydiyyatdan keçirmək istəyərkən həmin səhv problemlərə səbəb olmuş və o hüquq əldə edə bilməmişdir. Ona görədə torpaq sahəsinin plan və ölçüsündə qeyd edilmiş səhvi düzəltmək üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********23 nömrəli məktubunda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin plan və ölçü sənədinin hansı səbəbdən ləğv edilərək X4 adına işlənib hazırlanmasının onlara məlum olmadığı, həmin sənədin ləğv edilməsinin cavabdehin səlahiyyətinə aid olmaması, sözügedən torpaq sahəsi ilə bağlı pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməsi izah edilmişdir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və X1 qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, plan və ölçü sənədlərinin hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Həmin ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin plan və ölçü sənədinin hansı səbəbdən ləğv edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi tərəfindən X4 adına işlənib hazırlanması onlara məlum deyil və həmin sənədin ləğv edilməsi cavabdehin səlahiyyəti xaricindədir. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini Bərdə rayon XDS İcrayyə Komitəsinin xx.xx.1989-cu il tarixli təhkim aktı, xx.xx.1992-ci il tarixli alqı-satqı müqaviləsi, xx.xx.2011ci il tarixli A № 078400 nömrəli (kod: 6**********437 olan) Torpaq sahəsinin planı və ölçüsü və cavabdehin xx.xx.2020-ci il tarixli **********23 nömrəli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. Göründüyü kimi iddia tələbi iki hissədən, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsindən və səhvin düzəldilməsindən ibarətdir. İşin faktiki hallarından görünür ki, Bərdə rayon XDS İcrayyə Komitəsinin xx.xx.1988ci il tarixli 17 nömrəli qərarı ilə yaradılmış komissiya tərəfindən Bakı küçəsi, dördüncü paralel küçəsi 18 (500 m2) xx.xx.1989-cu il tarixli təhkim aktına əsasən X6 təhkim edilmişdir. İş materiallarına əlavə edilmiş A № 078400 nömrəli (kod: 6**********437 olan) torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Bərdə rayon İslahat Komissiyasının xx.xx.2006cı il tarixli 06 nömrəli qərarı ilə 506.24 m2 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi X4 adına verilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli **********23 nömrəli məktubunda Bərdə rayon X1 xx.xx.2006-cı il tarixli 06 saylı qərarına əsasən fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş A № 078400 nömrəli (kod: 6**********437 olan) torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan 506.24 m2 torpaq sahəsinin mülkiyyətçisi X4 adı qeyd edilmişdir. Lakin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin plan və ölçü sənədinin hansı səbəbdən ləğv edilərək X4 adına işlənib hazırlanmasının onlara məlum olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.1992-ci il tarixdə Bərdə rayon 1 nömrəli notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi ilə müəyyən edilmişdir ki, İddiaçı X3 ünvan 3 ünvanında 500 m2 torpaq sahəsində yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında əldə etmiş və həmin vaxtdan onun həmin ev üzərində sahiblik və istifadə hüquqları yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (Qanunun 2.2-ci maddəsi). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinin tələblərinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı qeydiyyatı üçün əsas hesab olunur. - Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir (Qanunun 16.1-ci maddəsi). - Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır (Qanunun 16.2-ci maddəsi). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.29-cu bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdehin xidməti vəzifələrinə aid edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X4 adına tərtib olunmuş A№078400 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv olunub öz adına tərtib olunmasını tələb etməkdə haqlıdır. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X4 adına tərtib olunmuş A № 078400 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi ləğv olunsun. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X10 üzərinə ünvan 1 ünvanında yerləşən 506.24 m2 torpaq sahəsinin planı və ölçüsü sənədinin İddiaçı adına tərtib edilməsi öhdəliyi qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar