Məhkəmə qərarları › İş №2-1(114)-1927/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1927/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1927/2022 03.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi (əri) İddiaçı iştirakı ilə, İddiaçı X1 cavabdeh "xxxx" ASC-nin X7 Təchizatı və Satış İdarəsinin X3rşı transformator məntəqəsinin cavabdehin hesabına kənarlaşdırılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-nin X7 Təchizatı və Satış İdarəsinin X3rşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, fərdi yaşayış evləri ilə ara məsafəsi 1 metr olan, həyati təhlükə yaradan qanuna zidd olan, X4 məxsus ***-**-** transformator məntəqəsini şəmkir bələdiyyəsinin məktubunda göstərdiyi yerə və yaxud digər sahəyə cavabdehin vəsaiti hesabına kənarlaşdırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli Sərəncam vasitəsilə lazımi hüquqi yardım göstərildikdən sonra X1 iddiaçı qismində göstərildiyi iddia ərizəsi təqdim edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə X4 məxsus ***-**-** saylı transformator məntəqəsinin ara məsafəsi bir metrdir. X5 tərəfindən (Az DTN2.6-1) 9.13-cü maddəsi, Beynəlxalq və Milli standartların, təhlükəsizlik qaydalarının tələbləri kobud pozulmuşdur. Qüsurun aradan qaldırılması üçün X4 çoxsaylı şifahi və yazılı çoxsaylı müraciət etsə də qurum qüsuru aradan qaldırmır. Həmin ərazidə subartezian quyusu və onun supaylayıcı şəbəkəsi yerləşdiyindən ətraf ərazi rütubətli, gölməçəli olur. Bu səbədən evin həyətində zəyif tok vurma halı da olmuşdur. Bundan əlavə transformatorun ilboyu fasiləsiz uğultu səsinin sinir sisteminə mənfi təsiri, gözlə görünməyən elektro - maqnit dalğalarının xərçəng xəstəliyi riskinə aid olması ailə üçün potensial təhlükədir. Evə aid daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış var və ərazidə transformatoru qanuna uyğun yerləşdirmək üçün kifayət qədər boş sahələr mövcuddur. X6 həmin sahələrdən birinin transformatorun texniki təhlükəsizlik zonası olmasını bildirir, qurğunu həmin sahənin mərkəzinə köçürülməsinə etiraz etmir. "xxxx" ASC qüsuru aradan qaldırmaq üçün X4 göstəriş vermişdir. Həm də əraziyə Şəmkir rayonu Gigiyena və Epidemiologiya mərkəzi baxış keçirmiş və təhlükəli vəziyyətə görə qüsuru aradan qaldırmağa görə göstəriş vermişdir. Lakin X5 sonuncu – yəni, xx.xx.2022 tarixli müraciətə yenə də məhəl qoymamış, qanunun aliliyini təmin etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehə hazırki şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - surəti işə əlavə edilmiş X10 Təchizat Satış İdarəsinin 01/303 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, həmin ərazdə müvafiq torpaq sahəsi olmadığı üçün 35/10 kV Şəmkir ll y/st-dan çıxan, 10kV 6-cı Şəhər hava xəttindən qidalanan ******* inventar nömrəli 63 kVA TM-in yerinin dəyişdirilməsi mümkün deyildir. -surəti işə əlavə edilmiş Şəmkir Bələdiyyəsinin 4/419 nömrəli, xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin cənub tərəfində olan sahə bələdiyyə mülkiyyətinə aid olmaqla bərabər həmin sahə 630 kva gücündə olan transformatorun, sanitar, texniki təhlükəsizlik mühafizə sahəsi üçün nəzərdə tutulmuşdur. Eyni zamanda həmin ərazidə subarteiziyan quyusu və onun supaylayıcı şəbəkəsi yerləşir, Ərazi heç bir fiziki və hüquqi şəxsə məxsus deyil və başqa təyinat üçün istifadə edilə bilməz. Sözügedən transformatorun (504-00-88 saylı) həmin sahənin mərkəzinə köçürülməsinə bələdiyyə etiraz etmir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəmkir Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 135 nömrəli, xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, həmin ünvanda sanitar - gigiyenik müayinə baxış keçirilmişdir. Müayinə zamanı aşkar olunmuşdur ki, transformator və çılpaq elektrik xətti yaşayış evinin yaxınlığında olması insan sağlamlığına təsir edən amildir. Ona görə də lazımi sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün Şəmkir rayon Elektrik Şəbəkəsinə rəsmi qaydada məktub göndərilmişdir. -surəti işə əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 02/12-15/l/7486 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin yaxınlığında yerləşən Transformator məntəqəsinin kənara çəkilməsi barədə aidiyyəti üzrə göstəriş verilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 Filialının xx.xx.2019-cu il tarixli, 23/27-2-024 nömrəli məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Energetika Nazirliyinə ünvanladığı müraciətləri ilə əlaqədar olaraq evinin yaxınlığında yerləşən 35/10 kV-luq "Şəmkir-2" y/sdan çıxan 10 kV-luq "6-cı Şəhər" h/x-dən qidalanan X5nin balansında olan ******* inventar nömrəli 630 kVA transformator məntəqəsinin yeni müasir tipli KTM ilə əvəz edilməsi barədə Qərb RETSl-nin Şəmkir EŞ-nə Tovuz Filialı tərəfindən göstəriş verilmişdir. Şəmkir EŞ-si qeyd edilən transformator məntəqəsinin yeni tipli KTM ilə əvəz edilməsi barədə aidiyyatı üzrə müraciət etməsini və KTM ayrıldıqdan sonra onun qeyd edilən ünvanda quraşdırılacağı bildirilmişdir. -surəti işə əlavə edilmiş Şəmki Rayon İcra Hakimiyyəti başçısının Aparatının 9- 27/456 nömrəli, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin yaxınlığında yerləşən Şəmkir EŞ-nə məxsus 630 kVA transformator məntəqəsinin yerinin dəyişdirilməsinə etiraz edilmir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin yanında 35/10 kV Şəmkir ll y/st-dan çıxan, 10kV 6-cı Şəhər hava xəttindən qidalanan ******* inventar nömrəli 63 kVA TM yerləşdirilmiş, iddiaçı cavabdeh orqana sözügedən transformator məntəqəsinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət etsə də, sonuncu bundan həmin ərazidə müvafiq torpaq sahəsinin olmamasını əsas gətirərək imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 13. Mülkiyyət l. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ll. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. lll. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə Qaydalarına görə mühafizə zonası - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəklində minimal məsafələrdir. Həmin Qaydaların 2-ci bəndinə görə bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir. Həmin Qaydaların 3-cü bəndinin «b» yarımbəndinə əsasən mühafizə zonasıgərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri ilə ən yaxın binalar və qurğular, habelə ağaclar və başqa çoxillik bitkilər arasında Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş “Elektrik qurğularını qurma Qaydaları” ilə müəyyən edilmiş minimum yol verilən məsafələrdir. “Energetika haqqında” Qanunun 10-cu maddəsinə əsasən, Enerji qurğusunun fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf mühitə və ya insanların həyat və sağlamlığına müəyyən zərərli təsirin təhlükəsi yarandıqda müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə müəyyən edilmiş qaydada bu enerji qurğusunun istifadəsinin məhdudlaşdırılmasına və ya tam dayandırılmasına yönəlmiş tədbirlər həyata keçirmək hüququ vardır. “Elektroenergetika haqqında” Qanunun 12-ci maddəsinə əsasən, Elektroenergetika obyektlərinin yerləşdirilməsi üçün torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ayrılır. Elektroenergetika obyektlərinin yerləşdiyi ərazidə ətraf mühitin və əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mühafizə zonaları müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2019-cu il tarixli, 520 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın 2.5.2.29-cu maddəsinə əsasən, yağın təzyiqinin atılması qurğularının işləməsi, işlənmiş qaz borusundan yağın atılması (əgər mühafizənin təsirindən açılmayıbsa); transformatorda yanğının baş verməsi, yağqəbuledicidə yağ qalıqlarının alışması və yanğının mövcud vasitələrlə söndürülməsinin mümkünsüzlüyü, güclü yağ sızması yarandıqda, transformatorun (reaktorun) daxilində anormal, daim artan küy və ya kənar səslərin yaranması, insan həyatına təhlükə yarandıqda transformatorun (reaktorun) qəza açılması olmalıdır. Göründüyü kimi, cavabdeh orqan sözügedən transformatorun yerinin dəyişdirilməməsi səbəbi kimi həmin ərazidə müvafiq torpaq sahəsinin olmamasını əsas gətirsə də, Şəmkir Bələdiyyəsinin 4/419 nömrəli, xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin cənub tərəfindəki, bələdiyyə mülkiyyətində olan sahə transformatorun sanitar, texniki təhlükəsizlik mühafizə sahəsi üçün nəzərdə tutulmuşdur. Həmçinin Şəmki Rayon İcra Hakimiyyəti başçısının Aparatının, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 Filialının, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəmkir Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Şəmkir Bələdiyyəsinin, X10 Təchizat Satış İdarəsinin yuxarıda qeyd edilən məktublarının məğzindən də aydın olur ki sözügedən qurumlar həmin transformatorun başqa əraziyə köçürülməsinə etiraz etməmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, fərdi yaşayış evləri ilə ara məsafəsi 1 metr olan, həyati təhlükə yaradan X4 məxsus ***-**-** transformator məntəqəsinin iddiaçıya məxsus fərdi yaşayış evinin cənub tərəfində yerləşən bələdiyyə mülkiyyətində olan sahəyə köçürülməsi cavabdeh "xxxx" ASC-nin X7 Təchizatı və Satış İdarəsinin Şəmkir Elektrik Şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 68.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Şəmkir şəhəri, Şəmkir küçəsi, 189 nömrəli fərdi yaşayış evi ilə ara məsafəsi 1 metr olan, həyati təhlükə yaradan, X4 məxsus ***-**-** transformator məntəqəsinin iddiaçıya məxsus fərdi yaşayış evinin divarından ən azı 10 metr aralı olmaqla başqa sahəyə cavabdehin vəsaiti hesabına köçürülməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin X7 Təchizatı və Satış İdarəsinin Şəmkir Elektrik Şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar