Məhkəmə qərarları › İş №2-1(114)-193/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-193/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-193/2020 31.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Xüsusi X1rşı cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və prokurorluq orqanlarında işlədiyi müddətdə prokurorluq əməkdaşlarına verilən yardımlar, müavinətlər və pul təminatları hesablanmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisəyə məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Gəncə şəhəri Kəpəz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və prokurorluqda işlədiyi müddətdə prokurorluq əməkdaşlarına verilən yardımlar, müavinətlər və pul təminatları hesablanmaqla əmək pensiyasının yenidən hesablanması barədə qərar cıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəmənin dəftərxanasına ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Gəncə şəhəri Kəpəz rayon şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-193/2020 nömrəli qərardadı ilə cavadeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Gəncə şəhəri Kəpəz rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsi ilə əvəz edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, iddiaçı məhkəmə iclasına gəlmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsinin nümayəndəsi və vəkili X2 məhkəməyə xx.xx.2020-ci il tarixli vəsatət ünvanlayaraq işin ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamalı və iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İş üzrə iddiaçı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Xüsusi X1rşı iddia qaldırmışdır və cavabdeh orqanın yerləşdiyi ünvan Bakı şəhəri, Z.Bünyadov 43-dür. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən cavabdehin yerləşdiyi ərazi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Xüsusi X1rşı cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və prokurorluq orqanlarında işlədiyi müddətdə prokurorluq əməkdaşlarına verilən yardımlar, müavinətlər və pul təminatları hesablanmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar