Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1934/2021 26.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər X4 Hüquqi Şəxsin 2 nömrəli şəhər poliklinikasına qarşı ölüm haqqında tibbi şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Gəncə şəhər X4 Hüquqi Şəxsin 2 nömrəli şəhər poliklinikasına qarşı 02.09.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Cavadxan küçəsi (keçmiş Gəncə küçəsi), ev 197-də qeydiyyatda olan və yaşayan əri X5 30.06.2020-ci il tarixdə “qapalı kəllə beyin travması”diaqnozu ilə vəfat etmiş və Gəncə şəhər Şəhidlər Xiyabanı qəbirstanlığında dəfn olunmuşdur. Ərinin vəfatından sonra başı yas mərasiminə qarışdığı üçün vaxtında onun ölüm haqqında şəhadətnaməsini Qeydiyyat şöbəsindən ala bilməmişdir. Hal-hazırda ərinin adına olan avtomobili öz adına dəyişdirmək istəyir, ancaq ölüm haqqında şəhadətnaməsi olmadığı üçün həmin avtomobili öz adına dəyişdirə bilmir. Ərinin adına ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə dəfələrlə Gəncə şəhər Nizami Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş və E.Məmmədovun ölümünü təsdiq edən Gəncə şəhər 2 nömrəli şəhər poliklinikasının, TTTYS-nin baş həkiminin arayışlarını təqdim etsə də, buna baxmayaraq Qeydiyyat şöbəsi E.Məmmədovun ölüm haqqında akt qeydi Gəncə şəhər Nizami Rayon Qeydiyyat şöbəsində aşkar olunmadığı üçün və ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və “ölüm faktının müəyyən edilməsi” məqsədi ilə məhkəmə orqanına müraciət etməyi tövsiyə etmişdir. Gəncə şəhər Birləşmiş Xəstəxana “PHŞ”2 nömrəli şəhər poliklinikasının məktubundan görünür ki, 1958-ci il təvəllüdlü X5 30.06.2020-ci il tarixdə ölmüş və Gəncə şəhər Şəhidlər Xiyabanı qəbirstanlığında dəfn olunmuşdur. Ölüm şəhadətnaməsi verilməsinin müddəti ötdüyünə görə vermək məhkəmə qərarından sonra poliklinika tərəfindən icra oluna bilər. Bundan sonra “ölüm haqqında tibbi şəhadətnamənin” verilməsinə dair ərizə ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 07.06.2021-ci il tarixli 2(044)-1998/2021 saylı qərardadi ilə ərizənin qəbul etməkdən imtina edərək Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah etmişdir. Həmin qərardaddan şikayət etmiş və Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.07.2021-ci il tarixli, 2(104)-3032/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş üzrə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Odur ki, məcburiyyət qarşısında qalıb İnzibati məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərə 26 oktyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasına gəlmiş, cavabdeh orqan nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 Gəncə şəhər Birləmiş Xəstəxana PHŞ 2 nömrəli şəhər poliknikasının 25.02.2020-ci il tarixli, 327 nömrəli imtina məktubu; - Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin 05.04.2021-ci il tarixli, 05/Q-654 nömrəli və 10.03.2021-ci il tarixli, 05/Q-489 nömrəli məktubları; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Təcili və X3 Stansiyasının 09.02.2021-ci il tarixli, 275 nömrəli məlumatı; - 15.08.1981-ci il tarixli, İİ-ЖГ № 452795 nikah şəhadətnaməsinin surəti; - Nizami rayon Bələdiyyəsinin Dəfn və Mərasim Xidməti şöbəsinin 05.10.2021-ci il tarixli, 852 nömrəli arayışı; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia mahiyyəti üzrə əsaslıdır. İş materiallarının və məhkəmə sorğusu əsasında əldə edilmiş sənədləri araşdırarkən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin 10.03.2021-ci il tarixli, 05/Q-489 nömrəli və 05.04.2021-ci il tarixli, 05/Q-654 nömrəli məktublarında X2 ölümünün qeydə alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasına” təsdiq ediləsi haqqında qərarın № 145 -nın 8.5 maddəsinə əsasən ölüm faktı tibbi müəssisəsinin müvafiq sənədi ölüm haqqında tibbi şəhadətnamə (forma 106) ilə təsdiq edilməli, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edildiyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Təcili və X3 Stansiyasının 09.02.2021-ci il tarixli, 275 nömrəli məlumatında X2 30.06.2020-ci il tarixdə qapalı kəllə-beyin travması keçirməsi nəticəsində ölmüşdür. İş materiallarında olan Nizami rayon Bələdiyyəsinin Dəfn və Mərasim Xidməti şöbəsinin 05.10.2021-ci il tarixli, 852 nömrəli iddiaçıya təqdim olunmuş arayışda mərhum X2 01.07.2020-ci il tarixdə 4 nömrəli qəbirstanlıqda dəfn olunduğu qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 Gəncə şəhər Birləmiş Xəstəxana PHŞ 2 nömrəli şəhər poliknikasının 25.02.2020-ci il tarixli, 327 nömrəli imtina məktubunda 1958-ci il təvəllüdlü X2 30.06.2020-ci il tarixdə rəhmətə getdiyi və Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunduğu, amma ölüm şəhadətnaməsinin verilməsinin müddəti ötdüyünə görə məhkəmə qərarından sonra icra oluna biləcəyi qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Təcili və X3 Stansiyasının 09.02.2021-ci il tarixli, 275 nömrəli məlumatında 30.06.2020-ci il tarixdə “qapalı kəllə beyin tarvması” diaqnozu ilə vəfat etmiş Eldar Məmmədovun ölümünü təsdiq edən Gəncə şəhər 2 nömrəli şəhər poliknikasının TTTYS-nın baş həkimin arayışları iddiaçı tərəfindən qeydiyyat şöbəsinə təqdim olunmasına baxmayaraq ölüm haqqında tibbi şəhadətnamənin olmadığı əsas gətirilərək imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 03.07.2015-ci il tarixli, 52 nömrəli əmri ilə təsdiq olunmuş “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair təlimata 2-ci maddəsinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə” (bundan sonra şəhadətnamə) ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələri, stomatoloji istisna olmaqla (bundan sonra - ambulator tibb müəssisəsi), mülkiyyət formasından asılı olmayaraq bütün stasionar və ya sanator-kurort müalicəsi aparan tibb müəssisələri (bundan sonra-stasionar tibb müəssisəsi) və patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. İnsanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. Həmin Təlimatın 3-cü maddəsinə ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X3 Stansiyasının (bundan sonra - TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Həmin Təlimatın 9-cu maddəsinə əsasən şəhadətnamə 3 nüsxədə həkim (feldşer) tərəfindən doldurulur və tibb müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. Birinci nüsxə şəhadətnamə doldurulduğu gündən sonra 5 iş günü ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə təqdim olunmalıdır, ikincf nüsxə vəfat etmiş şəxsin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına və ya qanuni nümayəndələrinə verilir, üçüncü nüsxəsi isə onu verən tibb müəssisəsində saxlanılır. Şəhadətnaməni alan şəxs barədə məlumat, onun imzası və alınma tarixi şəhadətnamənin tibb müəssisəsində qalan nüsxəsində qeyd olunur. Şəhadətnamənin verilməsi üçün onu alan şəxs vəfat edənin və özünün şəxsiyyət vəsiqəsini və qohumluq əlaqəsini təsdiq edən sənədi təqdim etməlidir. Təlimatın 11-ci maddəsinə əsasən Tibb müəssisəsinin rəhbəri şəhadətnamələrin, o cümlədən onların dublikatlarının düzgün doldurulmasına nəzarət edir və onların uçotunu aparır. Təlimatın 12-ci maddəsinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4-cü maddəsinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X3 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquqmühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.7-ci maddəsinə əsasən Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X1 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. Həmin Qaydanın 4.8-ci maddəsinə əsasən şəhadətnamə həkim və ya feldşer tərəfindən doldurulur və tibb müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. Şəhadətnamə 3 (üç) nüsxədə tərtib olunur. Birinci nüsxə şəhadətnamə doldurulduğu gündən sonra 5 iş günü ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə təqdim olunmalıdır, ikinci nüsxə vəfat etmiş şəxsin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına verilir, üçüncü nüsxəsi isə onu verən tibb müəssisəsində saxlanılır. Şəhadətnaməni alan şəxs barədə məlumat, onun imzası və alınma tarixi şəhadətnamənin tibb müəssisəsində qalan nüsxəsində qeyd olunur. Şəhadətnamənin verilməsi üçün onu alan şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Qaydanın 5.2-ci maddəsinə əsasən tibb müəssisəsinin rəhbəri şəhadətnamələrin, o cümlədən onların dublikatlarının düzgün doldurulmasına nəzarət edir və onların qeydiyyatını aparır. Həmin Qaydanın 5.3-cü maddəsinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyatı şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 16-cı bəndinə əsasən Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, X2 30.06.2020-ci il tarixdə ölümü ilə bağlı ölüm haqqında tibbi şəhadətnamənin verilməsi vəzifəsi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 Gəncə şəhər X6 Hüquqi Şəxsin 2 nömrəli şəhər poliknikasının üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X2 30.06.2020-ci il tarixdə ölümü ilə bağlı ölüm haqqında tibbi şəhadətnamənin verilməsi vəzifəsi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 Gəncə şəhər X6 Hüquqi Şəxsin 2 nömrəli şəhər poliknikasının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1934/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1934/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver