Məhkəmə qərarları › İş №2-1(114)-1939/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1939/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1939/2025 29.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-ci il tarixli 370 nömrəli Xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı "Politravma (15.05.03) Sağ baldır sümüklərinin və sol budun ort 1/3-nin yerdəyişmiş qəlpəli qapalı sınıqlaına görə Q.A.İlizarov üsulu ilə ocaqdankənar osteosintezindən sonrakı vəziyyət,Döş qəfəsinin sağ yarısının qapalı küt travması.Sağ tərəfli hemopnevmotoraksa göə aparılmış sağ plevra boşluğunun drenajından sonrakı vəziyyət,sağ İİİ-İV-V-Vİ qabırğaların yerdəyişmiş sınıqlarından sonrakı bərkiməmiş sümük döyənəyi" diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifləri) X4” kimi müəyyənləşdirilmişdir. İddiaçı xx.xx.2003-cü il tarixdən etibarən sağ baldır sümüklərinin,sol bud sümüyünün,sağ İİİ-İV-İ-Vİ Diaqnozun qabırğaların q/düzgün bitişmiş sınığı.Torakosintez və osteosintez mətni:ə/sonrakı vəz.Adgeziv plevrit.Döş qəfəsinin deformasiyası.TÇ-İİ dər.Yerişin ciddi pozulması diaqnozu ilə ilkin olaraq bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdən etibarən Politravma:sağ baldır sümüklərinin,sol bud sümüyünün,sağ İİİ-İV-İ-Vİ qabırğaların q/düzgün bitişmiş sınığı.Torakosintez və osteosintez mətni:ə/sonrakı vəz.Adgeziv plevrit.Döş qəfəsinin deformasiyası.TÇ-İİ dər.Yerişin ciddi pozulması diaqnozu ilə təkrar olaraq bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2014-ci il tarixdən etibarən Politravma:sağ baldır sümüklərinin,sol bud sümüyünün,sağ İİİ-İV-İ-Vİ qabırğaların q/düzgün bitişmiş sınığı.Torakosintez və osteosintez mətni: ə/sonrakı vəz.Adgeziv plevrit.Döş qəfəsinin deformasiyası.TÇ-İİ dər.Yerişin ciddi pozulması diaqnozu ilə təkrar olaraq bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2015-cı il tarixdən etibarən Çoxsaylı dəqiqləşdirilməmiş sınıqlar.Sağ baldır,sol bud sümüklərinin İİİ-mətni: İV qabırğanın köhnə qeyri-düzgün bitişmiş sınığından sonrakı vəziyyət diaqnozu ilə təkrar olaraq bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən etibarən Çoxsaylı dəqiqləşdirilməmiş sınıqlar.Sağ baldır,sol bud sümüklərinin İİİ- İV qabırğanın köhnə qeyri-düzgün bitişmiş sınığından sonrakı vəziyyət diaqnozu ilə təkrar olaraq beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən etibarən Döş qəfəsinin qapalı küt travması, sağ tərəfli hemopnevmotoraks, İİİ-İV qabırğaların yerdəyişən sınıqlarından sonrakı vəziyyət (2003). Sol bud mətni- sümüyünün bitişmiş sınığı. Sol diz oynağının artrozu. Sol diz oynağının açıcı konturakturası (açma 180 dərəcə, bükmə 90 dərəcə). Sağ incik sümüyünün diafizinin orta 1/3-nin yalançı oynağı (laxlayan oynaq). Sol baldırın dərisinin atrofik zədələnmələri. ACXOX, ağır gedişli, subremissiya mərhələsi. Tənəffüs çatmamazlığı İİ dərəcə. Xroniki venoz çatmamazlığı, İV-Vİ sinif (CEAP). Posttrombotik sindrom. Sol aşağı ətrafda dərin venaların posttravmatik xəstəliyi. Hər iki aşağı ətrafda dərin venaların varikoz genişlənməsi. Sol baldırın trofiki xorası. Hər iki aşağı ətrafın funksiyasının və əmək qabiliyyətinin pozulması. Axsama, yerişin pozulması diaqnozu ilə təkrar olaraq iki il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 K/357 nömrəli rəyinə əsasən İddiaçı məhkəmə-tibbi müayinəsinə, SHXÇDX-dan təqdim edilmiş sənədlərdə və MN Baş Klinik Hospitalın həkim- mütəxəssis rəylərində olan məlumatlara əsaslanaraq, ekspert komissiyası aşağıdakı rəyə gelir: - Təqdim edilmiş tibbi sənədlərə əsasən, İddiaçı xx.xx.2003-cü il tarixdə almış olduğu xəsarətlərlə bağlı "Politravma (xx.xx.2003). Sağ baldır sümüklərinin və sol budun orta 1/3-nin yerdəyişmiş qəlpəli qapalı sınıqlarına görə Q.A.llizarov üsulu ilə ocaqdankənar osteosintezindən sonrakı vəziyyət. Döş qəfəsinin sağ yarısının qapalı küt travması. Sağtərəfli hemopnevmotoraksa görə aparılmış sağ plevra boşluğunun drenajından (vətəndaş sonrakı vəziyyət, sağ İİİ-İV-V-Vİ qabırğaların yerdəyişmiş sınıqlarından sonrakı bərkiməmiş sümük döyənəyi" diaqnozu ilə stasionar müalicədə olmuş və şəhadətləndirilmiş və hazırda onda "Döş qəfəsinin İİİ, İV, V, Vİ qabırğaların qeyri-düzgün bitişmiş sınıqları. Sol bud sümüyünün bitişmiş sınığı, sağ qamış sümüyünün bitişmiş sınığı. Sağ incik sümüyünün diafizinin orta 1/3-nin yalançı oynağı (laxlayan oynaq). Sol diz oynağının açıcı kontrakturası hərəkət məhdudluğu). Sol diz oynağında açma 180°, bükmə 90°. Sol diz oynağının artrozu. Hər iki baldır əzələlərinin hipotrofiyası (hissəvi atrofiya). Sol baldırın dərisinin atrofik zədələnmələri. Ağrı sindromu, axsama, yerişin pozulması. Hər iki aşağı ətrafın funksiyasının və əmək qabiliyyətinin pozulması" formasında mövcuddur. VSF - İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı (xx.xx.2024) onun bədən səthində almış olduğu xəsarətlərlə bağlı keçirilmiş cərrahi əməliyyat yaralarının sağalmış izləri olan köhnə çapıq toxumalar və MN Baş Klinik Hospitalda aparılmış müayinələrlə onda "Sol aşağı ətraf dərin venaların İİİ (üçüncü) dərəcəli xroniki vena çatışmazlığı ilə müşayiət olunan ödemli-indurativ formalı posttromboflebitik xəstəliyi" aşkar edildi. Mütəxəssis rəyinə əsasən, İddiaçı aşkar edilmiş "Sol aşağı ətraf dərin venaların İİİ (üçüncü) dərəcəli xroniki vena çatışmazlığı ilə müşayiət olunan ödemli- İndurativ formalı posttromboflebitik xəstəliyi"nin yaranma səbəbi aldığı travmaya və travma sonrası hərəkətsizliyə bağlıdır. Odur ki, İddiaçı olan "Sol aşağı ətraf dərin venaların İİİ (üçüncü) dərəcəli xroniki vena çatışmazlığı ilə müşayiət olunan ödemlindurativ formalı posttromboflebitik xəstəliyi"nin onun xx.xx.2003-cü ii tarixdə avtoqəza zamanı almış olduğu xəsarətlər nəticəsində yaranmasının mümkünlüyü məhkəmə-tibbi əlamətlərlə inkar olunmur. II. Məhkəmədə icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinin və ona 28 mart 2023-cü il tarixindən “hərbi xidmət vəzifələrini yerinə yetirməklə” müddətsiz İİ qrup əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-381/2024 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.7.1-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, xx.xx.2023-cü il tarixdən 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-427/2024 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-381/2024 saylı qərarı ləğv edilməsi, iş materialları birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 09 fevral 2024-cü il tarixli qərarın ləğv edilməsi, 09 fevral 2024-cü il tarixdən ona xəstəliyin səbəbli əlaqəsi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar (travma) ona müddətsiz İİ dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Daşkəsən rayonu ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya orqanizm funksiyalarının itirilmə faizi 60 olmaqla 2 il müddətinə əlillik təyinatı aparılmışdır. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunur. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-ci il tarixli 370 nömrəli Xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı "Politravma (15.05.03) Sağ baldır sümüklərinin və sol budun ort 1/3-nin yerdəyişmiş qəlpəli qapalı sınıqlaına görə Q.A.İlizarov üsulu ilə ocaqdankənar osteosintezindən sonrakı vəziyyət,Döş qəfəsinin sağ yarısının qapalı küt travması.Sağ tərəfli hemopnevmotoraksa göə aparılmış sağ plevra boşluğunun drenajından sonrakı vəziyyət,sağ İİİ-İV-V-Vİ qabırğaların yerdəyişmiş sınıqlarından sonrakı bərkiməmiş sümük döyənəyi" diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifləri) X4” kimi müəyyənləşdirilmişdir. İddiaçı xx.xx.2003-cü il tarixdən bir il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2005-ci il tarixdən bir il müddətinə üçüncü dərəcə əlillik, xx.xx.2014-ci il tarixdən bir il müddətinə üçüncü dərəcə əlillik, xx.xx.2015-cı il tarixdən bir il müddətinə üçüncü dərəcə əlillik, xx.xx.2016-cı il tarixdən beş il müddətinə ikinci dərəcə əlillik ,xx.xx.2024-cü il tarixdən iki il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X2 K/357 nömrəli rəyində İddiaçı məhkəmə-tibbi müayinəsinə, SHXÇDX-dan təqdim edilmiş sənədlərdə və MN Baş Klinik Hospitalın həkim- mütəxəssis rəylərində olan məlumatlara əsaslanaraq, ekspert komissiyası aşağıdakı rəyə gelir: - Təqdim edilmiş tibbi sənədlərə əsasən, İddiaçı xx.xx.2003-cü il tarixdə almış olduğu xəsarətlərlə bağlı "Politravma (xx.xx.2003). Sağ baldır sümüklərinin və sol budun orta 1/3nin yerdəyişmiş qəlpəli qapalı sınıqlarına görə Q.A.llizarov üsulu ilə ocaqdankənar osteosintezindən sonrakı vəziyyət. Döş qəfəsinin sağ yarısının qapalı küt travması. Sağtərəfli hemopnevmotoraksa görə aparılmış sağ plevra boşluğunun drenajından (vətəndaş sonrakı vəziyyət, sağ İİİ-İV-V-Vİ qabırğaların yerdəyişmiş sınıqlarından sonrakı bərkiməmiş sümük döyənəyi" diaqnozu ilə stasionar müalicədə olmuş və şəhadətləndirilmiş və hazırda onda "Döş qəfəsinin İİİ, İV, V, Vİ qabırğaların qeyri-düzgün bitişmiş sınıqları. Sol bud sümüyünün bitişmiş sınığı, sağ qamış sümüyünün bitişmiş sınığı. Sağ incik sümüyünün diafizinin orta 1/3-nin yalançı oynağı (laxlayan oynaq). Sol diz oynağının açıcı kontrakturası hərəkət məhdudluğu). Sol diz oynağında açma 180°, bükmə 90°. Sol diz oynağının artrozu. Hər iki baldır əzələlərinin hipotrofiyası (hissəvi atrofiya). Sol baldırın dərisinin atrofik zədələnmələri. Ağrı sindromu, axsama, yerişin pozulması. Hər iki aşağı ətrafın funksiyasının və əmək qabiliyyətinin pozulması" formasında mövcuddur. VSF - İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı (xx.xx.2024) onun bədən səthində almış olduğu xəsarətlərlə bağlı keçirilmiş cərrahi əməliyyat yaralarının sağalmış izləri olan köhnə çapıq toxumalar və MN Baş Klinik Hospitalda aparılmış müayinələrlə onda "Sol aşağı ətraf dərin venaların İİİ (üçüncü) dərəcəli xroniki vena çatışmazlığı ilə müşayiət olunan ödemliindurativ formalı posttromboflebitik xəstəliyi" aşkar edildi. Mütəxəssis rəyinə əsasən, İddiaçı aşkar edilmiş "Sol aşağı ətraf dərin venaların İİİ (üçüncü) dərəcəli xroniki vena çatışmazlığı ilə müşayiət olunan ödemli- İndurativ formalı posttromboflebitik xəstəliyi"nin yaranma səbəbi aldığı travmaya və travma sonrası hərəkətsizliyə bağlıdır. Odur ki, İddiaçı olan "Sol aşağı ətraf dərin venaların İİİ (üçüncü) dərəcəli xroniki vena çatışmazlığı ilə müşayiət olunan ödemli- ndurativ formalı posttromboflebitik xəstəliyi"nin onun xx.xx.2003cü ii tarixdə avtoqəza zamanı almış olduğu xəsarətlər nəticəsində yaranmasının mümkünlüyü məhkəmə-tibbi əlamətlərlə inkar olunmur kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli 2 nömrəli qərarında Daşkəsən RHK tərəfindən xx.xx.2002-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş Nəbiyev vəskar Tahir oğlunun hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.2003-cü il tarixdə ön övqeyə gedərkən avtomobillin aşması nətcəsində aldığı və xx.xx.2003-cü il tarixdə MN HKH-in cərrahiyyə profilli hospital hhk tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş 3vmanın nəticəsi - diaqnoz: "Politravma (xx.xx.2003). Sağ baldır sümüklərinin və sol budun ta 1/3nin yerdəyişmiş qəlpəli qapalı sınıqlarına görə Q.A.llizarov üsulu ilə ocaqdankənar teosintezindən sonakı vəzityət. Döş qəfəsinin sağ yarısının qapalı küt travması. Sağtərəfli emopnevmotoraksa görə aparılmış sağ plevra boşluğunun drenajından sonrakı vəziyyət. Sağ -İV-V-Vİ qabırğaların yerdəyişmiş sınıqlarından sonrakı bərkimiş sümük döyənəyi" və 3.08.2023-cü il tarixdə X3 və Ortopediya İnstitutunda müaynə amanı təyin edilmiş travmanın nəticəsi - diaqnoz: "Döş qəfəsinin sağ İİİ, İV, V, Vİ qabırğaların eyri-düzgün bitişmiş sınıqları. Sol bud sümüyünün və sağ qamış sümüyünün bitişmiş sınığı. ağ incik sümüyünün diafizinin orta 1/3-nin yalançı oynağı. Sol diz oynağının açıcı ontrakturası. Sol diz oynağının artrozu. Ağrı sindromu, axsama, yerişin pozulması" və xx.xx.2023-cü ildə ET ACXİ aparılmış 5874 nğmrəli spiormetriyanın nəticəsi : "Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu" və xx.xx.2024-cü il tarixdə MN MTE və PAM-də canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travma nəticəsində yaranmış xəstəlik - diaqnoz: 'Sol aşağı ətrafın dərin venalarının İİİ (üçüncü) dərəcəli xroniki vena çatışmazlığı ilə müşayiət olunan ödemli-indurativ formalı posttromboflebetik xəstəliyi" ( SHXÇDX-nin Daşkəsən rayon bölməsinin xx.xx.2025-ci il tarixli 3 nömrəli göndərişi, xx.xx.2025-ci il tarixli 3-43-16 /3-2- 5/25 nömrəli arayışı, MN MHKH tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli 768 nömrəli xəstəlik haqqında şəhadətnamə, MN MTE və PAM-nin xx.xx.2024-cü il tarixli k/357 nömrəli Aktı, ET Travmatologiya və Ortopediya İnstitutundan verilmiş xx.xx.2023-cü il tarixli **********/22 nömrəli arayışı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2 N25692/4/2024 nömrəli məktubuna Tibb İdarəsi rəisinin xx.xx.2024-cü il tarixli 17/3443 nömrəli cavab məktubu ilə təsdiq edilir) "Hərbi Travmadır, X6 (Xidməti Vəzifələri) X4" kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə daxildir ki, bu da iddiaçıya əlilliyin təyini üçün əsas hesab olunur. Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə qeyd edir ki,iddiaçı ona İİ dərəcə əlilliyin təyin edilməsini iddia etsə də, iddiaçıda İİ dərəcə əlilliyin təyinatına əsas verəcək hal müəyyən olmamışdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 09 fevral 2024-cü il tarixdən xəstəliyin səbəbli əlaqəsi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar (travma) qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 09 fevral 2024-cü il tarixdən xəstəliyin səbəbli əlaqəsi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar (travma) qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar