Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-194/2024 14.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dair mülkiyyət hüququnun adına qeydə alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və iddiaçının vəkil olan nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X5 və Goranboy rayonu Qızılhacılı bələdiyyəsi) daşınmaz əmlakların (“Heydər” köbəyindəki qoyun yatağının) dövlət reyestrində onun adına qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Goranboy rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 161 nömrəli arxiv arayışından görünür ki, Goranboy rayonu Qara Məmməd adına kolxoz X7 Komissiyasının xx.xx.1997-ci il tarixli 17 №-li iclas protokolundan çıxarışa əsasən “Heydər” köbəyindəki qoyun yatağının təsərrüfat üzvü İddiaçı satılması məqsədəuyğun hesab edilmişdir.
2. xx.xx.1997-ci il tarixli 31 nömrəli qəbzdən görünür ki, İddiaçı satılmış qoyun yatağının dəyəri olaraq ******* (üç milyon səkkiz yüz qırx bir min beş yüz on doqquz) manat ödəmişdir.
3. İddiaçı Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən 62 ha torpaq sahəsi və üzərində tikilmiş daşınmaz əmlakların dövlət reyestrində qeydiyyata alınmasına dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müracətinə həmin İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-H- 0034-8/2023 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Goranboy rayon İcra Hakimiyyəti Başçısının 228 saylı 04 dekabr 1997-ci il tarixli sərəncamı ilə 62 ha örüş torpaq sahəsi 1 (bir) il müddətinə İddiaçı icarəsinə verilmişdir. Goranboy rayon İcra Hakimiyyəti Başçısının 394 saylı 21 dekabr 1998-ci il tarixli sərəncamına əsasən Goranboy rayon İcra Hakimiyyəti Başçısının 228 saylı 04 dekabr 1997-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş icarə müqaviləsi 1999-2001-ci illər üçün də qüvvədə hesab edilmişdir. Torpaq sahəsi üzərində icarə (istifadə) müddəti başa çatdığı üçün həmin torpaq sahəsi üzərində İddiaçı hüquqları dövlət reyestrində qeydiyyata alınması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Eyni zamanda, İddiaçı ərizədə qeyd etdiyi tikililərə dair qanunvericiliklə tələb olunan sənədlər-əsaslar təqdim olunmadığı üçün onun ərizəsinə həmin hissədə baxılması da mümkün deyildir.
4. Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-1433 KOD 50904016 nömrəli şəhadətnamədən görünür ki, X2 xx.xx.2001-ci il tarixli 13 saylı qərarı ilə İddiaçı icarə məqsədilə 62 ha torpaq sahəsi 15 il müddətinə verilmişdir.
5. Məhkəmənin sorğusuna Goranboy rayonu Qızılhacılı bələdiyyəsinin xx.xx.2023cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı iddia etdiyi 62 ha örüş torpaq sahəsi İddiaçı yox, X3 icarəsindədir. X5 2018-ci ilin fevralında keçirilən hərracın qalibi olmuş və onunla müqavilə bağlanmışdır. Lakin 2023-cü ilə qədər X5 həmin torpaq sahəsinin icarə haqqını ödəməsinə baxmayaraq, həmin torpaq sahəsindən istifadə etməmişdir. 2023-cü ildən həmin torpaq sahəsindən X5 istifadə edir.
6. Həmin məktuba əlavə edilmiş sənədlərlə müəyyən edilir ki: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 65.69 ha kənd təsərrüfatı təyinatlı (örüş otlaq) torpaq sahəsi icarə hüququ əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2033-c il tarixədək X3 xeyrinə yüklü edilmiş, sonuncunun adına A№230992 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi tərtib edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 7.51 ha kənd təsərrüfatı təyinatlı (örüş otlaq) torpaq sahəsi icarə hüququ əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2033-c il tarixədək X3 xeyrinə yüklü edilmiş, sonuncunun adına A№230980 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi tərtib edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 2.34 ha kənd təsərrüfatı təyinatlı (örüş otlaq) torpaq sahəsi icarə hüququ əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2033-c il tarixədək X3 xeyrinə yüklü edilmiş, sonuncunun adına A№230981 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi tərtib edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 3.02 ha kənd təsərrüfatı təyinatlı (örüş otlaq) torpaq sahəsi icarə hüququ əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2033-c il tarixədək X3 xeyrinə yüklü edilmiş, sonuncunun adına A№230978 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi tərtib edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 2.55 ha kənd təsərrüfatı təyinatlı (örüş otlaq) torpaq sahəsi icarə hüququ əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2033-c il tarixədək X3 xeyrinə yüklü edilmiş, sonuncunun adına A№230979 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi tərtib edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 1.77 ha kənd təsərrüfatı təyinatlı (örüş otlaq) torpaq sahəsi icarə hüququ əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2033-c il tarixədək X3 xeyrinə yüklü edilmiş, sonuncunun adına A№230993 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi tərtib edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 1.08 ha kənd təsərrüfatı təyinatlı (örüş otlaq) torpaq sahəsi icarə hüququ əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2033-c il tarixədək X3 xeyrinə yüklü edilmiş, sonuncunun adına A№230977 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi tərtib edilmişdir.
7. İddiaçı Goranboy rayon Qızılhacılı Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı torpaq sahələrinin bələdiyyə ehtiyat fonduna qaytarılması tələbinə dair iddiası Goranboy Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli 2(045)-59/2018 nömrəli qətnaməsi ilə (hakim İsmayıl Abdurəhmanlı) təmin edilməmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2021-ci il tarixli 2(104)-82/2021 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2021-ci il tarixli 2(102)-5362/2021 nömrəli qərarı ilə ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2022-ci il tarixli 2(104)-554/2022 nömrəli qətnaməsi ilə Goranboy Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli 2(045)-59/2018 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməsi, Goranboy rayon X2 04 oktyabr 2001-ci il tarixli 13 №-li qərarı ilə Qızılhacılı qəsəbə sakini cavabdeh İddiaçı bələdiyyə ehtiyat fondundan 15 il müddətinə müvəqqəti istifadə üçün verilmiş 62,0 hektar örüş sahəsi və 07 may 2004-cü il tarixli 05-1 saylı qərarla icarəyə verilmiş 22 ha örüş torpaq sahəsi üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi və həmin torpaq sahələrinin İddiaçı geri alınaraq bələdiyyə ehtiyat fonduna qaytarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 11 saylı Bərdə ərazi torpaq müsabiqə və hərrac komissiyasına, Goranboy rayonunun Qızılhacılı bələdiyyəsi (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X5, Goranboy rayonu notariat kontoru və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi) qarşı protokolun, torpaq müsabiqə-hərrac müqaviləsinin, torpaq müsabiqə və hərracın nəticələri barədə protokolların etibarsız hesab edilməsi, şəhadətnamələrin ləğv edilməsi, icarə müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışların və torpaq sahələrinin planı və ölçüsünün ləğv edilməsi tələbinə dair iddiası Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(021)-4591/2018 nömrəli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(01)-21/2024 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. II. Məhkəmədə icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy rayonu Qara Məmməd adına kolxoz X7 Komissiyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən (17№-li iclas protokolundan çıxarış) təsərrüfat üzvü kimi ona satılmış və dəyəri xx.xx.1997-ci il tarixdə ödənilmiş (31 nömrəli mədaxil qəbzi:3.841.519 (üç milyon səkkiz yüz qırx bir min beş yüz doqquz) manat) daşınmaz əmlakların (“Heydər” köbəyindəki qoyun yatağının) dövlət reyestrində qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının 228 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində yerləşən 62 ha örüş torpaq sahəsi onun icarəsinə verilmişdir. Goranboy Rayon İcra Hakimiyyəti başçısının 394 saylı xx.xx.1998-ci il tarixli sərəncamına əsasən Goranboy Rayon İcra Hakimiyyəti başçısının 228 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş icarə müqaviləsi 1999-2001-ci illər üçün qüvvədə hesab edilmişdir. 2001-ci il tarixdə iddiaçı Goranboy rayonu Qızılhacılı bələdiyyəsi ilə həmin 62 ha örüş torpaq sahəsinin 15 il müddətinə icarəyə götürülməsi ilə bağlı müqavilə bağlamışdır. Həmin örüş torpaq sahəsi hal-hazırda da onun istifadəsindədir. Goranboy Rayon İcra Hakimiyyəti başçısının 228 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində yerləşən 62 ha örüş torpaq sahəsi onun icarəsinə verilməmişdən 5 ay əvvəl Qara Məmməd adına kolxozun X7 komissiyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən (17№-li iclas protokolundan çıxarış) “Heydər” köbəyindəki qoyun yatağı təsərrüfat üzvü kimi iddiçıya dəyəri ödənilməklə satılmışdır. Goranboy rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 161 nömrəli Arxiv Arayışından görünür ki, Goranboy rayonu Qara Məmməd adına kolxozun X7 Komissiyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən (17№-li iclas protokolundan çıxarış), aqrar islahat qaydalarının tələblərinə cavab vermək məqsədilə fərdi fəaliyyət növünün inkişaf etdirilməsi üçün iqtisadi rifah halının yüksəldilməsi naminə təsərrüfatın nəzdində olan obyekt və tikilələrin özəlləşdirilməsinin sürətləndirilməsi və islahat qanunları əsasında aparılması qərara alınmışdır və bu məqsədlə “Heydər” köbəyindəki qoyun yatağının təsərrüfat üzvü İddiaçı satılması məqsədəuyğun hesab edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək, Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən 62 ha torpaq sahəsi və üzərində tikilmiş daşınmaz əmlakların dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasport verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-H- 0034-8/2023 saylı məktubu ilə onun ərizəsinə imtina cavabı verilmişdir. İmtina cavabını iddiaçı poçt vasitəsilə ilə xx.xx.2023-cü il tarixdə almışdır. İmtina cavabında göstərilir ki, Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən 62 ha torpaq sahəsi üzərində tikilmiş daşınmaz əmlakların dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasport verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli iddiaçının ərizəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Cavabdeh tərəfindən ərizəyə əlavə olunmuş hüquqmüəyyənedici sənədlərin surətlərinə baxılan zaman müəyyən olunmuşdur ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının 228 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə 62 ha örüş torpaq sahəsi 1 (bir) il müddətinə iddiaçının icarəsinə verilmişdir. Goranboy Rayon İcra Hakimiyyəti başçısının 394 saylı xx.xx.1998-ci il tarixli sərəncamına əsasən Goranboy Rayon İcra Hakimiyyəti başçısının 228 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş icarə müqaviləsi 1999-2001-ci illər üçün də qüvvədə hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, torpaq sahəsi üzərində icarə (istifadə) müddəti başa çatdığı üçün həmin torpaq sahəsi üzərində iddiaçının hüquqları dövlət reyestrində qeydiyyata alınması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Eyni zamanda nəzərə çatdırılır ki, ərizədə qeyd olunan tikililərə dair qanunvericiliklə tələb olunan sənədlər-əsaslar təqdim olunmadığı üçün iddiaçının ərizəsinə həmin hissədə baxılması da mümkün deyildir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Onun tərəfindən lazım olan bütün sənədlər cavabdehə təqdim olunmuşdur. Belə ki, 62 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində icarə kimi qeydiyyatdan keçmişdir və bu barədə iddiaçının adına xx.xx.2002ci il tarixdə JN-1433 KOD 50904016 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir (X2 xx.xx.2001-ci il tarixli 13 saylı qərarına əsasən). Həmin şəhadətnamə hal-hazırda da qüvvədədir. Belə ki, həmin şəhadətnamənin ləğvi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsində heç bir məlumat yoxdur (həmin idarənin xx.xx.2018-ci il tarixli **********90 saylı və xx.xx.2019-cu il tarixli **********35 saylı məktubları). İddiaçının əsas tələbi isə satın aldığı daşınmaz əmlakların (qoyun yatağının) dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilməsidir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. III. Prosessual məsələlər
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)-2708/2023 nömrəli qərardadı ilə Goranboy rayonu Qızılhacılı Bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
13. X4 xx.xx.2024-cü il tarixli 2-1(114)-194/2024 nömrəli qərardadı ilə X5 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibibati məhkəmə icraatına cəlb edilmişdir.
14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxış iclası ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
15. İddiaçı və iddiaçının vəkil olan nümayəndəsi məhkəməyə gəlmiş, cavabdehin və üçüncü şəxslərin nümayəndələri isə məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
16. Cavabdeh orqanın yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunda göstərilənlərlə əsaslandırılmışdır (qərarın 3-cü bəndi).
17. İddiaçı və iddiaçının vəkil olan nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
Əsaslandırma hissəsi:
18. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
19. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
20. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Goranboy rayon İcra Hakimiyyəti Başçısının 228 saylı 04 dekabr 1997-ci il tarixli sərəncamı ilə 62 ha örüş torpaq sahəsi 1 (bir) il müddətinə İddiaçı icarəsinə verilmişdir. Goranboy rayon İcra Hakimiyyəti Başçısının 394 saylı 21 dekabr 1998-ci il tarixli sərəncamına əsasən Goranboy rayon İcra Hakimiyyəti Başçısının 228 saylı 04 dekabr 1997-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş icarə müqaviləsi 1999-2001-ci illər üçün də qüvvədə hesab edilmişdir. X2 xx.xx.2001-ci il tarixli 13 saylı qərarı ilə İddiaçı icarə məqsədilə 62 ha torpaq sahəsi 15 il müddətinə verilmiş və bu barədə Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-1433 KOD 50904016 nömrəli şəhadətnamə tərtib edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə Goranboy rayon X2 04 oktyabr 2001-ci il tarixli 13 №-li qərarı ilə Qızılhacılı qəsəbə sakini cavabdeh İddiaçı bələdiyyə ehtiyat fondundan 15 il müddətinə müvəqqəti istifadə üçün verilmiş 62,0 hektar örüş sahəsi üzərində onun istifadə və icarə hüquqlarına xitam verilməsi və həmin torpaq sahələrinin İddiaçı geri alınaraq bələdiyyə ehtiyat fonduna qaytarılması qət edilmişdir. Bundan sonra həmin torpaq sahəsi Qızılhacılı bələdiyyəsi tərəfindən hərraca çıxarılmış və həracın qalibi X5 olmaqla, sonuncu ilə bələdiyyə arasında icarə müqavilələri bağlanaraq, onun icarə hüququ dövlət qeydiyyatına alınmışdır.
21. Hazırda iddiaçı Goranboy rayonu Qara Məmməd adına kolxoz X7 Komissiyasının xx.xx.1997-ci il tarixli 17 №-li iclas protokolundan çıxarışa əsasən “Heydər” köbəyindəki qoyun yatağının ******* (üç milyon səkkiz yüz qırx bir min beş yüz on doqquz) manata satılmasını əsas gətirərək, sözügedən 62 ha örüş sahədə yerləşən həmin yatağın onun adına qeydə alınmasını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsindən xahiş etmiş və sonuncu bundan imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, torpaq sahəsi üzərində icarə (istifadə) müddəti başa çatdığı üçün həmin torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət reyestrində qeydiyyata alınması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Eyni zamanda, İddiaçı ərizədə qeyd etdiyi tikililərə dair qanunvericiliklə tələb olunan sənədlərəsaslar təqdim olunmadığı üçün onun ərizəsinə həmin hissədə baxılması da mümkün deyildir.
22. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
23. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
24. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli daşınmaz əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin əmlaka dair hüququ olmalıdır ki, cavabdeh orqanın hərəkəti (hərəkətsizliyi) nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.
25. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
26. Lakin məhkəmə araşdırması zamanı iddiaçının adına qeydə alınmasını tələb etdiyi daşınmaz əmlakın üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan daşınmaz əmlak obyekti olması, yəni daşınmaz əmlaka xas olan xüsusiyyətlərə malik olması, təyinatı, tikinti sahəsinin ölçüsü, həcmi və s. əlamətlərlə xarakterizə olunması müəyyən edilmir.
27. İkinci tərəfdən isə, iddiaçı həmin daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı üçün əsas qismində yalnız Goranboy rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 161 nömrəli arxiv arayışını (Goranboy rayonu Qara Məmməd adına kolxoz X7 Komissiyasının xx.xx.1997-ci il tarixli 17 №-li iclas protokolundan çıxarışı) və xx.xx.1997-ci il tarixli 31 nömrəli qəbzi təqdim etmişdir ki, həmin sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün sadalanan əsaslar sırasında deyil.
28. Məhkəmə onu da qeyd edir ki, iddiaçının adına qeydə alınmasını tələb etdiyi daşınmaz əmlakın (qoyun yatağı) yerləşdiyi 62 ha örüş sahəsi hazırda iddiaçının, digər şəxsin – X3 icarəsindədir. İddiaçının X1 torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərini mübahisələndirdiyi iddiası birinci instansiya və apellyasiya məhkəməsinin qətanmələri ilə rədd edilmişdir.
29. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
31. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva