Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1941/2024 16.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı şəhid adının verilməsi ilə bağlı müvafiq arayışın verilməsi dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixində İddiaçı Şəhid ailəsi üzvünün vəsiqəsinin verilmişdir. AZ-İİ 360786 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2022-ci ildə “Hərbi əməliyyatlar dayandırıldıqdan sonra aparılan döyüş əməliyyatının nəticəsində alınmış zədələnmə” nəticəsində vəfat etmişdir. İddiaçı cavabdeh orqana “Şəhid” statusunun verilməsi ilə bağlı müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixində imtina cavabı verilərək bildirilmişdir ki, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş mülki vətəndaşlar o halda şəhid hesab edilir ki, həmin şəxslər məhz Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş olsun. X2 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olması müəyyən edilmədiyindən müraciətin təmin edilməsi mümkün olmamışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu X6 şəhid adının verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun iki oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı həlak olmuşdur.Birinci Qrabağ müharibəsi zamanı şəhid olmuş oğluna şəhid statusu verilib,ancaq 44 günlük Vətən müharibəsi zamanı həlak olmuş oğluna şəhidlik statusu verilməmişdir. X3 Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdir. Həmin ərizəyə əlavə edilmiş Ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, digər oğlu X4 Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlar dayandıqdan sonra aparılan döyüş əməliyyatları nəticəsində alınmış zədələnmələrdən ölmüşdür.Yəni-oğlu Rəşad Bəxtiyarov 12 may 2022-ci il tarixdə Ağdam rayonu Çəmənli kəndi ərazisində erməni işğalçıları tərəfindən basdırılmış minaya düşərək həlak omuşdur. Ona görə də oğluna X6 şəhid adının verilməsi üçün Cavabdehnə müraciət etmiş, lakin sonuncu tərəfindən Rəşad Bəxtiyarova şəhid statusu verilməsindən imtina edilmişdir. Məhkəmənin sorğusu ilə əldə edilmiş Cavabdeh Başçısının Çəmənli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 18 nömrəli, 10 may 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətən müharibəsi zamanı /Ermənilərin atdığı mərmi partlamamış Çəmənli kənd sakini mərhum X8 12 may 2022-ci ildə tarixdə keçmiş təmas xəttində qoyun otararkən partlamamış mərmini əlinə almış əlində partlamış partlayış nəticəsində X8 vəfat etmişdir. Məhkəmənin sorğusu ilə əldə edilmiş Ağdam Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, 12 may 2022-ci il tarixdə saat 16:25-də Ağdam rayon polis şöbəsindən rayon prokurorluğuna bir nəfər şəxsin qəlpə yaralanması xəsarətləri ilə Ağdam RMX PHŞ-nə gətirilməsi və xəstəxanada ölməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilmiş, meyit xarici və daxili müayinə edilmiş, hadisə M85” bombacığının qalıqları aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüş və digər zəruri hərəkətlər yerinə yetirilmişdir. Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, xx.xx.1982-ci il tarixdə Ağdam rayonu, Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Ağdam rayonu, Çəmənli kəndində qeydiyyatda o maqla, həmin ünvanda yaşayan X8 yaşadığı kənd ərazisində yerləşən qəbiristanlığın yaxınlığında hərəkətdə olarkən yerdən tapdığı 120 mm diametrli kasetlı top mərmilərində istifadə olunan “M85” bombacığı ilə ehtiyatsız davranması partlamış, Rəşad Bəxtiyarov aldığı qəlpə yaraları xəsarətlərindən Ağdam Ş'T°Planmı§ materialda Azərbaycan Respublikası Cinayət əcə əsinin 120.2.1, 120.2.4 və 120.2.12-ci maddələrinin tərkibi olduğundan fakta görə həmin maddələrlə xx.xx.2022-ci il tarixdə ********* nömrəli cinayət işi balanmışdır. Cinayət ışı istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinə göndərilimişdir. Məhkəmənin sorğusu ilə əldə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Ağdam rayonunun Çəmənli kənd sakini, xx.xx.1982-ci il təvəllüdlü X10 xx.xx.2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Ağdam rayonunun keçmiş təmas xəttinə yaxın ərazisi hesab edilən Çəmənli kənd qəbiristanlığının yaxınlığında rastlaşdığı - erməni silahlı birləşmələri tərəfindən müharibə zamanı atılmış kasetli bombanın hissəciyinə toxunub onunla ehtiyatsız davranması nəticəsində baş verən partlayış zamanı xəsarət alaraq xəstəxanada ölmüşdür. Fakta görə Ağdam rayon prokurorluğunda xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4 və 120.2.12-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq ibtidai istintaq aparılmış və xx.xx.2022-ci il tarixdə cinayət işi istintaqın davam etdirilməsi üçün İstintaq idarəsinə göndərilmişdir. Həmin cinayət işi xx.xx.2023-cü il tarixli qərarla İstintaq idarəsində Ermənistan Respublikasının Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələrinin cinayətkar birlik (təşkilat) tərkibində Azərbaycan Respublikasına və onun vətəndaşlarına qarşı törədilmiş çoxsaylı cinayət faktlarına dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işində vahid icraatda birləşdirilərək ibtidai istintaqı davam etdirilir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum oğlu X6 şəhid adının verilməsi ilə bağlı müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının” (bundan sonra mətndə Qaydalar) 1.2.4-cü bəndinə əsasən Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024cü il tarixli məktubunda da qeyd edilmişdir ki, Ağdam rayonunun Çəmənli kənd sakini, xx.xx.1982-ci il təvəllüdlü X10 xx.xx.2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Ağdam rayonunun keçmiş təmas xəttinə yaxın ərazisi hesab edilən Çəmənli kənd qəbiristanlığının yaxınlığında rastlaşdığı - erməni silahlı birləşmələri tərəfindən müharibə zamanı atılmış kasetli bombanın hissəciyinə toxunub onunla ehtiyatsız davranması nəticəsində baş verən partlayış zamanı xəsarət alaraq xəstəxanada ölmüşdür. Fakta görə Ağdam rayon prokurorluğunda xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4 və 120.2.12-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq ibtidai istintaq aparılmış və xx.xx.2022-ci il tarixdə cinayət işi istintaqın davam etdirilməsi üçün İstintaq idarəsinə göndərilmişdir. Həmin cinayət işi xx.xx.2023-cü il tarixli qərarla İstintaq idarəsində Ermənistan Respublikasının Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələrinin cinayətkar birlik (təşkilat) tərkibində Azərbaycan Respublikasına və onun vətəndaşlarına qarşı törədilmiş çoxsaylı cinayət faktlarına dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işində vahid icraatda birləşdirilərək ibtidai istintaqı davam etdirilir. Göründüyü kimi X7 həlak olması faktına görə başlanılmış cinayət işi Ermənistan Respublikasının Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələrinin cinayətkar birlik (təşkilat) tərkibində Azərbaycan Respublikasına və onun vətəndaşlarına qarşı törədilmiş çoxsaylı cinayət faktlarına dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işində vahid icraatda birləşdirilərək ibtidai istintaqı davam etdirilir. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarına, habelə istinad olunan maddi hüquq normalarına əsaslanaraq bu nəticəyə gəlir ki, iddiaçının oğlu X8 hərbi əməliyyatlar dayandırıldıqdan sonra erməni təcavüzü, erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində almış olduğu zədələnmə nəticəsində həlak olduğundan cavabdehin imtinası “Qaydalar”ın 1.2.4-cü bəndinin tələbinə görə əsassız olmuşdur. Odur ki, X1 şəhid statusunun verilməsi ilə bağlı müvafiq arayışın verilməsi öhdəliyi Cavabdehnə həvalə edilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X1 şəhid adının verilməsi ilə bağlı müvafiq arayışın verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1941/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1941/2024
16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver