Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1947/2021 21.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X6 katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, aşıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: "xxxx" firması (bundan sonra mətndə iddiaçı) 07.09.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra mətndə cavabdeh) tərəfindən barəsində kameral vergi yoxlamasının nəticələrinə dair 10.02.2021ci il tarixli **********306900 nömrəli qərarın ləğv olunmasını və hesablanmış 12.960 manat vergi borcunun silinməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X3 «iddia tələbinin dəqiqləşdirilməsi barədə» və «buraxılmış prosessual müddətin bərpa edilməsi barədə» ərizə təqdim edərək, 10.02.2021-ci il tarixli qərar artıq mövcud olmadığından, sözügedən qərarla iddiaçıdan tələb olunan vergi borcu 25.02.2021-ci il tarixli qərarla tələb olunduğundan, 25.02.2021-ci il tarixli **********629100 saylı qərarın ləğv edilməsi və "xxxx" firmasına hesablanmış 12.960 manat borcun silinməsinə dair qərar qəbul olunmasını, habelə ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmənin 30.09.2021-ci il tarixli 2-1(114)-1947/2021 nömrəli Qərardadları ilə buraxılmış prosessual müddət bərpa edilmiş və dəqiqləşmə barədə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin mübahisələndirilən qərarına əsasən kameral vergi yoxlamaları nəticəsində “Hesablama metodu” ilə bəyannamənin “Xammal və materiallar” (221.3), “Malın dəyəri” (221.4), “Enerji xərcləri” (221.7), “Qaz xərcləri” (221.8), “Yanacaq xərcləri” (221.9), “Su və kanalizasiya xərcləri” (221.10), “Rabitə xərcləri” (221.11), “Mühafizə xərcləri” (221.12), “Reklam xərcləri” (221.14), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı xərclər” (221.15), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226), “Nəqliyyat xərcləri” (229) və “Digər xərclər” (232) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə iddiaçı tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsi”) 1 nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (1232 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (2065984,73 manat) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialın (0,00 manat) məbləği bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsindən əldə gəlirlər) sətirləinin cəmi məbləğindən (2.067.216,73 manat) bəyannamənin 1 nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğin müqayisəsi nəticəsində 126.561,03 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qanunsuz və əsassız yazılmış borc məbləğinin silinməsi barədə Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra mətndə - cavabdeh) yazdıqları məktublara müsbət cavab verilməmişdir. İddiaçı müəssisə ilə "xxxx" QSC arasında bağlanılmış 19.09.2019-cu il tarixli 190107 nömrəli kommersiya subkonsessiya (subfrançayzinq) müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.1.13-cü bəndindən görünür ki, subfrançayzinq alan neft məhsullarının daşınmasını öz nəqliyyat vasitələri ilə həyata keçirməlidir. Həmin müqavilə Tarif Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli qərarının təsiri altına düşmür. İddiaçı hesab edir ki, kameral vergi yoxlaması nəticəsində 12.960 manat vergi borcunun hesablanması əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı (təchizatı ilə bağlı) xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmir və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş daşıma xərcləri gəlirdən çıxılmır. Təchizat xərcləri alınmış malın dəyərində nəzərə alınan xərc elementi olduğundan “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı” hissəsində nəqliyyat xərcləri müstəqil xərc elementi kimi nəzərə alınmamalı, satılmış malların dəyəri kimi gəlirdən çıxılan xərclərə aid edilməlidir. Buna əsasən tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrində neft məhsullarının alıcı tərəfindən satıcının neft terminalı bazasında öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşınması ilə bağlı müddəaların əlavə edilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. İddiaçıya "xxxx" QSC tərəfindən neft məhsullarının 2020-ci il ərzində təqdim edildiyini təsdiq edən elektron qaimə-fakturalara əsasən Aİ-92 markalı benzin və dizel yanacağı topdansatış tarifinə uyğun qiymətlərlə (Aİ- 92 markal benzinin topdansatış qiyməti Vll sütun+ Vlll sütun= 1.052,80+26.20+1.079,0 manat/ton) və dizel yanacağının topdansatış qiyməti Vll sütun+Vlll sütun + 590,20+23,80+614,0 manat/ton) təqdim edilmişdir. Həmin qiymətlərin tərkibində isə hər ton üçün təchizat tarifi də olduğundan iddiaçı tərəfindən təkrarən yanacağın özünü pərakəndə satış obyektlərinə daşınması üçün nəqliyyat xərclərinin göstərilməsi xərclərin süni şəkildə artırılması yolu ilə vergidən yayınma sxemi kimi qiymətləndirilir. Bundan başqa, Tarif Şurası tərəfindən yanacağın hər tonunun pərakəndə satış məntəqələrinə qədər təchizat (nəqliyyat, yükləmə, boşaltma və s.) xərcləri 15,0 manat müəyyən olunsa da, “Ramiz “ firmasının təqdim etdiyi elektron qaimə-fakturalardan isə bu qiymətlərə riayət edilmədiyi görünür. Kameral vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən 2020-ci il üçün hesablama metodu tətbiq edilməklə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 229-cu Nəqliyyat xərcləri sətrində göstərilmiş 64800.00 mant məbləğin neft məhsullarının topdansatış qiymətinə həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı xərclər də nəzərdə tutulduğundan xərclərə aid edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Odur ki, iddiaçının iddiası əsassız və vergi qanunvericiliyinin tələblərinə tam zidd olduğundan iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda yazılanlarla eyni məzmunda izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini 25.02.2021-ci il tarixli **********629100 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar "xxxx" Firması ilə "xxxx" QSC arasında bağlanılmış 19.04.2019-cu il tarixli 190107 nömrəli Kommersiya subkonsessiya (subfrançayzinq) müqaviləsi və cavabdehin etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmasa da, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin faktiki hallarından görünür ki, iddiaçı "xxxx" firması 01.04.1997-ci il tarixdə (VÖEN) ********** nömrə ilə qeydiyyatdan keçmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən 12.02.2021-ci il tarixdə 2020-ci il üçün hesablama metodu tətbiq edilməklə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, cavabdeh yaranmış uyğunsuzluqla bağlı Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci il üçün 12960,00 manat mənfəət vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25.02.2021-ci il tarixli **********629100 nömrəli Qərar qəbul etmişdir. İddiaçı firma iddia ərizəsində 2020-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində sənədlərlə təsdiq edilməyən xərclərin "xxxx" QSC-dən (VÖEN: **********) alınmış neft məhsullarının daşınmasına çəkilən xərclər olduğunu bildirmişdir. İddiaçı tərəfindən 12.02.2021-ci il tarixdə 2020-ci il üçün hesablama metodu tətbiq edilməklə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində “Hesabat dövrünün gəlirləri” hissəsində 2238797,40 manat gəlir məbləği, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində 2205177,26 manat xərc məbləği, o cümlədən 25200,00 manat əmək haqqı xərcləri, 5250,00 manat sosial sığorta haqları, 2091130,10 manat malın dəyəri, 4470,46 manat enerji xərcləri, 6420,00 manat bank xidməti üzrə xərclər, 930,70 manat bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər, 6537,00 manat amortizasiya ayırmaları, 64800,00 manat nəqliyyat xərcləri, 439,00 manat gəlirdən çıxılan vergilər və yığımlar göstərilmiş və qeyd edilən xərclər elektron vergi hesab-fakturaları və qaimələrlə təsdiqini tapmışdır. Eyni zamanda iddiaçı "xxxx" Firması ilə "xxxx" QSC arasında bağlanılmış 19.04.2019-cu il tarixli 190107 nömrəli Kommersiya subkonsessiya (subfrançayzinq) müqaviləsinin 3.1.13-cü bəndinə əsasən subfrançayz alan neft məhsullarının daşınmasını öz nəqliyyyat vasitələri ilə həyata keçirir. Qeyd olunan müqavilə ilə subfrnçayzinq verən , yəni “Lukoiyl-Azərbaycan” nın subfrançayzinq alan olaraq “Ramiz ” firamasınnı neft məhsulları ilə təciz etməsi tariff Şurasının 14.01.2015-ci il tarixli, 2 nömrəli qərarının təsisri altına düşmür, Bu təqdirdə sözügedən qərarla müəyyənləşdirilən xüsusatlara istianadən müəssisələrinə əlavə vergilərin hesablanması qanunsuz və əsassız olmuşdur. İddia ərizəsinə əlavə olunmuş sənədlər arasında yer alan elektron qaimələrdən görünür ki “Ramiz ” firmasının aldığı neft məhsullarının avtosistern ilə daşınması X4 tərəfindən həyata keçirilmiş və müvafiq xərclər “ Ramiz” firması tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 14.01.2015-ci il tarixli 2 nömrəli qərarının 2.5-ci bəndinə əsasən ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tariflərinə əsasən avtomobil benzini, dizel yanacağı, reaktiv mühərrik yanacağının 1 (bir) tonu üçün təchizat tarifi 15,0 manat müəyyənləşdirilmişdir. Mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft məhsullarının topdan və pərakəndə satışını bu qərarla təsdiq edilmiş tariflərlə, qanunvericiliyə yyğun olaraq yol vergisi tətbiq olunan neft məhsullarının topdan satışını isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 07.11.2003-cü il tarixli, 5 nömrəli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisininhn təqsirinin olmasında aradan qaldırılmayan şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarınımn vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Maddə 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Qeyd edilməlidir ki, cavabdeh orqan aparılmış vergi yoxlaması zamanı səhvə yol vermiş, tərəflər arasında bağlanmış müqaviləyə uyğun həyata keçirilmiş neft məhsullarının daşınması zamanı yaranan xərcləri Tarif Şurasının müvafiq qərarına ( 14.01.2015-ci il tarixli 2 nömrəli Qərar) uyğun təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclərin daxil edildiyi qənaətinə gələrək, vergidən yayınma halı kimi qiymətləndirmiş,nəticədə vergi ödəyicisi barədə qanunsuz qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı (təchizatı ilə bağlı) xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmir və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş daşıma xərcləri gəlirdən çıxılır. Təchizat xərcləri alınmış malın dəyərində nəzərə alınmayan xərc elementi olduğundan “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində nəqliyyat xərcləri müstəqil xərc elementi kimi nəzərə almalı, satılmış malların dəyəri kimi gəlirdən çıxılan xərclərə aid edilməməlidir. Göründüyü kimi cavabdehin qərarı qanunvericilkdə göstərilən tələblərə uyğun deyildir. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən barəsində kameral vergi yoxlamasının nəticələrinə dair 25.02.2021-ci il tarixli **********629100 nömrəli qərar ləğv olunsun və iddiaçıya hesablanmış 12.960 (on iki min doqquz yüz altmış) manat vergi borcunun silinsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1947/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1947/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver