Məhkəmə qərarları › İş №2-1(114)-195/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-195/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-195/2020 13.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı “X18” MMC-nin nümayəndəsi (vəkili) X2, Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə İddiaçı “X18” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X10rşı (üçüncü şəxslər Zeynalova (Fərmayıllı) Aygün Bayram qızı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən 7 nömrəli çoxmənzilli yaşayış binasının yarımçıq tikilisinin yerləşdiyi torpaq sahəsinin 2500 kv.m müəyyən edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və torpaq sahəsinə və obyektə dair dövlət reyestrində aparılmış qeydiyyat və verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı “X18” MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X10rşı (üçüncü şəxs Zeynalova (Fərmayıllı) Aygün Bayram qızı) xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən 7 nömrəli çoxmənzilli yaşayış binasının yarımçıq tikilisinin yerləşdiyi torpaq sahəsinin 2500 kv.m müəyyən edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və torpaq sahəsinə və obyektə dair dövlət reyestrində aparılmış qeydiyyat və verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-1943/2019 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zeynalova (Fərmayıllı) Aygün Bayram qızının adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışda Zeynalova (Fərmayıllı) Aygün Bayram qızının adma qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 7 nömrəli çoxmənzilli yaşayış binasının yarımçıq tikilisinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,25, yəni 2500 kv.m göstərilsə də, eyni torpaq sahəsinin ilkin sənədi olan ******* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışda həmin yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsinin 0,1512 ha ölçüdə olduğu qeyd edilmişdir. Üçüncü şəxs Zeynalova (Fərmayıllı) Aygün Bayram qızının adına cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışda torpaq sahəsinin ölçüsü əsassız və qanunsuz olaraq artırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı “X18” MMC-nin nümayəndəsi (vəkili) X5 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X16 tərəfindən ünvan 1 ünvanında yerləşən 7 nömrəli çoxmənzilli yaşayış binasının yarımçıq tikilisinin yerləşdiyi torpaq sahəsinin 2500 kv.m müəyyən edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və torpaq sahəsinə və obyektə dair dövlət reyestrində aparılmış qeydiyyat və verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin etibarnamə üzrə nümayəndəsi X11 iddia tələbinə dair qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X16 nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, üçüncü şəxs Zeynalova (Fərmayıllı) Aygün Bayram qızı isə məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxs Zeynalova (Fərmayıllı) Aygün Bayram qızının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X13 nümayəndəsi X3 iddia tələbinə etiraz edərək tələbin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: MA seriyalı, 0398839, ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətiləri; Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli sərəncamının surəti; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X13 xx.xx.2018-ci il tarixli, **********94 nömrəli məktubunu surəti; xx.xx.2005-ci il tarixli, 246881 nömrəli müqavilənin surəti; Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair xx.xx.2008ci il tarixli, 001063 qeydiyyat nömrəli şəhadətnamənin surəti; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X13 xx.xx.2019-cu il tarixli, **********72 nömrəli iddia tələbinə dair etirazı. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 7 saylı ünvanda yerləşən yaşayış binasına (yarımçıq tikili) dair Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən X7 adına xx.xx.2005-ci il tarixli 005153 saylı şəhadətnamə verilmişdir. Gəncə şəhəri 2 saylı Dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli, 4Ə-2-238 saylı alqı-satqı müqaviləsinə əsasən həmin əmlak X1 və ona xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli (**********10-05301 reyestr nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi, Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüququ şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət sahələrinin satılmasına dair Gəncə şəhəri, V.Xuluflu ünvanında yerləşən 7 saylı çoxmənzilli yaşayış binasının yarımçıq tikilisinin yerləşdiyi 2500 kv.m olan torpaq sahəsinə dair xx.xx.2008-ci il tarixli, 001062 saylı şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X16 tərəfindən Zeynalova (Fərmayıllı) Aygün Bayram qızının adına xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli (**********29-05301 reyestr nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü ki, qeyd edilən əmlak üzərində hüquqların dövlət qeydiyyatı həmin əmlaka dair təqdim edilmiş sənədlər əsasındaAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X16 tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınmaqla aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X16 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə ütülmüş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət -eyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən darə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı “X18” MMC iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X13 hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, iddiaçı “X18” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X10rşı (üçüncü şəxslər Zeynalova (Fərmayıllı) Aygün Bayram qızı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən 7 nömrəli çoxmənzilli yaşayış binasının yarımçıq tikilisinin yerləşdiyi torpaq sahəsinin 2500 kv.m müəyyən edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və torpaq sahəsinə və obyektə dair dövlət reyestrində aparılmış qeydiyyat və verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X18” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X10rşı (üçüncü şəxslər Zeynalova (Fərmayıllı) Aygün Bayram qızı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən 7 nömrəli çoxmənzilli yaşayış binasının yarımçıq tikilisinin yerləşdiyi torpaq sahəsinin 2500 kv.m müəyyən edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və torpaq sahəsinə və obyektə dair dövlət reyestrində aparılmış qeydiyyat və verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar