Məhkəmə qərarları › İş №2-1(114)-1958/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1958/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1958/2023 06.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2011-ci ildə təyin edilmiş ikinci qrup əlilliyinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2011-ci il tarixdə Tibbi-sosial Ekspertiza Komissiyası tərəfindən ona 2-ci qrup əlillik təyin edilmişdir. 2019-cu ildə gözləmədiyi halda əlilliyi şübhə altına alınaraq dayandırılmış və həmin vaxtdan indiyə kimi dəfələrlə Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən əlilliyin müəyyən edilməsi ilə əlaqədar Forma-088 tərtib edilərək cavabdehə göndərilmişdir. Hər dəfə də əsassız olaraq əliliyinin bərpa edilməsinə imtina verilmişdir. Sonuncu imtina ona xx.xx.2023-cü il tarixdə göndərilmişdir. 2011 və 2014-cü illərdə, sonucu dəfə 2019-cu ildə bağırsağında cərrahiyyə əməliyyatı keçirmiş və buna baxmayaraq səhhəti daha da pisləşmişdir. Hal-hazırda da bağırsaqlarda bağırsaq xoraları müəyyən edilmiş və bitişmələr vardır. İş üzrə şifahi məhkəmə baxışı iclası 06 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Tərəflərin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş etirazda iddiaçının əlillik vəziyyətinə Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K63 - Bağırsağın digər xəstəlikləri => K63.3 - Bağırsaq xorası...; Diaqnozun mətni: Kəskin bağırsaq keçməməzliyi. Qarın boşluğunun biti.mə xəst. peritonit. Sağ yumurtalığın kistasına görə aparılmış laparatomiya, bitişmələrin ləğvi, kistasının xaric edilməsi с/ə-dan son/vəz-t. (2012), MEYAR: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 Kəskin bağırsaq keçməməzliyi. Qarın boşluğunun biti.mə xəst. peritonit. Sağ yumurtalığın kistasına görə aparılmış laparatomiya, bitişmələrin ləğvi, kistasınıl....” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik: X1: Хİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K63 - Bağırsağın digər xəstəlikləri => K63.3 - Bağırsaq xorası...; Diaqnozun mətni: Kəskin bağırsaq keçməməzliyi. Qarın boşluğunun biti.mə xəst. peritonit. Sağ yumurtalığın kistasına görə aparılmış laparatomiya, bitişmələrin ləğvi, kistasınıln xaric edilməsi c/ə-dan son/vəz-t. (2012).Sağ yumurtalığın kistasına görə aparılmış laparatomiya, bitişmələrin ləğvi,kistasınıl, MEYAR: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 Kəskin bağırsaq keçməməzliyi. Qarın boşluğunun biti.mə xəst,peritonit. Sağ yumurtalığın kistasına görə aparılmış laparatomiya bitişmələrin ləğvi, kistasınıl.......” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik: X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K63 - Bağırsağın digər xəstəlikləri => K63.3 - Bağırsaq xorası...; Diaqnozun mətni: Bağırsaq bitişmələri, keçməməzlik ilə, Kəskin bağırsaq keçməməzliyinə görə aparılmış (2012) laporatomiya və (2014-cü il ) Relaporatomiya keçməməzliyi ləğvi c/ə-dan sonrakı qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi. Ağırlaşma K59.9 Bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu, Həzm funksiyasının pozulması. Yanaşı xəstəliklər R14 Meteorizim və buna yaxın vəziyyətlər, Meteorizim. Tiflit. Koloptoz 2-dərəcə. Dolixokolon 2-dərəcə, Yanaşı xəstəliklər K26 Onikibarmaq bağırsağın xorası, 12b/b-ın xora xəstəliyi., MEYAR: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin...” səbəbi ilə imtina edilmişdir. Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik: X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K63 - Bağırsağın digər xəstəlikləri => K63.3 - Bağırsaq xorası...; Diaqnozun mətni: Bağırsaq bitişmələri, keçməməzlik ilə, Kəskin bağırsaq keçməməzliyinə görə aparılmış (2012) laporatomiya və (2014-cü il) Relaporatomiya keçməməzliyi ləğvi c/ə-dan sonrakı qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi. Ağırlaşma K59.9 Bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu, Həzm funksiyasının pozulması. Yanaşı xəstəliklər R14 Meteorizim və buna yaxın vəziyyətlər, Meteorizim. Tiflit. Koloptoz 2-dərəcə. Dolixokolon 2-dərəcə. Yanaşı xəstəliklər K26 Onikibarmaq bağırsağın xorası, 12b/b-ın xora xəstəliyi., MEYAR: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin....” səbəbi ilə imtina edilmişdir. Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K63 - Bağırsağın digər xəstəlikləri => K63.3 - Bağırsaq xorası...; Diaqnozun mətni: Bağırsaq bitişmələri, keçməməzlik ilə, Kəskin bağırsaq keçməməzliyinə görə aparılmış (2012) laporatomiya və (2014-cü il ) Relaporatomiya keçməməzliyi ləğvi c/ə-dan sonrakı qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi. Ağırlaşma K59.9 Bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu, Həzm funksiyasının pozulması. Yanaşı xəstəliklər R14 Meteorizim və buna yaxın vəziyyətlər, Meteorizim. Tiflit. Koloptoz 2-dərəcə. Dolixokolon 2-dərəcə. Yanaşı xəstəliklər K26 Onikibarmaq bağırsağın xorası, 12b/b-ın xora xəstəliyi., MEYAR: Göndərişin natamam doldurulması - Səbəb: əsas diagnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin....” səbəbi ilə imtina edilmişdir. Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K63 - Bağırsağın digər xəstəlikləri => K63.3 - Bağırsaq xorası...; Diaqnozun mətni: Bağırsaq bitişmələri, keçməməzlik ilə, Kəskin bağırsaq keçməməzliyinə görə aparılmış (2012) laporatomiya və (2014-cü il) Relaporatomiya keçməməzliyi ləğvi c/ə-dan sonrakı qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi. Ağırlaşma K59.9 Bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu, Həzm funksiyasının pozulması. Yanaşı xəstəliklər R14 Meteorizim və buna yaxın vəziyyətlər, Meteorizim. Tiflit. Koloptoz 2-dərəcə. Dolixokolon 2-dərəcə. Yanaşı xəstəliklər K26 Onikibarmaq bağırsağın xorası, 12b/b-ın xora xəstəliyi., MEYAR: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin... səbəbi ilə imtina edilmişdir. Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndəriş-əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1 Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K63 - Bağırsağın digər xəstəlikləri => K63.3 - Bağırsaq xorası...; Diaqnozun mətni: Bağırsaq bitişmələri, keçməməzlik ilə, Kəskin bağırsaq keçməməzliyinə görə aparılmış (2012) laporatomiya və (2014-cü il ) Relaporatomiya keçməməzliyi ləğvi c/ə-dan sonrakı qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi. Ağırlaşma K59.9 Bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu, Həzm funksiyasının pozulması. Yanaşı xəstəliklər R14 Meteorizim və buna yaxın vəziyyətlər, Meteorizim. Tiflit. Koloptoz 2-dərəcə. Dolixokolon 2-dərəcə. Yanaşı xəstəliklər K26 Onikibarmaq bağırsağın xorası, 12b/b-ın xora xəstəliyi., MEYAR: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir...” səbəbi ilə imtina edilmişdir. Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik: X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K63 - Bağırsağın digər xəstəlikləri => K63.3 - Bağırsaq xorası..., Diaqnozun mətni: Əsas diaqnoz K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə, Aparılmış c/ə-dan sonrakı qarın boşluğunun bitişmə xəstəliyi. Ağırlaşma K91.8 Həzm orqanlarının başqa rubrikalarda təsnif olunmayan, tibbi proseduralardan sonra əmələ gələn digər pozğunluqları, Həzm sisteminin funksional pozğunluğu. Ağırlaşma K26 Onikibarmaq bağırsağın xorası, 12 b/b-ın xoraları Duodenoqastral reflüks, Eroziv panqastrit, Kardia məngənəsinin çatmamazlığı (İİ dərəcəli). Ağırlaşma K52.9 Dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit və kolit, Spastik xroniki kolit. Siqmoid bağırsaqda bitişmələrlə. Yanaşı xəstəliklər İ84.2 Ağırlaşmasız müşayiət olunan daxili babasil, Daxili babasil (İİ dərəcəli). Ağırlaşma K59 Bağırsağın digər funksional pozğunluqları, Xroniki qəbizlik. Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, 2010Appendektomiya. 2012-Kəskin bağırsaq keçməməzliyinə görə Laparatomiya, keçməməzliyin ləğvi, 2014-Təkrar bağırsaq keçməməzliyinə görə Relaporatomiya keçməməzliyin ləğvi, bitişmələrin ayrılması c/ə-dan s/v.., MEYAR: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin stasionar müalicə günlərinin sayı yetərli deyil. İxtisaslaşmış tibb müəssisəsində əlavə müayinə və müalicə tövsiyə edilir...” səbəbi ilə imtina edilmişdir. Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K63 - Bağırsağın digər xəstəlikləri => K63.3 - Bağırsaq xorası...; Diaqnozun mətni: Əsas diaqnoz K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə, Aparılmış c/ə sonrakı qarın boşluğunun bitişmə xəstəliyi. MEYAR: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Sənədlərə əsasən xəstəliyin hal hazırki mərhələsi əlillik təyinatı üçün əsas vermir. Xəstəyə ixtisaslı tibb müəssisəsində müalicəsini davam etdirmək məsləhət görülür.....” səbəbi ilə imtina edilmişdir. Həmçinin, iddiaçı Agentliyə əyani müayinə olunması üçün dəvət olunmuşdur. 07 aprel 2021-ci il tarixli protokola əsasən iddiaçıya həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsi olaraq, iddiaçıya əlillik təyinatının aparılmasından imtina edilmişdir.Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.2014, xx.xx.2016, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında qiymətləndirmə nəticələrinə dair çıxarışların surətləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-11354/2023 nömrəli məktubu və 20 iyun 2023-cü il tarixli, T 403/2023 nömrəli ekspert rəyi əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdə “ümumi xəstəlik” səbəbi ilə bir il müddətinə, xx.xx.2016-cı il tarixdə isə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə əlilliyi xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə, aparılmış с/ə sonrakı qarın boşluğunun bitişmə xəstəliyi” diaqnozu, “Diaqnoz əlillik əlaməti təyin etməməsi”. Ətraflı: Sənədlərə əsasən xəstəliyin hal-hazırkı mərhələsi əlillik təyinatı üçün əsas vermir. Xəstəyə ixtisaslı tibb müəssisəsində müalicəsini davam etdirmək məsləhət görülür” səbəbi ilə əlilliyinin bərpa edilməsindən imtina edilmişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 20 iyun 2023-cü il tarixli, T 403/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Əsas diaqnoz: Bağırsaq bitişmələri, keçməməzlik ilə, Aparılmış cərrahi əməliyyatdan sonrakı qarın boşluğunun bitişmə xəstəliyi.” diaqnozla əlaqədar hazırda onun əlavə bərpa müalicəsinə ehtiyac yoxdur. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 4879 nömrəli məktubunda qeyd edilmişdir ki, T403/2023 saylı rəyin nəticə hissəsində göstərilmiş “Keçməməzliklə bağırsaq bitişmələri, qarın boşluğunun əməliyyatdan sonrakı bitişmə xəstəliyi” diaqnozu ilə əlaqədar iddiaçı komissiya üzvləri tərəfindən müayinə edilərkən vəziyyəti stabil olduğundan əlavə bərpaedici müalicəyə ehtiyacı olmadığı göstərilmişdir. Lakin, bu xəstəlik hər-hansı təkrar infeksiya ilə yoluxma nəticəsində təkrar kəskinləşə bilər və bu zaman o, istər ambulator, istərsə də stasionar müalicəyə cəlb oluna bilər. Sözügedən rəydən də görünür ki, iddiaçının səhhətində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: - 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AzərbaycanRespublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertizamüayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. -3.7-ci maddəsinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin: - 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. - 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. - 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnamənin:- (bundan sonra TSEK) - 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. - 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar