Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1967/2023 03.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X7, üçüncü şəxs X8 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X12) qərarın qismən ləğv edilməsi və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 saylı qərarına əsasən üçüncü şəxs X8 mülkiyyətinə verilmiş və mərhum analarına X10 evinin həyətyanı torpaq sahəsinə dair verilmiş JN-046B saylı və JN-046F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olan keçmiş Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarının hissəvi ləğv edilməsi və JN-046B saylı və JN-046F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum X5nın oğludur, o, Göygöl rayonu, Tülallar kəndində doğulmuş və həmin kənddə də böyümüşdür. Hərbi xidmətdə olmuşdur. Anasından həmin kənddə qalan evi və həyətyanı torpaq sahəsini hal-hazırda o qəbul etmişdir. Ondan qalan mirası bütövlükdə o idarə etmiş, o qəbul etmiş və sahiblik etmişdir. X5 xx.xx.1997-ci il tarixdə, atası X6 xx.xx.1971-ci il tarixdə vəfat etmişdir. Özü Əfqanıstan müharibəsi iştirakçısıdır və 42 il hərbiçi kimi iş stajı var. O, 1992-ci ildən 2000ci il tarixədək günə gün hərbi xidmət keçirmişdir. Əfqanıstanda və birinci Qarabağ Müharibəsində ən ağır döyüşlərdə iştirak etmişdir. Hərbi rütbəsi baş gizir olmuşdur. Həmçinin bildirir ki, o birinci Qarabağ müharibəsi iştirakçısı və ikinci qrup Qarabağ müharibə əlilidir. O, bu səbəbdən müharibə əlili kimi dövlət rüsumundan azaddır. O mirasın qəbul edilməsi və vərəsəlik işinin Gəncə Asan Xidmətin Notariat Ofisinə rəsmi qaydada müraciət etmiş və həmin müraciətini və əlavə edilmiş sənədini və hamısını notariat orqanına təqdim etmiş, notariat orqanından imtina cavabı almışdır. Digər bir tərəfdən isə yuxarıda göstərdiyi kimi məhkəmənin nəzərinə çatdırır ki, o, qanun üzrə vərəsədir və şəriksiz və şəksiz olaraq, həmin miras əmlaklara sahiblik etmişdir. Lakin məsələ bundan ibarətdir ki, o mirası tam şəkildə sənəd üzrə qəbul edə bilmir və bu barədə mübahisə qaldıra bilmir. Belə ki, anasının adına olan Göygöl rayonu Tülallar kəndində yerləşən evin altındakı və həyətyanı torpaq sahəsi texniki cəhətdən səhv olaraq aidiyyatı olmayan adamın adına, yəni X8 adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr işlənmişdir. Bununla da o mirasın qəbulu ilə bağlı nə vərəsəlik hüququna dair şəhadətnamə ala bilmir və ya məhkəmədə əsaslı iddia qaldıra bilmir. Üçüncü şəxs X8 adına Xanlar rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il tarixli 08 saylı qərarı ilə JN-046B saylı və JN-046F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Hansı ki, həmin şəhadətnamə həmin şəxsin adına deyil mərhum X5nın adına işlənməli idi. Heç bir halda mərhum anasının adına olan torpaq sahəsi il bağlı işlənməli olan şəhadətnamə başqa şəxsin mülkiyyətinə hər hansı qərar və ya müqavilə olmadan verilə bilməz. İş üzrə məhkəmə hazırlıq iclası 03 may 2023-cü il tarixə təyin edilmişdir. Cavabdehin nümayəndəsi X13 iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X12 iddia tələbinə etiraz edərək eyni mübahisə üzrə Gəncə İnzibati Məhkəməsində baxılaraq iddia tələbinin rədd edildiyini, bundan sonra iddiaçıların apellyasiya şikayəti verdiyini, lakin Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçıların iddianı qaldırmaqda subyektiv hüquqları olmadığı üçün iddianın mümkün sayılmamalı olduğunu bildirmiş və iddianı iddiaçıların subyektiv hüquqlarının olmaması əsası ilə mümkün sayılmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. İlkin olaraq məhkəmə qeyd edir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığıü yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəməilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçılar analarının adına olan Göygöl rayonu Tülallar kəndində yerləşən evin yerləşdiyi həyətyanı torpaq sahəsinin texniki cəhətdən səhv olaraq aidiyyəti olmayan şəxsin, yəni üçüncü şəxsin adına işləndiyini mübahisələndirmiş, Göygöl rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il tarixli 08 nömrəli qərarı ilə torpaq sahəsinin X8 və onun ailə üzvlərinin mülkiyyətinə verilməsi hissəsinin ləğv edilməsini, həmin torpaq sahələri ilə bağlı sonuncuların adına JN- 046F və JN-046B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin isə etibarsız hesab edilməsini xahiş etmişlər. İddiaçıların subyektiv hüququnun mövcudluğu ilə bağlı mümkünlük şərtinin yoxlanılması zamanı Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)1970/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi nəzərə alınmalıdır. Həmin qətnaməyə əsasən İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl Notariat ofisinə, İddiaçı2 Hüseyinqulu qızına və X3 qarşı miras qalmış əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyətə verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bundan əlavə həmin qətnamə ilə İddiaçı1 mərhum X5nın əmlakına münasibətdə mirası qəbul etmədiyi, digər iddiaçılar İddiaçı2 Hüseyinqulu qızının və X1 notariat ofisində yazılmış ərizələrinə əsasən analarının ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün miras əmlakdan onlara çatası payı qanunla müəyyən edilmiş müddət ərzində bilərəkdən qəbul etməmələri də müəyyən olunmuşdur. Qeyd olunan qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6235/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə iddiaçılar mübahisələndirdikləri inzibati aktın onların subyektiv hüquqlarına toxunması halını sübut edə bilməmiş, mərhum Əsli Məmmədovadan miras qalmış əmlakın qəbuluna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Odur ki, yuxarıda şərh olunanlara əsasən məhkəmə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X12) qərarın qismən ləğv edilməsi və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X12) qərarın qismən ləğv edilməsi və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1967/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1967/2023
03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver