Məhkəmə qərarları › İş №2-1(114)-1968/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1968/2025

15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1968/2025 15.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı uzun müddət ərzində əziyyət çəkdiyi “insulindən asılı şəkərli diabet İ tip” əsas xəstəliyinin xroniki ağırlaşmaları (diabetik retinopatiya, hər iki aşağı ətrafda diabetik makroangiopatiya), eləcə də hədəf orqanlarının zədələnməsi ilə müşaiyət olunan “arterial hipertenziya” yanaşı xəstəliyi ilə əlaqədar AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiqlənmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 11.2.3.1, 11.2.5.1, 2.1.1-ci bəndlərinə əsasən ona xx.xx.2024-cü il tarixdən İİ dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.2014-cü il tarixdə 1 il müddətinə İİİ dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə İİİ dərəcə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbindən İİİ dərəcə əlillik təyin edilmişdir.

2. İddiaçı əlilliyi xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması-2014-cü ildən 2021-ci ilədək xəstənin stasionar yatışı qeyd olunmur. Köməkçi diaqnostik müayinə diaqnozun ağırlaşmasını təsdiq etmir. Ətraflı müayinə və stasionar müalicə tövsiyə olunur” səbəbindən əlillik təyinatından imtina edilmişdir. İddiaçı əlilliyi növbəti dəfə tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilərək xx.xx.2022-ci il tarixdə “Göndərişin natamam doldurulması”, xx.xx.2022-ci il tarixdə “Əlavə müalicəyə ehtiyacın olması” səbəbindən, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə isə “Göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatından imtina edilmişdir.

3. Daha sonra İddiaçı əlilliyi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona 2 il müddətinə ümumi xəstəlik səbəbindən İİİ dərəcə əlillik təyin edilmişdir.

4. İddiaçının əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – E.10.7 - İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İ tip, ağır forma, tez-tez (sutkada 3-4 dəfə) baş verən hipoqlikemik hallarla; Ağırlaşma - H36.0* – Diabetik retinopatiya (E10–E14 ümumi dördüncü .3 işarəsi ilə) , Diabetik qeyri-proliferativ retinopatiya. Vis OD 0,05 kor. -3= 0.2(onda iki), Vis OS 0,05 kor. -3= 0.1(onda bir); Ağırlaşma – G63.2* – Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Dabetik polineyropatiya; Ağırlaşma – E10.2 – İnsulindən asılı şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə., diabetik nefropatiya, Xroniki böyrək xəstəliyi İ mərhələ; Ağırlaşma – G93.4 – Dəqiqləşdirilməmiş ensefalopatiya, Diabetik ensefalopatiyasimptomatik epilepsiya, generalizə olunmuş tutmalarla; Ağırlaşma – İ79.2* – Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Hər iki aşağı ətrafın diabetik angiopatiyası,İİİ dərəcəli xroniki işemiyası, ateresklerozu.Fasiləli axsama; Yanaşı xəstəliklər – İ20.8 – Stenokardiyanın digər formaları, ÜİX. Gərginlik stenokardiyası FS İİ; Yanaşı xəstəliklər – İ10 – Essensial [birincili] hipertenziya, Essensial hipertenziya İİİ dərəcə; Yanaşı xəstəliklər – İ20.8 – Stenokardiyanın digər formaları, ÜİX-Gərginlik stenokardiyası.FS.2; Yanaşı xəstəliklər – M51.2 – Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, Döş və bel şöbəsi fəqərəarası disklərinin yerdəyişməsi. Boyun, döş və bel şöbəsi fəqərəarası disklərinin dural kisə və sinir kökcüklərini sıxan çoxsaylı protruziyaları, L 5-S 1 diskində geniş əsaslı mərkəzi yırtıq; Yanaşı xəstəliklər – N20.9 – Dəqiqləşdirilməmiş sidik daşları, Xroniki kalkulyoz pielonefrit; Yanaşı xəstəliklər – M23.3 – Meniskin digər zədələnmələri, Sol diz menski yırtıgı grade İİİ; Yanaşı xəstəliklər – E55.9 – D vitamininin dəqiqləşdirilməmiş çatmamazlığı, D vitamini çatışmazlığı; Yanaşı xəstəliklər – E66.0 – Energetik resursların artıq miqdarda daxil olması, Piylənmə İ dərəcə(Çəkisi 96 kq, boyu 174 sm, bədən kütlə indeksi 31,7 kq/m2); Yanaşı xəstəliklər – İ50 – Ürək çatmamazlığı, Ürək çatmamazlığı.(AF 42%); Yanaşı xəstəliklər – H52.1 – Miopiya, OU-Miopiya.; Yanaşı xəstəliklər – J41.0 – Sadə xroniki bronxit, Sadə xroniki bronxit.

5. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir.

6. Həmin göndərişdəki diaqnozlar üzrə iddiaçı xx.xx.2024-cü il tarixdə 17 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Aparılan instrumental və laborator müayinələr (transtorakal exokardioqrafiya, aşağı ətraf arteriyaların doppleroqrafiyası, göz müayinəsi və qanın biokimyəvi analizi) nəticəsində əlillik səviyyəsində hər hansı ağırlaşmalar və patofunsional pozuntular aşkar edilmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir.

7. xx.xx.2024-cü il tarixli göndərişdən və xəstəlik tarixindən çıxarışlardan görünür ki, İddiaçı “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla” diaqnozu üzrə xx.xx.2008ci il tarixdən xx.xx.2008-ci il tarixədək Qazax Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2014cü il tarixdən xx.xx.2014-cü il tarixədək X3, “Dəqiqləşdirilməmiş ensefalopatiya” diaqnozu üzrə xx.xx.2016-cı il tarixdə və xx.xx.2018-ci il tarixdə ATU X9, “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla” diaqnozu üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək F.Əfəndiyev adına 4 nömrəli Şəhər Xəstəxanasında, “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla” diaqnozu üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Ağstafa Rayon Mərkəzi Xəstəxanasında, “Xəstəliklərdə diabetik polinevropatiya (E10-E14+ümumi dördüncü. 4 işarəsi ilə) diaqnozu üzrə xx.xx.2021-ci il tarixdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasında, “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla” diaqnozu üzrə xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Respublika Endokrinoloji Mərkəzində, xx.xx.2022-ci il tarixdə M.Topçubaşov adına X11, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Ağstafa Rayon Mərkəzi Xəstəxanasında, “Diabetik retinopatiya (E10-E14+ümumi dördüncü. 3 işarəsi ilə) diaqnozu üzrə xx.xx.2022ci il tarixdə Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində, “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Ağstafa Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2024-cü il tarixdə isə Respublika Endokrinoloji Mərkəzində stasionar müalicədə olmuşdur.

8. Bakı şəhəri Baş Səhiyyə İdarəsi F.Əfəndiyev adına 4 nömrəli şəhər klinik xəstəxanasının xx.xx.2008-ci il tarixli 53a nömrəli Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında diaqnoz “Şəkərli diabet İ tip, orta ağır forma” kimi qeyd edilmişdir.

9. Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında xx.xx.2021ci il tarixdə keçirilmiş müayinənin nəticəsi olaraq İddiaçı “Diabetik ensefalopatiya, simptomatik epilepsiya nadir generalizə olunmuş tonik-klonik tutmalarla (E10.4), Diabetik polineyropatiya (G63.2)” diaqnozu qoyulmuşdur.

10. Respublika Endokrinoloji Mərkəzin xx.xx.2022-ci il tarixli Epikrizində diaqnoz “İnsulindən asılı şəkərli diabet, tip 1. Çoxsaylı ağırlaşmalarla – E10.7” kimi qeyd edilmişdir.

11. X12 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 8603 nömrəli Tibbi rəyində diaqnoz “OU qeyri-proliferativ diabetik retinopatiya (Vis OD 0,05 kor-3-0,2, Vis OS 0,05 kor-3=0,1 H36.0), zəif dərəcəli miopiya” diaqnozu qoyulmuşdur.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-4/2-T-26450/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq, ona xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbindən 2 il müddətinə (xx.xx.2024-cü il tarixinədək) orqanizmin funksiyalarının 35 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlillik müddətinin bitdiyi tarixdən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün yeni göndəriş daxil olmuşdur. Göndərişə əsasən qeydiyyatda olduğu ərazi üzrə Tibbi Sosial Ekspert Komissiyasına yaxınlaşmağı tövsiyə olunmuşdur. Daha sonra o, müraciətinə əsasən xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq, sağlamlıq vəziyyətində əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkarlanmamışdır.

13. Məhkəmənin sorğusuna “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-24/2-733/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1982-ci il təvəllüdlü Ağstafa rayonu Vurğun qəsəbəsində qeydiyyatda olan İddiaçı, Ağstafa RMX PHŞ-in psixiatrik kabinetində və xx.xx.2011-ci il tarixindən endokrinoloji kabinetində “E10.7 Şəkərli diabet İ tip ağır forma (insulindən asılı)” diaqnozu ilə qeydiyyatdadır.

14. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-17-4/2-8115/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildirilir ki, İddiaçı dair sonuncu dəfə dövlət tibb müəssisəsi tərəfindən S00216906GHE nömrəli göndəriş rəsmiləşdirilmiş və şəxsin əlillik hüququnun dəqiqləşdirilməsi məqsədilə yaşadığı ərazi üzrə xidmət göstərən TSEK-ə yaxınlaşması tövsiyə olunmuşdur. Bu səbəbdən vətəndaş xx.xx.2024-ci il tarixində 17 nömrəli Tibbisosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Aparılan instrumental və laborator müayinələr (transtorakal exokardioqrafiya, aşağı ətraf arteriyaların doppleroqrafiyası, göz müayinəsi və qanın biokimyəvi analizi) nəticəsində əlillik səviyyəsində hər hansı ağırlaşmalar və patofunsional pozuntular aşkar edilmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat

15. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, uzun müddət ərzində əziyyət çəkdiyi “insulindən asılı şəkərli diabet İ tip” əsas xəstəliyinin xroniki ağırlaşmaları (diabetik retinopatiya, hər iki aşağı ətrafda diabetik makroangiopatiya), eləcə də hədəf orqanlarının zədələnməsi ilə müşaiyət olunan “arterial hipertenziya” yanaşı xəstəliyi ilə əlaqədar AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiqlənmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 11.2.3.1, 11.2.5.1, 2.1.1-ci bəndlərinə əsasən ona xx.xx.2024-cü il tarixdən İİ dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 17 ildən artıqdır - 2007-ci ilin iyul ayından başlayaraq gənc yaşlarından "şəkərli diabet" xəstəliyinin insulindən asılılıq yaradan İ tip, ağır formasından və həmin xəstəliyin çoxsaylı ağırlaşmalarından (XBT kodu E10.7) əziyyət çəkir. 25 iyul 2007-ci il tarixdən X5 poliklinika şöbəsində, 15 fevral 2010-cu il tarixdən Şəki Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsində, 19 oktyabr 2011-ci il tarixdən isə Ağstafa Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsində "şəkərli diabet, İ tip, ağır forma" diaqnozu ilə qeydiyyatda olmuşdur. "Şəkərli diabet"in ağırlaşmaları ilə əlaqədar dəfələrlə stasionar və ambulator qaydada müalicələr almışdır. Hər gün azı 5 dəfə ineksiya edilməklə ümumilikdə 80 vahid və daha artıq insulinlərin hesabına yaşaya bilir. Qanında olan çox yüksək şəkərliliyi (600 mq/dl və daha çox) aşağı salmaq üçün sutkada 2 (iki) dəfə uzun müddətli "insulatard", 3 (üç) dəfə "apidra" və yaxud "novorapid" markalı insulin ineksiyaları etmək məcburiyyətindədir. Tibbi göstəricilərə əsasən sutkada 60 vahiddən artıq insulin ineksiyaları edən və ağırlaşmaları olan şəxslər "şəkərli diabetin" ağır formasından əziyyət çəkən hesab edilir. Aclıq qan şəkəri mütəmadi olaraq 350 mg/dL-dən yüksək, qanımda qlikohemoqlobin səviyyəsi 8% və daha yüksək (norma 4-6) olur. Qanında c peptid səviyyəsi 0,01 ng/mL-dən də az (norma 0,74-3,18) olur. Bütün bunlar da insulin ineksiyaları etməzsə, hətta 1 sutka ərzində belə qanda olan yüksək qlükozahiperqlikemiya nəticəsində həyat üçün çox təhlükəli olan diabetik koma vəziyyətinə düşəcəyini, daimi olaraq çoxsaylı ineksiyalarından asılı olduğunu göstərir. Qanında şəkərin sürətlə qalxıb-enməsi nəticəsində sutkada 3-4 dəfə hipoqlikemik (qanda şəkərin kəskin şəkildə enməsi) vəziyyətlərinə düşür, bu da həyat üçün çox təhlükəli vəziyyətdir. Qanda şəkərin vəziyyətinə nəzarət elmək üçün hər gün azı 3 (üç) dəfə qlükometrlə şəkərini ölçmək məcburiyyətindədir. Uzun müddətdir ki, davam edən "şəkərli diabet" xəstəliyi ilə əlaqədar əlaqədar bir çox həyati orqanlarında (beynində, qan-damar və sinir sistemində, aşağı ətraflarında-ayaqlarında, gözlərində, ürəyində, böyrəklərində və s.) funksional pozuntularla müşayiət olunan çoxsaylı ağırlaşmalar (diabetik ensefalopatiya, angiopatiya, neyropatiya, retinopatiya, nefropatiya və s.) yaranmışdır. Ümumi halsızlıqdan, tez yorulmadan, sıxıcı baş ağrılarından və baş gicəllənmədən, tez-tez baş verən hipoqlikemik hallardan, huşunun itməsi ilə nəticələnən epileptik tutmalardan, yuxusuzluqdan, görmə qabiliyyətinin zəifləməsindən, hətta qısa məsafələrlə yürüşdən sonra və sakit vəziyyətdə belə ayaqlarında, baldırlarında ağrılardan, axsamadan, əl və ayaqlarında uyuşmadan, soyumadan və hissiyyatın azalmasından, ürək döyüntülərinin sayının çoxluğundan, təngnəfəslikdən, ürək bulanmadan, sidik ifrazatının pozulmasından, bütün onurğa boyu, döş sümüyünün arxasında və böyrək nahiyəsində ağrılardan, quru öskürəkdən əziyyət çəkir. Diabetik ensefalopatiya (beynində sinir hüceyrələrinin zədələnməsi ilə baş verən metabolik pozuntular) və intensiv hipoqlikemiyalar nəticəsində 13 ildən çoxdur ki, əziyyət çəkdiyi huşunun itməsi ilə nəticələnən generalizə olunmuş simptomatik epilepsiya tutmalarının qarşısını almaq üçün hər gün 2 (iki) dəfə (səhər və axşam) ümumilikdə 400 mq həcmində tutmalar əlehinə preparat "finlipsal" (karbamezapin) dərmanı qəbul etmək məcburiyyətindədir. "Şəkərli diabet"lə birlikdə bir çox bir sıra əlavə yanaşı ağır xəstəliklərdən- arterial hipertenziya İİİ mərhələ (180/110 mm/cv.süt), gərginlik stenokardiyası İİ FS, ürək çatışmazlığı, sinus taxikardiyası, xroniki kalkulyoz pielenefrit, boyun, döş və bel şöbəsi fəqərəarası disklərinin dural kisə və sinir kökcüklərini sıxan çoxsaylı (8 ədəd) protruziyaları və fokal qabarmaları, L5-S1 diskinin geniş əsaslı yırtığı, d vitamini çatışmazlığı, miopiya, xroniki bronxit və s. əziyyət çəkir. 10 ildən artıqdır ki, əziyyət çəkdiyi "arterial hipertenziya" xəstəliyi ilə əlaqədar qan təzyiqinin yüksəlməsinin qarşısını almaq üçün daimi olaraq hər gün 10 mq həcmində "Amlokard", ürək döyüntülərinin sayının (nəbzi dəqiqədə 115-120 olur) azaldılması üçün 5 mq həcmində "Nebilet" dərmanı qəbul etmək, sutkada azı 2 dəfə qan təzyiqini və ürək döyüntülərinin sayını yoxlamaq məcburiyyətindədir. "Arterial hipertenziya" xəstəliyi "şəkərli diabet"lə birlikdə müxtəlif həyati orqanlarını (ürəyini, böyrəklərini, gözlərini) zədələmişdir. Mütəmadi kurs müalicələrə ciddi ehtiyacı vardır. "Şəkərli diabet" xəstəliyi, ağırlaşmaları ilə əlaqədar pəhriz-qidalanma, istirahət və yuxu rejiminə ciddi riayət etmək məcburiyyətindədir. 15 sentyabr 2014-cü il tarixdə "şəkərli diabet, İ tip" xəstəliyi və ağırlaşmaları ilə əlaqədar ona İİİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir, 16 sentyabr 2015-cü il tarixdə ona təkrarən İİİ qrup əlillik təyin edilmiş, 16 sentyabr 2016-cı il tarixdə qanunvericiliyin tələblərinə əsasən əlilliyi 5 (beş) il müddətinə uzadılmışdır. 2021-ci ildə təkrar əlillik müddəti bitdikdən sonra bir neçə dəfə barəsində göndərilmiş çoxsaylı elektron tibbi göndərişlərə "natamam doldurulmuşdur", "əlavə stasionar müalicəyə ehtiyacı vardır" kimi şablon, formal və həqiqətə uyğun olmayan bəhanələrlə imtina cavabları verilmişdir. 19 avqust 2022-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və X6 tibbi-sosial ekspert komissiyasında əyani müayinədən keçirilmiş və ona 2 il müddətinə-31 avqust 2024-cü il tarixədək ümumi xəstəlik səbəbindən İİİ dərəcə əlillik təyin edilmişdir. 2022-2024-cü illərdə də əvvəllər olduğu kimi "şəkərli diabet" xəstəliyinin kəskin və xroniki ağırlaşmaları ilə əlaqədar dəfələrlə ambulator və stasionar müalicələrdə olmuşdur. Təkrar əlillik təyin edilməsi üçün bütün zəruri instrumental (UZİ, doppleroqrafiya, ensefaloqrafiya, eletrokardioqramma, exokardioqrafiya, rentgen, MRT) və labarator (qanın ümumi, hormonal, biokimyəvi və sidiyin ümumi analizləri, qan və sidikdə şəkər) müayinələrdən keçmişdir. Çoxsaylı ixtisaslı həkimlər tərəfindən (endokrinoloq, oftalmoloq, nevropatoloq, cərrah, nefroloq, terapevt, kardioloq) müayinə olunmuşdur. Qoyulmuş diaqnozlar 11 iyul 2024-cü il tarixdə Respublika Endokrinoloji Mərkəzinin tibbi rəyi ilə bir daha təsdiqlənmişdir. Təkrar əlillik təyinatına göndəriş verilməsi üçün 09 avqust 2024-cü il tarixdə Qazax Mərkəzi rayon xəstəxanasında həkim məsləhət komissiyasından keçmişdir. 11 sentyabr 2024-cü il tarixdə təkrar əlillik təyinatı üçün Qazax MRX tərəfindən elektron sistemə barəsində S00216906GHE nömrəli göndəriş daxil edilmişdir. Həmin göndərişdə barəsindəki diaqnoz " Əsas xəstəlik: İnsulindən asılı şəkərli diabet, İ tip, ağır forma, tez-tez (sutkada 3-4 dəfə) baş verən hipoqlikemik hallarla, çoxsaylı ağırlaşmalarla (E10.7), əsas xəstəliyin ağırlaşmalarıböyrəklərin zədələnməsi ilə diabetik nefropatiya, xroniki böyrək xəstəliyi İ mərhələ (E10.2); diabetik qeyri-proliferativ retinopatiya (Vis OD 0,05 kor-3=0,2, Vis OS 0,05 kor-3=0,1 E 10.3); diabetik polineyropatiya (E10.4), hər iki aşağı ətrafın diabetik angiopatiyası, İİİ dərəcəli xroniki işemiyası, ateresklerozu, fasiləli axsama (E10.5, İ70.2, İ73.9), diabetik ensefalopatiya, simptomatik epilepsiya generalizə olunmuş tonik-klonik tutmalarla (G93.4), yanaşı xəstəliklər "Essensial hipertenziya İİİ dərəcə (İ10), Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası FS 2 (İ20.8); Ürək çatmamazlığı (İ50); Epilepsiya (G40), D vitamini çatışmazlığı (E55.9); Piylənmə İ dərəcə-çəki 96 kq, boy 174 sm, BKİ 31,7 kq/m2 (E66.0), Miopiya (H52.1); Boyun, döş və bel şöbəsi fəqərəarası disklərinin dural kisə və sinir kökcüklərini sıxan çoxsaylı protruziyaları, L5-S1 diskində geniş əsaslı mərkəzi yırtıq (M50.2, M51.2, G55.1); sadə xroniki bronxit (J41.0), sol dizdə medial meniskin ön və arxa buynuzunda Grade İİİ dərəcəli yırtığı (M23.3)" olmuşdur. S00216906GHE №-li göndərişdə barəsindəki anamnestik, tibbi anket məlumatlarına, barəsində instrumental, labarator və müxtəlif ixtisaslı həkim müayinələrinin nəticələrinə əsasən X2 (10-cu baxış) və müvafiq kodlaşmaya uyğun olaraq əziyyət çəkdiyi əsas xəstəliyi və həmin xəstəliyin ağırlaşmaları, yanaşı xəstəlikləri, əsas xəstəliyinin başlanma tarixi, kliniki gedişi, şikayətləri, müalicə aldığı müəssisələr, gündəlik və daimi olaraq aldığı ambulator tibbi yardım, TSEK-ə göndəriş zamanı vəziyyəti ətraflı, obyektiv və dəqiqliklə göstərilmişdir. Həmin gün qeyd edilən göndərişə "imtina edilib. Şəxsin əlillik statusunun operativ şəkildə müəyyənləşdirilməsi məqsədi ilə yaşadığı yer üzrə xidmət göstərən TSEK-ə yaxınlaşması zəruridir" cavabı verilmişdir. 13 sentyabr 2024-cü ildə təkrar əlillik təyinatı üçün bütün zəruri tibbi sənədləri (tibbi rəylərin, xəstəlik tarixlərindən çıxarışların surətləri) 17.№-li Tibbi-sosial ekspert komissiyasından (TSEK) elektron sənəd dövriyyəsi alt sisteminə (ESDAS) daxil edilməklə Agentliyin Mərkəzi tibbi sosial ekspert komissiyasına göndərilmişdir. 17№-li TSEK-dən ona bildirilmişdir ki, nisbətən yüksək pensiya alan hərbi və dövlət qulluqçularının əlillik təyinatı yalnız Mərkəzi tibbi sosial ekspert komissiyasında əyani müayinə əsasında aparılır, həmin quruma getməlidir. 23 sentyabr 2024-cüi il tarixdə 17№-li TSEK-in tövsiyəsi əsasında Agentliyin Mərkəzi tibbi sosial ekspert komissiyasında əyani müayinələrdən keçirilmiş, lakin həmin gün müayinələrin nəticələrinə dair ona heç bir tibbi və rəsmi sənəd təqdim edilməmiş, nəticə elan edilməmişdir, yekun qərarın 15 iş günü ərzində qəbul olunacağı və elektron sistemə daxil ediləcəyi bildirilmişdir. Əyani müayinənin nəticəsi üzrə hansı qərarın qəbul edilməsi barədə elektron müraciətlərinə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 04 oktyabr 2024-cü il tarixli 3-17-4/2-T- 26450/2024№2-li məktubu ilə "xx.xx.2024-cü il tarixdə Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq, sağlamlıq vəziyyətinzidə əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkarlanmamışdır " cavabı verilmiş, həmin cavab yalnız 18 oktyabr 2024-cü il tarixdə Elektron ünvan e-Mail ünvanına göndərilmişdir. 11 oktyabr 2024-cü il tarixdə "Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" elektron xidmətində "İmtina edilib. Diaqnoz əlillik əlaməti təyin etmir"' cavabı yerləşdirilmişdir. Mərkəzi tibbi-sosial ekspert komissiyasının barəsində aparılmış 23 sentyabr 2024-cü il tarixli, xxxxxxx0017.№-li əyani müayinə protokolu üzrə əlillikdən imtina haqqında qərarını aşağıdakılara əsasən qanunsuz, əsassız və ədalətsiz hesab edir. "Şəkərli diabet" və onun ağırlaşmaları ilə əlaqədar 2008-ci il sentyabrın 4-dən 26-na qədər F.Əfəndiyev adına 4№-li Bakı şəhər xəstəxanasında, 2014-cü il avqustun 12- dən sentyabrın 2-nə qədər X4, 2021ci il martın 4-dən 26-na və iyulun 28-dən avqustun 5-nə qədər Ağstafa Mərkəzi Rayon Xəstəxanasında, 2022-ci il yanvarın 10-dan 24-nə qədər Respublika Endokrinoloji Mərkəzində, 2022-ci il martın 2-dən 11-nə qədər və 2023-cü il aprelin 6-dan 15-nə qədər Ağstafa Mərkəzi Rayon Xəstəxanasında stasionar müayinə və müalicələrdə olmuşdur. Son 1(bir ) il ərzində 11-21 dekabr 2023-cü il tarixlərində 10 gün, 25 aprel-6 may 2024-cü il tarixlərində 11 gün, 18-29 iyul 2024-cü il tarixlərində 11 gün Ağstafa Mərkəzi Rayon Xəstəxanasında stasionar müayinə və müalicələrdə olmuşdur. Bundan başqa "şəkərli diabet"in çoxsaylı xroniki ağırlaşmaları ilə əlaqədar əvvəllər olduğu kimi mütəmadi olaraq müxtəlif ixtisaslı həkimlərin ambulator qəbullarında olmuş, çoxsaylı dərman həbləri, ineksiya və infuziyalardan- sistemlərdən ibarət (Aktovegin, Trental, Tioqamma, Tiaktodar, Pirasetam, Pantoqam, Kardio-maqnil, Visan, Nitroksalin, Kanefron, Seftraksion, Esensial, Natrium- Bikarbonat, müxtəlif vitamin və mineral kompleksləri və s.) kurs müalicələr almışdır. Belə ki, yaşadığı və dispanser qeydiyyatında olduğu Ağstafa Mərkəzi Rayon Xəstəxanasında 21 sentyabr 2023-cü il, 08 fevral 2024-cü il, 12 mart 2024-cü il, 31 may 2024-cü il, 20 avqust 2024-cü il, 18 sentyabr 2024-cü il tarixlərində endokrinoloqun, 25 yanvar 2024-cü il, 22 fevral 2024-cü il, 28 iyun 2024-cü il tarixlərində nevropatoloqun, 29 mart 2024-cü il tarixində nefroloqun ambulator qəbullarında olmuşdur. Əsas xəstəliyi- "şəkərli diabet" və onun ağırlaşmaları yerli xəstəxanalarla yanaşı respublikanın mərkəzi səhiyyə müəssisələrinin ixtisaslı həkim komissiyalarının rəyləri ilə də təsdiqlənmişdir. Respublika Endokrinoloji Mərkəzinin 11 iyul 2024-cü il tarixli, 2690004AAZ2№-li rəyində ona "Şəkərli diabet, İ tip, çoxsaylı ağırlaşmalarla (E10.7), diabetik polineyropatiya (G63.2), periferik qan dövranı pozğunluğu ilə diabetik angiopatiya, hər iki aşağı ətrafın İİİ dərəcəli xroniki işemiyası, ateresklerozu, fasiləli axsama (170.2), diabetik qeyri-proliferativ retinopatiya (Vis OD 0,05 kor-3=0,2, Vis OS 0,05 kor-3=0,1 H36.0); diabetik ensefalopatiya (G93.4), xroniki böyrək xəstəliyi İ mərhələ (N18); Yanaşı: Simptomatik epilepsiya generalizə olunmuş tutmalarla (G40), Arterial hipertoniya İİ dərəcə (İ11), Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası FS 2 (İ20.8); D vitamini çatışmazlığı (E55.9); Miopiya (H52.1), Piylənmə İ dərəcə - çəki 96 kq, boy 174 sm, BKİ 31,7 kq/m2 (E66.0), Hiperxolestrinemiya (E78)" diaqnozu qoyulmuşdur. Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında 07 sentyabr 2021-ci il tarixdə keçirilmiş müayinənin nəticəsi olaraq (Ambulator kitabça №-si 38445) ona "Diabetik ensefalopatiya, simptomatik epilepsiya nadir generalizə olunmuş tonik-klonik tutmalarla (E10.4), Diabetik polineyropatiya (G63.2)" diaqnozu qoyulmuşdur. Akademik M.A.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzinin 14 yanvar 2022-ci il tarixli, 027№-li rəyi ilə ona "Aşağı ətrafların diabetik angiopatiyası, İİ dərəcəli xroniki işemiyası (179.2), aşağı ətrafların diabetik polineyropatiyası (G62.2)" diaqnozu qoyulmuşdur. Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 30 avqust 2022-ci il tarixli, 8603 №-li tibbi rəyi ilə ona " OU qeyri-proliferativ diabetik retinopatiya (Vis OD 0,05 kor-3=0,2, Vis OS 0,05 kor-3=0,1 H36.0), zəif dərəcəli miopiya" diaqnozu qoyulmuşdur. 17 ildən artıq müddətdə gənc yaşlarından "şəkərli diabet" xəstəliyinin insulindən asılılıq yaradan İ tip, ağır formasından əziyyət çəkməyi, daimi çoxsaylı insulin ineksiyalarına möhtac olmağı, sutka ərzində bir neçə dəfə təkrarlanan hipoqlikemik vəziyyətlər, "şəkərli diabet"in çoxsaylı kəskin və xroniki ağırlaşmaları ilə əlaqədar müxtəlif həyati orqanlarında (beynində, sinir sistemində, gözlərində, aşağı ətraflarında, ürəyində, böyrəklərində və s.) funsional pozuntulara səbəb olan patoloji dəyişikliklər (diabetik ensefalopatiya, angiopatiya, neyropatiya, retinopatiya, nefropatiya və s.), eləcə də şəkərli diabet"lə əlaqədar qazandığı yanaşı xəstəliklər (arterial hipertoniya, stenokardiya, simptomatik epilepsiya, fəqərə yırtığı və protruziyaları və s.) nəticəsində həyat fəaliyyəti (sosial uyğunlaşma, hərəkətetmə, istiqamət seçmə və s.) və əmək qabiliyyəti kəskin şəkildə məhdudlaşmışdır. Mütəmadi ambulator və stasionar müalicə tədbirlərinə baxmayaraq "şəkərli diabet İ tip" kimi ağır xroniki xəstəliyinin uzun müddət davam etməsi, "diabetik staj"ının və yaşının artması, əlavə yanaşı xəstəliklər qazanmağı ilə əlaqədar olaraq onun cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan, əmək fəaliyyəti ilə sərbəst məşğul olmağına məhdudiyyətlər, əngəllər yaradan həmin xəstəliklərin orqanizmində yaratdığı çoxsaylı sabit və xroniki pozuntular, ağırlaşmalar nəinki aradan qalxmışdır, əksinə pisləşməkdə davam etməkdədir. Hazırda da ağır xroniki xəstəliyi səbəbindən ixtisasına uyğun olaraq işləməkdə çətinlik çəkir, heç bir yerdə işləmir. Sadaladığı faktlardan, normativ hüquqi aktlardan da görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X6 tibbi-sosial ekspert komissiyası əlillik verilməsindən imtina haqqında qərarını tibbi normativlərə, qanunvericiliyin tələblərinə uyğun şəkildə mötəbər sübutlarla və konkret faktlarla əsaslandıra bilməmişdir, diaqnozun hansı səbəbdən əlilliyə əsas vermədiyini, əlillik təyininə əsas verən hansı ağırlaşmaların və patofunksional dəyişikliklərin aşkarlanmadığını, hansı diaqnostik məlumatlara və həkim müayinələrinə əsasən belə qərar qəbul etməsini izah etməmişdir, öz qərarında yalnız həqiqətdən uzaq ümumi, formal, şablon söz və ifadələrdən istifadə etmişdir. Həmin qərar qüvvədə olan əlilliyin təyinatı meyarları, hazırki vəziyyəti, respublikanın ixtisaslaşmış mərkəzi səhiyyə müəssisələrinin (Respublika Endokrinoloji Mərkəzi; Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Akademik M.A.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzi, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi) həkim komissiyalarının tibbi rəyləri ilə kəskin ziddiyyət təşkil edir. Eyni zamanda "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 2.1, 2.3-cü bəndlərinin tələbləri, "adsızlaşdırma" prinsipi, əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini müəyyən etməyə imkan verən məlumatlar pozulmaqla tibbi-sosial ekspert komissiyalarına göndərişlər elektron sistemə daxil edilən anda nisbətən yükək pensiya aldıqlarına görə hərbi və dövlət qulluqçularının hamısının əlillik təyinatı üçün əyani müayinəyə çağırılması, onların əlilliyinin tibbi-sosial ekspert komissiyalarına göndərişlərdəki məlumatlara heç bir əhəmiyyət verilmədən aparılması özü də qeyri-obyektivliyin, müxtəlif bəhanələrlə həmin şəxslərin əksəriyyətinin əlillik statusu almasına maneələrin və süni əngəllərin yaradılmasının göstəricisidir. Mərkəzi tibbi sosial ekspert komissiyasının barəsində təkrar əlillik təyinatından imtina qərarı özünün 29 avqust 2022-ci ildə əyani müayinə keçirib xx.xx.2022-ci il tarixli 187№-li qərarla təsdiqlənmiş yeni " Əlilliyin müəyyən olunması meyarları"na əsasən ona İİİ dərəcə əlillik təyin etməsi ilə də ziddiyyət təşkil edir. Mərkəzi tibbi sosial ekspert komissiyasının mövqeyindən belə anlaşılır ki, 2022-ci ildə əyani müayinə zamanı "şəkərli diabet İ tip" xəstəliyinin ağırlaşmaları barəsində əlillik təyininə əsas versə də, həmin xəstəliyinin və ağırlaşmaların daha da pisləşməkdə davam etməsinə, bu müddətdə diabetlə əlaqədar əlavə yanaşı xəstəliklər qazanmağına, "diabetik staj"ının və yaşının artmasına baxmayaraq, iki il sonra hazırki vəziyyəti eyni əlillik meyarlarına əsasən guya haqqında təkrar əlillik təyinatına əsas vermir. Bu faktın özü barəsində təkrar əlillik təyinatından imtina qərarının qeyri-obyektivliyini, əsassızlığını təsdiqləyir. Barəsində əlillik təyinatından imtina haqqında qərar qəbul edilərkən uzun illər ərzində əziyyət çəkdiyi xüsusi nəzarət, diqqət tələb edən "şəkərli diabet İ tip" əsas xəstəliyinin özü, klinik gedişinin ağırlığı, daimi olaraq hər gün intensiv çoxsaylı insulin ineksiyalarına möhtac olmağı, sutkada bir neçə dəfə təkrarlanan hipoqlikemik vəziyyətlərə düşməyi, hədəf orqanlarının zədələnməsi ilə müşayiət olunan "arterial hipertenziya" yanaşı xəstəliyi, hər gün bir neçə də dəfə qanında şəkərliliyin səviyyəsini və arterial təzyiqini ölçmək məcburiyyətində qalmağı, pəhriz-qidalanma, istirahət və yuxu rejiminə ciddi riayət etməyə məcbur olmağı, digər yanaşı xəstəlikləri, mütəmadi olaraq ixtisaslı müayinə və müalicə tədbirlərinə ciddi ehtiyacının olması, qeyd etdiyi halların həyat fəaliyyətini və əmək qabilyyətini kəskin məhdudlaşdırması, ümumiyyətlə nəzərə alınmamışdır. Qanunsuz və əsassız şəkildə əlillik statusundan məhrum edilməklə yeganə dolanacaq mənbəyi olan əmək pensiyasından məhrum edilmiş, maddi məhrumiyyətlərə düçar edilmişdir. O, yalnız həmin pensiyanın hesabına ərzaq, geyim, dərman, kommunal (qaz, elektrik enerjisi, telefon, internet) xərclərini ödəyə bilirdi. Əlil statusunu itirdiyi üçün o, həm də diabetik ensefalopatiyanın fəsadı olan simptomatik epilepsiya tutmalarının qarşısını almaq üçün qəbul etməyə məcbur olduğu "finlipsal" (karbamezapin) dərmanı ilə dövlət hesabına təmin olunmaqdan məhrum olunmuşdur, həmin dərmanı aptekdən almaq mümkün deyildir. Eyni zamanda "şəkərli diabet"in ağırlaşmalarına görə mütəmadi qəbul etməyə məcbur olduğu digər imtiyazlı dərmanların (tioqamma, aktovegin, trental, esensial və s.) təminatından da məhrum edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 406 №-li qərarına əsasən insulin və şəkərsalıcı həblər istisna olunmaqla "şəkərli diabet"in ağırlaşmalarına görə imtiyazlı dərmanlar, o cümlədən epilepsiya əlehinə "finlipsal" (karbamezapin) tableti yalnız əlilliyi olan şəxslərə verilir. Əlillik statusundan əsassız şəkildə məhrum edilməklə beynəlxalq və milli qanunvericilikdə əlillər üçün nəzərdə tutulmuş güzəştli əmək şəraiti (qısaldılmış iş vaxtı, daha uzun məzuniyyət, əlverişli şəraitdə işləmək və s.), sanatoriya müalicəsi və digər imtiyazlardan da məhrum edilmişdir. Heç bir qazancı, gəliri dolanma mənbəyi olmadığına görə ağır xəstəlikdən əziyyət çəkdiyi, həyat fəaliyyəti və əmək qabiliyyəti kəskin məhdudlaşdığı halda sağlam insanlar kimi istənilən iş şəraitində işləməyə məcbur edilir. Əsassız şəkildə yaradılmış bütün bu məhrumiyyətlər isə səhhətindəki ağırlaşmaların daha da pisləşməsinə, fiziki və mənəvi cəhətdən daha artıq əzab-əziyyət çəkməyinə, həyat müddətinin daha da qısalmasına səbəb olur. Göründüyü kimi barəsində əlillikdən imtina haqqında qərar qanunsuz və əsaslandırılmamış şəkildə çıxarılmaqla yanaşı, həm də dövlətin prioritet hesab etdiyi sosial siyasətə zidd olan, antihumanist və ədalətsiz bir hərəkətdir.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

19. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

20. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş (əyani müayinə zamanı) və Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə ona əlillik təyinatından imtina edilmişdir.

21. Lakin həmin imtina qərarının iddiaçıya rəsmi qaydada çatdırılmasına dair cavabdeh tərəfindən hər hansı sənəd təqdim olunmamış, məhkəmənin həmin məzmunlu sorğusu cavablandırılmamışdır. İddiaçı isə iddia ərizəsində göstərmişdir ki, 23 sentyabr 2024-cüi il tarixdə 17№-li TSEK-in tövsiyəsi əsasında Agentliyin Mərkəzi tibbi sosial ekspert komissiyasında əyani müayinələrdən keçirilmiş, lakin həmin gün müayinələrin nəticələrinə dair ona heç bir tibbi və rəsmi sənəd təqdim edilməmiş, nəticə elan edilməmişdir, yekun qərarın 15 iş günü ərzində qəbul olunacağı və elektron sistemə daxil ediləcəyi bildirilmişdir. Əyani müayinənin nəticəsi üzrə hansı qərarın qəbul edilməsi barədə elektron müraciətlərinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 04 oktyabr 2024-cü il tarixli 3-17-4/2-T-26450/2024№2-li məktubu ilə "xx.xx.2024-cü il tarixdə Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq, sağlamlıq vəziyyətinzidə əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkarlanmamışdır " cavabı verilmiş, həmin cavab yalnız 18 oktyabr 2024-cü il tarixdə Elektron ünvan e-Mail ünvanına göndərilmişdir. 11 oktyabr 2024-cü il tarixdə "Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" elektron xidmətində "İmtina edilib. Diaqnoz əlillik əlaməti təyin etmir"' cavabı yerləşdirilmişdir.

22. Belə olan halda, məhkəmə hesab edir ki, müddət ötürülməmişdir.

23. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağstafa şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

24. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

25. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

26. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

27. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

28. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Stenokardiyanın digər formaları, ÜİX. Gərginlik stenokardiyası FS İİ. Diabetik retinopatiya (E10–E14 ümumi dördüncü .3 işarəsi ilə), Diabetik qeyri-proliferativ retinopatiya. Vis OD 0,05 kor. -3= 0.2(onda iki), Vis OS 0,05 kor. -3= 0.1(onda bir).Essensial [birincili] hipertenziya, Essensial hipertenziya İİİ dərəcə.Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Dabetik polineyropatiya.Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, Döş və bel şöbəsi fəqərəarası disklərinin yerdəyişməsi. Boyun, döş və bel şöbəsi fəqərəarası disklərinin dural kisə və sinir kökcüklərini sıxan çoxsaylı protruziyaları, L5-S1 diskində geniş əsaslı mərkəzi yırtıq. İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İ tip, ağır forma, tez-tez (sutkada 3-4 dəfə) baş verən hipoqlikemik hallarla. İnsulindən asılı şəkərli diabet, Böyrəklərin zədələnmısi ilə., diabetik nefropatiya,Xroniki böyrək xəstəliyi İ mərhələ, Energetik resursların artıq miqdarda daxil olması, Piylənmə İ dərəcə (Çəkisi 96 kq, boyu 174 sm, bədən kütlə indeksi 31,7 kq/m2). Ürək çatmamazlığı, Ürək çatmamazlığı. (AF 42%). Miopiya, OU-Miopiya. Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Hər iki aşağı ətrafın diabetik angiopatiyası, İİİ dərəcəli xroniki işemiyası, ateresklerozu.Fasiləli axsama. Diaqnozu forma 88 vasitəsilə göndərilmişdir. Orqanizmin endokrin sisteminin xəstəlik, zədə və çatışmazlıqlar səbəbindən əmələ gəlmiş davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi simtomatikanın təzahür dərəcəsinin və xarakterinin, klinik və instrumental müayinə üsullarının nəticələrinin, eləcə də müasir reabilitasiya üsullarının tətbiqi ilə pozulmuş funksiyaların kompensasiya edilməsi imkanlarının qiymətləndirilməsinə əsaslanır. Bu hallar iddiaçıda öz əksini tapmadığından, şəkərli diabet səbəbindən orqanizmin funksiyalarının davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi şəkərli diabetin ən geniş yayılmış endokrin patologiyası olaraq xroniki əlillik vəziyyətinə çatdıran fəsadlaşmalara gətirən xəstəlik olduğunun nəzərə alınması ilə aparılır. Şəkərli diabetin ağırlaşmalarına kamorbidliyin yüksək göstəriciləri ilə səciyyələnən diabetik mikro və makro angiopatiyalar aid edilmədiyindən E14 xəstəliyi iddiaçıda öz əksini tapmamışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

29. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

30. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

31. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Xəstəlik tarixindən çıxasrışlar; - 17.08.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli göndərişlər; - Bakı şəhəri Baş Səhiyyə İdarəsi F.Əfəndiyev adına 4 nömrəli şəhər klinik xəstəxanasının xx.xx.2008-ci il tarixli 53a nömrəli Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı; - Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında xx.xx.2021ci il tarixdə keçirilmiş müayinənin nəticəsi; - Respublika Endokrinoloji Mərkəzin xx.xx.2022-ci il tarixli Epikrizi; - X12 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 8603 nömrəli Tibbi rəyi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-4/2-T-26450/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-24/2-733/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-17-4/2-8115/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

32. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

33. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdə 1 il müddətinə İİİ dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə İİİ dərəcə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbindən İİİ dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlilliyi xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması-2014-cü ildən 2021-ci ilədək xəstənin stasionar yatışı qeyd olunmur. Köməkçi diaqnostik müayinə diaqnozun ağırlaşmasını təsdiq etmir. Ətraflı müayinə və stasionar müalicə tövsiyə olunur” səbəbindən əlillik təyinatından imtina edilmişdir. İddiaçı əlilliyi növbəti dəfə tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilərək xx.xx.2022-ci il tarixdə “Göndərişin natamam doldurulması”, xx.xx.2022-ci il tarixdə “Əlavə müalicəyə ehtiyacın olması” səbəbindən, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə isə “Göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatından imtina edilmişdir.

34. Daha sonra İddiaçı əlilliyi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona 2 il müddətinə ümumi xəstəlik səbəbindən İİİ dərəcə əlillik təyin edilmişdir.

35. İddiaçının əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – E.10.7 - İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İ tip, ağır forma, tez-tez (sutkada 3-4 dəfə) baş verən hipoqlikemik hallarla; Ağırlaşma - H36.0* – Diabetik retinopatiya (E10–E14 ümumi dördüncü .3 işarəsi ilə) , Diabetik qeyri-proliferativ retinopatiya. Vis OD 0,05 kor. -3= 0.2(onda iki), Vis OS 0,05 kor. -3= 0.1(onda bir); Ağırlaşma – G63.2* – Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Dabetik polineyropatiya; Ağırlaşma – E10.2 – İnsulindən asılı şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə., diabetik nefropatiya, Xroniki böyrək xəstəliyi İ mərhələ; Ağırlaşma – G93.4 – Dəqiqləşdirilməmiş ensefalopatiya, Diabetik ensefalopatiyasimptomatik epilepsiya, generalizə olunmuş tutmalarla; Ağırlaşma – İ79.2* – Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Hər iki aşağı ətrafın diabetik angiopatiyası,İİİ dərəcəli xroniki işemiyası, ateresklerozu.Fasiləli axsama; Yanaşı xəstəliklər – İ20.8 – Stenokardiyanın digər formaları, ÜİX. Gərginlik stenokardiyası FS İİ; Yanaşı xəstəliklər – İ10 – Essensial [birincili] hipertenziya, Essensial hipertenziya İİİ dərəcə; Yanaşı xəstəliklər – İ20.8 – Stenokardiyanın digər formaları, ÜİX-Gərginlik stenokardiyası.FS.2; Yanaşı xəstəliklər – M51.2 – Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, Döş və bel şöbəsi fəqərəarası disklərinin yerdəyişməsi. Boyun, döş və bel şöbəsi fəqərəarası disklərinin dural kisə və sinir kökcüklərini sıxan çoxsaylı protruziyaları, L 5-S 1 diskində geniş əsaslı mərkəzi yırtıq; Yanaşı xəstəliklər – N20.9 – Dəqiqləşdirilməmiş sidik daşları, Xroniki kalkulyoz pielonefrit; Yanaşı xəstəliklər – M23.3 – Meniskin digər zədələnmələri, Sol diz menski yırtıgı grade İİİ; Yanaşı xəstəliklər – E55.9 – D vitamininin dəqiqləşdirilməmiş çatmamazlığı, D vitamini çatışmazlığı; Yanaşı xəstəliklər – E66.0 – Energetik resursların artıq miqdarda daxil olması, Piylənmə İ dərəcə(Çəkisi 96 kq, boyu 174 sm, bədən kütlə indeksi 31,7 kq/m2); Yanaşı xəstəliklər – İ50 – Ürək çatmamazlığı, Ürək çatmamazlığı.(AF 42%); Yanaşı xəstəliklər – H52.1 – Miopiya, OU-Miopiya.; Yanaşı xəstəliklər – J41.0 – Sadə xroniki bronxit, Sadə xroniki bronxit.

36. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir.

37. Həmin göndərişdəki diaqnozlar üzrə iddiaçı xx.xx.2024-cü il tarixdə 17 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Aparılan instrumental və laborator müayinələr (transtorakal exokardioqrafiya, aşağı ətraf arteriyaların doppleroqrafiyası, göz müayinəsi və qanın biokimyəvi analizi) nəticəsində əlillik səviyyəsində hər hansı ağırlaşmalar və patofunsional pozuntular aşkar edilmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir.

38. Həmin diaqnozlardan əsas diaqnoz olan “E.10.7” XBT kodlu xəstəliyin ağırlaşmaları “H36.0* – Diabetik retinopatiya (E10–E14 ümumi dördüncü .3 işarəsi ilə), Diabetik retinopatiya, Vis OU =0.05 kor. -3OD=0.2 (onda iki)”, “İ79.2* – Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Hər iki aşağı ətrafın diabetik angiopatiyası,İİİ dərəcəli xroniki işemiyası, ateresklerozu.Fasiləli axsama”, Yanaşı xəstəlik olan – İ10 – Essensial [birincili] hipertenziya, Essensial hipertenziya İİİ dərəcə iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur.

39. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

40. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

41. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman (xx.xx.2024-cü il tarixdə) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə ikinci dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

43. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT-10 Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların (kod) funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, pozulması faizi pozulması müddəti orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri

11. Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları Qeyd. Orqanizmin endokrin sisteminin xəstəlik, zədə və çatışmazlıqlar səbəbindən əmələ gəlmiş davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi simtomatikanın təzahür dərəcəsinin və xarakterinin, klinik və instrumental müayinə üsullarının nəticələrinin, eləcə də müasir reabilitasiya üsullarının tətbiqi ilə pozulmuş funksiyaların kompensasiya edilməsi imkanlarının qiymətləndirilməsinə əsaslanır. 11.2 Şəkərli diabet E10-E14

Qeyd. Şəkərli diabet səbəbindən orqanizmin funksiyalarının davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi şəkərli diabetin ən geniş yayılmış endokrin patologiyası olaraq xroniki əlillik vəziyyətinə çatdıran fəsadlaşmalara gətirən xəstəlik olduğunun nəzərə alınması ilə aparılır. Şəkərli diabetin ağırlaşmalarına kamorbidliyin yüksək göstəriciləri ilə səciyyələnən diabetik mikro və makro angiopatiyalar aid edilir.

11.2.1 insulindən asılı şəkərli diabet E10

11.2.3 diabetik retinopatiya H36.0*

Qiymətləndirmə 11.2.3.2 diabetik retinopatiya qeyri- 65-80 2 il proliferativ və ya preproliferativ və ya terminal (gözün ön kamerasının küncünün neovaskulyarizasiyası, ikincili rubeoz qlaukomanın əmələ gəlməsi ilə nəticələnən; torlu qişanın ayrılmasına səbəb olan traksion sindromlu vitreoretinal şvartların əmələ gəlməsi) və (və ya) makulopatiyalar görmə itiliyinin (monokulyar, yaxşı görən gözlə korreksiyadan sonra) 0,1-0,05-ə qədər olması ilə və (və ya) periferiyadan görmə sahəsinin daralması fiksasiya nöqtəsindən radius boyu < 20 dərəcəyə qədər, lakin 10 dərəcədən geniş 11.2.5 diabetik periferik angiopatiya İ79.2*

Qiymətləndirmə 11.2.5.2 diabetik makroangiopatiya hər 80 2 il iki aşağı ətrafda, XAÇ İİİ mərhələ

2. Qan dövranı sisteminin xəstəlikləri Qeyd. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinikfunksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.1. Qan təzyiqinin yüksək olması İ10-İ15 ilə səciyyələnən xəstəliklər arterial hipertenziya İ-İİİ 2.1.2. dərəcə, hipertoniya xəstəliyi İİİ 65-80 2 il mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə

44. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş əsas diaqnoz olan “E.10.7” XBT kodlu xəstəliyin ağırlaşmaları “H36.0* – Diabetik retinopatiya (E10–E14 ümumi dördüncü .3 işarəsi ilə), Diabetik retinopatiya, Vis OU =0.05 kor. -3OD=0.2 (onda iki)”, “İ79.2* – Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Hər iki aşağı ətrafın diabetik angiopatiyası,İİİ dərəcəli xroniki işemiyası, ateresklerozu.Fasiləli axsama”, Yanaşı xəstəlik olan – İ10 – Essensial [birincili] hipertenziya, Essensial hipertenziya İİİ dərəcə xəstəlikləri orqanizminin funksiyalarının pozulması faizi 65-80% aralığındadır və bu da iddiaçıya ikinci dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

45. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

46. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.

36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar