Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1969/2025 31.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 X21 Cavabdeh Qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İ-ЖГ 333116 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.1972-ci ildə anadan olmuşdur, atası X8, anası isə X1r. AB-İ 021045 nömrəli diploma əsasən X4 1990-cı ildə Azərbaycan Respublikası Tibb İnstitutuna daxil olmuşdur, 20 iyun 1996-cı ildə Müalicə işi ixtisası üzrə tam kursu bitirmişdir. Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı AA seriyalı 452614 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Doğum haqqında AZ-İİİ 185000 nömrəli şəhadətnaməyə əsasən X12 xx.xx.2013-ci ildə anadan olmuşdur, ana qrafasında İddiaçı və ata qrafasında isə X13 qeyd edilmişdir. Doğum haqqında AZ-İ 422595 nömrəli şəhadətnaməyə əsasən X6 xx.xx.2004-ci ildə anadan olmuşdur, ana qrafasında İddiaçı və ata qrafasında isə X13 qeyd edilmişdir. İddiaçı (bundan sonra mətndə - iddiaçı) 1 X21 Cavabdeh Qeydiyyat şöbəsinə (bundan sonra mətndə - cavabdeh) müraciətinə, sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Beləki, Azərbaycan Respublikası Stepanakert şəhər VVAQ şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1972-ci il tarixli l-JQ 389596 saylı doğum haqqında şəhadətnaməsində adınız Natanat kimi qeyd edilmiş, lakin AA******* saylı şəxsiyyətinizi təsdiq edən sənədinizdə isə adınız Mətanət kimi yazılmışdır. Adında uyğunsuzluqlar aşkarlandığından doğum haqqında şəhadətnamənin bərpası 1 X21 Cavabdeh Qeydiyyat şöbəsində mümkün deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun doğum haqqında akt qeydinin bərpa edilərək, atasının X9, anasının X5 olmasını, adının Mətanət olmaqla xx.xx.1972-cı il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində anadan olması ( keçmiş Az.SSR DQMV-nin Stepanakert şəhəri) barədə yeni doğum haqqında şəhadətnamə verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-cı il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində anadan olmuşdur, ( keçmiş Az.SSR DQMV-nin Stepanakert şəhəri) atası X9 , anası X2r.O, anadan olarkən Az.SSR DQMV-nin Stepanakert şəhəri VVAQ şöbəsndə barəsində doğum qeydi aparılaraq ona xx.xx.1972-ci il tarixli İ-7KT seriyalı 389596 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir.O, məlum hadisələrlə əlaqədar məcburi köçkün kimi oradan köçmüşdür. 1990-cı ildə Tibb İnstitutuna daxıl olub, oranı 1996-cı ildə bitirmişdir. xx.xx.1996-cı ildə Xocalı rayon İHB-nın Kosalar kənd VVAQ şöbəsində rəsmi nikah qeyd etdirərək X13 ilə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2004-cü ildə oğlum İsrafil, xx.xx.2013-cü il tarixdə oğlu Fərid anadan olmuşdur.Hazırda mərhum bacısı Xalimə vəfat etmişdir.Onun əmlakına vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariat kontoruna müraciət etmiş,lakin adında hərif səhvi olduğu üçün notariat əməliyyatının aparılması mümkün olmamışdır.Oradan bildirdilər ki,doğum haqqında şəhadətnamədə adı “Natanat” kimi qeyd edilmişdir. Halbuki, bütün digər səmdlərində adı ”Mətanət’yazılmışdır. Doğum akt qeydi hazırkı Xankəndi şəhər Qeydiyyat şöbəsində saxlanmadığı üçün orada düzəliş aparmaq mümkün olmanışdır. Adında olan hərif səhvini düzəltmək üçün cavabdeh 1 X21 Cavabdeh Qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən imtina cavabı verilərək, məhkəməyə müraciət etməyi bildirilmişdir. O, cavabdehin imtinasını qeyri-qanuni hesab edir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi akt qeydinin bərpa edilməsdir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... Bənd 13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Bənd 16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Bənd 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. Bənd 16-2. Ermənistan Respublikasında tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydləri bərpa edilərkən yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır. Bənd 21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydi bərpa olunur və maraqlı şəxs müraciət etdikdə ona müvafiq şəhadətnamə və ya arayış verilir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AA seriyalı 452614 nömrəli məcburi köçkün vəsiqəsindən, AB-İ №021045 nömrəli diplomdan, iddiaçıya məxsus 011099 nömrəli əmək kitabçasından, həmçinin iddiaçının övladlarına məxsus AZ-İİİ 185000 nömrəli, AZ-İ 422595 nömrəli doğum haqqında şəhadətnamə ilə də müəyyən olunur ki, iddiaçının adı bütün sənədlərdə Mətanət kimi qeyd edilmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Xankəndi şəhərində(keçmiş Az.SSR DQMV-nin Stepanakert şəhəri) anadan olduğundan, doğum akt qeydinin tələb edilməsi mümkün olmadığından işdə olan sübutlar əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” ın 16, 16-1, 16-2,21-ci bəndlərinə əsasən iddia təmin olunmalı, doğum akt qeydi bərpa edilərək cavabdeh inzibati orqanın üzərinə atasının X9, anasının X5 olması, adının Mətanət olmaqla xx.xx.1972-cı il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində anadan olması ( keçmiş Az.SSR DQMV-nin Stepanakert şəhəri) barədə yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı doğum akt qeydi bərpa edilərək, atasının X9, anasının X5 olması, adının Mətanət olmaqla xx.xx.1972-cı il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində anadan olması ( keçmiş Az.SSR DQMV-nin Stepanakert şəhəri) barədə yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi 1 X21 Cavabdeh Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1969/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1969/2025
31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver