Məhkəmə qərarları › İş №2-1(114)-197/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-197/2020

06.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-197/2020 06.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X5rşı qeydin və çıxarışın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən **********, ********** və ********** qeydiyyat nömrəsi ilə aparılmış əsassız qeydiyyatın daşınmaz əmlakın dövlət reyestirindən çıxarılması (ləğv edilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması və Qazax rayon X3 xx xxxxxx 1997-ci il tarixli, 12 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” (JN-605A KOD 50102018) şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X7 tərəfindən həyətyanı torpaq sahəsinə dair verilmiş xx.xx.2019-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ********** reyestr nömrəsi ilə onların adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın) və “Torpağa mülkiyyət hüququna dair” (JN1091) dövlət aktı əsasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X7 tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair xx.xx.2019-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********91 reyestr nömrəli, xx.xx.2019-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********62 reyestr nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bundan sonra, iddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən Qazax rayon X3 xx xxxxxx 1997-ci il tarixli, 12 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” (JN-605A KOD 50102018) şəhadətnamə əsasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X7 tərəfindən həyətyanı torpaq sahəsinə dair verilmiş xx.xx.2019-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ********** reyestr nömrəsi ilə onların adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın) və “Torpağa mülkiyyət hüququna dair” (JN1091) dövlət aktı əsasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X7 tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair xx.xx.2019-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********91 reyestr nömrəli, xx.xx.2019-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********62 reyestr nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi ilə bağlı qeydiyyatın qanunsuz hesab edilərək bu qeydiyyatların ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, hazırkı iddia geri götürülmüş sayılmalı və icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, 2-1(114)-197/2020 nömrəli məhkəmə bildirişinin məzmunundan görünür ki, iddiaçıların məhkəmə iclasında iştiraklarının və iddia tələbinin dəqiqləşdirilməsinin zəruri olduğu bildirilmiş, həmçinin iddiaçıların 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin sərəncamı poçt vasitəsilə iddiaçılara göndərilmiş və xx xxxxxx 2019-cu il tarixdə poçt göndərişinə imza edilməklə iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkilinə xəbərnaməyə imza etdirilməklə çatdırılmışdır. Lakin təyin olunmuş müddət ərzində iddiaçılar məhkəmənin təklifinə cavab verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinin birinci cümləsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. "M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında İPM-in 55.3-cü maddəsinin məhkəmə təcrübəsində düzgün və dürüst tətbiqinin şərtlərinə dair hüquqi mövqelər ortaya qoyulmuşdur. Konstitusiya Məhkəməsinin sözügedən qərarında aşağıdakılar göstərilmişdir: "İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunvericilik bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciətetmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır." Göründüyü kimi, hazırkı işdə iddiaçılara yuxarıda qeyd olunan meyarlara tam cavab verən sərəncamlar göndərilməsinə baxmayaraq, 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışlar. Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan, iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X5rşı qeydin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiaları iddiası geri götürülmüş sayılsın və inzibati mübahisəyə dair iş üzrə məhkəmə icraatına xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar