Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1970/2025 18.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı övladının soyadının dəyişdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı xx.xx.2019-cu il təvəllüdlü X1 “Şükürov” soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. X5 ilə İddiaçı xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar.
2. Onların birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X6 adlı uşaqları doğulmuş, bu barədə onlara xx.xx.2019-cu il tarixdə AZ-İV № 884424 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir.
3. İddiaçı övladı X1 “Şükürov” soyadına dəyişdirilməsi barədə 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/8-2494/15-24 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Odur ki, övladının soyadının dəyişdirilməsi səllahiyyətləri xaricində olduğundan müvafiq icra hakimiyyəti orqanına müraciət etməyi tövsiyyə olunmuşdur.
4. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-1/2-Ş-19-467/2024 nömrəli cavab məktubu və ona əlavə olunmuş xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Təqdim olunmuş sənədlər Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qayyumluq və Himayəçilik Komissiyasında müzakirə olunmuşdur. Yetkinlik yaşına çatmayanın atası X4 razılığı olmadığından, komissiya tərəfindən xx.xx.2019-cu il təvəllüdlü X1 dəyişdirilərək "Şükürov" kimi yazılmasına icazə verilməmişdir.
5. Nikahın pozulması haqqında xx.xx.2024-cü il tarixli AZ-İ № 487444 şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 ilə İddiaçı nikahı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-3036 saylı qətnaməsinə əsasən pozulmuş, xx.xx.2024-cü il tarixində nikaha xitam verilmişdir.
6. X4 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, sabiq həyat yoldaşı İddiaçı ilə birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 “Şabanov” soyadından “Şükürov” soyadına dəyişdirilməsi barədə İddiaçı iddia tələbini qəbul edir, soyadın dəyişdirilməsinə etiraz etmir. II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, övladı xx.xx.2019-cu il təvəllüdlü X1 “Şükürov” soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 ilə nikahları 2024-cü ildə pozulmuş, uşaqlar isə onun himayəsində qalmışdır. Hazırda onlara maddi-mənəvi o dəstək olur. Sabiq həyat yoldaşı X2 aliment almır. O, 1 saylı Gəncə Regional « ASAN XİDMƏT » Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə xx.xx.2019 ci il təvəllüdlü X7 doğum haqqında şəhadətnaməsində soyadı Şabanov olaraq qeyd edilmiş soyadının dəyişdirilərək Şükürov olaraq dəyişdirilməsi ilə bağlı müraciət etsə də, ona 02 sentyabr 2024-cü il tarixdə yazılı olaraq imtina cavabı verilmiş, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2019-cu il təvəllüdlü X1 “Şükürov” soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, İddiaçılarnın prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, İddiaçılar hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, İddiaçılarnın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, İddiaçılar hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, İddiaçılarnın yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı doğum haqqında şəhadətnamədə soyad “Şabanov” olaraq qeyd edilmiş soyadın dəyişdirilərək “Şükürov” olaraq qeyd edilməsi və doğum haqqında şəhadətnamədə ana qrafası olan hissədə Şabanova soyadının dəyişdirilərək “Şükürova” olaraq qeyd edilməsi tələbinə dair iş üzrə X5 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.
18. X5 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq İddiaçı ilə birgə nikahlarından anadan olmuş 04 dekabr 2019-cu il təvəllüdlü X1 “Şükürov” soyadına dəyişdirilməsinə qarçı heç bir etiraz yoxdur.
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.
21. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
23. Cavabdeh orqanın və üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2019-cu il tarixdə AZ-İV № 884424 nömrəli doğum haqqında şəhadətnamənin surəti; - 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-2494/15-24 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5- 1/2-Ş-19-467/2024 nömrəli cavab məktubu; - Nikahın pozulması haqqında xx.xx.2024-cü il tarixli AZ-İ № 487444 şəhadətnamənin surəti;
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
26. İş materiallarından müəyyən olur ki, X5 ilə İddiaçı xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X6 adlı uşaqları doğulmuş, bu barədə onlara xx.xx.2019-cu il tarixdə AZ-İV № 884424 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Tərəflər arasında nikah məhkəmə qaydasında pozulduqdan sonra İddiaçı övladı X1 “Şükürov” soyadına dəyişdirilməsi barədə 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/8-2494/15-24 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Odur ki, uşağın soyadının dəyişdirilməsi səllahiyyətləri xaricində olduğundan müvafiq icra hakimiyyəti orqanına müraciət etməyi tövsiyyə olunmuşdur. İddiaçının bu məqsədlə Gəncə şəhər İcra Hakimiyyətinə etdiyi müraciəti üzrə isə iclas keçirilmiş və ərizə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qayyumluq və Himayəçilik Komissiyasında müzakirə olunmuşdur. Yetkinlik yaşına çatmayanın atası X4 razılığı olmadığından, komissiya tərəfindən xx.xx.2019-cu il təvəllüdlü X1 dəyişdirilərək "Şükürov" kimi yazılmasına icazə verilməmişdir.
27. Lakin sonradan X5 xx.xx.2025-ci il tarixdə notarial qaydada ərizə verərək, o, sabiq həyat yoldaşı İddiaçı ilə birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 “Şabanov” soyadından “Şükürov” soyadına dəyişdirilməsi barədə İddiaçı iddia tələbini qəbul etdiyini, soyadın dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir.
28. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Maddə 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarına görə: Bənd 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Bənd 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir.
30. Azərbaycan Respublikası Konstitusiyasına görə: Maddə 32. İİ. Qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
31. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir.
32. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar.
33. Məhkəmə həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır.
34. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir.
35. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar.
36. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır.
37. “Giyo Fransaya qarşı” işdə (Guillot v. France) Fransanın dövlət orqanlarının ərizəçinin qızını Flor de Mari adı ilə qeydiyyata almaqdan imtina etmələri və bu adın müvafiq dini adlar siyahısında olmadığını əsas gətirmələri ilə əlaqədar olaraq Məhkəmə izah etdi ki, uşağın adının valideynləri tərəfindən seçilməsi şəxsi və mənəvi məsələdir və buna görə də şəxsi həyat anlayışının tətbiq dairəsinə düşür.
38. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir.
39. Avropa İnsan Hüquqları Məhkəməsi də məsələyə eyni cür yanaşaraq konkret olaraq öz qərarlarında «uşağın maraqlarının üstün tutulması» prinsipini əsas götürür.
40. Məhkəmə qeyd edir ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
41. Məhkəmə hesab edir ki, hazırkı işdə azyaşlının atasının razılığı olduğundan iddia tələbi təmin edilməlidir.
42. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X1 “Şükürov” soyadına dəyişdirilməsi öhdəliyi cavabdeh 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva