Məhkəmə qərarları › İş №2-1(114)-1975/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1975/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1975/2022 29.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı pasport qeydiyyatına alınma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh xx.xx.2022-ci il tarixli, 131- 10000Q-3222 nömrəli məktubu ilə Ağdam rayonu, Tağıbəyli kəndinə pasport qeydiyyatına alınmasından imtina edilmişdir. İmtina onunla əsaslandırmışıldır ki, Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli müvafiq göstərişi ilə bağlı işğaldan azad olunmuş, Ağdam, Laçın, Kəlbəcər, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, xocalı rayonlarında, Şuşa şəhərində qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin digər inzibati ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyata alınması eləcə də, digər şəhər və rayonlardan yuxarıda göstərilən rayonlara qeydiyyata alınmaq məskunlaşma başa çatanadək dayandırılmışdır. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək Cavabdehnə qarşı xx.xx.2004-cü il təvəllüdlü X1 onun qeydiyyatda olduğu Ağdam rayonu, Tağıbəyli kəndi ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağdam rayonu, Tağıbəyli kəndində anadan olmuşdur və orada yaşayış yeri üzrə qeydiyyatdadır. Artıq bir neçə ildir ki, məcburi köçkün kimi ünvan 1 ünvanında yerləşən yataqxanada məskunlaşmışlar. Onun doğulduğu Ağdam rayonu, Tağıbəyli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmağına baxmayaraq, qızı xx.xx.2004-cü il təvəllüdlü X3 ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Hesab edir ki, ailə üzvü olduğuna və yaxın zamanlarda həmin torpaqlara qayıdacaqlarına görə, qızı xx.xx.2004-cü il təvəllüdlü X1 onun qeydiyyatda olduğu ünvana qeydiyyata alınması məqsədəmüvafiqdir. Buna görə də o, X1 qeydiyyatda olduğu ünvana, yəni Ağdam rayonu, Tağıbəyli kəndinə qeydiyyata alınması üçün ərizə ilə Cavabdehnə müraciət etmişdir. Cavabdehndən aldığı xx.xx.2022-ci il tarixli, 131-10000Q-3222 saylı cavab məktubda qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli müvafiq göstərişi ilə bağlı işğaldan azad olunmuş Ağdam və digər rayonlarda qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin digər inzibati ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyata alınması eləcə də digər şəhər və rayonlardan yuxanda göstərilən rayonlara qeydiyyata alınmaq məskunlaşma başa çatanadək dayandırılmışdır. Hesab edir ki, Cavabdeh tərəfindən qızı xx.xx.2004-cü il təvəllüdlü X3 onun qeydiyyatda olduğu ünvana, yəni Ağdam rayonu, Tağıbəyli kəndinə qeydiyyata alınmasından imtinaya dair cavabı qanunaziddir və qızı onun yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 29 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. Tərəflərə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə tərfələrin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşlar (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına, Cavabdeh xx.xx.2022-ci il tarixli, 131-10000Q-3222 nömrəli məktubunun surəti, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, X2 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.2019-cu il tarixli, AA 427065 nömrəli məcburi köçkün vəsiqəsinin surəti, « Doğum haqqında » xx.xx.2005-ci il tarixli, AZ-İ 556004 nömrəli şəhadətnamənin surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Göründüyü kimi İddiaçı xx.xx.2004-cü il təvəllüdlü X1 onun qeydiyyatda olduğu Ağdam rayonu, Tağıbəyli kəndinə qeydiyyata alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını tələb edir. İş materiallarında olan Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 131-10000Q-3222 nömrəli məktubda bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli müvafiq göstərişi ilə bağlı işğaldan azad olunmuş, Ağdam, Laçın, Kəlbəcər, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, xocalı rayonlarında, Şuşa şəhərində qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin digər inzibati ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyata alınması eləcə də, digər şəhər və rayonlardan yuxarıda göstərilən rayonlara qeydiyyata alınmaq məskunlaşma başa çatanadək dayandırılmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun;

1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

2. maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür.

5. maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Bununla yanaşı iş materiallarında olan elektron şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, X3 hazırda Bakı şəhəri, Nərimanov rayonu, Habil Mirzəyev küçəsi, 28 ünvanında qeydiyyatdadır. Hazırda qeydiyyatda olan şəxsin iddia ərizəsində tələb etdiyi ünvana qeydiyyata alınmaması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmır və onun yaşayış sahəsi üzrə ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən İddiaçı Cavabdehnə qarşı pasport qeydiyyatına alınma barədə iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; -68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

N ə t i c ə v i h i s s ə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

İddiaçı Cavabdehnə qarşı pasport qeydiyyatına alınma barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar