Məhkəmə qərarları › İş №2-1(114)-1979/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1979/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1979/2025 17.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı cavabdeh tərəfindən ödənilməmiş 13-cü əmək haqqının, N günlük 90 manat ezam pulunun və hərbi qulluqçular üçün ödənilməli olan birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. xx.xx.N008-ci il tarixli AO ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.N0N1ci il tarixdən xx.xx.N0N4-cü il tarixədək Dövlət Sərhəd Xidməti «N» nömrəli hərbi hissədə kiçik çavuş kimi xidmət göstərmiş, xx.xx.N0N4-cü il tarixli N nömrəli əmrlə Azərbaycan Respblikası Qanunun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq xidmətdən ehtiyata buraxılmışdır.

2. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları “N” nömrəli hərbi hissənin xx.xx.N0N4-cü il tarixli təyinat vərəqəsində qeyd edilmişdir ki, baş çavuş İddiaçı xx.xx.N0N4-cü il tarixdə Azərbaycan Respublikasının SHXÇDX-nin Gəncə şəhər Kəpəz rayon İdarəsinə getmək əmr olunur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar xx.xx.N0N4-cü il tarixdə hərbi hissədən çıxmış və təyinat yerinə xx.xx.N0N4-cü il tarixdə çatmışdır.

3. Mühəndis istehkam bölüyü İİ mühəndis istehkam tağımının sürücüsü baş çavuş İddiaçı pul təminatının ödənilməsi üçün son haqq-hesabdan görünür ki, İddiaçı 398.48 manat ödənilmişdir.

4. xx.xx.N0N4-cü il tarixli Mühəndis istehkam bölüyü İİ mühəndis istehkam tağımının sürücüsü baş çavuş İddiaçı pul təminatının ödənilməsi üçün son haqq-hesabdan görünür ki, İddiaçı N89.84 manat ödənilmişdir.

5. İddiaçı 13-cü əmək haqqının, N günlük 90 manat ezam pulunun və hərbi qulluqçular üçün ödənilməli olan birdəfəlik müavinətin ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət etmiş və cavabdehin xx.xx.N0N4-cü il tarixli məktubu ilə imtina cavabı verilərək bildirilmişdir ki, müraciəti ilə əlaqədar xidmət etdiyi hərbi hissəyə sorğu verilmiş və sorğu nəticəsində müəyyən olunmuşdur ki, ona ödənilməli olan çıxış müavinəti və digər ödənişlər kart hesabına köçürülmüşdür.

6. Məhkəmənin sorğusuna Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.N0N5-ci il tarixli 3-38/16-N-38N8/N5 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçı sabiq hərbi qulluqçu İddiaçı cavabdeh AR Dövlət Sərhəd Xidmətinə qarşı "xidmət etdiyi dövrün ödənilməmiş əmək haqqının və digər məbləğlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və s." tələbinə dair Gəncə İnzibati Məhkəməsinə müraciəti əsasında hərbi hissədə xidmət etdiyi dövrdə maliyyə bölməsindən əmək haqqının çıxarışları və əşya-geyim bölməsindən çıxarışlar edilmişdir. Sabiq hərbi qulluqçu baş çavuş İddiaçı “N” nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün N-ci mühəndis istehkam tağımının sürücüsü vəzifəsində xidmət etmiş, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) əsasən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və xidmət ili xx.xx.N0N4-cü il tarixə N il 11 ay N8 gün olmuşdur. Pul təminatının ödənilməsi, həmçinin Silahlı Qüvvələrin ehtiyatına buraxılan kişi hərbi qulluqçular üçün hərbi geyim və əşya əmlakın əvəzinə pul kompensasiya cədvəllərinə (əlavə olunur) əsasən İddiaçı ödənişlər edilmişdir.

7. “N” nömrəli hərbi hissənin ehtiyyata buraxılan kişi hərbi qulluqçuları üçün hərbi geyim və əşya əmlakın əvəzinə pul kompensasiyasının ödənilməsinin Paylanma cədvəlindən görünür ki, İddiaçı 166,50 manat ödəniş edilmişdir.

8. Məhkəmənin sorğusuna Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “N” nömrəli hərbi hissənin xx.xx.N0N5-ci il tarixli 3-38-K/N-17N9/N0N5 nömrəli və xx.xx.N0N5ci il tarixli 3-38-K/N-N876/N5 nömrəli cavab məktublarında bildirilmişdir ki, “N” nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı xx.xx.N0N5-ci il tarixində 166.50 manat paltarpulu, xx.xx.N0N4-cü il tarixində N gün müddətinə “N” nömrəli hərbi hissəyə getməsi ilə əlaqədar xx.xx.N0N4-cü il tarixində N50 manat məbləğində ezamiyyət xərci ödənilmişdir. Lakin xx.xx.N0N4-cü il tarixində N gün müddətinə “N” №-li hərbi hissəyə ezam olunması ilə bağlı ezamiyyət vərəqəsini aidiyyatı üzrə maliyyə bölməsinə təqdim etmədiyi üçün sabiq hərbi qulluqçu İddiaçı ezamiyyət xərci ödənilməmişdir. II. Məhkəmədə icraat

9. İddiaçı xx.xx.N0N4-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, son əmək haqqı hesablanması zamanı aparılan əvəzləşdirmənin qanunsuz hesab edilməsi, ödənilən son haqq-hesab məbləğinin (1105.41 manat) bərpa edilməsi, daha sonra ona ödənilməli olan digər ödəmələrin düzgün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N0N1-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları «N» nömrəli hərbi hissə Horadiz şəhərində kiçik çavuş kimi xidmət göstərmişdir. xx.xx.N0N4-cü il tarixdə isə qeyd etdiyi hərbi hissədən Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Lakin xidmət göstərdiyi müddətin son ayı onun kartına cəmi 398 manat pul ödənmiş, ona ödənilməli olan paltar pulu, 13-cü maaş, ezam pulu və bilmədiyi müavinətlər ödənilməmişdir. Bununla bağlı o, müvafiq qurumlara müraciət etsə də heç bir nəticəsi olmamışdır.

11. Məhkəmənin xx.xx.N0N5-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “cavabdeh tərəfindən ödənilməmiş 13-cü əmək haqqının, N günlük 90 manat ezam pulunun və hərbi qulluqçular üçün ödənilməli olan birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in N.N.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.N019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.N0N5-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçının vəkili və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər, üçüncü şəxs isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin (Bundan sonra Əsasnamə) 5-ci fəslinin (Həqiqi hərbi xidmətdən tərxis olunarkən hərbi qulluqçulara pul təminatının ödənilməsi. Pul təminatı maaşlarının və pul təminatının aylıq əlavə növlərinin ödənilməsi.) 5.3-cü bəndində (Zabitlərin, gizirlərin, miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının tərxis olunarkən birdəfəlik və çıxma müavinətləri) qeyd olunan müavinətlərin ödənişləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq bəqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər, ədliyyə, gömrük, miqrasiya feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması haqqında" N3 noyabr 199N-ci il tarixli 631 №-li Qərarına əsasən tənzimlənir. Yaşına, xəstəliyə, ştatların ixtisarına görə tərxis olunan pensiya hüququ olan zabit, gizir, miçman hesablanması qaydası və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə və törətdiyi cinayətlərə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edilmiş hərbi qulluqçular və zabit rütbəsi verilməklə hərbi xidmətdən tərxis olunan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olunmaqla) tərxis olunarkən vəzifə və hərbi rütbə maaşı məbləğinin beş misli həcmində başqa əsaslarla tərxis olunanlara isə vəzifə və hərbi rütbə maaşı məbləğinin iki misli həcmində birdəfəlik müavinət ödənilir. Həmin Əsasnamənin 5.4cü bəndində qeyd olunmuşdur ki, Pensiya hüququ olmayan (tərxis olma və birdəfəlik müavinətin ödənişi nəzərdə tutulmayan hallar istisna olmaqla (5.5-ci bənd)) hərbi qulluqçulara hərbi xidmətdən tərxis olunarkən aşağıdakı miqdarda tərxis olma müavinəti ödənilir: - 5.4.1. yaşına, xəstəliyə, ştatların ixtisarına görə tərxis olunan zabitlərə - vəzifə və hərbi rütbə maaşı məbləğinin beş misli həcmində, başqa əsaslarla tərxis olunanlara isə - vəzifə və hərbi rütbə maaşı məbləğinin iki misli həcmində; - 5.4.N. yaşına, xəstəliyə, ştatların ixtisarına görə hərbi xidmətdən tərxis olunan gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına - vəzifə və hərbi rütbə maaşı məbləğinin beş misli həcmində, başqa əsaslarla 1 ildən 4 ilədək xidmət müddətinə malik olanlara vəzifə və hərbi rütbə maaşı məbləğinin 50% həcmində, 4 illik xidmət müddətinə malik olanlara vəzifə və hərbi rütbə maaşı məbləğinin bir misli həcmində; 4 ildən çox xidmət müddətinə malik olanlara 4 il xidmətə görə vəzifə və hərbi rütbə maaşı məbləğinin bir misli həcmində və 4 ildən artıq olan xidmətin hər bir tam ili üçün vəzifə və hərbi rütbə maaşı məbləğinin N0% həcmində (vəzifə və hərbi rütbə maaşının N mislindən çox olmamaq şərti ilə). 5.4.3. Xidmətdə fasilə olarsa, tərxis olma müavinətinin ödənilməsi üçün hərbi xidmətə gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi yalnız sonuncu qəbul günündən başlanan dövr nəzərə alınır. 5.4.4. Bilavasitə müddətli xidmətin başa çatmasından sonra gizir, miçman kimi hərbi xidmətə və ya müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmiş hərbi qulluqçulara ilk dəfə hərbi xidmətdən tərxis olunarkən tərxis olma müavinətinin ödənilməsi üçün xidmət müddətinə müddətli hərbi xidmət dövrü də hesablanır. Hərbi qulluqçulara birdəfəlik və tərxis olma müavinəti hərbi hissələr tərəfindən son hesablaşmada ödənilir. İddiaçı sabiq hərbi qulluqçu baş çavuş İddiaçı «N» nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün N-ci mühəndis istehkam tağımının sürücüsü vəzifəsində xidmət etmiş, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) əsasən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və xidmət ili xx.xx.N0N4-cü il tarixə N il 11 ay N8 gün olmuşdur. Bu səbəbdən ona yuxarıda qeyd olunmuş 5.4.N-ci bənddə göstərilən başqa əsaslarla 1 ildən 4 ilədək xidmət müddətinə malik olanlara vəzifə və hərbi rütbə maaşı məbləğinin 50% həcmində (555+117)/N=336 birdəfəlik müavinət hesablanmışdır. Həmin Əsasnamənin 5.5-ci bəndində qeyd olunmuşdur ki, hərbi qulluqçulara aşağıdakı hallarda tərxis olma və birdəfəlik müavinət ödənilmir. 5.5.1. hərbi qulluqçunun şərəfini ləkələyən hərəkətlər törətdiyinə görə və törətdiyi cinayətə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edilmiş hərbi qulluqçulara; 5.5.N. cinayət məsuliyyətinə cəlb edilmiş hərbi qulluqçulara cinayət təqibinə xitam verilənədək; 5.5.3. əgər hərbi qulluqçu barəsində cinayət işi dayandırılarsa və ya ona məhkəmə bəraət verərsə, birdəfəlik müavinət ümumi əsaslarla ödənilir; 5.5.4. yaşına, xəstəliyə, ştatların ixtisarına görə hərbi xidmətdən tərxis olunanlar istisna olmaqla başqa səbəblərdən tərxis olunan və 1 (bir) ildən az müddətə xidmət etmiş hərbi qulluqçulara; 5.5.5. zabit rütbəsi verilməklə, hərbi xidmətdən tərxis olunan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına. Həmçinin, iddiaçının iddia ərizəsində qeyd etdiyi 13-cü maaşının ödənilməməsi hissəsində isə bildirilir ki, İddiaçı 13cü maaş məbləği ödənilmişdir və onun hesablanma qaydası bu cürdür: (555+117)*N/1N*7=784 (İddiaçı N0N4-cü ilin avqust ayında tərxis olunduğu üçün sonda 7ə vurulmuşdur). İddiaçı sabiq hərbi qulluqçu baş çavuş M.X.X3 Xidməti rəisinin müavini - X1 xx.xx.N0N4-cü il tarixli, 811 ş/h nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) əsasən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, xx.xx.N0N4-cü il tarixdə isə «N» nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar Azərbaycan Respublikasının SHXÇDX-nin Gəncə şəhər Kəpəz rayon İdarəsinə getməsi əmr olunmuşdur. Belə ki, İddiaçı avqust ayı üzrə 13 günün maaşı ödənilməli olduğu halda xx.xx.N0N4-cü il tarixdə onun kart hesabına səhvən olaraq avqust ayının bütov maaşı 1105.41 manat pul köçürülmüşdür. Bu səbəbdən İddiaçı çatmalı olan birdəfəlik müavinət (336 manat) və 13-cü maaş (784 manat) məbləğindən avqust ayından əlavə olaraq kartına vurulmuş (xx.xx.N0N4-xx.xx.N0N4) 698 manat pul və məcburi dövlət sosial sığorta haqqı pulu N3,5N manat məbləğində pul tutularaq xx.xx.N0N4-cü il tarixdə İddiaçı kart hesabına 398.48 manat pul məbləği köçürülmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı M.X.XN Xidmətinə qarşı olan iddiasının əsassız olduğunu nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər.

20. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

21. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir.

22. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

24. Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.N008-ci il tarixli AO ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.N0N1-ci il tarixdən xx.xx.N0N4-cü il tarixədək Dövlət Sərhəd Xidməti «N» nömrəli hərbi hissədə kiçik çavuş kimi xidmət göstərmiş, xx.xx.N0N4-cü il tarixli N nömrəli əmrlə Azərbaycan Respblikası Qanunun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq xidmətdən ehtiyata buraxılmışdır.

25. İddiaçı 13-cü əmək haqqının, N günlük 90 manat ezam pulunun və hərbi qulluqçular üçün ödənilməli olan birdəfəlik müavinətin ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət etmiş və cavabdehin xx.xx.N0N4-cü il tarixli məktubu ilə imtina cavabı verilərək bildirilmişdir ki, müraciəti ilə əlaqədar xidmət etdiyi hərbi hissəyə sorğu verilmiş və sorğu nəticəsində müəyyən olunmuşdur ki, ona ödənilməli olan çıxış müavinəti və digər ödənişlər kart hesabına köçürülmüşdür.

26. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinasını qanuni və əsaslı hesab edir.

27. Belə ki, "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin 5-ci fəslinin 5.3-cü bəndində (Zabitlərin, gizirlərin, miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının tərxis olunarkən birdəfəlik və çıxma müavinətləri) qeyd olunan müavinətlərin ödənişləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq bəqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər, ədliyyə, gömrük, miqrasiya feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması haqqında" N3 noyabr 199N-ci il tarixli 631 №-li Qərarına əsasən tənzimlənir. Yaşına, xəstəliyə, ştatların ixtisarına görə tərxis olunan pensiya hüququ olan zabit, gizir, miçman hesablanması qaydası və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə və törətdiyi cinayətlərə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edilmiş hərbi qulluqçular və zabit rütbəsi verilməklə hərbi xidmətdən tərxis olunan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olunmaqla) tərxis olunarkən vəzifə və hərbi rütbə maaşı məbləğinin beş misli həcmində başqa əsaslarla tərxis olunanlara isə vəzifə və hərbi rütbə maaşı məbləğinin iki misli həcmində birdəfəlik müavinət ödənilir.

28. Həmin Əsasnamənin 5.4-cü bəndində qeyd olunmuşdur ki, pensiya hüququ olmayan (tərxis olma və birdəfəlik müavinətin ödənişi nəzərdə tutulmayan hallar istisna olmaqla (5.5-ci bənd)) hərbi qulluqçulara hərbi xidmətdən tərxis olunarkən aşağıdakı miqdarda tərxis olma müavinəti ödənilir: - 5.4.1. yaşına, xəstəliyə, ştatların ixtisarına görə tərxis olunan zabitlərə - vəzifə və hərbi rütbə maaşı məbləğinin beş misli həcmində, başqa əsaslarla tərxis olunanlara isə vəzifə və hərbi rütbə maaşı məbləğinin iki misli həcmində; - 5.4.N. yaşına, xəstəliyə, ştatların ixtisarına görə hərbi xidmətdən tərxis olunan gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına - vəzifə və hərbi rütbə maaşı məbləğinin beş misli həcmində, başqa əsaslarla 1 ildən 4 ilədək xidmət müddətinə malik olanlara vəzifə və hərbi rütbə maaşı məbləğinin 50% həcmində, 4 illik xidmət müddətinə malik olanlara vəzifə və hərbi rütbə maaşı məbləğinin bir misli həcmində; 4 ildən çox xidmət müddətinə malik olanlara 4 il xidmətə görə vəzifə və hərbi rütbə maaşı məbləğinin bir misli həcmində və 4 ildən artıq olan xidmətin hər bir tam ili üçün vəzifə və hərbi rütbə maaşı məbləğinin N0% həcmində (vəzifə və hərbi rütbə maaşının N mislindən çox olmamaq şərti ilə). - 5.4.3. Xidmətdə fasilə olarsa, tərxis olma müavinətinin ödənilməsi üçün hərbi xidmətə gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi yalnız sonuncu qəbul günündən başlanan dövr nəzərə alınır. - 5.4.4. Bilavasitə müddətli xidmətin başa çatmasından sonra gizir, miçman kimi hərbi xidmətə və ya müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmiş hərbi qulluqçulara ilk dəfə hərbi xidmətdən tərxis olunarkən tərxis olma müavinətinin ödənilməsi üçün xidmət müddətinə müddətli hərbi xidmət dövrü də hesablanır.

29. Məhkəmə iddia tələbinin birdəfəlik müavinətin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, hərbi qulluqçulara birdəfəlik və tərxis olma müavinəti hərbi hissələr tərəfindən son hesablaşmada ödənilir. İddiaçı sabiq hərbi qulluqçu baş çavuş İddiaçı «N» nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün N-ci mühəndis istehkam tağımının sürücüsü vəzifəsində xidmət etmiş, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) əsasən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və xidmət ili xx.xx.N0N4-cü il tarixə N il 11 ay N8 gün olmuşdur. Bu səbəbdən ona yuxarıda qeyd olunmuş 5.4.N-ci bənddə göstərilən başqa əsaslarla 1 ildən 4 ilədək xidmət müddətinə malik olanlara vəzifə və hərbi rütbə maaşı məbləğinin 50% həcmində (555+117)/N=336 birdəfəlik müavinət hesablanmışdır.

30. Həmçinin, iddiaçının iddia ərizəsində qeyd etdiyi tələbinin 13-cü maaşın ödənilməsi hissəsi ilə bağlı bildirilir ki, İddiaçı 13-cü maaş məbləği ödənilmişdir və onun hesablanma qaydası bu cürdür: (555+117)*N/1N*7=784 (İddiaçı N0N4-cü ilin avqust ayında tərxis olunduğu üçün sonda 7-ə vurulmuşdur).

31. İddiaçı sabiq hərbi qulluqçu baş çavuş M.X.X3 Xidməti rəisinin müavini - X1 xx.xx.N0N4-cü il tarixli, 811 ş/h nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) əsasən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, xx.xx.N0N4-cü il tarixdə isə «N» nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar Azərbaycan Respublikasının SHXÇDX-nin Gəncə şəhər Kəpəz rayon İdarəsinə getməsi əmr olunmuşdur.

32. Belə ki, İddiaçı avqust ayı üzrə 13 günün maaşı ödənilməli olduğu halda xx.xx.N0N4-cü il tarixdə onun kart hesabına səhvən olaraq avqust ayının bütöv maaşı 1105.41 manat pul köçürülmüşdür. Bu səbəbdən İddiaçı çatmalı olan birdəfəlik müavinət (336 manat) və 13-cü maaş (784 manat) məbləğindən avqust ayından əlavə olaraq kartına vurulmuş (xx.xx.N0N4-xx.xx.N0N4) 698 manat pul və məcburi dövlət sosial sığorta haqqı pulu N3,5N manat məbləğində pul tutularaq xx.xx.N0N4-cü il tarixdə İddiaçı kart hesabına 398.48 manat pul məbləği köçürülmüşdür.

33. Məhkəmə iddia tələbinin N günlük 90 manat ezam pulunun ödənilməsi ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.N0N4-cü il tarixində N gün müddətinə N014 №-li hərbi hissəyə ezam olunması ilə bağlı ezamiyyət vərəqəsini aidiyyatı üzrə maliyyə bölməsinə təqdim etmədiyi üçün, əsaslı olaraq ona ezamiyyət xərci ödənilməmişdir.

34. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.

35. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

36. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.N. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, N5N) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar