Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1984/2024 22.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Müdafiə Sosial Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə qarşı Mərkəzi Filialına qarşı şəhid ailəsi üçün prezident təqaüdünün ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Ölüm haqqında xx.xx.1994-cü il tarixli İV-ЖГ 407678 nömrəli şəhadətnaməyə əsasən iddiaçının atası İddiaçı Məmməd oğlu xx.xx.1994-cü ildə şəhid olmuşdur.
2. Ölüm haqqında xx.xx.2020-ci il tarixli AZ-İİ 140183 nömrəli şəhadətnaməyə əsasən iddiaçının anası X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(104)-77/2022 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-1761/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilmiş və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 72 saylı sərəncamına əsasən mənzil uçotunun İddiaçı adına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-2140/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mənzillə təmin olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
5. İddiaçı Sosial Xidmətlər Agentliyi PHŞ tərəfindən xx.xx.2023-cü il tarixdə şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir.
6. İddiaçı şəhid ailəsi üçün Prezident təqaüdünün ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən xx.xx.2007-ci il tarixindən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” xx.xx.2006cı il tarixli 493 nömrəli fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 1972 nömrəli Fərmanına əsasən sözügedən təqaüdün məbləği xx.xx.2023-cü il tarixindən 600 manata çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydalarının 2-ci bəndinə əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü şəhidin ailə üzvlərinin - ər-arvadın, valideynlərin, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqların, uşaq evlərində tərbiyə olunan qardaş və bacıların, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrin, eyni zamanda tədris müəssisələrində əyani təhsil aldıqda, təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək uşaqlarının və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarının almaq hüququ vardır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən ilkin əlilliyi xx.xx.2014-cü il tarixində (20 yaşında) qeydə alındığından sözügedən Qərarın əhatə dairəsinə daxil olmadığı üçün (Qərarın 2.1.3-cü bəndinə əsasən) ona şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması qanunvericiliklə nəzərdə tutulmamışdır. II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona Prezident təqaüdünün təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə Şəhəri İcra Hakimiyyətinə qarşı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-cü il tarixli 72 saylı sərəncamına əsasən mənzil uçotunun rəhmətlik anasının adından onun adına dəyişdirilməsi tələbinə dair iddia irəli sürmüşdür. Birinci instansiya məhkəməsi iddianı təmin etməsə də, verdiyi apellyasiya şikayəti təmin edilmiş, mənzil uçotunun onun adına dəyişdirilməsi vəzifəsi Gəncə şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Gəncə Şəhəri İcra Hakimiyyəti 04 aprel 2022-ci il tarixli 75 nömrəli sərəncamla bu vəzifə öhdəliyini yerinə yetirsə də, bu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi mənzil uçotu barədə məlumatlarını qəbul etmədiyi üçün və onu mənzillə təmin etməkdən imtina etdiyi üçün Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-l(114)- 2140/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiası təmin edilmiş, mənzillə təmin olunma öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilmişdir. Qərarın əsaslandırma hissəsində 4-cü səhifəsində məhkəmə qeyd edib: "Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxanda qeyd olunmuş qanunun normasının düzgün təfsiri miibahisənin ədalətli həlli üçün mübahisə olunmazdır. Belə ki, hüquq normasının təfsiri dedikdə, ümumi anlamda hüquq qaydasının gerçək mahiyyətinin əldə edilməsinə yönələn fəaliyyət nəzərdə tutulur. Əgər qeyd olunan "18 yaşına çatmamış uşaqlar" ifadəsini hərfi mənada təfsir etsək, bu zaman normanın məzmunu daralar və nəticədə iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarar ki, bu da ədalətlilik prinsipi ilə ziddiyyət təşkil edəcəkdir. Odur ki, sözügedən ifadəni genişləndirici təfsir edərək o nəticəyə gəlinməlidir ki, iddiaçının atası şəhid olan zaman övladının şəhid ailəsi üzvü statusu yaranmışdır.". Həmçinin Gəncə şəhər İcra Hakimiyyətinə qarşı iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2-1(104)-77/2022 saylı qərarının 4-cü səhifəsində məhkəmə belə qeyd edib: "Göründüyü kimi, İddiaçı İİ qrup əlil olmaqla sağlamlıq imkanı məhdud şəxsdir və o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" 2.1.3-cü bəndinə əsasən şəhidin ailə üzvü hesab olunur." Cavabdehə rəsmi müraciət etsə də, ona Prezident təqaüdünün təyin edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli məktub ünvanlamışdır. Hesab edir ki, şəhid ailəsi üzvü olduğu üçün cavabdeh onu Prezident təqaüdü ilə təmin etməlidir. Rəhmətlik anası X4 24 noyabr 2020-ci il tarixdə rəhmətə gedənə qədər Prezident təqaüdü almışdır.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III.İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
17. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
18. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.
19. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Əhmədov X3 Filiala müraciət edərək, ona Şəhid ailəsi üçün Prezident təqaüdünün təyin edilməsi və ödənilməsini xahiş etmişdir. Onun müraciətinə cavab olaraq Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə- 19950/2024 nömrəli məktubu ünvanlanmış və bildirilmişdir ki, ona şəhid ailəsi üçün Prezident təqaüdünün təyin olunması qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən xx.xx.2007-ci il tarixdən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilmişdir. Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" xx.xx.2006-cı il tanxli 493 nömrəli fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023cü il tarixli 1972 nömrəli Fərmanına əsasən sözügedən təqaüdün məbləği xx.xx.2023-cü il tarixdən 600 manata çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü şəhidin ailə üzvlərinin - ər- arvadın, valideynlərin, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqların, uşaq evlərində tərbiyə olunan qardaş və bacıların, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrin, eyni zamanda tədris müəssisələrində əyani təhsil aldıqda, təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək uşaqlarının və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarının almaq hüququ vardır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" altsistemində olan məlumatlara əsasən İddiaçı ilkin əlilliyi xx.xx.2014-cü il tarixdə (20 yaşında) qeydə alındığından sözügedən Qərarın əhatə dairəsinə daxil olmadığı üçün (Qərarın 2.1.3-cü bəndinə əsasən) iddiaçıya şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının" təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il 10 nömrəli Qərarının 2.1-ci bəndinə əsasən, şəhidin arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar, babalar və nənələr (qanunla onları saxlayan şəxs yoxdursa) şəhid ailəsinin üzvləri hesab olunurlar. İddiaçının ərizəyə qoşma kimi təqdim etdiyi məhkəmə qərarları hazırkı mübahisə üçün preyudisial əhəmiyyət daşımamaqdadır. Belə ki, həmin işlər üzrə məhkəmə qərarları iddiaçının “mənzil uçotuna alınması" və “mənzillə təmin olunması" tələblərinə dair məhkəmənin gəldiyi nəticədir. Həmin qərarların əsaslandırma hissələrində də hazırkı etirazda sadalanan normalar qeyd edilmişdir. Məhkəmələr həmin tələblər üzrə yekun nəticəyə gələn zaman iddiaçının 18 yaşa çatanadək şəhid ailəsi üzvü statusuna malik olduğunu nəzərə almışdır. Bu səbəbdən də həmin işlər üzrə iddia tələbi təmin olunmuşdur. Belə ki, İddiaçı vaxtikən yaranmış hüquqdan (18 yaşadək şəhid ailəsi üzvü statusuna malik olması) istifadə etməməsini əsas gətirmişdir. Lakin həmin əsas hazırkı mübahisənin həlli üçün tətbiq edilə bilməz. Ölüm haqqında şəhadətnamədən də aydın olduğu kimi, iddiaçının anası X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Həmin tarixədək Dünya Əhmədovaya şəhid ailəsi üçün Prezident təqaüdü ödənilmişdir. Yuxarıda qeyd olunan normaların məzmunundan da aydın olur ki, iddiaçının həmin təqaüdü almaq hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 -ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.
20. İddiaçı şifahi məhkəmə baxış iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
21. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Ölüm haqqında xx.xx.1994-cü il tarixli İV-ЖГ 407678 nömrəli və xx.xx.2020-ci il tarixli AZ-İİ 140183 nömrəli şəhadətnamələr; - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(104)-77/2022 nömrəli qərarı; - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-2140/2022 nömrəli qərarı; - xx.xx.2023-cü il tarixli şəhid ailəsi üzvünün vəsiqəsi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli imtina məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
24. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. İddiaçı şəhid ailəsi üçün Prezident təqaüdünün ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən ilkin əlilliyi xx.xx.2014-cü il tarixində (20 yaşında) qeydə alındığından sözügedən Qərarın əhatə dairəsinə daxil olmadığı üçün (Qərarın 2.1.3-cü bəndinə əsasən) ona şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması qanunvericiliklə nəzərdə tutulmamışdır.
25. Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” 1.1-ci bəndinə əsasən Şəhid dedikdə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxs başa düşülür.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarına görə: Bənd 1. Bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. Bənd 2. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Bənd 5. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir. Bənd 7. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir. Bənd 8. Müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir.
28. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarının 2-ci hissəsinə əsasən bu Qərar 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə: Bənd 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumları (bundan sonra – Qurum) və ya “DOST” mərkəzləri (bundan sonra – Mərkəz) tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla) şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət istisna olmaqla), habelə övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə sosial müavinətlərin (bundan sonra - müavinət), ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin (bundan sonra - təqaüd) və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir. Bənd 4.8. Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin və məlumatların siyahısı bu Qaydaların 7 nömrəli əlavəsində göstərilib.
30. Həmin Qaydalara 7 nömrəli Əlavəyə (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin və məlumatların siyahısına) görə: Bənd 2. Aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər və məlumatlar da (bu Qaydaların 4.9-cu bəndinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.28. şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün: 2.28.1. şəhid statusunu təsdiq edən sənədin surəti.
31. İşin faktiki hallarından da göründüyü kimi, İddiaçı xx.xx.2023-cü il tarixdə şəhid ailəsi üzvünün vəsiqəsi verilsə də, cavabdeh ona şəhid ailəsinin üzvləri üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsindən imtina edir.
32. Halbuki, iddiaçının şəhid ailəsi üzvü statusu tanındığından “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 493 saylı Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “ “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Qaydalara əsasən iddiaçının şəhid ailəsi üçün verilən təqaüdü almaq hüququ vardır.
33. Bu baxımdan da məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin qeyd edilən normasına zidd olmuşdur.
34. Belə ki, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması üçün qanunvericiliklə tələb olunan sənədlərdən biri şəhid ailələrinə verilən vəsiqədir ki, məhz bu vəsiqə ilə şəxsin şəhid ailəsi statusuna malik olubolmamadığı müəyyən edilir.
35. Hazırkı işdə də iddiaçıya xx.xx.2023-cü il tarixdə şəhid ailəsi üzvünün vəsiqəsinin verildiyi işin mübahisəsiz halıdır. Hazıra həmin vəsiqənin (və ya statusun) ləğvi barədə cavabdeh orqan hər hansı sənəd (sübut) təqdim etməmişdir.
36. Buna görə də, iddiaçının iddiası təmin edilməli, yəni cavabdehin üzərinə İddiaçı Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi öhdəliyi qoyulmalıdır.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva