Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1985/2023 11.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: X6 xx.xx.2007-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 234 nömrə ilə qeydiyyat aparılmış, ata qrafasında X5, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. xx.xx.2012-ci və xx.xx.2016-cı il tarixlərdəki 25 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında aparılan müayinələr zamanı uşağın sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli 0500003AAAJ6 nömrəli göndəriş ilə uşağın sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi məqsədilə təkrar Tibbi Sosial Ekspert Komissiyasına göndəriş təqdim edilmiş, xx.xx.2020-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə nəticəsində X4 əlil və ya sağlamlıq imkanlarının müəyyən edilməsindən imtina olunaraq səbəb kimi əlavə müalicəyə ehtiyacın olması göstərilmişdir. İddiaçı (bundan sonra mətndə - iddiaçı) oğlu X4 əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmiş, xx.xx.2020ci il tarixli 0500003AAAK9 nömrəli göndəriş ilə uşağın sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi məqsədilə təkrar Tibbi Sosial Ekspert Komissiyasına göndəriş təqdim edilmiş və xx.xx.2020-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə nəticəsində X4 xx.xx.2023-cü il tarixədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, sağlamlıq sağlamlıq imkanlarının məhdudluğunun təyinat tarixi xx.xx.2020-ci il olmuşdur. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə- Daşkəsən filailına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2020-ci ilin 9 ay müddətində əlillik müavinətinin bərpa edilməsi və Tibbi-Sosial Ekspert komissiyasının xx.xx.2020-ci il tarixli 0500003AAAJ6 nömrəli imtina edilməsi barədə Forma-88 ləğv olunmasına dair qərar qəbul olunması”nı xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək məhkəmədən “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılması”nı xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının övladı X6 xx.xx.2007-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Uşaq 4 yaşından “Vərəm miningiti” diaqnozu ilə Bakı şəhəri X1 İnstitutunda 3 ay yatmışdır. 2012-ci ildən keçirilmiş meninqoensenfalitin davamlı qalı əlaməti, vərəm mənşəlli, sol tərəfli hemoparezdir. Dəfələrlə Bakı şəhərində dövlət və özəl klinikalarda, Bərpa mərkəzlərində, tanınmış nevropatoloqlarda müayinə və müalicə almışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhərində “X10”da həkimlər tərəfindən cərrahi əməliyyat olmasına baxmayaraq heç bir müsbət nəticə olmamışdır. Uşağın sol ayağı və sol əli şikəstdir, yəni sol tərəf qalxır, barmaqlar işləmir, əli tutmur, əqli inkişafdan 4 yaş geridir. Ailədə işləyən iddiaçıdır. Uşağın müalicəsi həddindən artıq çox pul tələb edir. Bu acınaqlı vəziyyətdə 9 aylıq müavinət kəsiblər. Uzun illərdir TSEK-də müayinə aktı əsasında, əlillik müavinəti ayrı-ayrı illərdə təyin edilməsinə baxmayaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay üçün 200 manat, cəmi 9 ay ərzində 1.800 manat məbləğində müavinət ödənilməmişdir. Yenidən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bərpa edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının məhkəməyə təqdim xx.xx.2023-cü il tarixli, 3-17-1/2-101004/2023 nömrəli etirazında bildirilmişdir ki, iddiaçı onun əlil övladı X4 xx.xx.2019-cu il tarixdə əlillik müddəti bitdiyi üçün müvafiq inzibati orqana (DTSERA) xx.xx.2020-ci il tarixli 050003AAAJ6 saylı göndərişlə müraciət etmiş və həmin göndəriş qiymətləndirilərək əlavə müalicəyə ehtiyacın olmağı səbəbilə sağlamlıq imkanlarının məhdudluğunun təyinindən inzibati orqan tərəfindən imtina edilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli 0500003AAAK9 nömrəli bildirişlə iddiaçı təkrar müraciət etmiş və xx.xx.2020-ci il tarixdə göndəriş qiymətləndirilərək onun övladına 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu statusu verilmişdir. Onun statusunun bərpa edildiyi tarixdən əlilliyə görə sosial təyinatı üzrə mərkəzi filialı ilə razılaşmayaraq ona sosial müavinətin əlillik müddəti bitdiyi tarixdən - xx.xx.2020-ci il tarixdən bərpa edilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinin tələblərini nəzərə alaraq vətəndaşın müraciətindən imtina etmişdir. Belə ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti ərzində sosial müavinət təyin edilir. Yəni, vətəndaşa sosial müavinətin ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə sosial müavinətin ödənilməsi onun "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinin tələblərinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İşin faktiki hallarına əsasən vətəndaşın əlillik müddəti xx.xx.2019-cu il il tarixdə bitmiş və xx.xx.2020-ci il -ci il tarixdə bərpa edilmişdir. İddiaçının əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox (09 ay) müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün ona ötürülmüş müddət üzrə sosial müavinətin ödənilməsi qanunvericiliyə ziddir. Beləliklə, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən də iddiaçının iddiası əsassızdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarına iddiaçı tərəfindən təqdim edilmiş əlilliyin qiymətləndirilməsi ilə bağlı materiallar, cavabdehin etirazı əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İPM-nin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçının övladına müxtəlif vaxtlarda əlillik təyin edilmiş, sonuncu dəfə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək uşağın sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Əlillik müddəti bitdikdən sonra uşağın əlilliyi yenidən qiymətləndirilmiş, xx.xx.2020-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə nəticəsində X4 əlil və ya sağlamlıq imkanlarının müəyyən edilməsindən imtina olunaraq səbəb kimi əlavə müalicəyə ehtiyacın olması göstərilmişdir. Daha sonra iddiaçının müraciətlərindən sonra xx.xx.2020-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə nəticəsində X4 xx.xx.2023-cü il tarixədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, sağlamlıq sağlamlıq imkanlarının məhdudluğunun təyinat tarixi xx.xx.2020-ci il olmuşdur. Həmin tarixdən iddiaçıya əlilliyə görə sosial müavinət ödənilməyə başlanmışdır. İddiaçı ondan asılı olmayan – tibb müəssisələrinin səhlənkar yanaşması nəticəsində təkrar müayinəsinin 6 aydan çox uzandığını əsas gətirərək xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilməmiş sosial müavinətin ödənilməsini xahiş etmişdir. Cavabdehin etirazının əsaslarına görə iddiaçının övladının əlilliyi sonuncu əlilliyi xx.xx.2020-ci il tarixdə müəyyən edilmişdir. İddiaçının tələb etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edildiyindən həmin dövrlər üzrə müavinət ödənişinin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Mübahisə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müavinətin ödənilməsi ilə bağlıdır. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. 9.1.2-ci maddəsinə əsasən 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət-əlillik müddətinə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. (2 iyul 2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyul 2021-ci il, № 151) yeni məzmunda 3.3-1-ci maddə əlavə edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əlilliyə görə müavinət əlillik müddətində ödənilir və şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Başqa sözlə, şəxsə əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən sosial müavinət təyin edilir və ödənilir. Məhkəmə qeyd edir ki, iddiaçının övladının əlillik müddəti xx.xx.2019-cu il tarixdə bitsə də (iddiaçı xx.xx.2020-ci il tarixdən ödənilmə tələb edir), 6 aydan çox – 09 ay 06 gün sonra – xx.xx.2022-ci il tarixdə əlilliyi qiymətləndirilmişdir. Bu səbəbdən də "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası qanununun Əlilliyin müəyyən edilməsi başlıqlı 3-cü maddəsinin 3.3-1-ci bəndi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna uyğun olmuşdur. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1985/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1985/2023
11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver