Məhkəmə qərarları › İş №2-1(114)-1987/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1987/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1987/2023 06.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanan şəxsə edilən yardımın təsdiq edilməsi barədə xx.xx.2021-ci il tarxli aktdan görünür ki, İddiaçı “YAŞAT” Fondunun fəaliyyəti çərçivəsində səhhətində qeydə alınan görmə və sinir problemləri ilə bağlı dərman vasitələri və eynəklə təmin olunmuşdur.

2. “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2021-ci il tarixli 9332 nömrəli arayışından görünür ki, Daşkəsən MRX-nın xx.xx.2021-ci il tarixli göndərişinə əsasən İddiaçı tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub və ona "Üzvi emosional labil (astenik) pozuntu F06.6" diaqnozu qoyulmuşdur.

3. “Gəncə şəhər Psixiatriya Xəstəxanası” PHŞ-nin xəstəlik tarixindən stasionar çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə "F06.6- F43.1- Barotravma. Üzvi mənşəli labil pozuntu, stress pozuntusu." diaqnozu ilə stasionar müalicədə olmuş, müalicənin nəticəsində rayon psixiatrının nəzarəti məsləhət görülmüşdür.

4. “Gəncə şəhər Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2021-ci il tarixli 1608/21 nömrəli arayışından görünür ki, İddiaçı Gəncə şəhər X4-Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ruhi-əsəb xəstəliyinə düçar olmuş şəxslərin elektron registrinə salınaraq tibbi rəy verilmişdir. Ona “F06.6-Barotravma, üzvü mənşəli emosional labil pozuntu. F43.1-Posttravmatik stress pozuntusu” diaqnozu qoyulmuşdur.

5. “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli 7440 nömrəli arayışından görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişinə əsasən İddiaçı tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub və ona "Üzvi mənşəli (qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu. Davranış pozuntular ilə F07.8" diaqnozu qoyulmuşdur.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 9423 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı müayinə olunaraq, "Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, üzvi emosional labil pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlavış travması nəticəsində soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıresitmə, pıçıltı nitqini sol qulaqda 4 (dörd) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi, “Hər iki gözün mürəkkəb miopik astiqmatizmi M 3,0D və M 2,0D nəticəsində görmə itiliyinin 0.2-yə qədər azalması, korreksiya ilə 0.8 olmaqla" diaqnozlu xəstəliyin səbəb əlaqəsi isə "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir.

7. “Gəncə şəhər Psixiatriya Xəstəxanası” PHŞ-nin xəstəlik tarixindən stasionar çıxarışlarından görünür ki, İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə "F07.8-F06.6- Partlayış travması nəticəsində kəskin dərəcədə ifadə olunmuş şəxsiyyətin üzvi pozuntusu. Üzvi mənşəli labil pozuntu. F43.1- Posttravmatik stress pozuntusu, posttravmatik sefalgiya" diaqnozu ilə stasionar müalicədə olmuş, müalicənin nəticəsində rayon psixiatrının nəzarəti məsləhət görülmüşdür.

8. “Gəncə şəhər Psixiatriya Xəstəxanası” PHŞ-nin xəstəlik tarixindən stasionar çıxarışlarından görünür ki, İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə "F07.0-F07.8-Partlayış travması nəticəsində kəskin dərəcədə ifadə olunmuş şəxsiyyətin üzvi pozuntusu, davranış pozuntuları. F43.1- Posttravmatik stress pozuntusu, posttravmatik sefalgiya" diaqnozu ilə stasionar müalicələrdə olmuş, müalicənin nəticəsində rayon psixiatrının nəzarəti və müalicəsi məsləhət görülmüşdür.

9. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin xx.xx.2022-ci il tarixdə Maqnit rezonans görüntüləmə müayinəsinin protokolundan görünür ki, İddiaçı beyin MR müayinəsi nəticəsində periventrikulyar, peritriqonal sahədə mm-lik qlioz sahələri. Retrosereballar araxnoidal (15x10mm) aşkar edilmişdir.

10. X1 EEQ müayinənin nəticəsi üzrə verdiyi xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı müayinəsi zamanı baş beynin bioelektrik aktivliyində dezorqanizə olunmuş EEQ-fon yazısı müşahidə olunur. Alfa ritm çəkilişdə iştirak etmir. Requlyar yaxşı modulə olan yüksək amplitudalı teta dalğalar hər iki yarımkürədə dominantdır. Dalğaların zonal paylanması anormaldır. Yarımkürələrarası asimmetriya izlənmir. Ritmlər yaşa uyğun formalaşmır. Spayklar – 240 mkv lokalizasiyalı izlənir. Funksional sınaqlar-gözün yumub açılması aktivasiya reaksiyası izlənmir. Ekstraserebral artefaktlar-okuloqrafik əzələ. Hərəki-kardioqrafik. HV-ya vaxtı yavaş-ləng dalğaların üstünlüyü ilə. FS-ya cavab alınmadı. Oyaqlıq-fon aktivliyi zamanı beyin qabığının oyanıqlığı ilə yanaşı hər iki yarımkürədə olmaqla əsasən alın-gicgah nahiyələrində fiksə olan spayk tipli aktivlik qeyd edilir. Maksimal pozitivlik sol C3A1 boyu izlənir.

11. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0327003AAJDZ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Sonradan həmin qərardan verilmiş şikayətə baxılarkən xx.xx.2022-ci il tarixdə iddiaçının əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2022-ci il tarixli **********9 nömrəli diaqnoz əlillik əlaməti təyin edilməməsinə dair qərar qəbul edilmişdir.

12. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin V00051587KHİ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Sonradan həmin qərardan verilmiş şikayətə baxılarkən xx.xx.2023-cü il tarixdə iddiaçının əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2023-cü il tarixli 3-17-4/3-451/2023 nömrəli diaqnoz əlillik əlaməti təyin edilməməsinə dair qərar qəbul edilmişdir.

13. Forma 88 saylı göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: - Əsas diaqnoz – F43.1 – Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu; - Yanaşı xəstəliklər – F06.6 – Üzvi mənşəli emosional labil (astenik) pozuntu; - Yanaşı xəstəliklər – T70.0 – Qulağın barotravması, Partlayış travması nəticəsində soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə.

14. “Gəncə şəhər Psixiatriya Xəstəxanası” PHŞ-nin xəstəlik tarixindən stasionar çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə "F07.0- F43.1- Partlayış travması nəticəsində kəskin dərəcədə ifadə olunmuş şəxsiyyətin üzvi pozuntusu, davranış pozuntuları. Posttravmatik stress pozuntusu" diaqnozu ilə stasionar müalicədə olmuş, müalicənin nəticəsində rayon psixiatrının nəzarəti məsləhət görülmüşdür.

15. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T455/2023 nömrəli ekspert rəyi əldə edilmişdir.

16. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymələndirilməsi üçün müvafiq tibb müəssisəsinin tərtib etdiyi Forma 88 saylı göndərişdə qeyd edilmiş “Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Postravmatik stres pozuntusu. Qulağın barotravması” diaqnozdakı xəstəliklər onun psixi statusu, anamnestik məlumatları, aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən edilmişdir. TSEK-da şəxsin müayinələri zamanı əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. Həmin xəstəliklər nəzərə şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması” meyarlarına aid etmək mümkün olmadı. Eyni zamanda, həmin rəyin təsviri hissəsində (5-ci səhifənin sonuncu abzası) qeyd olunmuşdur ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, hazırda “Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Posttravmatik stress pozuntusu. Qulağın barotravması” xəstəliklərindən əziyyət çəkir. II. Məhkəmədə icraat

17. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Gəncə Şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, İkinci Qarabağ müharibəsində iştirak etdiyi zaman aldığı xəsarətlər səbəbindən fəaliyyət qabiliyyəti olmadığı üçün ona pensiya təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1998-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuşdur. O, bir müddət bundan öncə pensiya almaq məqsədilə DSMF-nin Gəncə şəhər Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin Şöbənin vəzifəli şəxsləri xahişini təmin etməkdən imtina etmişlər. Belə ki, Şöbə onun 44 günlük Qarabağ müharibəsində iştirak etməyi və döyüş zamanı aldığı xəsarətlərlə bağlı heç bir əsas olmadığını səbəb göstərərək hüququnun pozulmasına səbəb olan hərəkətə (hərəkətsizliyə) yol vermiş və müraciətini təmin etməkdən imtina etmişdir. Yəni, təqdim etdiyi sənədlərə məhəl qoymayaraq ona əlillik verilməklə pensiyanın təyin olunmasından imtina edirlər. Hesab edir ki, cavabdeh idarənin vəzifəli şəxslərinin bu cür hərəkətləri (hərəkətsizlikləri) onun hüquq və maraqlarının pozulmasına səbəb olmuş hərəkətlər kimi qiymətləndirilməli və qeyri qanuni sayılmalıdır. İİ Qarabağ müharibəsində işğal altında olmuş Azərbaycan Respublikasının müxtəlif rayonlarında döyüşlərdə snayperçi olmuşdur. Xidməti medalları ilə sübut olunur. Döyüş zamanı aldığı xəsarətlərdən əmək qabiliyyətini itirmişdir. X9 xx.xx.2022-ci il tarixli 2 saylı Komputer EEQ analizindən görünür ki, müayinə zamanı baş-beyinin bioelektrik aktivliyində bir neçə problemlərin olması aşkar edilmişdir. Biləsuvar MRX-sı tərəfindən verilmiş stasionar tibbi kartasından çıxarışında görmənin pozulması posttravmatik stress pozuntusu müəyyən edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 236 saylı MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının xəstəlik haqqında şəhadətnaməsində xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Biləsuvar MRX-da, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Tovuz RMX-da, xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə Gəncə şəhəri 2 nömrəli Şəhər Xəstəxanasında, xx.xx.2021-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzində, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Gəncə şəhər Psixiatrik Xəstəxanasında, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Gəncə şəhər Psixiatrik Xəstəxanasında, xx.xx.2022-ci il tarixdə MN MHP-da müayinə və müalicə almağı qeyd olunmuşdur. MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, üzvi emosional labil pozuntu, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntu, Partlayış travması nəticəsində soltərəfli xroniki koxlear nervit, soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqla 4 metr, sağ qulaqla 6 metr məsaəfədən eşitmə ilə, hər iki gözün mürəkkəb miopik astiqmatizmi M 3.0D və 2.0D nəticəsində görmə itiliyinin 0.2-yə azalması, korreksiya ilə 0.8 olması müşahidə olunur. Həmin şəhadətnamənin davamı hissəsində Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmağı barədə və digər xəsarətləri sadalanmışdır. Gəncə şəhər Z.Məmmədov adına xəstəxananın oftalmalogiya şöbəsi publik hüquqi şəxsin 04 noyabr 2022-ci il tarixli 1908 saylı tibbi rəyinə əsasən göz almasının ön hissəsinin və göz dibinin patalogiyasız, diaqnozda hər iki gözdə mürəkkəb miopik astiqmatizm, sol gözdə refreaksion ampliopiya diaqnozu qoyulmuşdur. Daşkəsən Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1608/21 saylı məktubda Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli 88 nömrəli əmrinə əsasən onu Gəncə şəhər X5 Psixiatr Komissiyası tərəfindən müayinə olunmağı məsləhət olunmuş, ruhi-əsəb xəstəliyinə düçar olmuş şəxslərin elektron registrinə salınmış və bununla bağlı tibbi rəy verilmişdir. Təqdim olunmuş Tibbi stasionar çıxarışlarda şəxsiyyət dəyişkənliyi, baş ağrıları, qıcolma, gözlərinin zəif görməsi və s. qeyd olunmuşdur. Psixi Sağlamlıq Mərkəzinin publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 7440 saylı məktubunda Üzvi mənşəli (qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə F07.8 diaqnozu qoyulmuşdur. X11 Mərkəzinin tibbi arayışında Xroniki posttravmatik baş ağrısı diaqnozu qoyulmuşdur. MN-nin 266 saylı h/h-nin arayışında Partlayış nəticəsində alınan zərbə nəticəsində Barotravma diaqnozu qoyulmuşdur. Yuxarıda qeyd olunanlar ona əlilliyin təyin edilməsi üçün əsasdır. Bununla bağlı ƏƏSMN-nin DSMF-nin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən imtina edilmiş, əlillik əlamətinin təyin edilməməsi barədə bildiriş göndərilmişdir.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

20. Məhkəmənin hüquqi yardımından sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsini göstərməklə, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icaatına qəbul edilmişdir.

21. İddiaçı nümayəndəsi X12 məhkəmənin xx.xx.2023-cü il tarixli iclası zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və eyni tarixli qərardadla ərizə inzibati məhkəmə icaatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

22. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

23. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

24. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-451/2023 nömrəli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə iddiaçıya əlillik təyinatının aparılmasından imtina edilmiş, iddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İddia ərizəsi poçt vasitəsilə məhkəməyə göndərilmiş və zərfin üzərindəki qeydə əsasən iddia ərizəsi xx.xx.2023-cü il tarixdə poçta təqdim edilmişdir. Digər tərəfdən, həmin imtina qərarında ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı üçün «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ida ddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

25. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Daşkəsən şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

26. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

27. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

28. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

29. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

30. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

31. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X3: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli…; Diaqnozun mətni: Üzvi mənşəli emosional labil [astenik] pozğunluq, Mülayim dər-də ifadə olunmuş üzvi mənşəli emosional-labil pozuntu.Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. i.; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə imtina verilmişdir. X7 xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X3: Üzvi mənşəli emosional labil [astenik] pozuntu Posttravmatik stress pozuntusu. Qulağın barotravması…; Diaqnozun mətni Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə imtina verilmişdir. Daşkəsən rayon sakini xx.xx.1998-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 23683 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional labil pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Posttravmatik sefalgiya. Partlayış travması nəticəsində soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə. Pıçıltı nitqinin sol qulaqda 4 (dörd) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi və "Hər iki gözün mürəkkəb miopik astiqmatizmi, M 2.0D və M 1.0D nəticəsində görmə itiliyinin 0.2-yə qədər azalması, korreksiya ilə 0.8 olmaqla" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, aqressiv davranışdan, evdə konflikt yaratmaqdan şikayətlənmişdir. Simulyasiya elementləri izlənilmiş, əksər suallara "bilmirəm" deyə cavablar vermiş, anamnezə əsasən müharibədən də əvvəl bu davranışlarla əlaqədar işdən çıxarılmışdır. 2 saylı Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli Çıxarış epikrizində, xx.xx.2021-ci il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi "Patologiyasızdır" kimi təqdim edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2021-ci il tarixli 9332 nömrəli tibbi rəyində diaqnoz "Üzvi emosional labil pozuntu. Posttravmatik stress pozuntusu" kimi müəyyənləşdirilir. Hazırda əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, nevroloji ocaqlı əlamətlər, digər orqanlarda patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Daşkəsən rayon sakini xx.xx.1998-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0327003AAJDZ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022ci il tarixli 9423 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, üzvi emosional labil pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması nəticəsində soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 4 (dörd) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; "Hər iki gözün mürəkkəb miopik astiqmatizmi M 3,0D və M 2,0D nəticəsində görmə itiliyinin 0,2-yə qədər azalması, korreksiya ilə 0,8 olmaqla" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 308/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Partlayış travması nəticəsində kəskin dərəcədə ifadə olunmuş şəxsiyyətin üzvi pozuntusu. Üzvi mənşəli emosional-labil pozuntu kəskin dərəcədə. Posttravmatik stress pozuntusu, posttravmatik sefalgiya" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 7440 nömrəli tibbi rəyində diaqnoz "Üzvi mənşəli (qapalı kəllə- beyin travması) şəxsiyyət pozuntusu. Davranış pozuntuları ilə" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 756/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Partlayış travması nəticəsində kəskin dərəcədə ifadə olunmuş şəxsiyyətin üzvi pozuntusu, davranış pozuntuları, posttravmatik stress pozuntusu, posttravmatik sefalgiya" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022ci il tarixli 866/22 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz "Partlayış travması nəticəsində kəskin dərəcədə ifadə olunmuş şəxsiyyətin üzvi pozuntusu, davranış pozuntuları, posttravmatik stress pozuntusu, posttravmatik sefalgiya" kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmədən, zəif görmədən, baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Agentliyin həkim-ekspert oftalmoloqun əyani instrumental müayinəsi zamanı diaqnoz "VİS OD=0,2 k/i 0,6. VİS OS=0,1 k/i 0,5. OU- Mürəkkəb miopik astiqmatizm" qeyd edilmişdir. Ünsiyyət əsnasında suallara sakit, adekvat cavab vermiş, hadisələri təfsilatı ilə danışmış, emosional labillik və astenik-qıcıqlı əlamətlər qeyd olunmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi emosional-labil pozuntu" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

32. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Müayinə olunan şəxs üzrə elektron məlumat; - Xəstəlik vərəqələri; - İddiaçıya məxsus hərbi biletin surəti; - xx.xx.2022-ci il tarixli Ultrasəs müayinəsinin nəticəsi; - xx.xx.2022-ci il tarixli 9423 nömrəli xəstəlik haqqında şəhadətnamənin surəti; - Tibbi rəylər; - Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 1608/21 nömrəli məktubu; - Ambulator və stasionar xəstəlik tarixlərindən çıxarışlar; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T455/2023 nömrəli ekspert rəyi. Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

33. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

34. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 9423 nömrəli qərar-xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı "Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, üzvi emosional labil pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlavış travması nəticəsində soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıresitmə, pıçıltı nitqini sol qulaqda 4 (dörd) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə" diaqnozlu travmasının səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi, “Hər iki gözün mürəkkəb miopik astiqmatizmi M 3,0D və M 2,0D nəticəsində görmə itiliyinin 0.2-yə qədər azalması, korreksiya ilə 0.8 olmaqla" diaqnozlu xəstəliyinin səbəb əlaqəsi isə "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir.

35. İddiaçı iki dəfə - Daşkəsən MRX-nın xx.xx.2021-ci il tarixli göndərişinə əsasən xx.xx.2021-ci il tarixdə və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş və ona ilk dəfə "Üzvi emosional labil (astenik) pozuntu F06.6" diaqnozu , ikinci dəfə "Üzvi mənşəli (qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu. Davranış pozuntular ilə F07.8" diaqnozu qoyulmuşdur.

36. İddiaçı ruhi-əsəb xəstəliyinə düçar olmuş şəxslərin elektron registrinə salınaraq, “Gəncə şəhər Psixiatriya Xəstəxanası” PHŞ-də müxtəlif tarixlərdə - xx.xx.2021-xx.xx.2021ci il tarixlərdə "F06.6- F43.1-Barotravma. Üzvi mənşəli labil pozuntu, stress pozuntusu." diaqnozu ilə, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə "F07.8-F06.6-Partlayış travması nəticəsində kəskin dərəcədə ifadə olunmuş şəxsiyyətin üzvi pozuntusu. Üzvi mənşəli labil pozuntu. F43.1- Posttravmatik stress pozuntusu, posttravmatik sefalgiya" diaqnozu ilə, xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə "F07.0-F07.8-Partlayış travması nəticəsində kəskin dərəcədə ifadə olunmuş şəxsiyyətin üzvi pozuntusu, davranış pozuntuları. F43.1- Posttravmatik stress pozuntusu, posttravmatik sefalgiya" diaqnozu ilə stasionar müalicələrdə olmuşdur.

37. Məhkəmə qeyd edir ki, Xəstəlik tarixçəsindən çıxarışların hamısında iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Eyni zamanda bütün müalicələrin yekununda rayon psixiatrının nəzarəti və müalicəsi məsləhət görülmüşdür ki, bu da iddiaçının sağalmadığını bir daha təsdiq edir.

38. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin xx.xx.2022-ci il tarixdə Maqnit rezonans görüntüləmə müayinəsinin protokolunda İddiaçı beyin MR müayinəsi nəticəsində periventrikulyar, peritriqonal sahədə mm-lik qlioz sahələri. Retrosereballar araxnoidal (15x10mm) aşkar edildiyi, X1 EEQ müayinənin nəticəsi üzrə verdiyi xx.xx.2022-ci il tarixli arayışında İddiaçı müayinəsi zamanı baş beynin bioelektrik aktivliyində dezorqanizə olunmuş EEQ-fon yazısı müşahidə olunduğu, alfa ritmin çəkilişdə iştirak etmədiyi, requlyar yaxşı modulə olan yüksək amplitudalı teta dalğaların hər iki yarımkürədə dominant olduğu, dalğaların zonal paylanmasının anormal olduğu, yarımkürələrarası asimmetriya izlənmədiyi, ritmlərin yaşa uyğun formalaşmadığı, spaykların – 240 mkv lokalizasiyalı izləndiyi, funksional sınaqların-gözün yumub açılması aktivasiya reaksiyasının izlənmədiyi, ekstraserebral artefaktlar-okuloqrafik əzələ. Hərəki-kardioqrafik. HV-ya vaxtı yavaş-ləng dalğaların üstünlüyü ilə FS-ya cavab alınmadığı, oyaqlıq-fon aktivliyi zamanı beyin qabığının oyanıqlığı ilə yanaşı hər iki yarımkürədə olmaqla əsasən alın-gicgah nahiyələrində fiksə olan spayk tipli aktivliyin qeyd edildiyi, maksimal pozitivliyin sol C3A1 boyu izləndiyi müəyyən edilmişdir.

39. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T455/2023 nömrəli ekspert rəyində İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin tərtib etdiyi Forma 88 saylı göndərişdə qeyd edilmiş “Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Postravmatik stres pozuntusu. Qulağın barotravması” diaqnozdakı xəstəliklərin onun psixi statusu, anamnestik məlumatları, aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən edildiyi, TSEK-da şəxsin müayinələri zamanı əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmadığı, həmin xəstəliklər nəzərə alındıqda şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması” meyarlarına aid etməyin mümkün olmadığı qeyd edilmiş, bununla yanaşı həmin rəyin təsviri hissəsində (5-ci səhifənin sonuncu abzası) İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən onun hazırda “Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Posttravmatik stress pozuntusu. Qulağın barotravması” xəstəliklərindən əziyyət çəkdiyi də göstərilmişdir. Ona görə də məhkəmə həmin rəyə tənqidi yanaşır və onu sübuti əhəmiyyətli hesab etmir.

40. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərarlar qəbul edilmişdir. Eyni zamanda həmin qərarlardan verilmiş şikayətlərə baxılarkən iddiaçının əyani müayinəsi həyata keçirilmiş və xx.xx.2022-ci il tarixli **********9 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-4/3-451/2023 nömrəli diaqnoz əlillik əlaməti təyin edilməməsinə dair qərarlar qəbul edilmişdir.

41. Lakin yuxarıda qeyd edildiyi kimi, İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir.

42. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

43. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

44. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun sağlamlığının qiymətləndirildiyi zaman (xx.xx.2022-ci il tarixli göndəriş əsasında) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

46. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT- Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların 10 funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, (kod) pozulması faizi pozulması orqanizmin funksiyalarının müddəti davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri

7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. Qeyd. Ağırlıq dərəcəsi, davametmə müddəti, intihar riski, nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - göstərilən pozuntuların davametmə müddəti (2 ildən çox davam edən simptomlar uzunmüddətli sayılır); - simptomların ağırlıq dərəcəsi (müvafiq klinik protokollarda olan şkalalar vasitəsilə müəyyən edilir); - intihar davranışları yerinə yetirmə riski; - dərman və psixoterapevtik müdaxilələrin effektliliyi. 7.5.1. posttravmatik stres pozuntusu F43.1 Qiymətləndirmə 7.5.1.1. 2 il müddətində əmək qabiliyyətinin 35-60 2 il nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2. baş beynin zədələnməsi və F06 disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin 35-60 2 il nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) Qeyd. Bu bölmədə üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 nəzərdən keçirilə bilər. 7.7. Spesifik şəxsiyyət pozuntuları Qiymətləndirmə 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə 35-60 2 il hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski

47. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş “F43.1 – Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu, F06.6 – Üzvi mənşəli emosional labil (astenik) pozuntu” diaqnozu üzrə orqanizminin funksiyalarının pozulması faizi 35-60 faiz aralığındadır və bu da iddiaçıya 2 il müddətinə orqanizmin funksiyalarının pozulması ilə bağlı qərar qəbul edilməsinə əsas verir.

48. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 9423 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı həmin diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirildiyindən iddiaçının orqanizmin funksiyalarının pozulmasının səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.

49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar...

50. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

23. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.

36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar