Məhkəmə qərarları › İş №2-1(114)-1990/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1990/2020

27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1990/2020 27.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, üçüncü şəxs Göyüşov Surxay Məmməd oğlunun etibarnamə üzrə nümayəndəsi Göyüşova Səfayət Teyyub qızı və üçüncü şəxsin etibarnamə üzrə nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8rşı (üşüncü şəxs Göyüşov Surxay Məmməd oğlu) Goranboy Rayon Məhkəməsinin xx xxx 2015ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri, Dəmiryolaltı KV B-3 sahədə yerləşən 400 kv.m torpaq sahəsi üzərində müəyyən edilmiş mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və hüquqularının pozuntusuna yol verildiyi üçün mənəvi ziyan olaraq 10.000 (on min) manat pulun kompensasiya şəklində cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair inzibati mübahisəyə məhkəmə iclasında baxaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X10 (bundan sonra mətndə cavabdeh) (üçüncü şəxs Göyüşov Surxay Məmməd oğlu) qarşı xx.xx.2015-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Goranboy Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri, Dəmiryolaltı KV B-3 sahədə yerləşən 400 kv.m torpaq sahəsi üzərində müəyyən edilmiş mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və hüquqularının pozuntusuna yol verildiyi üçün mənəvi ziyan olaraq 10.000 (on min) manat pulun kompensasiya şəklində cavabdehdən alınaraq ona ödənilməsi xahiş etmişdir. Gəncə İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(83)-138/2016 nömrəli qərarı ilə iddia qismən təmin edilmişdir. Gəncə İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(83)-138/2016 nömrəli qərarı xx.xx.2016-cı il tarixdə icra edilmişdir. Gəncə İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(83)-138/2016 nömrəli qərarından hal-hazırkı iş üzrə üçüncü şəxs Göyüşov Surxay Məmməd oğlu tərəfindən apelyasiya şikayəti verilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli, 2-1(104)- 198/2020 nömrəli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(83)-138/2016 nömrəli qərarından Göyüşov Surxay Məmməd oğlu tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası İPM-nin 28-ci maddəsinə əməl olunması üçün geri qaytarılmışdır. Gəncə İnzibati Məhkəməsi xx.xx.2020-ci il tarixli, 2-1(114)-138/2016 nömrəli qərardad qəbul etmiş və bu nəticəyə gəlmişdir ki, Gəncə İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(83)-138/2016 nömrəli qərarı ləğv edilsin, işə mahiyyəti üzrə baxılması təzələnsin, yeni nömrə verilsin və Göyüşov Surxay Məmməd oğlu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilsin. İddiaçı iddia ərizəsini bununla əsaslandırmışdır ki, Goranboy Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(045)-683/2015 nömrəli qətnaməsi ilə Gəncə şəhəri, Dəmiryolaltı KV B-3 sahədə yerləşən 400 kv.m torpaq sahəsi üzərində tam mülkiyyət hüququ müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş mülkiyyət hüququnun Dövlət Reyestr Xidmətində qeydə almaqdan müxtəlif bəhanələrlə imtina edir. Belə ki, AR DƏMKY DƏDRX-nin və GƏİ-nin çoxsaylı məktubları ilə ondan məhkəmə qətnaməsinin “icra edilməsinin mümkün olmaması”, “qətnamənin qanunla müəyyən edilmiş qaydada X10 daxil olmaması” kimi əsaslarla imtina edilmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.4-cü maddəsində qeyd edilir ki, mülkiyyət hüququnun qeydə alınması üçün əsaslardan biri kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasdır. O, həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdeh X10 müraciət etmişdir. Lakin, cavabdeh onun ərizəsini və ərizəsinə əlavə edimiş məhkəmə qətnaməsini qəbul etməmişdir. O, qətnamənin sürətini dəfələrlə Dövlət Reyestr Xidmətinin baş idarəsinə belə göndərmişdir. Ancaq cavabdeh bildirmişdir ki. qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə qətnaməsi daxil olmamışdır. Hətta o bu “ qanunvericiliklə nəzərdə tutulmuş qaydada” necə bir olan prosesdir izah verilməsi üçün müraciət etmişdir. Ancaq yenə də eyni qaydada verilmiş cavablar təkrarlanmışdır. Hesab edir ki, hüquq müəyyənedici sənəd olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasında cavabdeh tərəfindən nümayiş etdirilən hərəkətsizlik əsassız süründürməçilikdən başqa bir şey deyildir. Odur ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında Gəncə şəhəri, Dəmiryolaltı KV B-3 sahədə yerləşən 400 kv.m torpaq sahəsi üzərində müəyyən edilmiş mülkiyyət hüququnun onun adına qeydə alınması vəzifəsini cavabdehin üzərinə qoyulmasını və hüquqlarının pozuntusuna yol verdiyi üçün 10.000 manat pulun kompensasiya şəklində cavabdehdən alınaraq ona ödənilməsini iddia etmişdir. İş üzrə məhkəmə hazırlıq icraatı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmişdir. Üçüncü şəxs Göyüşov Surxay Məmməd oğlunun etibarnamə üzrə nümayəndəsi Göyüşova Səfayət Teyyub qızı və üçüncü şəxsin etibarnamə üzrə nümayəndəsi-vəkili X2 məhkəmə iclasına gəlmişlər. İddiaçı və cavabdeh tərəf məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclasında üçüncü şəxs Göyüşov Surxay Məmməd oğlunun etibarnamə üzrə nümayəndəsi Göyüşova Səfayət Teyyub qızı və üçüncü şəxsin etibarnamə üzrə nümayəndəsi-vəkili X2 ayrı-ayrılıqda iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı hal-hazırıkı iddia tələbinin təmin olunmasına əsas kimi Goranboy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(045)-683/2015 nömrəli qətnaməsini göstərmişdir. Göyüşov X6 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(045)-683/2015 nömrəli qətnaməsindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. X5 Mülki kollegiyası Göyüşov Surxay Məmməd oğlunun apelyasiya şikayətinin qismən təmin olunması, Goranboy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(045)-683/2015 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı X3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməsi barədə xx.xx.2017-ci il tarixli, 2(104)-253/2017-ci il nömrəli qərardad qəbul etmişdir. İddiaçı Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(104)-253/2017-ci il nömrəli qərardadından Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, 2(102)-3696/2018 nömrəli qərar ilə İddiaçı kassasiya şikayəti təmin olunmamış və Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(104)-253/2017-ci il nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iş baxılması üçün aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2(043)-3882/2018 nömrəli qətnamə qəbul edərək, İddiaçı cavabdeh X3 qarşı alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsini təmin etməmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2(043)- 3882/2018 nömrəli qətnaməsindən İddiaçı Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, lakin şikayət təmin edilməmiş və Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, 2(104)-1051/2019 nömrəli qətanamə ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2(043)- 3882/2018 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yuxarıda göstərilənlərdən məlum olur ki, iddiaçının iddia ərizəsində əsas gətirdiyi Goranboy Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(045)-683/2015 nömrəli qətnaməsi qüvvədən düşmüş və Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-1051/2019 nömrəli qətanaməsi ilə İddiaçı X3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi təmin olunmamışdır. Bundan əlavə iş materiallarından görünür ki, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 2002 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Natavan qəsəbəsindəki 400,0 kv.m torpaq sahəsində Göyüşov Surxay Məmməd oğlu tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Gəncə şəhəri Dəmiryolaltı KV B-3 sahədə yerləşən 400,0 kv.m torpaq sahəsi üzərində heç bir hüququ tanınmamışdır və Gəncə şəhəri, Dəmiryolaltı KV B-3 sahədə yerləşən 400 kv.m torpaq sahəsi üzərində müəyyən edilmiş mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və hüquqularının pozuntusuna yol verildiyi üçün mənəvi ziyan olaraq 10.000 (on min) manat pulun kompensasiya şəklində cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddia qaldırmaq üçün subyektiv hüququ yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8rşı (üçüncü şəxs Göyüşov Surxay Məmməd oğlu) Goranboy Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri, Dəmiryolaltı KV B-3 sahədə yerləşən 400 kv.m torpaq sahəsi üzərində müəyyən edilmiş mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və hüquqularının pozuntusuna yol verildiyi üçün mənəvi ziyan olaraq 10.000 (on min) manat pulun kompensasiya şəklində cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar