Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-20/2020 28.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh 12 saylı X3rşı qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh 12 saylı X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 saylı X8 tərəfindən tətbiq edilmiş 9000 (doqquz min) manat maliyyə sanksiyasının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 9000 (doqquz min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi barədə xx xxxx 2018-ci il tarixli, **********3062 nömrəli və **********3066 nömrəli qərarların ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçı məhkəməyə həmçinin iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, məhkəmənin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında İddiaçı ərizəsi təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(104)- 563/2019 nömrəli qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-3301/2019 nömrəli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2013-cü ilin aprel ayından başlayaraq Göygöl şəhəri, Aşıqı kənd yolunun sağ tərəfində X9 məxsus “Helendorf’ adlı kafeni və istirahət otelini icarə müqaviləsinə əsasən işlədir. 2013-cü ilin aprel ayından bu günədək onun tərəfindən dövlət büdcəsinə 12619,02 manat məbləğində vergi və maliyyə sanksiyası ödənilmişdir.12 saylı X4 xx.xx.2018-ci ıl tarixli, **********1117 nömrəli qərarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə dişlətdiyi kafedə stajçı dövlət vergi müfəttişi X16 və stajçı dövlət vergi müfəttişi X10 tərəfindən xronometraj metodu ilə müşahidə aparılmışdlr. Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə yekun akta əsasən xx.xx.2018-ci il tarixdə 458,00 manat, xx.xx.2018-ci il tarixdə 381,00 manat, xx.xx.2018-ci il tarixdə 352,00 manat, xx.xx.2018ci il tarixdə 201,00 manat ictimai iaşə fəaliyyətindən dövriyyə müəyyən olunmuşdur. Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsinə əsaən kafedə orta günlük dövriyyə 348,00 manat müəyyən olunmuşdur. Xronometrajın nətəcəsinə dair onun heç bir iradının olmadığı üçün yekun akt onun tərəfindən imzalanmışdır. 12 saylı X4 xx.xx.2018-ci il tarixli, **********1116 nömrəli qərarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə işlətdiyi oteldə böyük dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri X11 və dövlət vergi müfəttişi, 2-ci dərəcəli müfəttiş X13 tərəfindən xronometraj metodu ilə müşahidə aparılmışdır. Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsinə əsaən oteldə orta günlük dövriyyə 70,00 (yetmiş) manat müəyyən olunmuşdur. Xronometrajın nətəcəsinə dair onun heç bir iradıının olmadığı üçün yekun akt onun tərəfindən imzalanmışdır. 12 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2018-ci il tarixli, **********1114 nömrəli qərarına əsasən “Nəğd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında akta əsasən xx.xx.2018-ci il tarixdə saat 20.35-də müştəri tərəfindən çay və şokolad dəsti üçün 7 manat məbləğində nəğd pul vəsaiti ödənilmiş, ödənilmiş pulun miqdarında müştəriyə çek verilmədiyi üçün akta əsasən 12 saylı X4 rəhbərinin xx.xx.2018-ci il tarixli **********3080 nömrəli qərarına əsasən 400 manat məbləğində ona cərimə kəsilmişdir. Baş vermiş qanun pozuntusuna görə onun heç bir iradının olmadığı üçün akt onun tərəfindən imzalanmışdır. 12 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2018-ci il tarixli, **********1111 nömrəli qərarına əsasən “Nəğd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında akta əsasən xx.xx.2018-ci il tarixdə saat 23.40-da müştəri tərəfindən 1 günlük oteldə istirahət etmək üçün 80 (səksən) manat nəğd pul vəsaiti ödənilmiş, ödənilmiş pulun miqdarında müştəriyə çek verilmədiyi üçün akta əsasən 12 saylı X4 rəhbərinin xx.xx.2018-ci il tarixli, **********3060 nömrəli qərarına əsasən 800 manat məbləğində ona cərimə kəsilmişdir. Baş vermiş qanun pozuntusuna görə onun heç bir iradının olmadığı üçün akt onun tərəfindən imzalanmışdır. 12 saylı X4 xx.xx.2018-ci il tarixli **********1111 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetir ilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2018-ci il tarixli, VN-11 seriyalı 006941 nömrəli aktla 1 nəfər (X7) əmək müqaviləsi olmadan oteldə çalışan işçinin olması qeyd olunmuşdur. Akta əsasən Departamentin xx.xx.2018-ci il tarixli, **********3066 nömrəli qərarına əsasən ona Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Departamentinin xx.xx.2018-ci il tarixli, **********1114 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2018-ci il tarixli seriya VN-11 №006940 aktla 8 nəfər əmək müqaviləsi (kontraktı) olmadan kafedə çalışan işçinin olması qeyd olunmuşdur. Ümumilikdə kafe və oteldə 9 nəfər işçinin əmək müqaviləsi bağlanılmadan çalışan işçinin olması qeyd olunmuş və hər bir işçiyə görə Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən 1000 manat olmaqla, cəmi 9000 manat məbləğində mənə cərimə kəsilmişdir. Hər bir işçi ilə ikitərəfli imzalarla təsdiq edilmiş mülkü-hüquq (xidmət) müqaviləsinin bağlanılmasına baxmayaraq departamentin vəzifəli şəxsləri tərəfindən həmin bağlanmış müqavilələr operativ vergi nəzarətinin aparılması zamanı nəzərə alınmamışdır. İşlətdiyi kafedə əsasən ofisiantlar üçün iş vaxtıbaşlanılırdı və 23.00-24.00 saatda başa çatırdı. (cəmi 5-6 saat). Onlara hər bir günün sonunda onun tərəfindən 5 manat məbləğində pul ödənilirdi. Göründüyü kimi hər bir işçi ilə mülkü-hüquq (xidmət) müqaviləsinin bağlanılmasına baxmayaraq gündəlik 5 manata eytiyacı olan işçilərə görə ona qanunsuz olaraq 9000 (doqquz min) manat məbləğində cərimə kəsilmişdir. Gündəlik 5 manata işləyən ofisiant və digər xidmətedici işçilər həmin faktları təsdiq edə bilər. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbinə etiraz etmiş və tələbin təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: -12 saylı X8 tərəfindən İddiaçı ünvanlanmış “Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********171400 nömrəli məktubdan məlum olur ki, iddiaçının barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli, VN-11 seriyalı 006940 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında çıxarılmış xx.xx.2018-ci il tarixli, **********3062 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” Qərarı və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə iddiaçıya göndərilmişdir. - Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, yuxarıda qeyd olunan qərar və tələbnamə xx.xx.2018-ci il tarixdə İddiaçı tərəfindən oxunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddiaçı sözügedən qərarı-inzibati aktı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mübahisələndirməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri baxımından 12 saylı Ərazi Vergilə Baş İdarəsinin xx xxxx 2018-ci il tarixli, **********3062 nömrəli və **********3066 nömrəli qərarlarının mübahisələndirilməsi ilə bağlı iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh 12 saylı X3rşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-20/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-20/2020
28.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver