Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-200/2021 23.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı Xanlar rayon X1 İcraiyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli 05 saylı qərarına əsasən ona verilmiş Xanlar rayonu (indiki ünvan 1 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin hüquqi sənədlərinin (daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması və DƏDRX-dən çıxarış) məcburi qaydada hazırlanması və verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xanlar rayon X1 İcraiyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli 05 saylı qərarına əsasən ona verilmiş Xanlar rayonu (indiki ünvan 1 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin hüquqi sənədlərinin (daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması və DƏDRX-dən çıxarış) məcburi qaydada hazırlanması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş üzrə 23.08.2021-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında iddiaçı məhkəmə araşdırması zamanı hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinə X2 hüquqları qeydiyyata alındığından və gələcəkdə həmin qeydiyyatı mübahisələndirəcəyini nəzərə alaraq məhkəməyə ərizə təqdim edib iş üzrə icraata xitam verilməsi və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həmin müraciətə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Şərh olunan normativ hüquqi aktda iddiaçının (və yaxud nümayəndəsinin) ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur. Ona görə də, iddiaçının belə ərizəsi faktiki olaraq onun hazırki iddia tələbi ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmasını istisna etmir. Məhkəmə həmçinin hesab edir ki, mütəxəssis rəyinin verilməsinə dair çəkilən 311,00 (üç yüz on bir) manat xərc iddiaçıya aid edilməlidir (İPM-in 110.1-ci maddəsi). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı Xanlar rayon X1 İcraiyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli 05 saylı qərarına əsasən ona verilmiş Xanlar rayonu (indiki ünvan 1 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin hüquqi sənədlərinin (daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması və DƏDRX-dən çıxarış) məcburi qaydada hazırlanması və verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq iş üzrə icraata xitam verilsin. İş üzrə aparılmış mütəxəssis rəyinin verilməsinə dair çəkilən 311,00 (üç yüz on bir) manat xərc İddiaçı tutularaq Kapital Bank ASC-in Xətai filialı, filial kodu 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, Kadastr və Yerqur Layiha TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesaba ödənilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-200/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-200/2021
23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver