Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2000/2023 16.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağstafa Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı “2006-cı ilin iyul və avqust aylarında işləməsinə dair Forma B1 və B3 hesabatlarının təqdim olunması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Mübahisənin qısa şərhi: xx.xx.2023-cü il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağstafa şəhəri Mənzil İstismar Sahəsinin səhvlərinin araşdırılması, əmək haqları və sosial sığortanı hesablama forma (B1, B3) elektron sistemə vurulması və yenidən əmək pensiyası hesablanmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Ağstafa Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi göstərilməsi və cavabdehin üzərinə 2006-cı ilin iyul, avqust aylarında işləməsinə dair Forma B1 və B3 hesabatlarının təqdim edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağstafa şəhəri Mənzil İstismar Hissəsində 2006-cı ilin iyul və avqust aylarınd fəhlə işləməsinə baxmayaraq rüblük və illik hesabatda onun adı qeyd edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 57 nömrəli məktubda işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İşdəki sənədlərə görə: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1955-ci il tarixdə Ağstafa şəhərində anadan olmuşdur. xx.xx.1983-cü il tarixli, ИТ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, sonuncu xx.xx.2006-cı il tarixdə 10 nömrəli əmrlə Ağstafa rayon Mənzil İstismar Sahəsinə işə qəbul olunmuş, xx.xx.2006-cı il tarixdə 15 nömrəli əmrlə tutduğu vəzifədən azad olunmuşdur. Ağstafa rayon Dövlət Arxivinin xx.xx.2020-cu il tarixli, 82 nömrəli arxiv arayışından (əmr kitabından çıxarışdan) görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixdə Ağstafa rayon Mənzil İstismar Sahəsinə işə qəbul olunmuş, xx.xx.2006-cı il tarixdə tutduğu vəzifədən azad edilmiş, Həmin nömrəli və tarixli əmək haqqı barədə arxiv arayışına əasən iddiaçıya 2006-cı ilin iyul və avqust ayları üzrə 30-00 manat əmək haqqı hesablanmış, 3% DSMF fonduna tutulmuşdur. Dövlər Sosial Müdafiə Fondu iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubda bildirmişdir ki, Nazirliyin "X1 Sistemi"nin "Sığorta" (Hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən sığortaedən "Ağstafa Mənzil İstismar Müəssisəsi" (SUN:**********4) tərəfindən 2006-cı il üzrə "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat"lara (Forma B1) uyğun olaraq "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat" (Forma B3) təqdim edilmədiyindən həmin dövrdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləriniz, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlarınız **********952 nömrəli fərdi şəxsi hesabınızda əks olunmamışdır. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. Eyni zamanda bildiririk ki, aktiv fəaliyyətdə olan (və ya fəaliyyəti yenidən aktivləşdirilmiş) sığortaedənlər tərəfindən "X4" (egov.az) üzərindən Nazirliyin təqdim etdiyi xidmətlərdə qeyd olunmuş "Məcburi dövlət sosial sığorta üzrə hesabatların təqdim edilməsi" bölməsinə daxil olaraq (Asan imza və ya Elektron imza vasitəsi ilə) 2006-2016-cı illər üzrə "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat"lara (B1) uyğun "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"ların (B3) elektron formada təqdim edilməsi üçün müvafiq funksionallıq yaradılmışdır. Müvafiq funksionallıq əsasında sığortaedən tərəfindən 2006-cı il üzrə "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat"a (Forma B1) uyğun "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat" (Forma B3) elektron formada təqdim edildikdən sonra həmin dövr üzrə məlumatlarınızın fərdi şəxsi hesabınızda əks olunması təmin ediləcəkdir. Dövlər Sosial Müdafiə Fondu iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubda bildirmişdir ki, Ağstafa Mənzil İstismar Sahəsi 2006-cı il üzrə rüblük və illik (B1,B3) hesabatlarını təqdim etmiş, lakin iddiaçının adı hesabatda sığortaolunan kimi qeyd edilməmişdir. Məsələnin ətraflı araşdırılması və əsas olduğu halda düzəlişlərin edilməsi üçün ləğv edilmiş Ağstafa Mənzil İstismar Sahəsində iddiaçının əmək fəaliyyətli olduğu 2006-cı il üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqlarınızın hansı sığortaolunan(lar)ın adına işləndiyi haqqında məlumat və yoxlanılmasına zərurət yaranan sənədlər (2006-cı il üzrə iddiaçının və digər sığortaolunan(lar)ın dəqiqləşdirilmiş məlumatları, əmək kitabçasının notarial təsdiq edilmiş surəti, əmək haqqı cədvəllərinin, əmək müqavilələrinin (digər sığortaolunan(lar)ın əmək fəaliyyəti olmadığı halda işləmədiyi barədə arayış), məzuniyyət əmrlərin, işə qəbul olunma və işdən azad edilmə əmrlərin əsilləri ilə düzgünlüyünü təsdiq edən imza və möhürlə təsdiqlənmiş surətləri, həmçinin 2006-cı il üzrə əmək haqqına dair bank hesablarından çıxarışların surətləri) sığortaedən (hüquqi varis) tərəfindən Fonda təqdim edildikdən sonra 2006-cı il üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların fərdi şəxsi hesabda işlənilməsi ilə bağlı məsələyə baxılacaqdır. Qeyd olunan məsələ ilə bağlı hüquqi varis "Azərbaycan Respublikası Ağstafa Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi"nə 2022-ci il 8 dekabr tarixli **********1 nömrəli məktubla ətraflı məlumat verilmişdir. Ağstafa Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi xx.xx.2022-ci il tarixli 128 nömrəli məktubuna əsasən Ağstafa Mənzil İstismar Sahəsi ( Sun **********3) tərəfindən 2006-cı il üçün təqdim edilən məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda, işçilərin əmək haqqı cədvəlləri üzrə aldıqları ə/h ilə (arxiv sənədinə əsasən) Sizin elektron poçt vasitəsilə göndərdiyiniz B3 formasında yazılan əmək haqqı arasında fərq müəyyən edilmişdir. Belə ki, ilk cədvəldəki 5-ci və 6-cı sırada adları olan X2 (SUN: **********110) və X3 (SUN: **********958) DSMF arayışına əsasən əmək haqqı almış olsa da, əmək haqqı cədvəllərində adları yoxdur. Həmçinin, digər cədvəldə (7-ci sırada iddiaçının da) adları göstərilən işçilərin əmək haqqı cədvəlində adları olmalarına baxmayaraq hesabatda adları qeyd olunmamışdır. Ağstafa Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi xx.xx.2022-ci il tarixli 138 nömrəli məktubunda bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəzi filialı xx.xx.2022-ci il tarixlí **********9 saylı məktubuna əsasən iddiaçının əmək kitabçası, əməк haqqı cədvəlini, əməк haqqı tabellərini, işə girməişdən çıхma əmrlərini, məcburi dövlət social sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat (B3) forması filiala göndərilmiş, lakin filial bu sənədlərlə razılaşmamışdır. xx.xx.2022-ci il tarixli **********3 saylı məktubunda İddiaçı (SSN **********952) sosial sığorta haqlarının səhvən hansı işçi və işçilərin şəxsi hesabında qeyd olunmasını , əmək müqaviləsini, əmək haqqı aldığı bank hesabından çıxarışları araşdırıb məlumat verilməsini istəmişlər. Dövlət Arxivindən götürülən əmr kitabına əsasən İddiaçı 24 iyul 2006-cı il tarixli 10 N-li əmrlə fəhlə vəzifəsinə qəbul edilmiş, 03 oktyabr 2006-ci ildə 15 N-li əmrlə işdən azad olunmuşdur. 24 dekabr 2006-cı ildə 18 N-li əmrlə xəstəliyini nəzərə alaraq fəhlə qəbul edilib və öz hesabına məzuniyyət verilmişdir. Mənzil İstismar Sahəsi ilə İddiaçı Əlli oğlu arasında əmək müqaviləsi bağlanmamışdır. İddiaçının məcburi dövlət sığorta hesabın səhvən hansı işçi və işçilərə yazılmasını müəyyənləşdirmək üçün işlədiyi Mənzil İstismar Sahəsinin əlaqəli şəxsləri ilə əlaqə saxlanılması üçün köməkdarlıq göstərilməsi iddiaçıdan xahiş edilmişdir. Ağstafa Mənzil İstismar Sahəsinin əmək haqqı vermək üçün Ödəniş cədvəlinin surətindən görünür ki, iddiaçı 2006-cı ilin iyul və avqust aylarında cədvələ imza atmaqla əmək haqqı almışdır. Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən təqdim edilən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ın (Forma B3) surətinə əsasən iddiaçıya görə (SSN:**********952) 2006-cı ilin iyul (8,58 manat gəliri müqabilində 2,15 manat) və avqust (30 manat gəlirinə əsasən 7,50) ayları üzrə cəmi 9,65 manat m.d.s.s haqqı ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 3-17-1/2-175012/2023 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin 2006-cı il üzrə məcburi dövlət sosial sığortası üzrə hesabatı və ona uyğun olaraq illik məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda – cədvəldə iddiaçının adı əks olunmamışdır. Ağstafa rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 23 nömrəli məktubuna əlavə edilmiş əmək haqqın cədvəllərinə əsasən iddiaçıya iyul ayı üzrə 8,58 manat, avqust ayı üzrə 30 manat əmək haqqı hesablanmışdır. Ağstafa rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 74 nömrəli məktubuna əsasən iddiaçı Ağstafa Rayon Mənzil İstismar sahəsindən əmək haqqı almış, X2 isə Ağstafa Rayon Mənzil İstismar Müəssisəsindən əmək haqqı almışdır. Ağstafa Mənzil İstismar Müəssisəsinin əmək haqqı cədvəllərinin təsdiqlənmiş surətindən görünür ki, X2 2006-cı ilin iyul və avqust aylarında həmin müəssisədən əmək haqqı almışdır. Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödənişlərinin İnventarlaşdırılması üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-71420/2023 nömrəli məktubuna əsasən Ağstafa Rayon Mənzil İstismar sahəsinin hesabatları Mərkəzi filiala təhvil verilməmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İPM-nin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Ağstafa rayon Mənzil İstismar Sahəsində işləmiş və 2006-cı ilin iyul və avqust aylarında əmək haqqı almış və həmin əmək haqlarından məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. Lakin iddiaçıdan tutulan məcburi dövlət sosial sığorta haqları fərdi hesabında pensiya kapitalı qeyd edilməmişdir. Göründüyü kimi, kimlərinsə günahı üzündən iddiaçının xeyrinə ödənmiş məcburi dövlət sosial sığorta haqları üzrə iddiaçıya dair məlumatlar fərdi şəxsi hesabında əks olunmamışdır. Yəni pul vəsaiti faktiki DSMF-nin bank hesabına daxil olsa da, iddiaçıdan asılı olmayan səbəblərdən onun şəxsi hesabında öz əksini tapmamışdır. “Sosial sığorta haqqında” Qanun: Maddə 2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Maddə 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Maddə 14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. İddiaçı 2006-cı ildə işlədiyi Ağstafa rayon Mənzil İstismar Sahəsində işləmiş olsa da, həmin müəssisənin B3 hesabatında iddiaçının adı qeyd olunmamış, bunun əvəzində Ağstafa rayon Mənzil İstismar Sahəsindən əmək haqqı almayan 2 şəxs müəyyən edilmişdir. Həmin şəxslərdən X2 isə Ağstafa Rayon Mənzil İstismar Müəssisəsində işləmiş və əmək haqqı almışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, işçidən məcburi dövlət sosial sığorta haqqının tutulması və ödənilməsi işəgötürənin – sığortaedənin məsuliyyət sferasına aid məsələdir. Hazırkı iş üzrə nəzərə alınmalıdır ki, işəgötürən tərəfindən iddiaçıya aid məcburi dövlət sosial sığorta haqları tam şəkildə ödənilmiş olsa da, bu hal hesabatlarda əks olunmamışdır. Belə olan halda isə, iddiaçının adına ödənilmiş məbləğin digər sığortaolunan adına – hesabında əks olunması hərəkəti qanunsuzdur. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçının 2006-cı ilin iyul və avqust aylarında Ağstafa rayon Mənzil İstismar Sahəsində işləməsinə dair Forma B1 və B3 hesabatlarının təqdim olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı 2006-cı ilin iyul və avqust aylarında Ağstafa rayon Mənzil İstismar Sahəsində işləməsinə dair Forma B1 və B3 hesabatlarının təqdim olunması öhdəliyi cavabdeh Ağstafa Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2000/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2000/2023
16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver