Məhkəmə qərarları › İş №2-1(114)-2002/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2002/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2002/2020 11.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X5) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X5) qarşı cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2014-cü il tarixli, 23 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyəmüraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2012-ci il tarixli, 55 saylı sərəncamı ilə Gəncə şəhəri, R.Allahverdioğlu küçəsi, 4 C nömrəli ünvanda yerləşən X2 məxsus mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş tikililərin qeydiyyata alınması, tikililər qeydiyyata alındıqdan sonra mülk sahibi müvafiq qaydada mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin edilməsi qərara alınmışdır. İddiaçı, X1 həmin ünvanda yerləşən mülkü xx xxxxxxx 2013-cü ildə etibarnamə ilə almışdır. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxx 2017-ci il tarixli, 690 nömrəli sərəncamı ilə Gəncə şəhəri, R.Allahverdioğlu küçəsi, 4 “C” nömrəli ünvanda yerləşən İddiaçı məxsus mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş tikililərin qeydiyyata alınması qərara alınmışdır. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2014-cü il tarixli, 23 nömrəli sərəncamı ilə Gəncə şəhəri, R.Allahverdioğlu küçəsi, 4 “C” nömrəli ünvanda yerləşən 600,0 kv.m torpaq sahəsində X5 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi qərara alınmışdır. Hazırda iddiaçının vicdanlı alıcı kimi əldə etdiyi mülkə dair üçüncü şəxs X3 adına çıxarış verilmişdir. O, bunu tam qanunsuz hesab edir və Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2014-cü il tarixli, 23 nömrəli sərəncamı qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Bundan sonra, iddiaçı məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsi və prosessual müddətin bərpa edilməsi barədə ərizəninməzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, hazırkı iddia tələbi ilə 2018-ci ildə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, ərizəsi əsasında tələbi həmin məhkəmənin 2-1(83)-905/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. İddia tələbi ərizəsi əsasında mümkün sayılmadığından hazırkı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli prosessual müddətin bərpasına dair ərizə iddiaçı tərəfindən təqdim edilməmiş, onun və nümayəndəsi olduğu iddiaçının həmin ərizədən məlumatları olmamışdır. Odur ki, hazırkı iş üzrə prosessual müddətin bərpa edilməsini xahiş edir. Cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə və üçüncü şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(83)905/2020 saylı qərardadından məlum olur ki, İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X5) qarşı Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2014-cü il tarixli, 23 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmiş və qərardad qanuni qüvvəsini almışdır. Qeyd edilən qərardadla müəyyən edilmişdir ki, iş üzrə İddiaçı mübahisələndirdiyi Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2014-cü il tarixli, 23 nömrəli sərəncamından xəbərdar olsa da, hazırki tələblə məhkəməyə xx.xx.2018-ci il tarixdə müraciət etmiş, iddia ərizəsinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Göründüyü kimi, iddia müddətinin bərpa edilməsinə dair ərizəyə artıq qanuni qüvvəsini almış məhkəmə qərardadı ilə münasibət bildirilmiş, ərizə təmin edilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 78. maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Yəni, maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qərarları proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Faktiki olaraq bu məcburilik məhkəməyə də şamil olunur. Çünki məhkəmə tərəflərin və mübahisənin eyni olduğu hallarda mahiyyəti üzrə yeni qərar qəbul edə bilməz. Əksinə məhkəmə artıq bir qərarın mövcud olması və buna görə də yeni qərarın qəbul edilə bilməməsi vəziyyətinə riayət etməlidir. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı hüquqi mübahisə üzrə iddiaçı və cavabdeh, eləcə də zəruri prosessual həmiştirakçılar üçün məcburidir. Başqa sözlə eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24.6. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(83)905/2020 saylı qərardadından məlum olur ki, məhkəmə tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina barədə qərardad çıxarılan zaman buraxılmış prosessual hərəkətlərə dair məsələ həll edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə prosessual müddətin bərpa edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərardadı olduğundan və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(83)905/2020 saylı qərardadı ilə buraxılmış prosessual hərəkətlərə dair məsələ öz həllini tapmadığından, hazırkı iş üzrə qeyd olunan hallara hüquqi qiymət verilməli və iddia tələbi mümkün sayılmamalıdır. Bununla yanaşı, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddiaçı A.Əliyeva və nümayəndəsi Nümayəndə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 23 nömrəli sərəncamından ən geci xx.xx.2018-ci ildə məlumatlı olmuş və məhkəməyə hazırkı tələblə xx.xx.2019-cu ildə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri-iddia qaldırmaq səlahiyyəti (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə riayət edilməsi (İPMin 38.1-ci maddəsi) də mövcud olmalıdır. Belə ki, mübahisələndirmə haqqında iddia «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır. Əgər iddiaçı iddianı mübahisələndirilən qərarı qəbul etmiş inzibati orqana 30 gün müddətində təqdim edərsə, bu halda da iddia müddətinə riayət edilmiş hesab olunur. Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Odur ki, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X5) qarşı sərəncamın ləğv edilməsinə dair iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X5) qarşı sərəncamın ləğv edilməsinə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar