Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2004/2023 24.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğvi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin əlilliyin təyin edilməsindən imtina olunması barədə 30 yanvar 2023-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2022-ci il tarixdən İİİ qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Suqovuşan və Laçın istiqamətində Vətən müharibəsində iştirak etmiş, Suqovuşan qəsəbəsi istiqamətində Vətən Müharibəsi zamanı ağır yaralanaraq xəsarət almış, bir çox tibb müəssisələrində müalicə va müayinə olumuşdur. xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 8366 nömrəli şəhadətnamə ilə təmin edilmişdir. Bu baradə səhhətində olan ağırlaşmalarla bağlı ona əlillik təyin edilməsi üçün X2 tərəfindən xx.xx.2022-ci il tarixdə T00034657PTV nömrəli göndəriş Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə T00034657PTV nömrəli göndərişə əsasən ona əlillik təyin olunmasından imtina edilmişdir. İddiaçı cavabdehin T00034657PTV nömrəli göndərişə imtinasını əsassız hesab edir. Belə ki, hesab edir ki, mənim səhhətində olan xəstəliklər, müalicə olduğu tibb müəssisələrinin onun barəsində müalicə vaxtı tərtib edilmiş epiqrizlər və T00034657PTV nömrəli göndərişdə qeyd edilmiş tibbi qeydiyyatlar əsas verir ki, ona əlillik təyin edilsin. Hal-hazırda müraciəti ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Qərarının 3-cü (Əlillik səbəbinin dəyişdirlməsi və şikayət qaydası) bəndinə əsasən T00034657PTV nömrəli göndərişə imtinanın ləğv edilməsi və xəstəlik epiqrizlərinin nəzərə alınmaqla ona İİİ qrup Azərbaycan Respublikasının ərazi bütöylüyünün, müstəqitliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza vo X1-sosial ekspert komissiyasının 3-17-4/3- 2390/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Tovuz rayon sakini xx.xx.1995-ci il təvəllüdlü İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmiş, vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 8366 nömrəli Şəhadətnamə verilmişdir, həmin şəhadətnamədə "Partlayıs travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş postkommosionsindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayıs travması (xx.xx.2020), keçirilmis qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmus vegetativ damar davamsızlığı. Sol baldırın ön səthinin aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonrakı (04 10.2020) bərkimiş dəri çapığı. Başın ənsə nahiyəsinin yumsaq toxumaların yad cisimləri (metal qəlpələr)" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; L5- S1 fəqərələrarası diskin protruziyası. Büzdümün dermoid sisti remissiya mərhələsində. Vertebrogen lumbalqiya. Sağ qözün miopiyası MO.75D nəticəsində qörmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya 1.0 olmaqla. 36, 37-ci dişlərin olmaması" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2021-ci il tarixli 8655 nömrəli Tibbi rəyində diaqnoz "Posttravmatik stress pozuntusu. Postkommosion sindrom" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHS xx.xx.2022-xx.xx.2022-ci il tarixli 10943/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz stress pozuntusu. Postkommosion sindrom" kimi "Uzun gedişli posttravmatik müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qazax rayon Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-ci il tarixli 995 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənsəli (müharibədə alınmış travma) səxsiyyət pozuntusu. Posttravmatik stress pozuntusu" kimi müəyyənləşdirilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi mənsəli yüngül ifadə olunmuş nevrozabənzər sindrom" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları na uyğun olaraq Diaqnoz əlillik əlaməti təvin etməməsi barədə qərar qəbul edilmişdir. -surəti işə əlavə edilmiş TSEK müayinələrinə dair alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli göndərişdə qeyd olunmuş “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Posttravmatik stress pozuntusu, Miopiya” diaqnozuna « diaqnoz əlillik əlaməti təyin etmir » səbəbi ilə imtina verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022ci il tarixli 8366 nömrəli Şəhadətnamə verilmişdir, həmin şəhadətnamədə travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. İddiaçının orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmiş, Dövlət Tibbi- Sosial Ekspertiza vo X1-sosial ekspert komissiyasının 3-17-4/3-2390/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə göndərişdə qeyd olunmuş “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Posttravmatik stress pozuntusu, Miopiya” diaqnozuna « diaqnoz əlillik əlaməti təyin etmir » səbəbi ilə imtina verilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, onun barəsində cavabdeh tərəfindən qəbul edilmiş 3-17-4/3-2390/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq ona 3-cü dərəcə əlilliyin təyin edilməsini tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:- -1.1-ci bəndinə əsasən, əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. “Əlilliyin müəyyən olunması meyarları”na əlavə edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair cədvəlin 7-ci bəndində “Psixi və davranış pozuntuları” ilə bağlı xəstəliklər qeyd edilmişdir. Həmin cədvəlin 7.5.1-ci bəndində iddiaçıya qoyulmuş diaqnoz, yəni “posttravmatik stress pozuntusu” qeyd edilmişdir. Həmin cədvəlin 7.5.1.1-ci bəndinə əsasən, 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) halında orqanizmin funksiyalarının pozulması faizi 35-60, orqanizmin funksiyalarının pozulması 2 il müəyyən edilir. Həmin cədvəlin 7.5.1.2-ci bəndinə əsasən, 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət halında orqanizmin funksiyalarının pozulması faizi 65-80, orqanizmin funksiyalarının pozulması 2 il müəyyən edilir. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli həkim müayinəsi zamanı iddiaçıya qoyulmuş F43.1 posttravmatik stress pozuntusu diaqnozuna uyğun olaraq onun vəziyyəti “Bələdliyi bütün növlər üzrə saxlanılıb. Zahirən narahat va gərgindir. Əhval ruhiyyəsi dəyişkəndir. Yuxusuzluqdan və yaddaş zəifliyindən şikayətlənir. Emosional labildir. Özünə və öz vəziyyətinə tənqidi formaldır. Meyl və maraqları məhduddur, Diqqəti daim öz daxilinə yönəlib, öz şəxsiyyətinə bağlıdır. Olduqca hövsələsiz, əsəbi, narahatdır. Yaddaşı zəifdir, mexanikidir. Emosional reaksiyaları adekvat deyil, kiminsə, yaxın adamının belə, ölüm xəbərini eşidəndə laqeyid qalır, biganə münasibət bəsləyir, Yuxusu pozulub. gecələr yatmır.” kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavə edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 7.5.1-ci bəndinə əsasən iddiaçıya “posttravmatik stres pozuntusu” diaqnozu qoyulsa da, həmin diaqnozun qiymətləndirilməsi zamanı nəzərə alınan və cədvəlin 7.5.1.1 və 7.5.1.2ci bəndlərində qeyd olunmuş halların onda olması iş materialları ilə öz təsdiqini tapmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçı barəsində verdiyi qərar əsaslıdır və ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, məhkəmə hazırki iddianın təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğvi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2004/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2004/2023
24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver