Məhkəmə qərarları › İş №2-1(114)-2004/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2004/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2004/2024 18.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X4 və X3 ona məxsus olan ünvan 3 (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar qaydada baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-2875/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlərə əsasən ünvan 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına əsasən xx.xx.1936-cı il təvəllüdlü X4 və xx.xx.1966-cı il təvəllüdlü X2 şəhəri, Kərpic Zavod qəsəbəsi, ev 2B, mənzil 1 (Yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatdadır.

3. İddiaçı üçüncü şəxslər X4 və X3 ona məxsus olan ünvan 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin idarənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

4. Məhkəmə sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Şıxzamanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 22 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında faktiki olaraq üçüncü şəxslər X4 və X5 yaşamırlar.

5. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-57/2-19333/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, X4 xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək və X5 xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ünvan 3 ünvanında qeydiyyatda olmuşlar.

6. Elektron Məhkəmə informasiya sistemindən çıxarışlara əsasən X4 və X1 rayonu, Gərgər kəndində qeydiyyatdadırlar. II. Məhkəmədə icraat

7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X4 və X3 ona məxsus olan ünvan 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kərpic Zavod qəsəbəsi ev 2B, mənzil 1 Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən ev onun xüsusi mülkiyyətindədir. Həmin evin onun adına olmasına dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixdə, ********** saylı çıxarış da almışdır. Onun mülkiyyətində olan Gəncə şəhəri, Kərpic Zavod qəsəbəsi ev 2B, mənzil 1 Yeni qaydalarla: ünvan 4 ünvanında xx.xx.1936-cı il təvəllüdlü X4 və xx.xx.1966-cı il təvəllüdlü X5 qeydiyyatdadır. Üçüncü şəxslərin onun mülkiyyətində olan Gəncə şəhəri, Kərpic Zavod qəsəbəsi ev 2B, mənzil 1 Yeni qaydalarla: ünvan 5 ünvanında qeydiyyatda olmaları onun mülkiyyət huququnun pozulması deməkdir. Ona görə də həmin şəxslərin müstəsna mülkiyyətim olan evimdən qeydiyyatdan çıxarmaq istəyirəm. Ona görə də o, Cavabdehnə ərizə ilə müraciət edərək adı çəkilən şəxslərin ona məxsus Gəncə şəhəri, Kərpic Zavod qəsəbəsi ev 2B, mənzil 1 Yeni qaydalarla: ünvan 4 ünvanından pasport qeydiyyatından çıxarılmalarını xahiş etmişdir. Ancaq cavabdeh orqan ona xx.xx.2024-cü il tarixli 3-13-57 /2-Ə-4152/11/24 saylı məktubla imtina cavabı verərək məhkəməyə müraciət etməyini bildirmişdir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 və X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

11. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

12. İddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

13. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iclasa gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

14. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

15. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

16. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

17. Məhkəmə qeyd edir ki, Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışında xx.xx.1936-cı il təvəllüdlü X4 və xx.xx.1966-cı il təvəllüdlü X3 ünvan 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatda olduqları qeyd edildiyi üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

18. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-2875/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlərə əsasən isə ünvan 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı müəyyən edilir.

19. Məhkəmənin sorğusuna Cavabdeh 10ş06.2024-cü il tarixli 3-13-57/2-19333/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, X4 xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək və X5 xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ünvan 3 ünvanında qeydiyyatda olmuşlar.

20. Elektron Məhkəmə informasiya sistemindən çıxarışlarda da X4 və X3 qeydiyyat ünvanları kimi Gədəbəy rayonu, Gərgər kəndi qeyd olunmuşdur.

21. Göründüyü kimi, hazırda üçüncü şəxslər X4 və X5 hazırda iddiaçıya məxsus ünvan 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatda deyillər.

22. Belə olan halda, cavabdeh orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə, yəni onun hər hansı hüququnun pozulması halı mövcud deyildir.

23. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh orqan tərəfindən pozulması müəyyən edilmədiyindən, yəni cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

24. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar