Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2007/2022 27.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X3, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı xx.xx.2N22-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2N21-ci il tarixli, 913 nömrəli ş/h nömrəli əmrinin ləğv edilərək hərbi rütbəsinin və hərbi xidmətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16 may 2N22-ci il tarixli, 2-1(112)-8N97/2N22 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2N17-ci il tarixdən xx.xx.2N19-cu il tarixədək AR Dövlət Sərhəd Xidmətində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Daha sonra xx.xx.2N21 -ci il tarixdən kiçik çavuş hərbi rütbəsi, xx.xx.2N21-ci il tarixdən isə çavuş hərbi rütbəsi ilə DSX-də müddətdən artıq hərbi xidmətinə davam etmişdir. X4 xx.xx.2N21-ci il tarixli, 913 ş/h nömrəli əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin intizam nizamnaməsinin 5N-ci maddəsinin “i” bəndi ilə hərbi rütbədən məhrum edilməklə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.N.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq DSX-də hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Silahlı Qüvvələrin ehtiyatına buraxılmağına səbəb isə, sosial şəbəkədə hərbi geyimdə şəkil paylaşmağı olmuşdur. Lakin, həmin şəkli sosial şəbəkədə paylaşarkən, heç bir qanunazidd hərəkət etməmişdir. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində, habelə Silahlı Qüvvələrin nizamnamələrində, eləcə də Dövlət Sərhəd Xidmətinin qaydalarında, həmçinin etik davranış qaydalarında sosial şəbəkələrdən istifadə edilməsinə, orada şəkil paylaşılmamasına dair hər hansı bir öhdəlik nəzərdə tutulmamışdır. Bundan başqa şəkili sosial şəbəkəyə yerləşdirərkən sadəcə üzərində hərbi geyim olmuş, həmin geyimdə palyaşım edərəkən hər hansı bir dövlət sirrini ələ verməmiş, hərbi qulluqçunun etik davranış qaydaları, habelə Silahlı Qüvvələr və X11 əleyhinə hər hansı bir nitq ifadə səsləndirməmişdir. Bundan başqa Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Dövlət Sərhəd Xidmətdində sosial şəbəkələrdən istifadə edilib-edilməməsinə, habelə həmin şəbəkələrdə paylaşılmaların aparılıb-aparılmamasına dair hər hansı bir hüquq və vəzifələr müəyyən edən əlavə qaydalar mövcud deyil. Hətta mövcud olsaydı belə, həmin qaydalarla tanış edilərək bu kimi hüquq və vəzifələr yaradan öhdəlikləri üzərimə götürmək üçün öz imzası ilə təsdiq etməyi üçün ona bu barədə rəsmi məlumat verilməli idi. Lakin, bu kimi hüquq və vəzifələrin yaranmasına dair heç bir sübut olmadan X6 tərəfindən müvafiq əmrlə Silahlı Qüvvələrdən ehtiyata buraxılmağında Azərbaycan Respublikası qanunvericilik normaları kobud şəkildə pozulmuşdur. İşin məhkəmə hazırlıq iclası 27 sentyabr 2N22-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında müddətin bərpası barədə ərizə təqdim etmiş və ərizəni onunla əsaslandırmışdır ki, onun şəxsi işi xx.xx.2N22-ci il tarixdə Şəmkir rayon şöbəsinə daxil olduğundan, Xidmətin Şəmkir rayon şöbəsindən arayış götürmüş və həmin tarixdən 1 ay ərzində məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. Yuxarıda göstərilənə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı izahatında tərxis olunması barədə əmrin ona şəxsən sıra qarşısında elan edilməsini qeyd etmişdir. İddiaçının vəkili X7 məhkəmə iclasında müddətin bərpası barədə ərizəni müdafiə etdiyini bildirmiş və təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin "DSX hərbi qulluqçularının internet şəbəkəsindən qeyrixidməti məqsədlərlə istifadəsinin qarşısının alınması haqqında" 1N oktyabr 2N12-ci il tarixli, N151 nömrəli əmrində göstərilən tələbləri pozaraq "Tik-tok" sosial şəbəkəsindən qeyri-xidməti məqsədlərlə istifadə etdiyinə görə Dövlət Sərhəd Xidməti rəisinin müavini - X2 müvafiq olaraq 16 dekabr 2N21-ci il tarixli, N263 və 913 ş/h nömrəli əmrləri ilə çavuş hərbi rütbəsindən məhrum edilməklə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Sabiq hərbi qulluqçu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı Dövlət Sərhəd Xidmətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunan zaman Dövlət Sərhəd Xidməti rəisinin yuxarıda göstərilən əmrində nəzərdə tutulmuş tələbləri pozmayacağına dair N4 mart 2N21-ci il tarixli öhdəliklə tanış olmuş və bunu imzası ilə təsdiq etmişdir. Lakin, İddiaçı törətdiyi əməllə bağlı izahatında, 28 oktyabr 2N22-ci il tarixdə saat təxminən 22:NN radələrində "Tik-tok" sosial şəbəkəsində canlı yayım açdığını, həmin vaxt əynində hərbi geyim olduğunu, əvvəllər tanımadığı bir qadınla təxminən 3-4 dəqiqə ilkin tanışlıq mərhələsində olmaqla ünsiyyət saxladığını, həmçinin hərbi xidmətə qəbul olunan zaman sosial şəbəkələrdən istifadə etməyin qadağan olması ilə bağlı öhdəliyi imzaladığını göstərmişdir. DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandanlığı iclasının N1 noyabr 2N21-ci il tarixli, 15 nömrəli protokolundan görünür ki, həmin hərbi hissənin maddi-texniki təminat bölüyü nəqliyyat taqımı xüsusi maşınlar qrupunun sürücüsü vəzifəsində xidmət edən çavuş İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin "DSX hərbi qulluqçularının internet şəbəkəsindən qeyrixidməti məqsədlərlə istifadəsinin qarşısının alınması haqqında" 1N oktyabr 2N12-ci il tarixli, N151 nömrəli əmrinin tələblərini pozduğuna görə onun "Hərbi vəzifə və hərbi xidmət keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 41.N.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin intizam Nizamnaməsinin 5N-ci maddəsinin "i" bəndinə (sülh dövründə çavuş hərbi rütbəsindən məhrum etməklə ehtiyata buraxma) əsasən hərbi rütbədən məhrum edilməklə Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət edilməsi məqsədəuyğun hesab olunmuşdur. Həmin iclasın yekunu ilə bağlı tərtib edilmiş protokolun mətni və qəbul edilmiş qərarla bağlı İddiaçı heç bir etirazının olmadığını bildirərək iclasın digər iştirakçıları ilə yanaşı bunu öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda, İddiaçı 19 noyabr 2N21-ci il tarixdə xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə raportla müraciət edərək, Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı təqdirdə sənədlərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə göndərilməsi üçün yuxarı komandanlıq qarşısında vəsatət edilməsini xahiş etmiş, həmçinin sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilməsinə ehtiyacının olmadığını bildirmişdir.Həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsinə dair iddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən iddiaçıya verilmiş 3N mart 2N22-ci il tarixli, SB/396 nömrəli arayışda İddiaçı xx.xx.2N17-ci il tarixdən xx.xx.2N19-cu il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində müddətli həqiqi hərbi xidmətdə, xx.xx.2N21-ci il tarixdən xx.xx.2N21-ci il tarixə kimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş və “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 41.N.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının tərxis olunması barədə əmri ona şəxsən sıra qarşısında elan edilmişdir. Şəxsi işi xx.xx.2N22-ci il tarixdə N nömrəli hərbi hissədən daxil olmuşdur. Göründüyü kimi iddiaçının Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2N21-ci il tarixli, 913 nömrəli ş/h nömrəli əmrindən əvvəlcədən məlumatı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2N21-ci il tarixli, 913 nömrəli ş/h nömrəli əmrinin mübahisələndirilməsi üçün müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1. maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 3N gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri- iddia qaldırmaq səlahiyyəti (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə riayət edilməsi (İPMin 38.1-ci maddəsi) də mövcud olmalıdır. Belə ki, mübahisələndirmə haqqında iddia «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 3N gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 3N gün müddətində qaldırılmalıdır Əgər iddiaçı iddianı mübahisələndirilən qərarı qəbul etmiş inzibati orqana 3N gün müddətində təqdim edərsə, bu halda da iddia müddətinə riayət edilmiş hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 3N gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktları qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək təqribən 6 ay ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəmə hesab edir ki, prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd iddiaçı tərəfindən təqdim edilmədiyindən iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur və iddiaçı sözügedən qərarları-inzibati aktları qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2NN6-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair N8 may 2NN8-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2NNN-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 24.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.6 maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçının cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 8N. maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməsin. İddiaçının cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 1N (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2007/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2007/2022
27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver