Məhkəmə qərarları › İş №2-1(114)-2010/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2010/2025

01.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2010/2025 01.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün,müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxsin uşağı olaraq təhsil haqqı ödənişindən azad olunmasına dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: X2 çıxarışa əsasən Nümayəndə xx.xx.2017-ci il tarixindən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz olaraq üçüncü dərəcə əlillik təyin edilmişdir. AZ-İ №188860 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2022ci ildə anadan olmuşdur,atası Nümayəndə, anası isə X1r. Cavabdeh orqan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli, 3-29-68/2-Ş-2787/2024 saylı cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli, 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydasfnın 8.2-ci bəndinə əsasən əlavə təhsil yalnız ödənişli əsaslarla (dövlət büdcəsindən vəsait ayrılmamaqla) həyata keçirilir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün,müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxsin uşağı olaraq təhsil haqqı ödənişindən azad olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, müharibə əlilinin övladı olaraq atası Nümayəndə adından təhsil haqqı ödənişindən azad olunmaq barədə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinə müraciət etmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin xx.xx.2024-cü il tarixli, №07/01 saylı imtina məktubu ilə təhsil haqqı ödənişindən azad olunması barədə ərizənin icrasında imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin № 163 saylı 6 sentyabr 2010-cu il tarixli qərarının 8.2-ci bəndinə görə “Əlavə təhsilin digər istiqamətləri (yenidənhazırlaşma təhsili, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili) üzrə yalnız ödənişli əsaslarla (dövlət büdcəsindən vəsait ayrılmamaqla) həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı və yaxud kadrın özü tərəfindən ödənilir”. O, cavabdehin imtinası ilə razı deyildir. Belə ki, o, İİİ qrup müharibə əlili və müharibə veteranın övladı olaraq təhsil haqqından azad olunmaqla bağlı müraciət etmiş, bunun üçün hüquqi bazanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron informasiya sistemindən əldə etmişdir. Belə ki, konkret olaraq qeyd oluna saytda göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş vətəndaşların uşaqları təhsil haqqı ödənişindən azaddırlar. Cavabdeh orqanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin № 163 saylı 6 sentyabr 2010-cu il tarixli qərarının 8.2-ci maddəsinə istinad etməsi qanunsuz və əsassızdır. Çünki, həmin qərarın müvafiq bəndi təhsilin yalnız ödənişli əsaslarla həyata keçirilməsini nəzərdə tutmaqla, təhsil haqqı ödənişindən azad olunma şərtlərini nəzərdə tutan müddəaları məhdudlaşdıra bilməz. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, İddiaçı ikinci ali bakalavriat təhsili alır. Birinci ali təhsil ödənişsiz əsaslarla X3 keçirdiyi imtahanda müvafiq balı toplamaqla əldə edilmişdir. Yəni, birinci bakalavriat təhsili alarkən İddiaçı hər hansı güzəşt və imtiyazdan istfadə etməmişdir. Qeyd olunan güzəşt və imtiyazdan indi istifadə edir və bu hüquq və imtiyazdan vaxtında istifadə edilməməsi ilə bağlı hər hansı məhdudiyyət qoyula bilməz. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Tibb Universitetinin əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əvəz edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Belə ki, iddiaçının hazırki tələbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün,müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxsin uşağı olaraq təhsil haqqı ödənişindən azad olunmasın ibarətdir ki, cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli, 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydasfnın 8.2-ci bəndinə əsasən əlavə təhsil yalnız ödənişli əsaslarla (dövlət büdcəsindən vəsait ayrılmamaqla) həyata keçirilirməsinə istinad edərək imtina cavabı vermişdir. Məhkəmə cavabdeh orqanın imtinası ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli, 163 nömrəli qərarına əsasən: 1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın əlavə təhsilinin istiqamətini, məzmununu, formasını, təşkilini və onlara müvafiq sənədin verilməsi qaydalarını müəyyən edir. 2.1.1. İxtisasartırma təhsili əlavə təhsilin bir istiqaməti olmaqla, ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan kadrların fasiləsiz təhsil almaq imkanını təmin etmək məqsədi ilə əlavə təhsil müəssisələri tərəfindən həyata keçirilən təhsil növüdür. 8.2. Əlavə təhsilin digər istiqamətləri (yenidənhazırlanma təhsili, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili) üzrə təhsil yalnız ödənişli əsaslarla (dövlət büdcəsindən vəsait ayrılmamaqla) həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Bu halda təhsil üçün ödənişin miqdarı müvafiq qaydalara uyğun müəyyənləşdirilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əlavə təhsil ödənişli əsaslarla həyata keçirilir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün,müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxsin övladı olaraq təhsil haqqı ödənişindən azad olunmasını tələb etsə də, göründüyü kimi iddiaçı əlavə təhsil alır.Əlavə təhsilə dair müəyyən olunmuş qaydalara əsasən əlavə təhsil ödənişli əsaslarla həyata keçirilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Ona görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar