Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2012/2020 29.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X5) sərəncamın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli, 99 nömrəli sərəncamının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, keçmiş DT və XK-nin Gədəbəy rayon şöbəsinin xx.xx.2014-cü il tarixli, 995 nömrəli rəyi əsasında Cavabdeh xx.xx.2014-cü il tarixli, 197 nömrəli sərəncamı ilə Gədəbəy rayonunun istifadəsində olan Dövlət yay otlaqları fondundakı 18-h saylı hissədən 10 il müddətinə iddiaçıya verilmiş 154.0 ha torpaq sahəsi 3 ildən sonra Cavabdeh xx.xx.2017-ci il tarixli, 99 nömrəli sərəncamı və xx.xx.2017-ci il tarixli, 01 nömrəli Torpaq icarəsi müqavilə əsasında Gədəbəy rayonunun ərazisində yerləşən “Haçayal” adlanan yaylaq sahəsindən 160 ha örüş otlaq torpaq sahəsi ayrılaraq 15 il müddətinə üçüncü şəxs X4 icarəsinə verilmiş, həmin torpaq sahəsinə dair həmin şəxsin adına xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarış verilmişdir. Müəyyən olunmuşdur ki, iddiaçının icarəsinə verilmiş 154.0 ha torpaq sahəsinin 0.92 ha örüş sahəsi üçüncü şəxs X4 icarəsinə verilmiş sahə ilə üst-üstə düşür. Bu səbəbdən də iddiaçı hesab edir ki, cavabdehin xx.xx.2017-ci il tarixli, 99 nömrəli sərəncamı ləğv edilməlidir. İddiaçı ərizə təqdim edərək hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixli, 99 nömrəli sərəncamın mövcudluğundan xx.xx.2020-ci il tarixdə xəbəri olmuşdur. Cavabdehin nümayəndəsi X2 ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-854/2019 nömrəli qətnaməsindən görünür ki, hazırda mübahisələndirilən Cavabdeh xx.xx.2017-ci il tarixli, 99 nömrəli sərəncamının mövcudluğu həmin qətnamədə şərh edilmiş, həmçinin iddiaçı həmin işə baxılarkən cavabdeh qismində məhkəmə prosesində iştirak edərək izahat vermişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı həmin sərəncamın mövcudluğundan Gədəbəy Rayon Məhkəməsində 2(042)-854/2019 nömrəli işə baxılarkən artıq məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı sözügedən sərəncamı qanunla nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddiaçı həmin sərəncamın mövcudluğundan xəbərdar olmuş və qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməmişdir. Odur ki, iddiaçının müddəti ötürməsi üzürlü sayıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2012/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2012/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver