Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2015/2025 03.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi ilə, İddiaçının nümayəndəsi olan vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Göygöl rayonu Göygöl bələdiyyəsinə qarşı “torpaq sahəsinin ayrılması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Göygöl rayonu Göygöl bələdiyyəsinin 26 may 2016-cı il tarixli 03 nömrəli qərarından çıxarışa əsasən Göygöl bələdiyyəsi ərazisində daim yaşayan və yaşayış yeri üzrə 5 ildən yuxarı qeydiyyatda olan İddiaçı tərəflər arasında bağlanan müqavilə əsasında fərdi yaşayış evi tikintisi məqsədi ilə torpaq sahəsinin satışı “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnamənin 10-cu bəndində müəyyən edilmiş qaydada həmin əsasnamənin 11-ci. 14-21ci. 23-cii. 25-ci. 27-ci bəndinə uyğun həyata keçirilməsi, Torpaq sahəsinin satılması mövcud texniki normalara habelə yerquruluşıı və şəhərsalma sənədlərinə uyğun olması barədə Göygöl rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq-Tikinti şöbəsinin rəyi nəzərə alınması, Torpağın hər 0,01 hektarının qiyməti Göygöl rayon Notariat Kontorunun xx.xx.2015-ci il 36 saylı məktubu və Göygöl bələdiyyəsinin xx.xx.2015-ci il 05 saylı iclasın qərarı qəbul etdiyi qərara müvafiq olaraq 445 manat müəyyən edilməsi, Qeyd edilənlər bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə verilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının qanununa “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılınası qaydaları haqqında" əsasnaməyə və digər qanunlara uyğun olduğundan İddiaçı ogluna Göygöl bələdiyəsi ərazisindən torpaq sahəsi satılması qərara alınmışdır. 30 may 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Göygöl şəhərində yerləşən torpaq sahəsinin Göygöl rayonu Göygöl bələdiyyəsi (satıcı ) tərəfindən İddiaçı (alıcı) mülkiyyətinə verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, ona Göygöl bələdiyyəsi tərəfindən satılmış Mehmandarov küçəsindən Mirzə İbrahimov küçəsinə dönərkən küçənin sol hissəsində 29 saylı ünvanda yerləşən torpaq sahəsini qərara əsasən 0,06 ha torpaq sahəsinin koordinatlarının müəyyən edərək faktiki olaraq yerində ona təhvil verilməsini və ya həmin ərazidə başqa torpaqla əvəzləşdirilməsini xahiş etmişdir,sonuncu tərəfinədn iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli 192 nömrəli məktubla ildirilmişdir ki, Göygöl bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 03 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün İddiaçı 0.06 ha torpaq sahəsi satılmışdır. Torpaq sahəsi Melımandarov küçəsindən Mirzə İbrahimov küçəsinə dönərkən küçənin sol hissəsində 29 saylı ünvanda yerləşir. Həmin küçənin 27 saylı ünvandakı sahə Abbasov Şəmşirə, 31 saylı ünvandakı torpaq sahəsi Şahverdiyev Seminara satılmışdır. İddiaçı cavabdeh Göygöl rayonu Göygöl bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Göygöl bələdiyyəsinin 26 may 2016-cı il tarixli 03 nömrəli qərarı ilə ona ayrılmış və satılmış Mehmandarov küçəsindən Mirzə İbrahimov küçəsinə dönərkən küçənin sol hissəsində 29 saylı ünvanda yerləşən torpaq sahəsini qərara əsasən 0,06 ha torpaq sahəsinin dəqiq yerini müəyyən edərək yerində ona təhvil verilməsini və ya həmin ərazidə başqa torpaqla əvəzləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayonu Göygöl bələdiyyəsinin 26 may 2016-cı il tarixli 03 nömrəli qərarı ilə ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı satılması məqsədi ilə ayrılmışdır. 30 may 2016-cı il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə ******* RX seriyalı çıxarış əsasında Göygöl Bələdiyyəsi ilə İddiaçı ilə alqı-satqı aparılmışdır. Lakin o, DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə torpaq sahəmin dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edərkən, ona imtina edilmişdir. İmtinada səbəbləri faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu və başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi edildiyindən icrası mümkün olmamışdır. Vəkil sorğusuna cavab olaraq Göygöl Bələdiyyəsinin 192 saylı 29 aprel 2024-cü il tarixli məktubunda torpaq sahəsi Mehmandarov küçəsindən Mirzə İbrahimov küçəsinə dönərkən küçənin sol hissəsində 29 saylı ünvanda yerləşməsi, həmin küçənin 27 saylı ünvanda Abbasov Şəmşir və 31 saylı ünvanda Şahverdiyev Seminara satılması qeyd edilmişdir. DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 13 may 2024-cü il tarixli məktubuna əsasən mübahisəli torpaq sahəsinə X1 və X2 müvafiq sənədlər verilmişdir. Belə olduğu halda onun vətəndaş kimi konstitusion hüquqları pozulmuşdur. İddiaçının nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş səbəbləri barəsində məlumat verməmişdir. Cavabdeh şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iddiaçı ona təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasında iddia tələbinə medafiə edərək təmin olunmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinin məzmununa əsasən, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1 və 24.2-ci maddələrində qeyd olunur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 32.2-1 –ci maddəsinə əsasən inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanuna əsasən: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. 6.8. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair torpaqayırma sənədlərinin hazırlanması torpaq almaq istəyən şəxsin vəsaiti hesabına həyata keçirilir. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə əsasən:
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
11. Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər.
14. Hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 15 gün müddətində baxılır.
15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.
17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.
19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.
20. Yerquruluşu işləri (planalma) və ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərin, digər hallarda bələdiyyənin vəsaiti hesabına aparılır.
21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Belə ki, iddiaçıya cavabdeh orqan tərəfindən torpaq sahəsi satılan zaman bələdiyyənin yerquruluşu planından çıxarış təqdim edilməmiş,iddiaçıya satılmış torpaq sahəsinin dəqiq yeri göstərilməmiş, hərəkətsizlik edilmişdir. Buna görə də, yuxarıda qeyd edilmiş normalar əsasında da müəyyən edilir ki, cavabdeh orqan tərəfindən hərəkətsizlik göstərilmişdir. Məhkəmə cavabdehin iddiaçıya münasibətdə səlahiyyətini düzgün həyata keçirmədiyi nəticəsinə gəlir. Belə ki, cavabdeh orqan tərəfindən inzibati icraat aparılmamış, İnzibati İcraat Haqqında Qanunun 2.0.6, 21.1, 21.2, 24.1,24.2 və 32.2-1-ci maddələrinin tələbi pozulmuş, inzibati mübahisə üzrə inzibati akt qəbul edilməmiş, Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının tələbi üzrə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun”nun 6.1, 6.2, 6.7 və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 5-ci maddəsinə əsasən inzibati icraatı aparılmaqla müvafiq qərar qəbul edilməsinə dair öhdəlik cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia qismən təmin edilsin. Göygöl rayonu Göygöl bələdiyyəsinin 26 may 2016-cı il tarixli 03 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin dəqiq yerini müəyyən edilməsi barədə tərəfindən zəruri inzibati icraatı aparılmaqla müvafiq qərar qəbul edilməsinə dair öhdəlik cavabdeh Göygöl rayonu Göygöl bələdiyyəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva