Məhkəmə qərarları › İş №2-1(114)-2018/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2018/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2018/2020 18.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, X27 oğlunun katibliyi, İddiaçı, üçüncü şəxslər X1 və X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X24rşı (üçüncü şəxslər X8 və X15) torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X24rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, üçüncü şəxslər tərəfindən 1000 manata ona satılmış və Goranboy rayonu Kəpənəkçi kəndində yerləşən 1578.5 kv.m torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2009-cu il tarixdə üçüncü şəxslər Əntiqə İslam qızı və X5 onlara məxsus Goranboy rayonu Kəpənəkçi kəndində yerləşən 1578.5 kv.m torpaq sahəsini 1000 manata satın almışdır. Bu barədə həmin tarixdə Goranboy rayon Notariat kontorunda torpağın satılmasına dair müqavilə tərtib edilmiş və həmin müqavilə 4Ə-1-46 nömrə ilə reyestrdə qeyd edilmişdir. Müqavilədə cavabdehlərin Goranboy rayon Notariat kontorunda təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 7E-9-3274 reyestrli etibarnaməsinə əsasən onların əvəzinə satıcı kimi X14 imza etmişdir. Həmin zamandan indiyə kimi iddiaçı həmin torpaqdan istifadə edir. İddiaçı ona məxsus torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərinin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsini X2 almışdır, lakin torpaq sahibləri faktiki olaraq sahəni satmadıqlarını bildirirlər. Üçüncü şəxs X8 iddianı qəbul etməyərək bildirmişdir ki, o, iddiaçıya torpaq sahəsi satmamışdır və ailəsinin mülkiyyətində olan sahəyə iddiaçının adına çıxarış verilməsinə etiraz edir. Üçüncü şəxs X15 iddianı qəbul etməyərək bildirmişdir ki, o da sahənin mülkiyyətçilərindən biridir, iddiaçıya torpaq satmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -DƏDRX-nin Bərdə rayon Ərazi İdarəsinin xx.xx.2009-cu il tarixli 898 nömrəli arayışının surətindən görünür ki, Goranboy rayonu Kəpənəkçi kəndində yerləşən 3.1575 ha torpaq sahəsi X7, X9, X3, X6, X10 və X1 ümumi birgə mülkiyyətindədir. -********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Goranboy rayonu Kəpənəkçi kəndində yerləşən 3.1575 ha torpaq sahəsi X7, X9, X3, X6, X10 və X1 ümumi birgə mülkiyyətindədir. -xx.xx.2006-cı il tarixli, ƏN-İ 073754 nömrəli etibarnamənin surətindən görünür ki, X8, X16 və X15 xx.xx.2002-ci il tarixli JN-0049 nömrəli KOD 50901004 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən onlara məxsus 15787.5 kv.m olan torpaq sahəsinə dair sərəncam verməyi (satmağı, bağışlamağı və.s digər hərəkətlər etməyi) X11 etibar etmişdir. -xx.xx.2009-cu il tarixli “Torpağın satılmasına dair” müqavilənin surətindən görünür ki, X14 ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarışla X4, X12 və X13 məxsus Goranboy rayonu Kəpənəkçi kəndində yerləşən 15787.5 kv.m torpaq sahəsini 1000 (bir min) manat müqabilində İddiaçı satmışdır. -DƏDRX-nin 7 saylı X25 xx.xx.2020-ci il tarixli **********99 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Goranboy rayonu Kəpənəkçi kəndində yerləşən 3.1575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X7, X9, X3, X6, X10 və X1 ümumi birgə mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsinin X4, X12 və X13 məxsus 1578.5 kv.m hissəsi xx.xx.2006-cı il tarixli 7E-9-3274 reyestr nömrəli etibarnamə əsasında X14 tərəfindən xx.xx.2009-cu il tarixli “Torpağın satılmasına dair” müqavilə ilə 1000 (bir min) manat müqabilində İddiaçı satılmışdır. İddiaçı ona satılmış torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq sənədlərin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan qeyd olunan torpaq sahəsinə dair bölgü planı təqdim edilmədiyindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarından da göründüyü kimi mübahisəli torpaq sahəsi ümumi birgə mülkiyyətdə olan torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:- -52.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. -52.2-ci maddəsinə əsasən iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:- -213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır... -213.7-ci maddəsinə əsasən ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. -222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. -222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. -222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin alqı-satqısı zamanı bütün mülkiyyətçilərin razılığı nəzərə alınmamışdır. Xüsusilə vurgulamaq lazımdır ki, cavabdehin qeyd etdiyi kimi, torpaq sahəsi hissəvi satılsa da müvafiq bölgü planı tərtib edilməmişdir ki, bu hal satılması iddia olunan sahənin koordinatları baxımından həmin sahənin reyestrdə qeydə alınmasından imtina üçün əsas verir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X24rşı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar