Məhkəmə qərarları › İş №2-1(114)-202/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-202/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-202/2025 05.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı və digərlərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət qeydiyyatına düzəliş edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkil olan nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı, X12, X26, X13 və X10 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı **********65-10301 reyestr nömrəli daşınmaz əmlaka dair daşınmaz əmlakın reyestrində xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata X8 və X14 0.25 ha torpaq sahəsinə dair ümumi birgə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı hissədə düzəliş edilməklə, Daşkəsən rayonu, Qabaqtəpə kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində İddiaçı, X12, X26, X13 və X10 ümumi birgə, həmin torpaq sahəsində yerləşən 56.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi üzərində (tik. “A” və “B” bütövlükdə) İddiaçı tam mülkiyyət hüququnun qeydə alınmaqla, bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 nömrəli qərarı ilə X5, X4, X18, X24, X13 və X15 həyətyanı məqsədilə 0.25 ha torpaq sahəsi ayrılmış və bu barədə xx.xx.2004-cü il tarixli JN-096A KOD 50609018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.

2. İddiaçı tərəfindən həmin torpaq sahəsində ümumi sahəsi 56.2 kv.m olan fərdi yaşayış evi (tikili “A” və tikili “B”) inşa edilmiş, fərdi yaşayış evinə dair İddiaçı adına xx.xx.2017-ci il tarixli 14510 nömrəli texniki pasport tərtib edilmişdir.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** nömrəli çıxarışa əsasən Daşkəsən rayonu, Qabaqtəpə kəndində yerləşən ümumi sahəsi 56.2 k.vm olan fərdi yaşayış evi (tikili “A” və “B”) üzərində İddiaçı, 0.25 ha torpaq sahəsi üzərində isə İddiaçı, X8, X9, X27, X24, X13 və X11 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmıakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Daşkəsən Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-42/2-301/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (seriya RX № 1006268) çıxarışında texniki səhv olaraq Daşkəsən rayon Qabaqtəpə kəndində yaşayan X6 ata adı “Məhəmməd”, X16 adı “Rac”, X10 adı “Ramal” kimi qeyd olunmuşdur. Əslində vətəndaşların adı, soyadı və ata adı bütün mövcud ilkin sənədlərdə aşağıdakı kimi yazılmışdır: X12; X26; X19.

5. İddiaçı cavabdeh orqana müraciət edərək, çıxarışda düzəliş edilməsini xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-M-025598/2023 nömrəli məktublarla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alan orqandır. Məlumat üçün bildirilir ki, “Daşınmaz əmlakın dövlıt reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhəkmə qaydasında həll edilir. Bu səbəbdən aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədə uyğundur.

6. Məhkəmənin sorğusuna Daşkəsən rayon Polis şöbəsinin xx.xx.2016-cı il tarixli 199-5721M-3216 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı məxsus Daşkəsən rayonu, Qabaqtəpə kəndində yerləşən torpaq sahəsinə dair 2004-cü il tarixli JN-96 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin tapılması ilə əlaqədar rayonlar arası axtarış elan edilmiş və daşkəsən rayon Polis şöbəsində tapılan sənədlər arasında müəyyən olunmamış, axtarış zamanı tapılmamışdır.

7. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 2520/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, arxivdə Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 saylı qərarı mövcud deyildir. Həmin məktuba əlavə edilmiş:

8. Daşkəsən rayonunun Qabaqtəpə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəldən görünür ki, xəritə nömrəsi 96 olan 0,25 ha olan torpaq sahəsi X5, X4, X18, X24, X13 və X15 verilmişdir. Cədvəldə yaşayan X6 ata adı “Məhəmməd”, X16 adı “Rac”, X10 adı “Ramal” kimi qeyd olunmuşdur.

9. Məhkəmənin sorğusuna Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-13RA/1-41/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, rayon Arxivində mühafizə olunan Daşkəsən rayon Qabaqtəpə kənd İƏDÜN-nin 1995-2005-ci illəri əhatə edən təssərrüfatbaşına kitabları yoxlanılmış, lakin vətəndaş X1, X14 və İddiaçı adına və təsərrüfatına rast gəlinmədi. Vətəndaşların adı aşkar olunmadığına görə, həmin vətəndaşların təsərrüfatları, qeydiyyatları, mülkiyyətləri və s. barədə sənəd vermək imkanları xaricindədir.

10. Məhkəmənin sorğusuna Daşkəsən Rayon İcra Hakimiyyəti başçısını Qabaqtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-42-12/2- 51/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, 1997-2003-cü illəri əhatə edən təsərrüfatbaşına qeydiyyat və uçot kitabı Daşkəsən rayon arxiv idarəsinə təhvil verilməmişdir. X1 və X14 həmin vaxtda hansı təsərrüfatda olması barədə məlumatları yoxdur.

11. Məhkəmənin sorğusuna Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-3753/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən adıçəkilən şəxslərin doğumu haqqında akt qeydi aşkar edilmədi. Məsələyə aydınlıq gətirilməsi məqsədilə məhkəməylə əlaqə saxlanılarkən (telefon: **********) Çimnaz Musayevanın və Səfayə Musayevanın təvəllüdü barədə məlumatın olmadığı qeyd edilmişdir. Bildirilir ki, əlavə məlumat təqdim edilməklə yenidən müraciət olunacağı təqdirdə Ç.Musayevanın və İddiaçı doğumu haqqında akt qeydi üzrə ətraflı axtarışın aparılması mümkün olacaqdır.

12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** nömrəli çıxarışa əsasən Daşkəsən rayonu, Qabaqtəpə kəndində yerləşən ümumi sahəsi 56.2 k.vm olan fərdi yaşayış evi (tikili “A” və “B”) üzərində İddiaçı, 0.25 ha torpaq sahəsi üzərində isə İddiaçı, X8, X9, X27, X24, X13 və X11 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmıakın dövlət reyestrində qeydiyyata alınmışdır.

13. Məhkəmənin sorğusuna Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-13RA/1-22/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, rayon Arxivində mühafizə olunan Daşkəsən rayon Qabaqtəpə kənd İƏDÜN-nin 1995-2005-ci illəri əhatə edən təssərrüfatbaşına kitabları yoxlanılmış, lakin vətəndaş X1, X14 və İddiaçı adına və təsərrüfatına rast gəlinmədi. Vətəndaşların adı aşkar olunmadığına görə, həmin vətəndaşların təsərrüfatları, qeydiyyatları, mülkiyyətləri və s. barədə sənəd vermək imkanları xaricindədir.

14. Məhkəmənin sorğusuna Daşkəsən Rayon İcra Hakimiyyəti başçısını Qabaqtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-42-12/2-13/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, X8 və X24, İddiaçı ilə heç bir qohumluq əlaqələri yoxdur və İddiaçı təsərrüfatında qeydiyyata alınmayıblar. II. Məhkəmədə icraat

15. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Tələb onunla əsaslandırılmışdır ki, ona Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 19 dekabr 1997-ci il tarixli 12 saylı qərarı ilə 0.25 ha fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi verilmişdir. Həmin qərara əsasən JN-096A saylı (KOD ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Müraciəti əsasında qeyd olunan həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair Texniki Pasport və xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan şəhadətnamədə və çıxarışda İddiaçı, X8, X9, X27, X24, X13, X11 adları qeyd olunmuşdur. Yuxarıda adları çəkilən İddiaçı o özü olmaqla digər X9, X27, X13, X20 onun ailə üzvləridir. Lakin şəhadətnamədə və çıxarışda adları səhvən qeyd olunan X8 və X24 onların ailə üzvləri deyil və hər-hansı bir formada qohumluq əlaqələri də yoxdur. Əlavə olaraq qeyd edir ki, qeyd olunan şəhadətnamədə və çıxarışda ailə üzvlərinin ad, soyad və ata adlarında olan yalnışlıqlara düzəliş olunması barədə müvafiq məhkəməyə müraciət olunacaqdır. Lakin bununla bağlı Daşkəsən Rayon İcra Hakimiyyətindən arayış təqdim edilmişdir. Yuxarıda qeyd olunanlarla bağlı DƏDKR publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. İnzibati orqan tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsini əsas tutmuş və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilməsi barədə imtina xarakterli bildiriş verilmişdir. Cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini qanunsuz və əsassız hesab edir. Qeyd olunan sənədlərdə olan nöqsanın aradan qaldırılması vəzifəsinin müvafiq orqanın üzərinə qoymaq məhkəmə qaydasında mümkün olduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.

18. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X12, X26, X13 və X19 birgə iddiaçılar qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, hazırki iddia tələbi isə **********65-10301 reyestr nömrəli daşınmaz əmlaka dair daşınmaz əmlakın reyestrində xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata X8 və X14 0.25 ha torpaq sahəsinə dair ümumi birgə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı hissədə düzəliş edilməklə, Daşkəsən rayonu, Qabaqtəpə kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində İddiaçı, X12, X26, X13 və X10 ümumi birgə, həmin torpaq sahəsində yerləşən 56.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi üzərində (tik. “A” və “B” bütövlükdə) İddiaçı tam mülkiyyət hüququnun qeydə alınmaqla, bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

19. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

20. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

21. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

22. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

23. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

24. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

25. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

26. İddiaçının vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

27. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alan orqandır. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı əsasında Daşkəsən rayonu, Qabaqtəpə kəndində yerləşən 0.25 ha torpaq sahəsinə dair X2, X1, X3, X17, X14, X7, X11 adlarına JN-096 A, KOD 50609018 saylı "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə tərtib edilmişdir. Qeyd olunan Şəhadətnamə və Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Qabaqtəpə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2017ci il tarixli, 09 nömrəli arayışı əsasında İddiaçı (Tik. "A", "B" bütövlükdə və 0.25 ha torpaq sahəsi ümumi birgə), X1 (0.25 ha torpaq sahəsi ümumi birgə), X3 (0.25 ha torpaq sahəsi ümumi birgə), X17 (0.25 ha torpaq sahəsi ümumi birgə), X14 (0.25 ha torpaq sahəsi ümumi birgə), X7 (0.25 ha torpaq sahəsi ümumi birgə), X11 (0.25 ha torpaq sahəsi ümumi birgə) adlarına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********65-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Bu səbəbdən hazırki iş üzrə iddiaçının müraciətinin icrası mümkün olmamış, iddiaçıya xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2M-0259- 8/2023 nömrəli cavab məktubu ünvanlanmışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 nömrəli qərarı; - xx.xx.2004-cü il tarixli JN-096A KOD 50609018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə; - xx.xx.2017-ci il tarixli 14510 nömrəli texniki pasport; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** nömrəli çıxarış; - Daşkəsən Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-42/2-301/2023 nömrəli məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-M-025598/2023 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Daşkəsən rayon Polis şöbəsinin xx.xx.2016-cı il tarixli 199-5721M-3216 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 2520/2023 nömrəli cavab məktubu; - Daşkəsən rayonunun Qabaqtəpə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəl; - Məhkəmənin sorğusuna Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3- 48-13RA/1-41/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Daşkəsən Rayon İcra Hakimiyyəti başçısını Qabaqtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-42-12/2- 51/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-3753/2024 nömrəli cavab məktubu; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** nömrəli çıxarış; - Məhkəmənin sorğusuna Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3- 48-13RA/1-22/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Daşkəsən Rayon İcra Hakimiyyəti başçısını Qabaqtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-42-12/2-13/2025 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

29. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

30. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 nömrəli qərarı ilə X5, X4, X18, X24, X13 və X15 həyətyanı məqsədilə 0.25 ha torpaq sahəsi ayrılmış və bu barədə xx.xx.2004-cü il tarixli JN-096A KOD 50609018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. İddiaçı tərəfindən həmin torpaq sahəsində ümumi sahəsi 56.2 kv.m olan fərdi yaşayış evi (tikili “A” və tikili “B”) inşa edilmiş, fərdi yaşayış evinə dair İddiaçı adına xx.xx.2017-ci il tarixli 14510 nömrəli texniki pasport tərtib edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** nömrəli çıxarışa əsasən Daşkəsən rayonu, Qabaqtəpə kəndində yerləşən ümumi sahəsi 56.2 k.vm olan fərdi yaşayış evi (tikili “A” və “B”) üzərində İddiaçı, 0.25 ha torpaq sahəsi üzərində isə İddiaçı, X8, X9, X27, X24, X13 və X11 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmıakın dövlət reyestrində qeydiyyata alınmışdır.

31. Göründüyü kimi, iddiaçılara aqrar islahat zamanı torpaq sahəsi ayrılarkən texniki səhvə yol verilmiş, iddiaçıların ailə üzvləri olmayan X8 və X14 adları da ailə üzvləri kimi siyahıya salınmış, daha sonra torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan zaman da birgə mülkiyyətçi kimi X8 və X14 adları həmin torpaq sahəsinin mülkiyyətçiləri kimi qeyd edilmişdir.

32. Həmçinin, çıxarışında texniki səhv olaraq Daşkəsən rayon Qabaqtəpə kəndində yaşayan X6 ata adı “Məhəmməd”, X16 adı “Rac”, X10 adı “Ramal” kimi qeyd olunmuşdur.

33. İddiaçı cavabdeh orqana müraciət edərək, çıxarışda düzəliş edilməsini xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-M-025598/2023 nömrəli məktublarla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alan orqandır. Məlumat üçün bildirilir ki, “Daşınmaz əmlakın dövlıt reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhəkmə qaydasında həll edilir. Bu səbəbdən aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədə uyğundur.

34. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası və hərəkətləri qanunauyğun olmamışdır.

35. Belə ki, məhkəmə sorğuları ilə əldə edilmiş sənədlərlə müəyyən edilir ki, Daşkəsən rayon Qabaqtəpə kənd İƏDÜN-nin 1995-2005-ci illəri əhatə edən təssərrüfatbaşına kitablarında vətəndaş X8 və X14 qızının adına və təsərrüfatına rast gəlinməmişdir.

36. Ümumiyyətlə, X8 və X14, İddiaçı ilə heç bir qohumluq əlaqələrinin olmadığı və İddiaçı təsərrüfatında qeydiyyata alınmadıqları müəyyən edilmişdir.

37. Həmçinin, Daşkəsən Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-42/2- 301/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (seriya RX № 1006268) çıxarışında texniki səhv olaraq Daşkəsən rayon Qabaqtəpə kəndində yaşayan X6 ata adı “Məhəmməd”, X16 adı “Rac”, X10 adı “Ramal” kimi qeyd olunmuşdur. Əslində vətəndaşların adı, soyadı və ata adı bütün mövcud ilkin sənədlərdə aşağıdakı kimi yazılmışdır: X12; X26; X19.

38. 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş “Torpaq islahat haqqında” Qanununa görə: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər

1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

39. Göründüyü kimi, Daşkəsən rayonu, Qabaqtəpə kəndində aqrar islahat aparılan zaman X8 və X24 adlı şəxslər iddiaçıların ailə üzvləri olmamış və onlarla bir təsərrüfatda yaşamamışlar.

40. Həmçinin, çıxarışda texniki səhv olaraq Daşkəsən rayon Qabaqtəpə kəndində yaşayan X6 ata adı “Məhəmməd”, X16 adı “Rac”, X10 adı “Ramal” kimi qeyd olunmuşdur.

41. Belə olan halda məhkəmə hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** nömrəli çıxarışda mülkiyyətçilər siyahısında X8 və X14 adlarının qeyd edilməsi qanunsuz və əsassız olmuşdur və bu əsasla həmin qeydiyyata düzəliş edilməsinə dair iddiaçının tələbi haqlıdır.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

43. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

44. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. **********65-10301 reyestr nömrəli daşınmaz əmlaka dair daşınmaz əmlakın reyestrində xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata X8 və X14 0.25 ha torpaq sahəsinə dair ümumi birgə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı hissədə düzəliş edilməklə, Daşkəsən rayonu, Qabaqtəpə kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində İddiaçı, X12, X26, X13 və X10 ümumi birgə, həmin torpaq sahəsində yerləşən 56.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi üzərində (tik. “A” və “B” bütövlükdə) İddiaçı tam mülkiyyət hüququnun qeydə alınmaqla, bu barədə çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar