Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2020/2025 02.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Rəfail oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı hesablanmış məbləğin silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı Rəfail oğlunun xx.xx.2024-cü il tarixə ödənilməmiş borcu tərkibi: məcburi dövlət sosial sığorta haqqı üzrə 523,34 manat, ümumi 523.34 manatdır. İddiaçı Rəfail oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixə məcburi dövlət sosial sığorta haqqları üzrə hesablanaraq ona məxsus şəxsi hesab vərəqəsində qeyd olunan 523,34 manat borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 05 sentyabr 2024-cü il tarixli məktubunda qeyd edilir ki, onun xx.xx.2024-cü il tarixinə ödənilməmiş borcu vardır və tərkibi aşağıdakı kimidir. Ümumi borc: 523,34 manat, vergilər, maliyyə sanksiyası, faizlər üzrə 0,00 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 523,34 manat. Qeyd olunan borcun silinməsi ilə bağlı cavabdeh inzibati orqana rəsmi müraciət edilmiş, sonuncunun xx.xx.2024-cü il tarixli, 3-21-2-18/23588/2024 saylı məktubunda qeyd olunmuşdur ki, xx.xx.2018-ci il tarixə məcburi dövlət sosial sığorta haqqları üzrə 523,34 manat borcu mövcuddur. Müraciətində göstərilən məsələlərin araşdırılması üçün Dövlət Sosial Müdafiə X4 Şəxsinə xx.xx.2024-cü il tarixli, **********289600 nömrəli sorğu məktubuna xx.xx.2024-cü il tarixli **********241100 nömrəli məktubla cavablandırılmışdır. DSMF tərəfindən təqdim olunan F-033 nömrəli məlumatdan görünür ki, 2009-cu il tarixdə dövrün əvvəlinə 378 manat əvvəlki tarixdən borc kimi qeyd edilmiş, həmin ili cəmi 135 manat MDSS haqqı, ödənilmiş məbləğ kimi 33,75 manat, borc kimi 479,25 manat qeyd olunmuşdur. Həmin borc 2012-ci il tarixə kimi qeyd edilmiş, həmin il 44,069 manat maliyyə sansiyası tətbiq olunmuşdur. Bununla da 2018-ci il tarixə kimi əsas borc 479,25 manat, maliyyə sanksiyası 44,09 manat, cəmi 523,34 manat borc qeyd edilmişdir. Onun heç bir borcu olmamışdır və VÖEN-i aktiv olduğu tarixədək o vaxtında bütün ödənişləri etmişdir. Borcun necə yaranması araşıdırlmamış, 2009-cu il tarixə əvvəlki tarixdən borc kimi daxil olması qeyd edilən 378 manatın necə yaranması müəyyən edilməmişdir. Cavabdeh iddiaya dair etiraz daha sonra etiraza əlavə təqdim etmişdir. Etirazda bildirilir ki, İddiaçı ərizəsində “məcburi dövlət sosial sığorta üzrə heç bir borcunun olmadığını, 2009-cu il tarixə əvvəlki tarixdən borc kimi daxil olması qeyd edilən 378 manatın necə yaranmasının müəyyən edilmədiyini” qeyd etmişdir. Həmçinin iddiaçı öz dəlillərini hüquqi baxımdan əsaslandırmaq üçün “Sosial sığorta haqqında” və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanunlarına istinad etmişdir. Aşağıdakı göstərdiyimiz əsaslara görə hesab edirik ki, iddia tələbi əsassızdır. Ərizədə iddiaçının nümayəndəsi hansı səbəbdən borcun silinməsini, eləcə də onun hüquqi maraqlarına toxunan cavabdehin hərəkətlərinin nədən ibarət olduğunu əsaslandırmamışdır. İddia tələbi məcburi dövlət sosial sığorta haqqı üzrə 523.34 manat borcun silinməsi ilə bağlıdır. İddiaçı “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununun ona münasibətdə tətbiq edilməli olduğunu qeyd etdiyindən ilk növbədə indiki inzibati mübahisənin düzgün həll edilməsi məqsədi ilə məcburi dövlət sosial sığorta haqqı üzrə 523.34 manat manat borcun tərkibi açıqlanmalıdır. İş üzrə obyektiv araşdırmanı aparmaq məqsədi ilə tərəfimizdən xx.xx.2024-cü il tarixli 3-21-2-18/2- 16094/2024 nömrəli məktubla İddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə borcunun məbləği və yaranma mənbəyi barədə məlumatın alınması məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 3-17-1/2-240753/2024 nömrəli məktubla vergi orqanının müraciətinə cavab vermişdir. Sözügedən məktubda iddiaçının məcburi dövlət sosial sığorta haqları və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasıları (hesablanmış penya) üzrə borclarının yaranma səbəbləri ətraflı şəkildə göstərilmişdir. xx.xx.2024-cü il tarixli 3-17-1/2-240753/2024 nömrəli məktuba əsasən bildiririk ki, iddiaçının şəxsi hesab vərəqəsində əks olunmuş mdss üzrə borcları 2009-cu ildən yaranmışdır. "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun tələblərindən irəli gələn bütün hallar həm DSMF, həm də cavabdeh inzibati orqan tərəfindən yerinə yetirilmiş, iddiaçıya məxsus olan şəxsi hesab vərəqəsində sözügedən Qanunun təsir dairəsinə düşən silinməli borc mövcud deyil. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında” və "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə əsasən Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Bu mənada qeyd edilməlidir ki, qanunverici Vergi Məcəlləsinin 85.4-cu maddəsinə istinad edərək hesabat dövrü qurtardıqdan sonra yalnız 5 il ərzində məcburi dövlət sosial sığorta üzrə öhdəliyin icrasını tələb etmək hüquqi imkanın olmasını aradan qaldırır, habelə bu müddət bitdikdən sonra məcburi dövlət sosial sığorta haqqı üzrə vergi ödəyicilərinin mövcud borclarının silinməsini birmənalı qadağan edir. Nəticə etibarı ilə vergi orqanı vergi ödəyicisindən mövcud məcburi dövlət sosial sığorta haqqı üzrə öhdəliyi xitam verilənədək (ödənilənədək) tələb etməkdə haqlıdır. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş, iddiaçı məhkəmə iclasına gəlməmiş,səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmişəməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması; 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət vətəşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; 1.1.9. sığortaolunanın sığorta stajı – sığortaolunanın xeyrinə məcburi dövlət sosialsığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti; 1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıyaödənilən pul vəsaiti; Maddə 2. Sosial sığortanın formaları: Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburidövlətsosialsığortası sığortaedənlər tərəfindənbütün əməkmüqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Maddə 3. Sosial sığortanın prinsipləri: Sosial sığortanın prinsipləri aşağıdakılardır: sosial sığortanın müntəzəmliyinə dövlət təminatı; sosial sığortanın ümumiliyi; sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi; sosial sığorta subyektlərinin hüquq bərabərliyi; dövlət sosial sığortasının məcburiliyi; məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakınıntəmin olunması. Maddə 9-1. Məcburidövlətsosialsığortahaqlarınınhesablanmasınavəödənilməsinə nəzarət: 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinənəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 07 aprel 1997-ci il tarixli, 568 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən: 2.3. həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və yeddinci abzaslarında, 10-cu maddəsinin ikinci hissəsinin üçüncü (hər iki halda) və dördüncü abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü və 13.4-cü (ikinci halda) maddələrində, 18-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur; (həmin Fərmanın əvvəlki redaksiyası) 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, İ kitab, maddə 2578) ilə 2.3-cü bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 2.3. həmin Qanunun 13-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir; 2 iyun 2020-ci il tarixli 1046 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104) ilə 2.3-cü bəndin “və altıncı” sözləri “və yeddinci” sözləri ilə əvəz edilmişdir, “13.4-cü” sözlərindən sonra “(ikinci halda)” sözləri əlavə edilmişdir və “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Rəfail oğlunun məcburi dövlət sosial sığorta üzrə 523,34 manat borcu mövcuddur. Hazırda iddiaçı həmin borcun silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddia ərizəsində VÖEN-inin aktiv olduğu tarixədək o vaxtında bütün ödənişləri etmdiyini, hazırda ondan tələb edilən borcunun olmamasını, bu borcun ona əsassız hesablandığını bildirsə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024cü il tarixli məktubu ilə müəyyən edilir ki, İddiaçı Rəfail oğlunun xx.xx.2024-cü il tarixə ödənilməmiş borcu tərkibi: məcburi dövlət sosial sığorta haqqı üzrə 523,34 manat olmuşdur. Belə ki, iddiaçı ondan tələb edilən borcunun olmamasını, bu borcun ona əsassız hesablandığını bildirsə də, hazırda mübahisələndirilən borc iddiaçıya məhz onun göstərilən dövrlərdə hər rüb üzrə elektron qaydada təqdim etdiyi məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən hesablanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Vergi Məcəlləsinin 93.1.3-cümaddəsinin tələblərinə əsasən məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların silinməsinə yol verilmir. Qanunvericiliyin mənasından da göründüyü kimi qeyd olunan norma həmin borcların silinməsini istisna edir. Bundan başqa, işçilərin pensiya və digər sosial təminat hüquqlarının həyata keçirilməsi (pensiyanın təyin edilməsi, məbləğ və sair) məcburi dövlət sosial sığorta haqqının ödənilməsi və onun məbləği ilə əlaqədar olduğu üçün məcburi dövlət sosial sığorta haqqı üzrə borcların silinməsi həmin hüquqların pozulmasına səbəb olar. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti əsassızdır və onun təmin edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Belə ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 30 noyabr 2018-ci iltarixli Qanunun tələbinə əsasən 01 yanvar 2019-cu il tarixdən etibarən məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəaları tətbiq edilir. Bundan əlavə “Sosial sığorta haqqında” Qanunun 9-cu maddəsində sığortaçının hüquq və vəzifələri qeyd edilmişdir. Həmin qanunun tətbiqinə dair qəbul edilmiş Fərmana əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi sığorta haqları ilə bağlı məsələlərə nəzarət edir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2020/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2020/2025
02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver