Məhkəmə qərarları › İş №2-1(114)-2022/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2022/2025

31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2022/2025 31.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı “test tapşırığının cavabının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixdə X8 tərəfindən keçirilmiş xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının tanınması üzrə test imtahanında 27-ci test tağşırığı cavabının tərəfindən qeyd edildiyi formada “A” variantı hesab edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X8 tərəfindən 4 may 2024-cü il tarixdə, saat 10:00-da müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə keçirilmiş test imtahanda iştirak etmişdir. İmtahan bitdikdə onun 14 düz, 16 səhv cavabı olmuşdur. İmtahanın yekununa dair arayış elekton kabinetimə yerləşdiriləndə ona məlum olmuşdur ki, guya 27-ci suala D variantını yazmışdır. Halbuki o, həmin suala A variantını yazmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş imtahanda 27-ci test tapşırığında sualda göstərilmişdir ki: "Elmir Bakı-Quba yolunda surət həddini ölçən qurğuların olmadığından istifadə edərək, yolda qeyd olunmuş 110 km/saat surət həddinə əhəmiyyət verməyərək, avtomobili 190 km/saat surətlə idarə edirdi. Elmir idarə etməni itirərək, avtomobili yol kənarındakı ağaca vurdu və sağ oturacaqda əyləşən sərnişin öldü. Elmirin törətdiyi cinayət aşağıdakılardan hansıdır? A) ehtiyatsızlıqdan törədilmiş cinayətdir. Digər variantlar: qəsdlə törədilmiş cinayətdir. dolayısı ilə qəsdlə törədilmiş cinayətdir., və sair." İddiaçı həmin 27-ci test tapşırığında qeyd olunan suala dəqiq olaraq "A) cavab variantını (ehtiyatsızlıqdan törədilmiş cinayətdir.)" seçmişdir. Lakin, nədənsə imtahanın nəticələrinə dair şəxsi elekton kabinetinə yerləşdirilən arayışın məzunundan görmüşdür ki, guya o, 27-ci test tapşırığına "D" variantını qeyd etmişdir. Lakin, onun seçdiyi variant cavabdeh tərəfindən qərəzli olaraq təhrif edilməklə nədənsə "D" variantı kimi göstərilmişdir. Həmçinin məhkəmənin diqqətinə xüsusi olaraq çatdırılır ki, bu qədər bəsit bir suala o yanlış cavab verə bilməzdi, ona görə ki, o, bundan əvvəl məhkəmədə (məhkəmə iclas katibi) işləmiş və anoloji kazuslarla real təcrübədə qarşılaşmışdır. Həmin münasibətlərdən irəli gələn məsələlərin hüquqi tənzimlənməsi və hansı hüquq normalarının tətbiq olunması ilə bağlı zəngin təcrübəyə malikdir. Bu səbəbdən əminliklə deyə bilər ki. 27-ci test tapşırığı üzrə o, A cavabını seçərək qeyd etmişdir, lakin nədənsə, imtahan nəticələrinə dair arayışda bu qeydi təhrif olunaraq "D" variantı kimi qəbul olunmuşdur. İddiaçı hesab edir ki, bu hal ona qarşı qərəzli mövqeyin nümunəsidir və məqsədli şəkildə onun imtahandan müvəffəqiyyətlə keçməyinə süni əngəl yatarmaq məqsdəi ilə cavabdeh tərəfindən atılmış qeyri-hüquqi addımdır. Ona görə ki, onun imtahan nəticələrindən narazılığı ilə bağlı cavabdehə ünvanladığı şikayət ərizələri də bütün bu halları göstərərək, 27-ci test tapşırığının xeyrinə qiymtləndirilməsini xahiş etmişdir. Lakin, həmin ərizələrinə münasibətdə ona cavabdeh tərəfindən göndərilən cavab məktubunda bir birinə fərqli münasibətlər bildirilmiş və ən əsası onun növbəti imtahanda ödənişsiz əsaslarla imtahana buraxılmağına dair cavabdehin məktubu tələblərinin cavabdeh tərəfindən etiraf kimi qəbul etmək olar. Lakin, hər bir halda cavabdeh tərəfindən onun ərizəsində göstərilən halların xeyrimə həll edilməməsi, cavabdehin imtinası kimi qəbul edərək, hazırki mübahisənin məhkəmə qaydasında həllini labüd hesab edir. Əslində xx.xx.2024-cü il tarixdə keçirilmiş imtahandan uğur qazanmışdır. Lakin DİM-nin Apellyasiya komissiyasının onunla bağlı verdiyi ədalətsiz qərar nəticəsində o, hələ də peşə fəaliyyəti ilə məşğul ola bilmir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları ilə bağlı 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarının mahiyyəti (prosidurların bu formada sadələşdirilməsi) o və onun kimi xaricdə ali təhsil almış Azərbaycan Respublikası vətəndaşlarına göstərilmiş hümanizm prinsipinin təzahürüdür. İddiaçı fəaliyyəti ilə Azərbaycan Respublikasına layiqli xidmət göstərən və tək ailə başçısı olmaqla anası, arvadı və iki övladından ibarət ailənin maddi tələbatlarını tək başına təmin edən bir vətəndaş olaraq DİM-dən onunla bağlı ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş imtahandan uğur qazanmış olmasına baxmayaraq şikayətimin tam təmin edilməməsi peşə fəaliyyəti ilə məşğul olmağına çox ciddi əngəllər yaradır. Cavabdehə xx.xx.2024-cü il tarixdə rəsmi ərizə ilə, həmçinin elektron poçt vasitəsi (mail) ilə 4 may 2024-cü il tarixində müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə keçirilmiş imtahan sualından Dövlət X1 komissiyasına apellyasiya şikayəti vermişdir. Bundan sonra şikayəti icraata götürüldükdən sonra 10 may 2024-cü il tarixdə, saat 10:06-da DİM-nə məxsus mailto:Info@dim.gov.azElektron ünvan mail adresindən ona məlumat göndərilərək qeyd edilmişdir ki, "Salam. Namizəd düzgün məlumatlandırılıb. Ərizənizə 10 iş günü müddətində cavab veriləcəkdir". Daha sonra DİM tərəfindən ona 13 may 2024-cü il tarixdə, saat 14:44-də məlumat gələrək qeyd edilmişdir ki, “Ərizədə qeyd olunan hal mümkün deyil, yəni suala hansı cavab qeyd olunubsa, o da nəticə olaraq oxuyucu qurğu tərəfindən qeydə alınmışdır. Proqramların DİM-in internet səhifəsində yerləşdirilməsinə gəlincə bütün proqramlar 2023-cü ilin fevral ayından yerləşdirilmişdir. Ərizədə qeyd olunan tarixdə isə əlavə olaraq daha əlçatan olan 2 ədəbiyyat istinadı yerləşdirilmişdir. Bu səbəbdən hansısa qeyri-humanistlikdən danışmaq ən azından DİM-in bu sahədə işinə kölgə salmaq cəhdindən başqa bir şey deyil. İmtahanlara daha ciddi hazırlaşmağınız tövsiyə olunur". Bundan sonra DİM-nin Magistratura və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri Çingiz Rüstəmov tərəfindən iddiaçıya 23 may 2024-cü il tarixdə, saat 11:04-də məlumat göndərilərək qeyd edilmişdir ki, "Hörmətli namizəd, sizin ərizədə qaldırdığınız məsələ ilə bağlı araşdırma aparılmışdır. Komissiyanın qərarı ilə siz növbəti peşə tanınması imtahanında (cari ilin avqust ayının sonu sentyabr ayının əvvəli) ödəniş etmədən iştirak edə bilərsiniz. Bunun üçün siz TKTA-ya müraciət edin. DİM-dən TKTA-ya bu barədə məktub göndəriləcək bu həftə ərzində Bundan sonra DİM-nin Magistratura və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri Çingiz Rüstəmov tərəfindən mənə 23 may 2024-cü il tarixdə, saat 11:04-də məlumat göndərilərək qeyd edilmişdir ki, "Hörmətli namizəd, sizin ərizədə qaldırdığınız məsələ ilə bağlı araşdırma aparılmışdır. Komissiyanın qərarı ilə siz növbəti peşə tanınması imtahanında (cari ilin avqust ayının sonu sentyabr ayının əvvəli) ödəniş etmədən iştirak edə bilərsiniz. Bunun üçün siz TKTA-ya müraciət edin. DİM-dən TKТА-ya bu barədə məktub göndəriləcək bu həftə ərzində". Göründüyü kimi, DİM tərəfindən ona ünvanlanmış 13 may 2024-cü il tarixli və 23 may 2024-cü il tarixli məlumatlar arasında çox böyük ziddiyətlər mövcuddur. Belə ki, ilk öncə ona göndərilmiş 13 may 2024-cü il tarixli məlumatda ərizədə qeyd olunan halın mümkün olmadığı qeyd olunsa da, 23 may 2024-cü il tarixli məlumatda tam fərqli mövqe bildirmişdir. İddiaçı hesab edir ki, DİM-nin Apellyasiya komissiyasının qərarı ilə onun növbəti imtahana ödəniş etmədən buraxılmağı əvvəlki imtahan nəticələrinin (xx.xx.2024cü il tarixli) cavabdeh tərəfindən təhrif edilməsi anlamına gələrək, ona qarşı güzəştli şərtlərlə yəni ödənişsiz imtahanda iştirak edilmə imkanı verilmişdir. Məlum məsələdir ki, əgər iddiaçı haqsız olsaydı DİM-nin Apellyasiya komissiyası tərəfindən belə qərar qəbul edilməzdi və onu imtahana buraxılış üçün müəyyən edilmiş 250 manat pul vəsaitini ödəməkdən azad etməzdirlər. Həmçinin, xüsusi olaraq qeyd edir ki, növbəti imtahanı nəticələri də əvvəlki imtahanın nəticələri kimi anoloji hal daşımışdır. Belə ki, həmin imtahan nəticələri də 14 düz, 16 səhv cavab müəyyən edilmişdir. İki fərqli tarixlərdə keçirilmiş hər iki imtahanın nəticələrinin eyni olması kifayət qədər şübhəli məqamlardan xəbər verir ki, bu halların da məhkəmə icraatında araşdırasına ehtiyac vardır. Çünki imtahandan müvəffəqiyyət əldə edilməsi üçün 15 doğru cavab olması şərtdir. Lakin hər iki imtahanda eyni nəticə ilə 14 düz cavabın olması amili ona qarşı qərəzli münasibətin təzahürüdür. Cavabdeh Azərbaycan Respublikası X8 publik hüquqi şəxsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının X3rşı test tapşırığı cavabının dəyişdirilməsi tələbini irəli bundan sonra sürmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.2-ci bəndinə əsasən tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında tahsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən amek müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. Adıçəkilən Qaydaların 6.2-ci bəndinə əsasən bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya uzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Mərkəzin təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla Mərkəz tərəfindən müəyyənləşdirilir. Mərkəz tərəfindən 2024-cü il 4 may tarixində müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib. İddiaçı Mərkəzin Elektron imtahanlar korpusunda keçirilən imtahanda iştirak etmiş, lakin Mərkəz tərəfindən müəyyənləşdirilmiş keçid balını (30 balı) toplaya bilməmişdir. İddiaçı ərizə ilə müraciət edərək Mərkəz tərəfindən imtahan nəticələrindən verilmiş şikayətlərə baxılması məqsədilə formalaşdırılan Apellyasiya Komissiyasına apellyasiya şikayəti vermiş, 27-ci sualda imtahan nəticələri əks olunan arayışda olan cavabla yazdığı cavabın fərqli olmasını bildirmişdir. İddiaçı şikayəti Mərkəz tərəfindən araşdırılmış və suala hansı cavab qeyd olunubsa, həmin cavabın oxuyucu qurğu tərəfindən qeydə alındığı bildirilmişdir. Bununla yanaşı, qeyd olunan imtahanın obyektiv və şəffaf keçirilməsini təmin etmək və vətəndaş hüquqlarının pozulmasının qarşısını almaq məqsədilə apellyasiya komissiyasının qərarı ilə İddiaçı növbəti imtahana pulsuz buraxılma hüququ əldə etmiş və özünə bu barədə məlumat verilmişdir. İddiaçı apellyasiya komissiyasının haqqında verdiyi qərarla razılaşmış və növbəti dəfə Mərkəz tərəfindən keçirilən eyni məzmunlu imtahanda heç bir ödəniş etmədən iştirak etmişdir. İddiaçı, 2024-cü il 4 may tarixində keçirilmiş imtahan nəticəsi ilə bağlı Apellyasiya Komissiyasının barəsində verdiyi qərardan (imtahanda ikinci dəfə ödəniş etmədən iştirak etmək hüququ) hər hansı şikayət etməmiş və hazırda məhkəmə qaydasında imtahanda iştirak etmişdir. Yəni, iddiaçının mübahisələndirdiyi imtahan nəticəsi ilə bağlı bir dəfə xeyrinə qərar verilmişdir. Lakin iddiaçı ikinci dəfə ödənişsiz iştirak etdiyi imtahanda yenidən müvəffəqiyyət əldə etmədiyi üçün barəsində xeyrinə qərar verilən imtahan nəticəsi ilə bağlı yenidən məhkəməyə şikayə vermişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının məhkəmə qaydasında mübahisələndirdiyi iddianın heç bir hüquqi əsası olmadığını nəzərə alaraq iddiaçının iddiasını əsassız hesab edilmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddiaya etirazı müdafiə edərək iddianın təmin olunmamasını xahiş etdi. İşin halları X5 komputer vasitəsilə keçirilən test imtahanı üçün imtahana buraxılış vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə saat 10:00-da xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması imtahanında iştirak etmək üçün buraxılışı olmuşdur. xx.xx.2024-cü il tarixli Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə test imtahanının nəticələri haqqında məlumatdan görünür ki, İddiaçı 30 sual üzrə doğru cavablarının sayı 14, yanlış cavablarının sayı 16, yekun balı 14-dür. Test imtahanından müvəffəqiyyət əldə etməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət X1 Komissiyasına apellyasiya şikayəti vermiş və sualın onun xeyrinə qiymətləndirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası X8 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli elektron məktubda göstərilmişdir ki, ərizədə qeyd olunan hal mümkün deyil, yəni suala hansı cavab qeyd olunubsa, o da nəticə olaraq oxuyucu qurğu tərəfindən qeydə alınmışdır. Proqramların DİM-in internet səhifəsində yerləşdırılməsinə gəlincə bütün proqramlar 2023-cü ilin fevral ayından yerləşdirilmişdir. Ərizədə qeyd olunan tarixdə isə əlavə olaraq daha əlçatan olan 2 ədəbiyyat istinadı yerləşdirilmişdir. Bu səbəbdən hansısa qeyri-humanistlikdən danışmaq ən azından DİM-in bu sahədə işinə kölgə salmaq cəhdindən başqa bir şey deyil. İmtahanlara daha ciddi hazırlaşmağı tövsiyə olunmuşdur. Azərbaycan Respublikası X8 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli elektron məktubda göstərilmişdir ki, ərizədə qaldırılmış məsələ ilə bağlı araşdırma aparılmışdır. Komissiyanın qərarı ilə növbəti peşə tanınması imtahanında ödəniş etmədən iştirak edə bilər. Bunun üçün TKTA müraciət edilməlidir. Bu barədə DİM tərəfindən TKTAya məktub göndəriləcək. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, onun sənədləri X8 tərəfindən təşkil olunacaq imtahan üçün yönləndirilmişdir. İmtahanın vaxtı və tarixi təyin olunduqdan sonra şəxsi kabineti vasitəsi ilə ona məlumat veriləcəkdir. xx.xx.2024-cü il tarixli Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə test imtahanının nəticələri haqqında məlumatdan görünür ki, İddiaçı 30 sual üzrə doğru cavablarının sayı 14, yanlış cavablarının sayı 16, yekun balı 14-dür. Test imtahanından müvəffəqiyyət əldə etməmişdir. Azərbaycan Respublikası X8 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, sözügedən imtahanda istifadə olunmuş 27-ci test tapşırığı və həmin test tapşırığı ilə bağlı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası X8 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının X8 tərəfindən 2024-cü il 4 may tarixində keçirilmiş xarici dövlətlərin təhsilə aid kvalifikasiyalarının tanınması üzrə test imtahanında iştirak etmiş və həmin imtahanda istifadə olunmuş 27-ci test tapşırığının nəticəsi ilə razılaşmayaraq Mərkəz tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət etmişdir. İddiaçı apellyasiya şikayətində imtahan nəticələrinin əks olunduğu arayışda qeyd edilən 27-ci test tapşırığının cavabı ilə onun test imtahanı zamanı 27-ci test tapşırığına yazdığı cavabın fərqli olduğunu bildirmişdir. İddiaçı şikayəti Apellyasiya Komissiyası tərəfindən araşdırılmış və test tapşırığına onun tərəfindən hansı cavab qeyd olunubsa, həmin cavabın oxuyucu qurğu tərəfindən qeydə alındığı bildirilmişdir. Vətəndaş hüquqlarının pozulmasının qarşısını almaq məqsədilə Apellyasiya Komissiyasının qərarına əsasən İddiaçı 2024-cü il 4 may tarixində keçirilmiş imtahanda əldə etdiyi nəticələr ləğv edilmiş və onun ödənişsiz əsaslarla növbəti imtahanda iştirakı təmin edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları 1.2. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir.

6. Peşə tanınması 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. 6.2. Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası X5 (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi tələblərə uyğunluğu isə bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydaya əsasən müəyyən edilir.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi ilə iddiaçı xx.xx.2024-cü il tarixdə X8 tərəfindən keçirilmiş xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının tanınması üzrə test imtahanında 27-ci test tağşırığı cavabının tərəfindən qeyd edildiyi formada “A” variantı hesab edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. İşin halları ilə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə X8 tərəfindən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə test imtahanı keçirilmiş, İddiaçı qeyd olunan imtahanda iştirak etmiş, test imtahanından müvəffəqiyyət əldə etməmişdir. İddiaçı inzibati qaydada Azərbaycan Respublikasının Dövlət X1 Komissiyasına apellyasiya şikayəti vermiş və 1 sualın onun tərəfindən düzgün cavablandırıldığı, lakin cavabın onun seçdiyi deyil, başqa variantın götürüldüyünü qeyd etməklə, həmin sualın cavabının onun xeyrinə qiymətləndirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası X8 tərəfindən İddiaçı qeyd olunan halın baş verməsinin mümkün olmadığı, həmçinin sonuncunun şikayəti nəzərə alınmaqla Komissiyanın qərarı ilə ödəniş etmədən növbəti peşə tanınması imtahanında iştirak etməsinin mümkünlüyü bildirilmiş və iddiaçının növbəti test imtahanında iştirakı təmin edilmişdir. xx.xx.2024-cü il tarixli Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə test imtahanda İddiaçı yenidən iştirak etmiş və müvəffəqiyyət əldə etməmişdir. Azərbaycan Respublikası X8 tərəfindən məhkəməyə bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının X8 tərəfindən 2024-cü il 4 may tarixində keçirilmiş xarici dövlətlərin təhsilə aid kvalifikasiyalarının tanınması üzrə test imtahanında iştirak etmiş və həmin imtahanda istifadə olunmuş 27-ci test tapşırığının nəticəsi ilə razılaşmayaraq Mərkəz tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət etmişdir. İddiaçı apellyasiya şikayətində imtahan nəticələrinin əks olunduğu arayışda qeyd edilən 27-ci test tapşırığının cavabı ilə onun test imtahanı zamanı 27-ci test tapşırığına yazdığı cavabın fərqli olduğunu bildirmişdir. İddiaçı şikayəti Apellyasiya Komissiyası tərəfindən araşdırılmış və test tapşırığına onun tərəfindən hansı cavab qeyd olunubsa, həmin cavabın oxuyucu qurğu tərəfindən qeydə alındığı bildirilmişdir. Vətəndaş hüquqlarının pozulmasının qarşısını almaq məqsədilə Apellyasiya Komissiyasının qərarına əsasən İddiaçı 2024-cü il 4 may tarixində keçirilmiş imtahanda əldə etdiyi nəticələr ləğv edilmiş və onun ödənişsiz əsaslarla növbəti imtahanda iştirakı təmin edilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının hazırda mübahisələndirdiyi 04 may 2024-cü il tarixdə keçirilmiş xarici dövlətlərin təhsilə aid kvalifikasiyalarının tanınması üzrə test imtahanının nəticələri İddiaçı Dövlət X1 Komissiyasına verdiyi apellyasiya şikayətinə əsasən Komissiyanını qərarı ilə, iddiaçıya münasibətdə ləğv edilmiş, onun növbəti test imtahanında ödəniş etmədən iştirak etməsinin mümkünlüyü bildirilmiş, iddiaçı bununla razılaşaraq xx.xx.2024-cü il tarixdə keçirilən imtahanda işltirak etmiş və yenidən müvəffəqiyyət əldə etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı onun Dövlət X1 Komissiyasına verdiyi apellyasiya şikayətinə əsasən Komissiyanın imtahanın nəticələrinin iddiaçıya münasibətdə ləğv edilməsi və ödəniş etmədən növbəti imtahanda iştirakı ilə bağlı verdiyi qərarla razılışmayıb imtahanda iştirak etməyə və qeyd olunan imtahanın nəticəsindən məhkəməyə şikayət verə bilərdi. Lakin göründüyü kimi o, Komissiyanın qərarı ilə razılaşaraq növbəti test imtahanında ödəniş etmədən iştirak etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən onun şikayəti əsasında ləğv edilmiş imtahanın nəticələri mübahisələndirilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı “test tapşırığının cavabının dəyişdirilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı “test tapşırığının cavabının dəyişdirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar