Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2025/2025 18.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı və X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı sənədə düzəliş edilməsi və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı və X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər X8 və X14) qarşı Tərtər rayon Aqrar İslahat komissiyasının 25 noyabr 1997-ci il 17 saylı qərarına əsasən Tərtər rayonun İsmayılbəyli kəndində onların ailələrinin (İddiaçı və X4) mülkiyyətinə verilmiş 0.28 ha həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-231A kod 61114028 saylı şəhadətnamə əsasında veriləcək çıxarışda (daşınmaz əmlakın dövlət reyestrində) düzəlişin aparılaraq X3 və oğlu X17 oglunun adlarının torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması və ailələrinin (İddiaçı və X16 oglunun) qanuni istifadəsində olan 0,28 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair müvafiq sənədlərin (Torpaq sahəsinin plan və ölçüsü, dövlət reyestrindən çıxarış və texniki pasportun) verilməsi və bu əsasla elektron baza məlumatında müvafiq düzəlişin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 17 nömrəli qərarı ilə X5, İddiaçı, X14 və X7 həyətyanı məqsədilə 0.28 ha torpaq sahəsi ayrılmış və bu barədə xx.xx.2006-cı il tarixli JN-231A KOD 61114028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.
2. Tərtər Rayon İcra Hakimiyyəti başçısının İsmayılbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 155 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Tərtər rayonu İsmayılbəyli kəndində qeydiyyatdadır və aşağıdakı ailə tərkibi vardır: Oğlu – X9. Qeyd: X2 Elmira Əşrəf qızının ailə tərkibinə aid deyildir.
3. Tərtər Rayon İcra Hakimiyyəti başçısının İsmayılbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 156 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Tərtər rayonu İsmayılbəyli kəndində özünə və ailə üzvlərinə 0,14 ha həyətyanı torpaq sahəsi verilmişdir.
4. Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(061)-04/2021 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, Tərtər rayonunun İsmayılbəyli kəndindən Tərtər rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1997-ci il tarixli qərarı ilə X3, İddiaçı, X10 və X4 mülkiyyətinə verilmiş (əsas JN-231A saylı, KOD nömrəsi 61114028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) 0,28 hektar həyətyanı torpaq sahəsinin 0.07 hektar hissəsi iddiaçı X4 payı hesab edilmişdir.
5. İddiaçı cavabdeh orqana müraciət edərək, şəhadətnamədə düzəliş edilməsini xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-H-0112-8/2024 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və dövlət aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Bildirilir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-231A saylı şəhadətnamədə hansı səbəbdən müraciətdə ailə üzvləri olmadığını qeyd etdiyi X8 və X10 adlarının yazılması bizə məlum deyildir. Həmin uyğunsuzluğun düzəldilərək X8 və X10 adlarının JN-231A saylı şəhadətnamədən çıxarılması 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Sözügedən uyğunsuzluğun araşdırılaraq həllinə baxılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütüm fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir.
6. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 3-21-3-60/2- 463/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, JN-231A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surəti təqdim edilmədiyindən, rayon aqrar islahat komissiyasının hansı qərarı əsasında işlənilməsinə dair məlumatın axtarışı mümkün olmamışdır. Həmin məktuba əlavə edilmiş Tərtər rayonu İsmayılbəyli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə 231-ci sırada X8, İddiaçı, X14 və X6 adına 0.21 ha həyətyanı torpaq sahəsi və 0.07 ha zəbt olunan torpaq sahəsi olmaqla, ümumilikdə 0.2800 ha torpaq sahəsi qeyd edilmişdir.
7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2-4846/25 nömrəli cavab məktubunda bildirilmişdir ki, sorğuda qeyd edilən JN-231A KOD 61114028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən şəxslərin 0.28 ha torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. II. Məhkəmədə icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı 0.28 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququna dair müvafiq sənədlərin verilməsi və bu əsasla elektron baza məlumatında müvafiq düzəlişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Tələb onunla əsaslandırılmışdır ki, Tərtər rayon Aqrar İslahat komissiyasının 25 noyabr 1997-ci il tarixli, 17 saylı qərarına əsasən Tərtər rayonun İsmayılbəyli kəndində onların ailənin (İddiaçı və X16 oglunun) mülkiyyətinə 0.28 ha həyətyanı torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmış və buna dair “Torpagın mülkiyyətə verilməsinə dair” JN- 231A, kod 61114028 saylı şəhadətnamə tərtib edilmişdir. Lakin həmin şəhadətnamə tərtib edilərkən qanunsuz və əsassız olaraq X3 və oglu X17 oglunun adları da şəhadətnamədə göstərilmişdir. X3 və oglu X17 oglunun adlarının “Torpagın mülkiyyətə verilməsinə dair” JN-231A, kod 61114028 saylı şəhadətnamə də qanunsuz və əsassız göstərilməsi onunla sübut olunur ki, həmin şəxslər onların ailənin üzvləri deyillər (bu faktı təsdiq edən arayışı bu ərizəyə əlavə edir). Bunları bildirməkdə onu qeyd etmək istəyir ki, o, mərhum valideynlərinin qanuni varisi kimi həyətyanı torpaq sahəsini satmaq istəyir, lakin həmin şəxslərin adlarının “Torpagın mülkiyyətə verilməsinə dair” JN-231A, kod 61114028 saylı şəhadətnamə də göstərilməsi ona maneçilik törədir. Ona görə də hesab edir ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1997-ci il tarixli, 17 saylı qərarına əsasən Tərtər rayonun İsmayılbəyli kəndində onların ailənin (İddiaçı və X16-oğlunun) mülkiyyətinə verilmiş 0.28 ha həyətyanı torpaq sahəsi ilə baglı tərtib edilmiş “Torpagın mülkiyyətə verilməsinə dair” JN-231A, kod 61114028 saylı Şəhadətnamə” əsasında veriləcək çıxarışda (daşınmaz əmlakın dövlət reyestrində) düzəlişin aparılaraq X3 və oglu X17 oglunun adlarının torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılmalı və onların ailənin (İddiaçı və X16 oglunun) qanuni istifadəsində olan 0,28 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair müvafiq sənədlər (Torpaq sahəsinin plan və ölçüsü, dövlət reyestrindən çıxarış və texniki pasport) verilməli və bu əsasla elektron baza məlumatında müvafiq düzəliş edilməlidir. Ona görə də müvafiq ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin 7 Saylı Bərdə Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-H- 0012-8/2024 №-li məktubda “Torpagın mülkiyyətə verilməsinə dair” JN-231A, kod 61114028 saylı şəhadətnamə əsasında veriləcək çıxarışda (daşınmaz əmlakın dövlət reyestrində) düzəlişin aparılaraq İddiaçı oglunun adlarının torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması vəzifəsinin və X1 aid olmadıgı və sözügedən uygunsuzlugun düzəldilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyinin məqsədəmüvafiq olduğu göstərilmişdir. O, bu imtina məktubunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir.
10. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X9 birgə iddiaçı kimi inzibati məhkəmə icraatına cəlb edilmişdir. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
13. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
16. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 və X14 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər, iddiaçının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üçüncü şəxs kimi cəlb edilməsinə dair vəsatəti təmin edilməmişdir.
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. İddiaçılar məhkəməyə ərizə ünvanlayaraq, vəziyyətlərini və məhkəmədə iştirak etmək niyyətində olmaqlarını nəzərə alıb məhkəmə baxışının bir dəfə də təxirə salınmasını xahiş etmişlər, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı özünə və ailə üzvlərinə məxsus 0.28 ha həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-231A saylı şəhadətnamədən ailə üzvü olmayan X8 və X10 adlarının çıxarılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Vətəndaşın müraciətinə baxılmış xx.xx.2024-ci il tarixli **********54 nömrəli daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın verilməsindən imtina olunması barədə aşağıdakı məzmunda bildiriş göndərilmişdir. Vətəndaş İddiaçı və ailə üzvlərinə məxsus 0.28 ha həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-231A saylı şəhadətnamədən ailə üzvü olmayan X8 və X10 adlarının çıxarılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli ərizəyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Ərizədə qeyd edilənləri nəzərə alaraq bildirilir ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və dövlət aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Bildirilir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-231A saylı şəhadətnamədə hansı səbəbdən müraciətdə ailə üzvləri olmadığı qeyd edilən X8 və X10 adlarının yazılması onlara məlum deyildir. Həmin uyğunsuzluğun düzəldilərək X8 və X10 adlarının JN-231A saylı şəhadətnamədən çıxarılması 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Sözügedən uyğunsuzluğun araşdırılaraq həllinə baxılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məqsədəmüvafiq hesab olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci madəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bundan başqa sözügedən 0.28 ha həyətyanı torpaq sahəsi ilə bağlı, icra edilməsi üçün göndərilən Azərbaycan Respublikası Tərtər rayon Məhkəməsinin 2(61)-1030/2018 saylı 11 iyun 2018-ci il tarixli qətnaməsi tərəflərindən qəbul olunmuşdur. Bununla əlaqədar ********** nömrəli xx.xx.2018-ci il tarixli Tərtər rayon Məhkəməsinin 2(61)-1030/2018 saylı 11 iyun 2018-ci il tarixli qətnaməsinin icra edilməsi üçün müraciətinə cavab olaraq **********94 nömrəli xx.xx.2018-ci il tarixli məktubla bildirilmişdir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6, 8, 9, 10-cu maddələri ilə nəzərdə tutulmuş qayda və əsaslarla hüquq əldə edənin ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd və ərizəyə əlavə etdiyi sənədləri (bu Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə qərarları) əsasında aparılır. Eyni zamanda qeyd olunmuşdur ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün həmin Qanun və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsi ilə nəzərdə tutulmuş qaydada və miqdarda ərizəçi tərəfindən dövlət rüsumu dövlət büdcəsinə ödənilməsi barədə sənəd ərizəyə əlavə olunmalı və Azərbaycan Respublikası Taarif (Qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq xidmət haqları ödənilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.3.-cü maddəsinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilməlidir. Məhkəmə qətnaməsinin icrasının təmin olunması üçün hüquq sahibi İddiaçı tərəfindən müraciət olunaraq mövcud qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri yerinə yetiriləcəyi təqdirdə məhkəmə qətnaməsi tərəflərindən icra olunaraq bu barədə məlumat veriləcəyi Azərbaycan Respublikası Tərtər Rayon Məhkəməsinə bildirilmişdir.
20. Üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır.
21. Üçüncü şəxs X8 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, həmin torpaq sahəsi hazırda onun istifadəsindədir. Tərtər Rayon Məhkəməsinin qətnaməsi ilə 0,14 ha torpaq sahəsi ona verilib, 0,14 ha torpaq sahəsi isə iddiaçılara verilib. Həmin 0,14 ha torpaq sahəsinə çıxarış almamışdır. Əsaslandırma hissəsi:
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
23. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 17 nömrəli qərarı ilə X5, İddiaçı, X14 və X7 həyətyanı məqsədilə 0.28 ha torpaq sahəsi ayrılmış və bu barədə xx.xx.2006-cı il tarixli JN-231A KOD 61114028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.
24. Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(061)-04/2021 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, Tərtər rayonunun İsmayılbəyli kəndindən Tərtər rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1997-ci il tarixli qərarı ilə X3, İddiaçı, X10 və X4 mülkiyyətinə verilmiş (əsas JN-231A saylı, KOD nömrəsi 61114028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) 0,28 hektar həyətyanı torpaq sahəsinin 0.07 hektar hissəsi iddiaçı X4 payı hesab edilmişdir.
25. İddiaçı cavabdeh orqana müraciət edərək, şəhadətnamədə düzəliş edilməsini xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-H-0112-8/2024 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və dövlət aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Bildirilir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-231A saylı şəhadətnamədə hansı səbəbdən müraciətdə ailə üzvləri olmadığını qeyd etdiyi X8 və X10 adlarının yazılması bizə məlum deyildir. Həmin uyğunsuzluğun düzəldilərək X8 və X10 adlarının JN-231A saylı şəhadətnamədən çıxarılması 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Sözügedən uyğunsuzluğun araşdırılaraq həllinə baxılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütüm fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir.
26. İddiaçılar hazırki tələblərində mübahisə predmeti olan 0,28 ha torpaq sahəsinin bütövlükdə onlara məxsus olmasını və ailə üzvləri olmayan X3 və X10 adlarının xx.xx.2006-cı il tarixli JN-231A KOD 61114028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən qeyd edildiyini iddia edirlər.
27. Məhkəmə bununla bağlı qeyd edir ki, JN-231A KOD 61114028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə müvafiq aqrar islahat komissiyasının qərarına əsasən tərtib edildiyindən və hazırda ləğv olunmamaqla, qüvvədə olduğundan, habelə həmn sənəd mülkiyyət hüquqununa dair sənəd hesab olunduğundan həmin şəhadətnamə əsasında veriləcək çıxarışda X3 və oğlu X17 oglunun adlarının qeyd edilməməsi və 0.28 ha torpaq sahəsi üzərində yalnız İddiaçı və X16 oglunun mülkiyyət hüququnun qeydiyyatı istisna olunur.
28. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası və hərəkətləri qanunauyğun olmuşdur.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
30. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
32. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva