Məhkəmə qərarları › İş №2-1(114)-2028/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2028/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2028/2022 31.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixli ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sosial müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Bərdə rayonu, Çələbilər kəndində anadan olmuşdur. xx.xx.2001-ci il tarixdən anadan gəlmə xəstədir, lakin ona ümumi xəstəliklə əlaqədar əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdə təyin edilmişdir. Hal hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsindən ümumi əlil kimi müavinat alır, lakin qanunla ona ödənilməyən müavinətin, yəni müavinət almaq hüququ yarandığı gündən “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli, 311 nömrəli qərarının 1.3-cü madəsinə əsasən müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə qanuna müvafiq olaraq anadan olduğu gündən xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi mümkündür. Bu barədə cavabdehə xx.xx.2022-ci ildə müraciət etmiş, lakin cavabdeh “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci və 10-cu maddələrinin tələblərini pozaraq müraciətinə cavab verməmişdir, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. İş üzrə şifahi məhkəmə baxışı iclası 31 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı ilkin əlilliyi xx.xx.2021-ci il tarixindən müəyyən edilmişdir. X1 Sisteminin Əlillik altsistemi proqram təminatına əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz olaraq İİİ dərəcə əlilliyi müəyyən edilmişdir. İddiaçının əlilliyinin müəyyən edildiyi tarixdən yəni, xx.xx.2021-ci il tarixdən İİİ qrup əlilliyə görə 110 manat məbləğində sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən 120 manata çatdırılmışdır. İddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə TSEK qərarı ilə müəyyən olunduğundan inzibati orqanın imtinası əsaslıdır. İddiaçı iddia ərizəsində xəstəliyinin xx.xx.2001-ci il tarixdən başlamasını qeyd etsə də hesab edirlər ki, bu hal həqiqəti əks etdirmir. Belə ki, iş materiallarında olan əlillik alt sistemindən çıxarışda iddiaçıya ümumi xəstəlikdən müddətsiz İİİ dərəcə əlillik təyin edildiyi, əlilliyin xx.xx.2021-ci il tarixdən başlanılması qeyd edilmişdir. X1 Sisteminin Əlillik altsistemində xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçının sağlamlıq imkanlarının məhdudluğu və ya əlillik dərəcəsi barədə məlumat aşkar edilməmişdir. Sözügedən TSEK arayışında iddiaçının əlillik səbəbinin ümumi xəstəlikdən olduğu qeyd edilmiş və iddiaçı öz ərizəsində anadangəlmə əlil olmasını təsdiq edən hərhansı sənədə istinad etməmişdir. Hazırki iş üzrə İddiaçı xx.xx.2021-ci il tarixdən yəni, əlilliyi müəyyən olunduğu andan-hüququ yarandığı tarixdən sosial müavinət ödənilir. Yuxarıda qeyd olunanlara əsasən,inzibati orqan tərəfindən heç bir hüquq pozuntusuna yol verilməmiş, qanunun tələblərinə əsasən müvafiq qərar (vətəndaşın hüququ yarandığı tarixdən sosial müavinətin ödənilməsi barədə) qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin mümkünsüz sayılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, işin faktiki hallarına əsasən, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı ilkin əlilliyi xx.xx.2021-ci il tarixindən müəyyən edilmişdir. X1 Sisteminin Əlillik altsistemi proqram təminatına əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz olaraq İİİ dərəcə əlilliyi müəyyən edilmişdir. İddiaçının əlilliyinin müəyyən edildiyi tarixdən yəni, xx.xx.2021-ci il tarixdən İİİ qrup əlilliyə görə 110 manat məbləğində sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən 120 manata çatdırılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunuun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il tarixli 373 nömrəli Fərmanına əsasən sözügedən Qanunun 7.0.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzərdə tutulur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-cı il tarixli, 11 nömrəli qərarı ilə «Əlilliyin qiymətləndirilməsi Qaydası» təsdiq edilmiş və Qaydalarda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir: -1.4-cü bəndinə əsasən, şəxsin əlilliyi ümumi səbəbdən; ümumi xəstəlik; istehsalat zədəsi; peşə xəstəliyi; Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; hərbi xidmətlə əlaqədar; hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; terror hadisəsi ilə əlaqədar; Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müəyyən edilir. -1.6-cı bəndinə əsasən, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin X1 sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır. -2.1-ci bəndinə əsaəsən, Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin göndərişləri əsasında aparılır; -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. -2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunvericiliyin yuxarıda sadalanmış normalarının təhlilindən görünür ki, əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-cu il tarixdə TSEK qərarı ilə müəyyən olunduğundan, məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslıdır. İddiaçı iddia ərizəsində xəstəliyinin xx.xx.2001-ci il tarixdən başlamasını qeyd etsə də, iş materiallarında olan əlillik alt sistemindən çıxarışda iddiaçıya ümumi xəstəlikdən müddətsiz İİİ dərəcə əlillik təyin edildiyi, əlilliyin xx.xx.2021-ci il tarixdən başlanılması qeyd edilmişdir. X1 Siteminin Əlillik altsistemində xx.xx.2001-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək iddiaçının sağlamlıq imkanlarının məhdudluğu və ya əlillik dərəcəsi barədə məlumat aşkar edilməmişdir. Sözügedən TSEK arayışında iddiaçının əlillik səbəbinin ümumi xəstəlikdən olduğu qeyd edilmiş və iddiaçı öz ərizəsində anadangəlmə əlil olmasını təsdiq edən hərhansı sənədə istinad etməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Sözügedən Qanunun 9.1.2-ci maddəsində göstərilir ki, əlilliyə görə müavinətlər əlillik müddətinə təyin edilir. Qanunun bu müddəasından aşkar başa düşülür ki, şəxs müavinət almaq üçün müraciət edərkən Qanunun qüvvəyə mindiyi gündən sonra onun bu hüququ yarandığı vaxtdan müraciət etdiyi tarixə qədər dövr üzrə müavinət ona ödənilir, lakin bu dövr ən çoxu 3 il ola bilər. Yəni vətəndaş hüququ yarandığı tarixdə yox daha gec bir tarixdə müraciət etmişdirsə həmin müraciət tarixindən ən çoxu 3 il geriyə ödənilə bilər. Hazırki iş üzrə İddiaçı xx.xx.2021-ci il tarixdən yəni, əlilliyin müəyyən olunduğu andan-hüququ yarandığı tarixdən sosial müavinət ödənilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın hərəkəti nəticəsində iddiaçının hər hansı hüququ pozulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü maddəsində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 35-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu maddəsində qeyd edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu məhkəmələr tərəfindən yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar