Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-203/2021 05.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdehə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonu Təzəkənd bələdiyyəsinin ərazisində özünə məxsus qum-çınqıl karxanasında kiçik sahibkarlıqla məşğul olur və tikinti qumunun istehsalı ilə məşğul olduğuna görə yerli bələdiyyə vergisinin, yəni yerli əhəmiyyətli tikinti materiallarının vergi ödəyicisidir. Fəaliyyət müddətində vergini tam şəkildə ödəmiş, bələdiyyəyə heç bir vergi borcu olmamışdır. Vergilər Nazirliyi tərəfindən keçirilən səyyar vergi yoxlamasından ümumiyyətlə məlumatı olmamış, həmin yoxlamanın vergi tutması ilə bağlı yalnız bələdiyyəyə rəsmi müraciət edib bu barədə qərarı əldə etdikdən sonra məlumatı olmuşdur. Həmin qərarın qəbul edilməsinə əsas Vergilər Nazirliyinin həyata keçirdiyi səyyar vergi yoxlanması zamanı vergi ödəyicisi kimi onun 2013-2017-ci illər ərzində fəaliyyətinin yoxlanılması barədə tərtib edilmiş sənədlər olmuş, həmin sənədlərə istinad edilsə də məzmunu göstərilməmiş və ümumiyyətlə həmin sənədlərin adı və formasının və kim tərəfindən qəbul edilməsi göstərilməmişdir. Ona görədə göstərdiklərini nəzərə alaraq cavabdehin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar sifarişli, SS592106882AZ nömrəli poçt göndərişi ilə xx.xx.2019-cu il tarixdə iddiaçıya göndərilmiş, iddiaçı tərəfindən xx.xx.20019-cu il tarixdə F-8 saylı jurnala şəxsən imza edilməklə qəbul edilmişdir. Ona görədə iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. Lakin iddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmamış, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırılmamışdır. İş materiallarında olan Azərpoçt MMC-nin xx.xx.2019-cu il tarixli poçt göndərişinin dublikat çekindən görünür ki, Təzəkənd bələdiyyəsi tərəfindən sifarişli, SS592106882AZ nömrəli poçt göndərişi ilə İddiaçı məktub göndərilmişdir. Təzəkənd - Şəmkir poçt şöbəsinin arayışından görünür ki, Təzəkənd bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 59106882 nömrəli məktub göndərilmiş və həmin məktub İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə şəxsən imza edilərək qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş F-8 saylı jurnalın səhifəsindən çıxarışdan görünür ki, iddiaçı bələdiyyə tərəfindən ona göndərilmiş məktubu xx.xx.2019-cu il tarixdə şəxsən imza etməklə almışdır. İddiaçı F-8 saylı jurnalda olan imzanın ona məxsus olmamasını mübahisələndirməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirmə haqqında iddia tələbi üzrə xüsusi mümkünlük şərtlərinə riayət edilmədiyindən iddia tələbi mümkün sayıla bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-203/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-203/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver