Məhkəmə qərarları › İş №2-1(114)-203/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-203/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-203/2024 30.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, onun nümayəndəsin və vəkili Vəkil, cavabdehin nümayəndələri X4, X9, X5 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “xx.xx.2023-cü il tarixli əmrin ləğv edilərək tutduğu vəzifəyə bərpa olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1984-cü il tarixdə Kəlbəcər rayonu, Kəndyeri kəndində anadan olmuş, hazırda Kəlbəcər rayonu, Çaykənd qəsəbəsi, Kəndyeri kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayır. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-13-57/2-15151/2023 nömrəli məktubuna əsasən iddiaçı Gəncə şəhər Pİ-nin xx.xx.2006-cı il tarixli Ə 136 ş/h nömrəli əmri ilə daxili işlər orqanlarında xidmətə qəbul olunmuş, həmin tarixdən xx.xx.2009-cu il tarixədək Gəncə şəhər Pİ-nin Post patrul xidməti taborunun polis nəfəri vəzifəsində, xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Gəncə şəhər Kəpəz RPŞ-nin İTB-nin sahənin polis nəfəri vəzifəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Gəncə şəhər Kəpəz RPŞ-nin PB-nin sahənin polis nəfəri vəzifəsində, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Kəpəz RPİ-nin PPX taqımının polis nəfəri vəzifəsində, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Kəpəz RPİ-nin PPX taqımının manqa komandiri vəzifəsində, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək Kəpəz RPİ-nin PPX taqımının polis nəfəri vəzifəsində, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin PPX taqımının polis nəfəri vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddətdə iddiaçı 3 dəfə mükafatlandırılmış, 4 dəfə intizam məsuliyyətinə cəlb olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunmuş və xaric olunma barədə əmr 2-ci Polis şöbəsinin rəhbərliyi tərəfindən iddiaçıya elan olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdəki izahatında bildirmişdir ki, raportla tanış olmuşdur. xx.xx.2023-cü il tarixdə 17:00 radələrində manqa komandiri Elnur Atayev ona zəng edərək tanışı olduğu şəxslərdə dəmir hissələrinin olduğunu bildirmiş və həmin dəmir hissələrinin metal qəbulu məntəqəsi yeri ilə maraqlanmışdır. O, da E.Atayevə problemli məsələ olubolmamasını ilə maraqlanmış, sonradan onları tanışı olan Rza adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə yönəltmişdir. xx.xx.2023-cü il tarixdə də Rzanın atası Faiq ona zəng edib bildirmişdir ki, həmin dəmir oğurluqdur, Rzanı polislər gəlib aparmışlar. O, da Elnur Atayevə zəng edib bunu bildirdi. Sonradan məlum oldu ki, həmin dəmir hissələri oğurluqdur. Göygöl rayon Polis şöbəsində araşdırma aparılır. Gəncə şəhər BPİ 2-ci PŞ-in PPXT-nin polis nəfərləri barədə daxil olmuş materiallar əsasında aparılmış xidməti yoxlamanın nəticəsinə dair rəyə əsasən 2005-130 nömrəli əmri ilə təsdiq olunmuş "DİO əməkdaşlarının X15"nin 15,16, 22-ci, "Polisin post-patrul xidməti nizamnaməsinin təsdiq edilməsi barədə təlimat"ın 5.2-ci bəndlərinin və 2009-330 nömrəli əmri ilə təsdiq edilmiş "İntizam Nizamnamə"sinin 3.2-ci bəndinin tələblərini tələblərinə zidd olaraq, xx.xx.2023-cü il tarixdə vasitəsilə metal qəbulu məntəqəsinə satılmış dəmir tərəzinin hissələrinin bələdiyyə mülkiyyətində bildikdən sonra bu haqda aidiyyəti üzrə məlumat vermədiyinə, özünə və həmkarlarına qarşı tələbkarlıq nümayiş etdirmədiyinə son 1 il ərzində baş vermiş və bağlı qalmış cinayət hadisələri, cinayət törətməkdə şübhəli bilinərək axtarışa elan olunmus səxslərin yerinin müəyyən edlməsi, qanunsuz olaraq narkotik maddələrin və onların prekursorlarının alqı-satqısı ilə məşğul olan, eləcə də narkotik vasitələrdən istifadə edən səxlər barədə heç bir məlumat vermədiklərinə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində fəaliyyətsizlik göstərdiyinə, anket məlumatlarında baş vermiş dəyişiklər barədə rəhbərliyə məlumaqt vermədiyinə komandir heyəti tərəfindən mənfi xarakterizə olunduqarına görə Gəncə Şəhər BPi 2-ci PS-nin PPXT-nin polis nəfəri polis baş serjantı İddiaçı ciddi intizam tənbehinə layiqdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-13-57/Ə249/2023 nömrəli “Gəncə şəhər BPİnin 2-ci PŞ-nin PPX taqımının bir qrup əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunmaları barədə” əmrin 3-cü hissəsində qeyd olunur ki, DİN-nin 2005-130 nömrəli əmri ilə təsdiq olunmuş "DİO əməkdaşlarının X15"nin 5, 16 və 22-ci maddələrinin, 2009-330 nömrəli əmri ilə təsdiq edilmiş "İntizam Nizamnaməsi"nin 3.2-ci, 2001-212 nömrəli əmri ilə təsdiq edilmiş "Polisin post-patrul xidməti nizamnaməsinin təsdiq edilməsi barədə Təlimat"ın 5.2-ci bəndlərinin tələblərinə zidd olaraq, xx.xx.2023-cü il tarixdə vasitəçiliyi ilə metal qəbulu məntəqəsinə satılmış dəmir tərəzinin bələdiyyə mülkiyyəti olması barədə məlumatı olduqdan sonra bu haqda aidiyyəti üzrə rəhbərliyi məlumatlandırmadığına, özünə və həmkarlarına qarşı tələbkarlıq nümayiş etdirmədiyinə, son 1 il ərzində şöbənin inzibati ərazisində baş vermiş və bağlı qalmış cinayət hadisələrinin qarşısının alınması və açılması, təqsirləndirilən şəxs qismində axtarışa elan olunmuş şəxslərin yerinin müəyyən edilməsi, qanunsuz olaraq narkotik maddələrin və onların prekursorlarının alqı-satqısı ilə məşğul olan, eləcə də narkotik vasitələrdən istifadə edən şəxlərlərin aşkarlanması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrində fəaliyyətsizlik göstərdiyinə, anket məlumatlarında baş vermiş dəyişiklər barədə rəhbərliyə məlumat vermədiyinə, habelə, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna görə Gəncə Şəhər BPİ 2-ci PŞnin PPX taqımının polis nəfəri, polis baş serjantı İddiaçı Azərbaycan Respublikasının "Daxili işlər orqanlarında xidmətkeçmə haqqında" Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən "daxili işlər orqanlarında xidmətdən xaric olunsun. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(066)-174/2023 nömrəli qərarına əsasən X2, xx.xx.2023-cü il tarixli, 3(066)-176/2023 nömrəli qərarına əsasən isə X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri təqsirli bilinmişlər. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(066)-194/2023 nömrəli qərarına əsasən X7, xx.xx.2023-cü il tarixli, 3(066)-194/2023 nömrəli qərarına əsasən isə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi təqsirli bilinmişlər. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, metaləritmə yeri onun nəzarət etdiyi Məhsəti qəsəbəsində yerləşir. Dəmir satılması ilə bağlı Atayevin tanışı Teymur zəng etmişdi. Bununla bağlı ona pul verilməmişdir. İl ərzində onun ərazisində çoxlu cinayət əməlləri olduğu üçün əmr yazılan dövrdə fəaliyyəti zəif olmuşdu. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi məlumatda qeyd etmişdir ki, cavabdeh orqan mübahisələndirilən əmrin verilməsi üçün neçə xüsusata istinad etmişdir. Əsas kimi isə Gəncə şəhəri BPl-nin 2-ci PŞ PPXT -nin polis nəfəri, polis baş serjantı iddiaçı xx.xx.2023-cü il tarixdə onun vasitəsilə metal qəbulu məntəqəsinə satılmış dəmir tərəzilərinin bələdiyyə mülkiyyətinə aid olması barə məlumatı olduqdan sonra bu haqda aidiyyəti üzrə məlumat verməmiş, özünə və həmkarlarına qarşı tələbkarlıq nümayiş etdirməmişdir". Yuxarıda qeyd olunan halların hər birinə ayrı-ayrılıqda faktlarla münasibat bildirmək istəyir. Mübahisələndirilən əmrin mahiyyətində görsənir ki, bələdiyyə mülkiyyətinə aid olan tərəzi qanunsuz olaraq Göygöl rayonu, Çaylı kəndindən götürülərək Gəncə şəhərində yerləşən metal qəbulu məntəqəsinə satılmışdır. Bunun qanunsuz olduğunu bilən iddiaçı aidiyyatı üzrə ki bələdiyyə mülkiyyətinə məlumat verməmişdir. Məhkəmə tərəfindən bir neçə aydır ki, oğurlanan tərəzinin qanunsuz -oğurlanmaması, bu işin nəticəsi barədə sorğular verilməsinə baxmayaraq cavabdeh orqan və Göygöl Rayon Polis Şöbəşi tərəfindən müxtəlif məzmunlu məktublar göndərilərək araşdırmanın nəticəsini özündə ehtiva edən sənədlər təqdim edilmir. Məhkəmə işə faktlar əsasında baxır. Bu günədək dəmir tərəzinin oğurluq olması və bununla bağlı hər hansı sənəd təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixdə saxanılan Taleh Muradsoy və Тeymur Əmiraslanov barəsində İXM-nin 510 və 535.1-ci maadələri protokol tərtib edilmiş və Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023 23-cü il tarixi, 3(066)-174/2023 və xx.xx.2023-cü il tarixi, 3(066)-176/2023 saylı qərarları ilə İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişlər. Məhkəmə tərəfindən qərar qəbul edilərkən həmin qərarlara istinad edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-13-57/2-38630/2023 nömrəli məktubla münasibət bildirmişdir. Cavabdeh qeyd etmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixdən daxili işlər orqanlarında, xx.xx.2016-cı il tarixdən isə Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nın Post-patrul xidməti taqımının polis nəfəri vəzifəsində xidmət etmiş, xidmət etdiyi dövrdə rəhbərlik tərəfindən mənfi xarakterizə olunmaqla dəfələrlə barəsində intizam tənbehi tətbiq edilmişdir. Gəncə Şəhər BPl-nin xx.xx.2023-cü il tarixli Ə 3-13-57 /ə249/2023 nömrəli əmri ilə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Gəncə Şəhər BPl-nin Təşkilati-inspektor şöbəsində aparılan xidməti təhqiqat zamanı müəyyən olunmuşdur ki, Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin PPXTnin manqa komandiri, polis baş serjantı X10 və polis nəfəri, polis serjantı X11 tanıdıqları Teymur adlı şəxslə şəxsi maraqlarından irəli gələn məzmunda danışıqlar apararaq xx.xx.2023-cü il tarixdə üzürsüz səbəbdən xidmət yerini tərk edərək Göygöl rayonunun Çaylı kəndinin ərazisindən bələdiyyə mülkiyyətinə aid iri tonnajlı avtomobillərin yükünü ölçən dəmir tərəzinin hissələri yüklənmiş avtomaşını müşayət edərək Gəncə şəhəri ərasizində yerləşən metal qəbulu məntəqəsinə satılmasına şərait yaratmış, polis nəfəri, polis baş serjantı İddiaçı isə xx.xx.2023-cü il tarixdə onun vasitəsilə metal qəbulu məntəqəsinə satılmış dəmir tərəzinin hissələrinin bələdiyyə mülkiyyətində olmasını bildikdən sonra bu haqda aidiyyəti üzrə məlumat verməmiş, özünə və həmkarlarına qarşı tələbkarlıq nümayiş etdirməmişdir. Həmçinin, son 1 il ərzində şöbənin inzibati ərazisində baş vermiş və bağlı qalmış cinayət hadisələri, cinayət törətməkdə şübhəli bilinərək axtarışa elan olunmuş şəxslərin yerinin müəyyən edilməsi, qanunsuz olaraq narkotik maddələrin və onların prekursorlarının alqı-satqısı ilə məşğul olan, eləcə də narkotik vasitələrdən istifadə edən şəxlərin aşkarlanması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fəaliyyətsizlik göstərmiş, komandir heyəti tərəfindən mənfi xarakterizə olunmuş, eyni zamanda anket məlumatlarında baş vermiş dəyişiklər barədə rəhbərliyə məlumat verməmişdir. Xidməti təhqiqat zamanı manqa komandiri Elnur Atayev, izahatında xx.xx.2023-cü il tarixdə Teymur adlı tanışı ona yaxınlaşaraq Göygöl rayonunun Çaylı kəndinin ərazisindən iri tonnajlı avtomobillərin yükünü ölçən dəmir tərəzinin hissələrinin Gəncə şəhərinin ərazisinə aparan avtomaşının DYP əməkdaşları tərəfindən saxlanılmaması üçün müşayiət etməsini və dəmir satışı məntəqələrinin birində baha qiymətə satılmasına köməklik göstərməsini xahiş etdiyini, o, da Çaylı kəndinə yaxın olan Gəncə şəhəri, Yeni qəsəbədə yaşadığı üçün xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Hacıkənd qəsəbəsində 6144 saylı avtopatrulda xidmətdə olduqları zaman polis serjantı Rauf Əliyevdən həmin əraziyə gedərək Teymur adlı şəxslə görüşməsini xahiş etdiyini, söhbət zamanı dəmir tərəzinin ehtiyyat hissələrinin sonuncunun qohumuna məxsus olduğunu dəqiqləşdirdikdən sonra R.Əliyev patrul avtomaşınını yaşadığı ünvanda saxlayaraq şəxsi av tomobili ilə tərəzinin hissələri yüklənmiş avtomaşını alternativ yolla Gəncə şəhərinin girişinə qədər müşayiət edərək Hacıkənd qəsəbəsinə xidmət yerinə qayıtdığını, özü isə həmin avtomobili Gəncə səhərinin ərazisində müşayiət edərək, polis serjantı İddiaçı vasitəsilə onun xidməti ərazisində yerləşən metal qəbulu məntəqəsinə satılmasında Teymur adlı şəxsə etmiş olduğu köməklik müqabilində sonuncudan aldığı 100 manat pulun 30 manatını polis serjantı R.Əliyevə verdiyini, bir neçə gündən sonra polis serjantı İddiaçı ona tərəzinin hissələri oğurluq olduğuna görə metal qəbulu məntəqəsində işləyən Rza adlı şəxsin Göygöl RPŞ-nin əməkdaşları tərəfindən şöbəyə aparıldığını bildirdiyini göstərmişdir. Xidməti təhqiqat zamanı polis nəfərləri Rauf Əliyev və İddiaçı izahatlarında manqa komandiri Elnur Atayevin göstərdiklərini təsdiqləyərək, unutqanlıq edərək anket məlumatlarında baş vermiş dəyişiklər barədə rəhbərliyə məlumat vermədiklərini bildirmişlər. Eyni zamanda manqa komandiri Elnur Atayev, polis nəfərləri İddiaçı və Rauf Əliyev şöbənin inzibati ərazisində baş vermiş və bağlı qalmış cinayət hadisələri, cinayət törətməkdə şübhəli bilinərək axtarışa elan olunmuş şəxslərin yerinin müəyyən edilməsi, ganunsuz olaraq narkotik maddələrin və onların prekursorlarının alqısatqısı ilə məşğul olan, eləcə də narkotik vasitələrdən istifadə edən şəxlər barədə məlumatları olmadıqlarını, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində zəif fəaliyyətsizlik göstərdiklərini, yaranmış nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində xidməti fəaliyyətlərində dönüş yaradacaqlarını bildirmişlər. 2-ci PŞ-nin PPX taqımının komandiri X8 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 08:00-dan saat 20:00-dək manqa komandiri E.Atayevlə polis nəfəri R.Əliyev 6144 çağırışlı patrul avtomaşınında Gəncə şəhəri Hacıkənd qəsəbəsində, polis nəfəri İddiaçı isə Gəncə şəhəri Sevinc qəsəbəsində xidmətdə olmuş, Gəncə şəhərində satılmasında iştirak etdikləri, dəmir tərəzinin ehtiyat hissələrinin bələdiyyə mülkiyyəti olması barədə sonradan məlumatları olmasına baxmayaraq rəhbərliyə məlumat verməmiş, hadisə ilə bağlı Göygöl RPŞ-dən məlumat aldıqdan dərhal sonra xx.xx.2023-cü il tarixdə rəhbərliyə raportla məruzə etmiş və həmin tarixdə manqa komandiri E.Atayevlə polis nəfəri R.Əliyevin xidməti ərazini özbaşına tərk edərək xitmətdən yayınma hallarına yol vermişlər. Xidməti təhqiqat zamanı 2-ci PŞ-dən verilmiş xidməti xasiyyətnamədə polis baş serjantı İddiaçı mənfi xarakterizə olunmuşdur. Beləliklə, Gəncə Şəhər BPİ 2-ci PŞ-nin PPXT-nin sabiq polis nəfəri polis baş serjantı İddiaçı 2005-130 nömrəli əmri ilə təsdiq olunmuş "DİO əməkdaşlarının X15"nin 15,16, 22-ci, "Polisin post-patrul xidməti nizamnaməsinin təsdiq edilməsi barədə təlimat"ın 5.2-ci bəndlərinin və 2009-330 nömrəli əmri ilə təsdiq edilmiş "İntizam Nizamnamə"sinin 3.2-ci bəndinin tələblərinə zidd olaraq, xx.xx.2023-cü il tarixdə vasitəçilyi ilə metal qəbulu məntəqəsinə satılmış dəmir tərəzinin bələdiyyə mülkiyyətində olduğunu bildikdən sonra bu haqda aidiyyəti üzrə rəhbərliyi məlumatlandırmadığına, özünə və həmkarlarına qarşı tələbkarlıq nümayiş etdirmədiyinə, son 1 il ərzində şöbənin inzibati ərazisində baş vermiş və bağlı qalmış cinayət hadisələrinin qarşısının alınması və açılması, təqsirləndirilən şəxs qismində axtarışa elan olunmuş şəxslərin yerinin müəyyən edlməsi, qanunsuz olaraq narkotik maddələrin və onların prekursorlarının alqı-satqısı ilə məşğul olan, eləcə də narkotik vasitələrdən istifadə edən şəxlərin aşkarlanması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrində fəaliyyətsizlik göstərdiyinə, anket məlumatlarında baş vermiş dəyişiklik barədə rəhbərliyə məlumat vermədiyinə ,rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna görə Azərbaycan Respublikasının "Daxili işlər orqanlarında xidmətkeçmə haqqında" Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən DİO-da xidmətdən xaric edilmişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X1 edənin suallarına cavab olaraq bildirmişdir ki, oğurluq dəmir tərəzi iddiaçının nəzarət etdiyi ərazidə aşkarlanmışdır. Onlara bu barədə Göygöl rayon Polis şöbəsində araşdırma aparılan zaman məlumat verilmişdir ki, Cavabdeh əməkdaşının adı oğurluq əməlində hallanır. Bu hadisəni iddiaçının xəbəri olmasına baxmayaraq gizlətməyə çalışmışdır. Cavabdeh Göygöl rayon Polis şöbəsindən məlumat verildikdən sonra xəbər tutmuşlar. Məhkəmə iclasında iştirak etmiş cavabdehin digər nümayəndələri iddianın rədd olunmasını xahiş etmişlər. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti, Göygöl Rayon Məhkəməsinin qərarları əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 33.1 və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Çünki cavabdeh iddiaçıya soyadın dəyişdirilməsi ilə əlaqədar ərizəsinə dair formal qərar qəbul etməmişdir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) riayət edilmişdir. Belə ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixli əmrini 21-ci günündə xx.xx.2023-cü il tarixdə mübahisələndirmişdir. Bu baxımdan iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət açıq-aşkar gözlənilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Polis haqqında” Qanunun: Maddə 1. Polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. 3-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. 5-ci maddənin İİ hissəsinə əsasən Polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir... 34-cü maddəsinin İ hissəsinin 9-cu bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə:

108. Daxili işlər orqanlarında xidməti intizam-əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. 114-cü bəndinin 7-ci hissəsinə əsasən xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına xidmətdən xaric edilmə intizam tənbehi tətbiq edilə bilər: 135-ci bəndinin 9-cu hissəsinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının X15”: 5-ci bənd. Xidməti borcun yerinə yetirilməsi zamanı cəsur, qorxmaz və qətiyyətli olmalı, eyni zamanda, cinayət və digər hüquqazidd əməllərin qarşısını alarkən, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, başqalarının həyat və sağlamlığını təhlükə altında qoymamalıdır. 16-cı bənd. Özünə və həmkarlarına qarşı tələbkar olmalı, Davranış Kodeksində müəyyən olunmuş qaydaların daxili işlər orqanlarının hər hansı əməkdaşı tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməlidir. 22-ci bənd. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası daxili X6 nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Daxili X6 Nizamnaməsinin 3.2-ci bəndinə əsasən hər bir əməkdaş bu Nizamnaməyə, “DİO əməkdaşlarının X15”nin və polis andının tələblərinə, DİN-in digər normativ-hüquqi aktlarında müəyyən olunmuş qaydalara əməl etməli, rəislərin və komandirlərin əmrlərini yerinə yetirməlidir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə görə daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Əsasnamənin 114-cü bəndinə görə xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına xidmətdən xaric edilmə intizam tənbehi tətbiq edilə bilər. İş materiallarından görünür ki, sabiq polis əməkdaşı iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixə kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdehndə xidmət etmişdir. Xidmət etdiyi dövrdə 4 dəfə intizam məsuliyyətinə cəlb olunmuşdur. Cavabdehin mübahisələndirilən əmrinə əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə vasitəçiliyi ilə metal qəbulu məntəqəsinə satılmış dəmir tərəzinin bələdiyyə mülkiyyəti olması barədə məlumatı olduqdan sonra bu haqda aidiyyəti üzrə rəhbərliyi məlumatlandırmadığına, özünə və həmkarlarına qarşı tələbkarlıq nümayiş etdirmədiyinə, son 1 il ərzində şöbənin inzibati ərazisində baş vermiş və bağlı qalmış cinayət hadisələrinin qarşısının alınması və açılması, təqsirləndirilən şəxs qismində axtarışa elan olunmuş şəxslərin yerinin müəyyən edilməsi, qanunsuz olaraq narkotik maddələrin və onların prekursorlarının alqı-satqısı ilə məşğul olan, eləcə də narkotik vasitələrdən istifadə edən şəxlərlərin aşkarlanması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrində fəaliyyətsizlik göstərdiyinə, anket məlumatlarında baş vermiş dəyişiklər barədə rəhbərliyə məlumat vermədiyinə, habelə, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna görə xidmətdən xaric edilmişdir. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Hazırkı iş üzrə iddiaçı həm cavabdeh qurumda, həm də məhkəmə iclasında verdiyi izahatında dəmir tərəzinin hissələrinin oğurluq mal olmasını sonradan bildiyini qeyd etmişdir. Lakin iddiaçının bildirdiyi arqumentlər inandırıcı deyildir. Belə ki, iddiaçı dəmir hissələrinin oğurluq mal olmalarını bildikdə dərhal tabe olduğu rəhbərliyinə məlumat verməli olduğu halda bunu etməmişdir. İddiaçı məhkəmə iclaslarında bu barədə şifahi formada manqa komandirinə dəfələrlə məlumat verdiyini bildirsə də, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Eyni zamanda həmin iclasda il ərzində cinayət əməllərinin çox olması səbəbindən fəaliyyətinin zəif olduğunu etiraf etmişdir. Məhkəmə araşdırmaları zamanı xx.xx.2023-cü il tarixli, 3-13-57/Ə249/2023 nömrəli “Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin PPX taqımının bir qrup əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunmaları barədə” əmrinin qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmiş, mübahisələndirlən əmri qəbul edən inzibati orqan tərəfindən onun qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Məhkəmə iddiaçı tərəfin “dəmir tərəzilərin oğurlanması ilə bağlı” cinayət işinin, ümumiyyətlə ibtidai araşdırmanın aparılmaması ilə bağlı isə qeyd edir ki, yuxarıda göstərilən izahatlarla belə bir faktın olması sübuta yetirilir və daxili işlər orqanları əməkdaşının bu cür əməllə əlaqəsi olması daxili işlər orqanlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlər kimi qiymətləndirilməlidir. Göründüyü kimi, iddiaçı tərəfindən etik davranış qaydalarının pozulması halları öz təsdiqini tapmış və mübahisələndirilən əmrin qanunsuzluğuna dair iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı sübut təqdim edilməmiş, formal mülahizələrlə cavabdehin əmrinin əsassız və qanunsuz olduğu bildirilmişdir. Odur ki, məhkəmə iddiaçının dəlillərini əsaslı hesab etmir. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli əmrin ləğv edilərək tutduğu vəzifəyə bərpa olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar