Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2031/2022 27.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.2022ci il tarixli, 2307-001-22 nömrəli əmrin ləğv edilərək tutduğu vəzifəyə bərpa olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 2307-001- 22 nömrəli əmri ilə Gəncə şəhər BPİ 1-ci PŞ-nin Təminat hissəsinin polis nəfəri-sürücüsü, polis baş serjantı İddiaçı (bundan sonra mətndə - iddiaçı) “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kliniki Diaqnostika Laboratoriyasında “ekspert-test” üsulu ilə tibbi müayinə zamanı iddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlanmışdır. Əmrin verilməsinə bu faktın müəyyən edilməsi barədə müvafiq aktlar əsas olmuşdur. İddiaçının narkotik maddələr qəbul edib-etməməsini müəyyən etmək üçün DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kliniki Diaqnostika Laboratoriyasında “ekspert-test” üsulu ilə tibbi müayinə aparılmış, komissiya üzvlərinin iştirakı ilə iddiaçının sidiyinin tərkibində ekspress – test üsulu ilə piy və marixuana alkoloidlərinin olub-olmaması yoxlanılmış, müayinə zamanı iddiaçının sidiyinin tərkibində piy qrupuna aid olan narkotik maddə aşkar olunmuş, ekspert-test üsulu nəticəsinə müvafiq olaraq müayinəsi keçirilən iddiaçının sidiyinin tərkibində “çətənə” qrupuna aid (“THC” pozitiv) narkotik vasitə aşkar edilmişdir. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyi tərəfindən dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, məhkəmə-kimyəvi tədqiqat nəticəsində götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik hesab edilən “Kannabinoid” aşkar olunmuş və bu barədə xx.xx.2022-ci il tarixli 1354/K nömrəli akt tərtib edilmişdir. İddiaçı əmrin ləğvi ilə bağlı əvvəl Gəncə 1 saylı Mediasiya Şurasına müraciət etmiş, xx.xx.2022-ci il tarixə, saat 13:00-a ilkin mediasiya sessiyasına cavabdeh dəvət edilmişdir. Cavabdeh tərəf həmin sessiyada iştirak etməmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, 2307-001-22 nömrəli əmrin ləğv edilərək tutduğu vəzifəyə bərpa olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir Polis əməkdaşı olaraq işləmişdir. Sonradan onu əsassız olaraq işdən çıxarmışdırlar. Ona bildirilmişdir ki, guya o marixuana qəbul etməklə narkotik vasitə istifadə etmişdir. Lakin iddiaçı heç vaxt narkotik vasitə qəbul etməmişdir. Belə ki, narkotik vasitə qəbul etməsi xx.xx.2022-ci il tarixdə müayinədən keçməsi nəticəsində guya analiz müayinələri təsdiq etmişdir. Hazırda xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə keçirilmiş analizlərin nəticəsindən də görünür ki, onun narkotik vasitə qəbul etməsi absurtdur. Onun narkotik vasitə qəbul etmədiyi halda barəsində absurt və təyziqlə verilmiş rəyi qəbul etməməsi qeyri-səmimi kimi qəbul edilə bilməz. Hazırda iddiaçının narkotik vasitə qəbul edən şəxs olaraq işdən azad olunması ona böyük mənəvi iztirab keçirməsinə və ailə üzvləri qarşısında utandırıcı hisslər yaratdığından mənəvi zərərin ödənilməsinə əsas verir. İddiaçıya qarşı olan əsassız ittihamın qarşılığı olaraq keçirilmiş analizləri və tibbi müayinələri onun əsassız ittihama məruz qaldığını göstərir. Bu baxımdan onun Polis vəzifəsindən azad olunması ilə bağlı Daşkəsən rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli əmrini əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bildirir ki, cavabdehin hazıki, həm hərəkəti və həmçinin qəbul etdiyi əmr qanusuzdur. Buna əsasən ona tətbiq edilən dövlət qulluğu haqqında qanunu 33.1.6- cı maddəsi ilə dövlət qulluğu ilə bağlı fəaliyyətimə xitam verilməsinin səbəbi ilə maraqlanan zaman müəyyən etdi ki, ona aid olmayan maddə ilə işdən qanunsuz olaraq çıxarılmışdır. O, heç zaman cinayət məsuliyyətinə cəlb edilməmiş, əmək fəaliyyəti ilə bağlı bir dəfədə olsun belə qanun pozuntusuna yol verməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş, əlavə olaraq bildirmişdir ki, atası onun iş yerinin dəyişdirilməsi ilə bağlı dəfələrlə yuxarı orqanlara yazmış, bu müraciətlər əsasında ona şifahi xəbərdarlıq edilmiş, lakin atası hələ də yuxarı orqanlara şikayət ərizəsi yazdığı üçün onun barəsində qərəzli, əsassız əmr verilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qurumun vəkili iddiaya qarşı etirazında bildirmişdir ki, iddia hüquqi və faktiki baxımdan əsassız hesab edirik. İddia ərizəsindən göründüyü kimi, iddiaçının əsas məqsədi cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli Ə 307-001 -22 saylı əmrin ləğy edilməsi, yəni iddiaçının polis orqanlarında işə bərpa olunmasıdır. Bildirilir ki, Gəncə şəhəri BPl-nin 1-ci X3 hissəsinin polis nəfəri-sürücüsü İddiaçı xx.xx.2022-ci il tarixdə DİN-in Tibbi İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının Kliniki Diaqnostika Laboratoriyasında "ekspress-test" üsulu ilə tibbi müayinədən keçirilərkən sidik nümunəsinin tərkibində narkotik vasitə olan marixuana aşkar edilərək bu barədə müvafiq akt tərtib edilmişdir. Həmin gün İddiaçı "Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyində dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, ondan götürülmüş müvafiq nümunələrin tərkibində məhkəməkimyəvi tədqiqat nəticəsində narkotik vasitə olan "Kannabinoid" aşkar edilərək bu barədə xx.xx.2022-ci il tarixli 1354/K nömrəli ekspert aktı tərtib olunmuşdur. Polis nəfəri İddiaçı intizam məsuliyyətindən yayınmaq məqsədi ilə xidməti təhqiqat prosesində qeyri-səmimi mövqe tutmuşdur. İddiaçının hərəkətləri daxili işlər orqanları əməkdaşlarının adına və polisin nüfuzuna ləkə gətirdiyinə görə "Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçının "xx.xx.2022-ci il tarixli Ə 307-001 -22 saylı əmrin ləğv edilməsi" tələbi əsassızdır və işdə olan sübutlarda bu öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili etirazda qeyd olunanları müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının izahatında dedikləri mülahizə xarakterlidir, heç bir sübutla təsdiqlənmir. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti, iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 637/2022 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolu, 36.6 med MMC-nin xx.xx.2022-ci il tarixli analiz nəticəsi, "xxxx" MMCnin (Sağlam Ailə) xx.xx.2022-ci il tarixli test nəticələri əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 33.1 və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Çünki cavabdeh iddiaçıya soyadın dəyişdirilməsi ilə əlaqədar ərizəsinə dair formal qərar qəbul etməmişdir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) riayət edilmişdir. Belə ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olsa da, məhkəmənin sorğularının olmasına baxmayaraq inzibati aktın xx.xx.2022-ci il tarixdən əvvəlki dövrdə ona təqdim, elan edilməsini bu barədə təsdiqləyən hər hansı sübut, dəlil təqdim edilməmişdir. Habelə hazırkı mübahisə ilə bağlı xx.xx.2022-ci il tarixdə mediasiya ilə bağlı cavabdehə təklif göndərilmiş, xx.xx.2022-ci il tarixdə isə mediasiyada cavabdehin nümayəndəsi iştirak etməməsi barədə arayış verilmiş (xx.xx.2022-xx.xx.2022-ci il tarixləri 17 gün, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri 12 gün, cəmi 29 gün), bununla da həmin dövrdə iddia müddətinin axımı dayandırılmışdır (“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsi). Bu baxımdan iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət açıq-aşkar gözlənilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İddiaçının barəsində verilmiş xidmətdən xaric edilməyə dair əmrin əsasını onun tibbi müayinə zamanı narkotik vasitədən istifadə etməsinin aşkarlanması təşkil etmişdir. Əmr verilərkən əsas olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli 1354/K nömrəli aktına istinad olunmuşdur. Həmin akta əsasən iddiaçıdan götürülmüş sidik və qan nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik hesab edilən “Kannabinoid” aşkar edilmişdir. “Polis haqqında” Qanun: Maddə 13. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır: 7) səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək. Maddə 33. İİİ. Polis təhsil müəssisələrində bu maddənin İİ hissəsində göstərilən intizam tənbeh növlərindən başqa növbədənkənar xidmət naryadını təyin etmə və polis təhsil müəssisəsindən xaric etmə tənbeh növləri tətbiq edilə bilər. Azərbaycan Respublikasının 9 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci bəndinin 9-cu hissəsinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə, daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 08 aprel 2005-ci il tarixli 130 saylı əmri ilə təsdiq edilmiş "Daxili işlər orqanları əməkdaşlarının etik Davranış kodeksi" Maddə 1. Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Maddə 2. Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Maddə 11. Sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. Maddə 13. Müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir. Maddə 22. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Qanunvericiliyin sadalanın normalarının tələblərindən göründüyü kimi narkotik vasitə qəbulu daxili işlər orqanı əməkdaşının nüfuzunu aşağı sala biləcək hərəkət olduğu və etik davranış qaydalarına uyğun olmayan davranış sayıla bildiyi, eyni zamanda əməkdaşın xidmətdənkənar fəaliyyətində də ictimai davranış normalarına zidd bir hərəkət kimi qiymətləndirildiyi və qanunvericiliyə uyğun olaraq kobud pozuntu hesab olunduğu üçün daxili işlər orqanlarından xaric edilməyə əsas ola bilər. Digər tərəfdən, iddiaçı ümumiyyət narkotik vasitə qəbulunu inkar edir və bu faktı təsdiqləyici sübut kimi Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 637/2022 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolu, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli analiz nəticəsi, "xxxx" MMC-nin (Sağlam Ailə) xx.xx.2022-ci il tarixli test nəticələrini təqdim edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması” Qaydasının 2-ci bəndinə əsasən Tibbi yoxlamanın aparılması üçün şəxs narkoloji müəssisələrə könüllü olaraq müraciət edə bilər və bu halda onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müəyyən edilir. İddiaçı tərəfindən təqdim edilən analizlərdən görünür ki, onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müayinəsi aşkar edilmir. Digər tərəfdən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli analiz nəticəsinin “Qeyd” hissəsində “ekspress müayinə üsulu olduğundan təkrar müayinə daha spesifik alternativ kimyəvi metod kimi Gas chromatograhy/mass spectrometr (GCMS) ilə testin yoxlanması tələb olunur. Qeyd: Bəzi psixotrop və antidepressant dərman preparatlarının qəbulu testinə nəticəsinə təsir edə bilər.” göstərilmişdir. Odur ki, məhkəmə iddiaçının dəlillərini əsaslı hesab etmir. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.2022ci il tarixli, 2307-001-22 nömrəli əmrin ləğv edilərək tutduğu vəzifəyə bərpa olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2031/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2031/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver