Məhkəmə qərarları › İş №2-1(114)-2032/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2032/2023

25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2032/2023 25.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Goranboy rayonu, Xınalı kənd inzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin torpaq sahəsi 6 ildən çoxdur ki, iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsinə xaricdən gətrilmiş, 6 ildən çox müddətində əkilərək qulluq edilən böyük meyvə ağacları vardır. Həmin ərazidə 30 nəfərdən çox işçi işlə təmin edilmişdir. Yəni 30 nəfərdən dan çox işçinin ailəsi bu ağır şəraitdə, yeganə qazanc yeri olan bu torpaq sahəsində işləyərək evlərinə qazanc apara bilirlər. Cavabdeh 13 may 2019-cu ii tarixli 71 saylı sərəncamı ilə Goranboy rayon iH yanında təsərüfatlar arası kanaların ilkin torpaq ayrılma sənədlərinin hazırlanmsı haqqında rayonun aidiyyəti qurumlarından ibarət komissiya yaratmışdır. Goranboy Rayon İH-nin 22 may 2019-cu il tarixli 80 saylı Sərəncamı ilə komissiyanın tərkibi akta əsasən müəyyən edilmiş, Goranboy rayon ərazisindən daimi olaraq 68,6005 ha torpaq sahəsinin ayrılması müvafiq hesab edilərək akt imzalanmaqla təsdiq edilmişdir. Azərbaycan Mellorasiya və X1 Səhimdar Cəmiyyəti Goranboy rayon İH-nin 22 may 2019-cu il tarixli 80 saylı Sərəncamına əsasən istifadədə olan Goranboy rayonu, Xınalı kəndində yerləşən bağ sahəsinin 0,8259 ha hissəsi obyetin tikintisi altına düşdüyündən 420 ədəd ağacın tarif şurasına uyğun alınaraq çıxarılmasını həmin torpaq sahəsini istifadəyə verilməsini görsətmişdir. 6 illik 420 ədəd meyvə ağacların çıxarılmasına görə cəmi 32,760 manat pul hesablanaraq kompensasiya ödənilməsini bildirilir. Lakin meyvə ağacları xarici ölkədən alınaraq, gətrilərək, əkilərək və 6 ildə qulluq edilməsinə hal-hazıradək bir ağaca, 593,12 manatdan çox pul xərclənmişdir. 71 ədəd meyvə ağaclarına hal-hazıradək 42.111,52 manatdan çox pul xərclənmişdir. Əlavə olaraq bildirilir ki, Goranboy rayon İH-nin 22 may 2019-cu il tarixli 80 saylı sərəncamı onların xəbəri, icazəsi və razılığı olmadan qəbul edilmişdir. Goranboy Rayon İH-nin 22 may 2019cu il tarixli 80 saylı sərəncamı iddiaçının hüquqularına həm maddi cəhətdən həmdə mənəvi cəhəddən ziyan verir. Ona görə də Goranboy Rayon İH-nin 22 may 2019-cu il tarixli 80 saylı sərəncamı ilə razı deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim, yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixli sərəncam göndərilərək prosessual müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Qeyd olunan sərəncam iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilməsinə baxmayaraq müvafiq ərizə məhkəməyə təqdim olunmamış, eləcə də iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda işə mahiyyəti üzrə baxılması da qeyri-mümkündür. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 46, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar