Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2036/2024 21.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X14 Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı X14 Cavabdehnə qarşı üçüncü şəxslər X4, X21, X3, X36, X29, X8, X9, X22, X25 və X15 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən əmlak mülkiyyət hüququ əsasında X14 adına qeydə alınmışdır.
2. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına və Elektron məhkəmə informasiya sistemindən çıxarışlara əsasən xx.xx.1987-ci il təvəllüdlü X4, xx.xx.1985-ci il təvəllüdlü X21, xx.xx.1986-cı il təvəllüdlü X3, xx.xx.2006-cı il təvəllüdlü X36, xx.xx.1960-cı il təvəllüdlü X29, xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.1967-ci il təvəllüdlü X22, xx.xx.1974cü il təvəllüdlü X25 və xx.xx.1996-cı il təvəllüdlü X15 ünvan 1 ünvanında qeydiyyatdadırlar.
3. X14 üçüncü şəxslər X4, X21, X3, X36, X29, X8, X9, X22 və X15 ona məxsus olan ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin şöbənin xx.xx.2024-cü il tarixli 3-13-63/2-İ-1765/11/ nömrəli imtina məktubu ilə bildirilmişdir ki, ona məxsus yuxarıda qeyd olunan ünvanda yaşayış yeri üzrə qeydiyyatda olan, ərizədə göstərdiyi şəxslərin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə zidd olduğu üçün mümkün deyil. Əlavə olaraq bildirilmişdir ki, qeyd edilən ünvanda pasport qeydiyyatında olan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas verən hər hansı bir məhkəmə qərarı və icra sənədi Cavabdehnə daxil olmamışdır.
4. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-922/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər X26, X16 və yetkinlik yaşına çatmayan X13 əmlakları ilə birlikdə Ağstafa şəhəri, A.Abdullayev küçəsi, 6 saylı evdən çıxarılmaları qət edilmişdir.
5. Məhkəmənin sorğusuna Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-12161/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2007-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olan X2 və ailə üzvlərinin həmin ünvana qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır.
6. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X25 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. II. Məhkəmədə icraat
7. İddiaçı X27 Cavabdehnə (üçüncü şəxslər X4, X21, X3, X36, X29, X8, X9, X22, X25 və X28) qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X4, X21, X3, X36, X29, X8, X9, X22, X25 və X15 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən onun mülkiyyətində olan özü tərəfindən inşa etdirilmiş reyestr nömrəsi ******* çıxarışı olan fərdi yaşayış evi vardır. Həmin mülkiyyətində olan fərdi yaşayış evində tanıdığı və tanımadığı üçüncü şəxslər qeydiyyata alınmışdır. Həmin şəxslərin bəziləri ailə üzvləri olsa da, onun heç bir əlaqəsi yoxdur və ona məxsus olan ünvan 1-da onlar yaşamırlar. Bu hal onun mülkiyyət hüquqlarını pozur və o, yaşayış evi ilə bağlı sərəncam verə bilmir. Həmin şəxslərdən X4 onun nəvəsi olsa da Ağstafa şəhəri, Qarabağ Məhəlləsində yaşayış və halhazırda həbsxanadadır, X21 nəvəsi olmaqla soyadından da görünür ki, Türkiyə Respublikasında yaşamaqla orada ailə həyatı qurmuşdur, X3 nəvəsi olmaqla o da ailəlidir və hal-hazırda Bakı Şəhəri, Binə qəsəbəsi, Atçılıq sovxozunda yaşayış evi olmaqla orada da yaşayır, X18 Yeganə Kamaləddin qızı olmaqla o da Türkiyə Respublikasında yaşayır, X29 onun qonşusudur və o hal-hazırda ünvan 3 ünvanında yaşayır, X8 1-2 yaşında vəfat edib, X1 Niyaməddin Kamaləddin oğlunun qızıdır və o da hal-hazırda atasına məxsus evdə yaşayır, X22 da Türkiyə Respublikasında yaşayır, X25 2016-cı il tarixdə vəfat edib və X28 uzun illərdir ki hərbçi olmaqla ona məxsus evdə yaşamır. Üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı Cavabdehnə müraciət etmişdir. Lakin həmin şəxslərin qeydiyyatdan çıxarılmasının mümkünsüzlüyü bildirilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. O, Rusiya Federasiyasında yaşamaqla oranın vətəndaşıdır. Lakin hazırda yaşlanmışdır və vətəninə dönmək istəyir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
11. Belə ki, iddiaçı sözügedən evin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
12. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.
13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
15. Cavabdeh yerləşdiyi Ağstafa şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadları ilə X36, X8 və X9 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, X30 qanuni nümayəndələri X21 və Qanuni nümayəndə1, X8 və X6 qanuni nümayəndələri X31 və X5 ilə təmsil olunmaları qərara alınmışdır.
19. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə isə X4, X21, X3, X29, X22, X25 və X15 iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilməsi qaydası adidən zəruriyə dəyişdirilmiş, X17 iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. İddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
22. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
23. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışı; - Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-63/2-İ-1765/11/ nömrəli imtina məktubu; - Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-922/2023 nömrəli qətnaməsi; - Məhkəmənin sorğusuna Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-12161/2024 nömrəli cavab məktubu; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
26. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ev tam mülkiyyət hüququ üzrə X19 məxsusdur. xx.xx.1987-ci il təvəllüdlü X4, xx.xx.1985-ci il təvəllüdlü X21, xx.xx.1986-cı il təvəllüdlü X3, xx.xx.2006-cı il təvəllüdlü X36, xx.xx.1960-cı il təvəllüdlü X29, xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.1967-ci il təvəllüdlü X22, xx.xx.1974-cü il təvəllüdlü X25 və xx.xx.1996-cı il təvəllüdlü X28 iddiaçıya məxsus sözügedən evdə qeydiyyatdadırlar, lakin faktiki olaraq həmin ünvanda yaşamırlar. İddiaçı cavabdeh orqana müraciət edərək, üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.
27. İddiaçı üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatının formal olmasına və bu halın onun hüquqlarının məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
28. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
29. Məhkəmə qeyd edir ki, adıçəkilən Qanunda yaşayış sahəsi ilə bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan və orada faktiki yaşamayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı birbaşa nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki: - “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. - Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”. - müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. - Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. - Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
31. İş materialları, o cümlədən iddiaçının izahatı ilə müəyyən edilir ki, üçüncü şəxslərin iddiaçı ilə qohumluq münasibətləri aşağıdakı kimidir: - X4 – nəvəsi; - X21 – nəvəsi; - X3 - nəvəsi; - X36 – nəticəsi; - X29 – qohumluğu yoxdur (qonşudur); - X8 – nəticəsi; - X9 – nəticəsi; - X22 – gəlini; - X25 – oğlu; - X28 – nəvəsi.
32. Məhkəmə qeyd edir ki, X29 istisna olmaqla, digər üçüncü şəxslər iddiaçının gəlini, nəvələri və nəticələridir, lakin onlar hazırda sözügedən ünvanda faktiki olaraq yaşamırlar və qeydiyyatları formal xarakter daşıyır. Onların iddiaçıya məxsus evdə formal qeydiyyatda qalmaları isə iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır. Eyni zamanda, qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olması nəzərdə tutulmuşdur. Bu istiqamətdə aparılan qiymətləndirmə isə iddiaçının hazırkı tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Cavabdeh inzibati orqanın isə həmin üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtinası əsassız olmuşdur.
33. Məhkəmə onu da qeyd edir ki, iş üzrə üçüncü şəxslərin ikisi – xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X9 azyaşlıdırlar və onlara şəxsiyyət vəsiqəsi verilərkən valideynlərinin yaşayış yeri üzrə qeydiyyata alınmışlar.
34. Azyaşlı kateqoriyasına aid şəxslərin yaşayış sahəsinə hazırkı vəziyyətdə istifadə hüququnun olmaması ilə bağlı qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 2 və 4-cü bəndlərinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
35. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə qeydiyyata alına bilərlər.
36. İddiaçının evində qeydiyyatda olan X20 münasibətdə isə məhkəmə qeyd edir ki, həmin şəxs xx.xx.2016-cı il tarixdə öldüyündən onun mülki hüquq qabiliyyəti xitam edilmişdir. Bu əsasla onun prosessual fəaliyyət qabiliyyəti də olmadığından o, inzibati məhkəmə icraatının iştirakçısı ola bilməyəcəyi üçün məhkəmənin qərardadı ilə onun üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.
37. Lakin bununla yanaşı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 4-cü hissəsindən şəxsin ölməsi (və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edilməsi) halının onun ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında qeydiyyatdan çıxarılması üçün əsas olması təsbit edilmişdir.
38. Buna görə də cavabdeh orqan iddiaçının müraciətinə baxarkən sözügedən şəxsin vəfat etməsini müəyyən etdiyi halda (hansı ki, şəxslər barədə məlumatlar digər dövlət orqanlarının bazalarından informasiya sistemlərinə inteqrasiya edildiyindən məhkəmə də bunu Elektron məhkəmə informasiya sistemindən müəyyən etmişdir), X17 iddiaçıya məxsus sözügedən evdən qeydiyyatdan çıxarılmasından imtina etməkdə haqlı olmamışdır.
39. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə
41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. X4, X21, X3, X36, X29, X8, X9, X22, X25 və X15 ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva