Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2037/2020 16.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinə, Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X2 publik hüquqi şəxsin Gəncə şəhəri Nizami rayon filialına, Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X2 publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı pensiyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinə, Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X2 publik hüquqi şəxsin Gəncə şəhəri Nizami rayon filialına, Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X2 publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2020-ci ilin maysentyabr ayları üzrə pensiyanın Xüsusi şərtlərlə təyinat idarəsi tərəfindən hesablanması və ödənilməsi, həmçinin Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tərəfindən 40.000 manat mənəvi ziyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddianın məzmunundan görünür ki, iddiaçı Xüsusi şərtlərlə təyinat idarəsi tərəfindən pensiyanın hesablanması və ödənilməsini, Əmək və X1 Nazirliyindən isə mənəvi ziyan tələb edir, bununla yanaşı DSMF publik hüququi şəxsin Gəncə şəhəri Nizami rayon filialı cavabdeh qismində qeyd edilsə də həmin quruma qarşı hər hansı tələb yoxdur. Ərizəyə əlavə edilmiş poçt sənədlərindən görünür ki, iddiaçı həmin cavabdehlərdən yalnız birinə-Xüsusi şərtlərlə təyinat idarəsinə müraciət etmiş, digər cavabdehə müraciət etməsini təsdiq edən sübut əlavə etməmişdir. Həmçinin hazırki iddia öhdəliyin icrası və kompensasiyanın ödənilməsi haqqında iddia növünə aid olduğundan həmin cavabdehlərdən imtina cavabı alındığı təqdirdə işə həmin cavabdehlərin yerləşdiyi yer üzrə İnzibati məhkəmədə baxılmalı olacaqdır. Lakin hazırki halda iddia yuxarıda qeyd olunan mümkünlük şərtlərinə cavab vermədiyinə görə aidiyyəti məhkəməyə göndərilməsi də mümkün deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -1.1 maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. -2.2 maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddialara) baxılır. -35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunanlarla yanaşı iddiaçıya izah edilir ki, hazırki tələblə bağlı müvafiq cavabdehlərə aidiyyəti hissələrdə müraciət etməli, müsbət cavab ala bilmədiyi təqdirdə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinə, Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X2 publik hüquqi şəxsin Gəncə şəhəri Nizami rayon filialına, Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X2 publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı pensiyanın və mənəvi zərərin ödənilməsi barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən aidiyyəti məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2037/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2037/2020
16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver