Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2039/2024 16.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, iddiaçının nümayəndəsi X2 , cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı adının dəyişdirilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdehnə qarşı onun adının "İsmail" kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci ildə anadan olmuş, valideyinlərinin qoyduğu “İsmail” adını daşımağa başlamışdır. Belə ki, onun bütün əvvəlki sənədlərində (doğum haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə, övladının doğum haqqında şəhadətnaməsində və s.) adı “İsmayıl” deyil, “İsmail” kimi qeyd edilmişdir. O, 2024-cü ilin fevral ayında Cavabdehnə müraciət edərək adını “İsmayıl”-dan “İsmail”-ə dəyişdirilməsini (düzəliş etməyi) xahiş etmiş, lakin Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla adının dəyişdirilməsinə (düzəliş edilməsinə) dair heç bir əsas olmadığından ərizəsinin təmin edilməsindən imtina edilmiş və ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş üzrə şifahi məhkəmə baxışı iclası 16 may 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etmiş, iddiaçı isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İPM-nin 62.3-cü maddəsinə əsasən, iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X4 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, “Doğum haqqında” xx.xx.1960-cı il tarixli, 730339 nömrəli şəhadətnamənin surəti, “Nikah haqqında” xx.xx.1984-cü il tarixli, 364143 nömrəli şəhadətnamənin surəti, “Doğum haqqında” xx.xx.1988-ci il tarixli, 373971 nömrəli şəhadətnamənin surəti, “Doğum haqqında” xx.xx.1987-ci il tarixli, 386117 nömrəli şəhadətnamənin surəti, Göygöl Rayon Qeydiyyat şəbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-H-1-12/24 nömrəli və xx.xx.2024-cü il tarixli, 3- 16-5/8-13-21/24 nömrəli məktubları əlavə edilmişdir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona və övladlarına məxsus sənədlərdən bəzilərində adının "İsmail", bəzilərində isə "İsmayıl" qeyd edildiyindən, adının "İsmayıl"-dan "İsmail"-ə dəyişdirilməsini tələb edir. İddianın mümkün olsa da, mahiyyət baxımından əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Göygöl rayonu Sarısu kənd icra nümayəndəliyində tərtib olunmuş xx.xx.1955-ci il tarixli, 38 nömrəli doğum haqqında akt qeydində uşağın adı “İsmayıl” kimi qeyd edilmişdir. Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsində Azərbaycan dilində tərtib olunmuş xx.xx.1997-ci tarixli 141 nömrəli nikahın pozulması haqqında akt qeydində, xx.xx.1992-ci il tarixli 73 nömrəli doğum haqqında akt qeydində ,xx.xx.1993-cü il tarixli 936 nömrəli doğum haqqında akt qeydində “İddiaçı” kimi, rus dilində tərtib edilmiş Cavabdehndə xx.xx.1984-cü il tarixli 29 nömrəli nikah haqqında akt qeydində , Bakı şəhər Xəzər rayon Binə Qəsəbə icra nümayəndəliyində tərtib edilmiş xx.xx.1985-ci il tarixli 317 nömrəli, xx.xx.1987-ci il tarixli 167 nömrəli,xx.xx.1988-ci il tarixli 325 nömrəli doğum haqqında akt qeydlərində soyadı, adı və ata adı "X5" kimi qeyd edilmişdir. "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində dövlət dilimizə uyğun olaraq şəxsin adı İddiaçı kimi qeyd edilmişdir. Məhkəmə qeyd olunanlarla bağlı aşağıdakı maddi hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Müddəların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə, nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə, atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə, atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda, vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə, övladlığa götürmə ləğv edildikdə, atalığın müəyyən edilməsi ləğv olunduqda, vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə, cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə, vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə, vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə və qanunvericilikdə müəyyən edilən digər hallarda edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra –müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Məhkəmə işin faktiki hallarına əsasən o qənaətə gəlir ki, vətəndaşlıq vəziyyəti akt qeydlərində iddiaçının adının "İsmail" kimi dəyişdirilməsinə əsas yoxdur. Belə ki, adının dəyişdirilməsi üçün qanunvericilikdə sadalanan hallardan hər hansı biri yoxdur. Məhkəmə hesab edir ki, kifayət qədər əsaslar olmadığından və sənədlər arasında ziddiyyət olduğundan cavabdeh orqan iddiaçının adını "İsmayıl"-dan "İsmail"-ə dəyişdirməkdən imtinası haqlı və qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbi ilə bağlı irəli sürdüyü dəlilləri sübut etməli olduğu halda bunu edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı adının dəyişdirilməsi tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2039/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2039/2024
16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver