Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2039/2025 17.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclas katibi Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1962-ci ildə anadan olmuş, hazırda ünvan 1i ünvanda yaşayır. İddiaçıya məxsus ИТ-İ №0436030 nömrəli əmək kitabçasından görünür ki, iddiaçı əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası MQS MMC-nin xx.xx.2025-ci il tarixli arayışına əsasən İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə həqiqətən də "xxxx" MMC-də xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə 6-cı dərəcəli quraşdırıcısı işində işləmişdir. İddiaçı işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında nəzərdə tutulmuş "polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar" yarım bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. X7-nin xx.xx.2024-cü il tarixli araşdırıcı arayışa əsasən İddiaçı xx.xx.2004-cü il tarixində X7 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində Mexaniklər sahəsinə kran çilingəri peşəsinə işə qəbul edilmiş, xx.xx.2006-cı il tarixində həmin sahədə hidravilik peşəsinə keçirilmiş və xx.xx.2009-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilmiş peşə hazırda "X7" QSC-də mövcud olan və "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərannın "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı" nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 2. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlarıması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər" (2040200a - 18559) və həmin Qərarın "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı" nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 2. Polad və ferroərintilər istehsalatı (metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması) bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əlilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları" (1030200a- 1753a) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər" və 3.2. Polad və ferroərintilər istehsalatı (metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması) bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları" peşələri ilə eynilik təşkil edir. X7-nin xx.xx.2024-cü il tarixli araşdırıcı arayışa əsasən İddiaçı xx.xx.2009-cu il tarixində "X7" QSC-nin (bundan əvvəl "X7' MMC-nin) Mexaniklər xidmətinə hidrovalikçilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. İddiaçı ilə xx.xx.2021-ci il tarixində yenidən əmək müqaviləsi bağlanaraq Təmir-tikinti və rekonstruksiya işləri şöbəsinə hidravilik-çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixində Mexaniklər xidmətinə keçirilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində Mexaniklər xidmətinin Poladəritmə və Yayma sexlərinin hidravlik təsərrüfatı sahəsi hidravlik-çilingər vəzifəsinə keçirilmişdir və hal-hazıradək həmin xidmətdə əmək fəaliyyətini davam etdirir. Qeyd edilmiş peşə (vəzifə) hazırda "X7" QSC-də mövcud olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin yə göstəricilərin Siyahısı"nm 3-cii Metallurgiya istehsalatı bölməsinin 3.2. Polad və ferroərintilər istehsalatı (metallurgiya sobalarmın təmiri və tərkiblərinin hazırlanması) bəndinin (a) Fəhlələr yarımbəndində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, ol ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik moııtyorları" və 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) Fəhlələr yarımbəndinə “təmirçi çilingərlər” peşələri ilə eynilik təşkil edir. İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024cü il tarixli, 3-17-1/2-İ-204479/2024 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri. Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinirı fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli vo ağır olan İşlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metallurgiya istehsalatı bölməsinin (3) polad və ferroərintilər istehsalatı metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması bəndinin (3.2) fəhlələr yarımbəndində (a) və polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndinin (3.6) fəhlələr yarımbəndində (a) təmirçi çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş 21 fevral 1980-cı ıl tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və “X7" QSC-nin sizə dair xx.xx.2024-cü il tarixli BSC-X-24-0418/001 nömrəli arayışında xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin mexaniklər sahəsində kran çilingəri, xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində hidravtik, xx.xx.2009-xx.xx.2014-cü il və xx.xx.2021-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər ərzində isə hidravlik-çilingər vəzifələrində iddiaçının işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, yalnız hidravlik-çilingər vəzifəsinin güzəştli şərtlə pensiya hüququ verən işlərə aid olduğu müəyyən edilib. Bu fakt “X7” QSC tərəfindən 8 iyul 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilib. Göstərilən səbəblərdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 8 ay 8 gün (xx.xx.2009-xx.xx.2014-cü il, xx.xx.2021-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona hüququnun yarandığı, yəni 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2009-cu il tarixində “X7” QSC-nin Mexaniklər xidmətinə hidravlik-çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində yenidən əmək müqaviləsi bağlanaraq Təmir-tikinti və rekonstruksiya işləri şöbəsinə hidravlik-çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2002-ci il tarixində Mexaniklər xidmətinə keçirilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixində İbrahimov X1 xidmətinin Poladəritmə və Yayma sexlərinin hidravlik təsərrüfatı sahəsi hidravlik-çilingər vəzifəsinə keçirilmişdir və nal-hazırda da həmin xidmətdə əmək fəaliyyətini davam etdirir. Əmək fəaliyyətinin çox hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın təsiri altına düşür. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nın metallurgiya istehsalatı bölməsinin (3) polad və ferroərintilər istehsalatı metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması bəndinin (3.2) fəhlələr yarımbəndində (a) və polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndinin (3.6) fəhlələr yarımbəndində (a) təmirçi çilinqərlər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 21 fevral 1980-cı il tarixli 14T-İ0436030 nömrəli əmək kitabçasında və “X7" QSC-nin ona dair xx.xx.2024-cü il tarixli BSC-X-24-0418/001 nömrəli arayışında xx.xx.2004-xx.xx.2006cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin mexaniklər sahəsində kran çilingəri, xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində hidravlik, xx.xx.2009xx.xx.2014-cü il və xx.xx.2021-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər ərzində isə hidravlik-çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, yalnız hidravlik-çilingər vəzifəsinin güzəştli şərtlə pensiya hüququ verən işlərə aid olduğu müəyyən edilib. Bu fakt “X7” QSC tərəfindən 8 iyul 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilib Qoşma olaraq əlavə olunur). Beləliklə, göstərilən səbəblərə əsasən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 8 ay 8 gün (xx.xx.2009-xx.xx.2014- cü il, 23.04,2021xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. X7-nin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən İddiaçı xx.xx.2009-cu il tarixində "X7" QSC-nin (bundan əvvəl "X7" MMC-nin) Mexaniklər xidmətinə hidravlik-çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. İddiaçı ilə xx.xx.2021-ci il tarixində yenidən əmək müqaviləsi bağlanaraq Təmir-tikinti və rekonstruksiya işləri şöbəsinə hidravlik-çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixində Mexaniklər xidmətinə keçirilmişdir, xx.xx.2024-cü il tarixində Mexaniklər xidmətinin Poladəritmə və Yayma sexlərinin hidravlik təsərrüfatı sahəsinə hidravlik-çilingər vəzifəsinə keçirilmişdir və hal-hazıradək həmin xidmətdə əmək fəaliyyətini davam etdirir. Qeyd edilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı" nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 2. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər" (2040200a —18559) və həmin Qərarın "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı" nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 2. Polad və ferroərintilər istehsalatı (metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması) bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları" (1030200a — 1753a) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2. Polad və ferroərintilər istehsalatı (metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması) bəndinin a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları" və 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər" peşələri ilə eynilik təşkil edir. Məlumat üçün nəzərinizə çatdırırıq ki, kran çilingərləri, Cəmiyyətin Poladəritmə və Yayma sexlərində isti və zərərli iş şəraitində yük qaldırma kranlarının saz vəziyyətdə saxlanmasını, avadanlıqların, yük qaldırma kranlarının və mexanizmlərinin işləməsini, kranlarının əsas detallarının və mexanizmlərinin yoxlanmasını, bərkidilməsini və yağlanmasmı, təmin edir, kranaltı yolların və sökülə bilən mexanizmlərin texniki vəziyyətinə nəzarət və sair işləri həyata keçirir. Hidravlik və hidravlik-çilingərlər də Cəmiyyətin Poladəritmə və Yayma sexlərində isti və zərərli iş şəraitində bütün növ hidravlik və pnevmatik avadanlıqlarının vaxtında təmir edilməsi, avadanlıqların işləmə qabiliyyətinin, əsas detallarının və mexanizmlərinin yoxlanması, təmir olunan hidravlik və pnevmatik avadanlıqlarının sınaqdan keçirilməsi, istehsalat üzrə işçilərə təhvil verilməsi, sahələrdə olan avadanlıqların, alətlərin, tərtibatların düzgün istismar olunması, onlara texniki qulluq edilməsi və sair işləri həyata keçirir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, İddiaçı qeyd edilən peşələr üzrə əmək fəaliyyəti Poladəritmə və Yayma sexlərində isti və zərərli iş şəraitində yayma və poladəritmə avadanlıqlarına xidmət etməklə bağlı olmuşdur. "X7" QSC Azərbaycan Respublikasında Metallurgiya Sənayesində aparıcı rol oynayan, eyni zamanda ən böyük X3. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. İddiaçı işlədiyi müddət ərzində bütün iş vaxtını isti və zərərli iş şəraitində-Polad və ferroərintilər istehsalatı sahələrində və eyni zamanda Yayma sexlərində keçirmişdir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən İddiaçı tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilmişdir və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi X4 məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-İ- 204479/2024 nömrəli imtinası, ИТ-İ №0436030 nömrəli əmək kitabçasının surəti, arayışlar, cavabdehin etirazı,və digər sənədlər təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir.
1. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
2. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
3. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması.
4. İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur və 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur.
5. Cavabdeh iddiaçının tələb olunan yaş həddinə, yəni 60 yaşına çatmasını və həmin vaxt azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Qeyd edilən hallar iş materiallarında olan sənədlərə əsasən də sübuta yetirilir və işin mübahisə edilməyən hallarına aiddir.
6. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının güzəştli iş stajına malik olmaması barədədir.
7. İddiaçı işlədiyi peşələrin zərərli peşə olmasını iddia edərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh orqan isə yalnız mexanik vəzifəsinin Siyahıda nəzərdə tutulduğunu əsas gətirərək, iddiaçının 12 il 6 aydan az dövrü güzəştli staj kimi nəzərə almış, iddiaçının rəhbər mexanik mexanik vəzifələrində işlədiyi digər dövrləri isə onun güzəştli stajı kimi qəbul etməmişdir.
8. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı və qanuni saymır və bununla bağlı aşağıdakıları qeyd edir.
9. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.
10. Məhkəmə hesab edir ki, işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na uyğundur.
11. İddiaçının həmin peşələrdə işlədiyi müddət isə tələb olunan 12 il 6 ay müddətdən çoxdur.
12. Göründüyü kimi, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilir.
13. Məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
14. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
15. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.
16. Məhkəmə qeyd edir ki, cavabdeh orqan etirazda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın metallurgiya istehsalatı bölməsinin (3) polad və ferroərintilər istehsalatı metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması bəndinin (3.2) fəhlələr yarımbəndində (a) və polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndinin (3.6) fəhlələr yarımbəndində (a) təmirçi çilinqərlər vəzifəsi nəzərdə tutulmasına istinad etəs də, məhkəmənin sorğusu ilə əldə edilmiş X7-nin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2009-cu il tarixində "X7" QSC-nin (bundan əvvəl "X7" MMC-nin) Mexaniklər xidmətinə hidravlik-çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. İddiaçı ilə xx.xx.2021-ci il tarixində yenidən əmək müqaviləsi bağlanaraq Təmir-tikinti və rekonstruksiya işləri şöbəsinə hidravlik-çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixində Mexaniklər xidmətinə keçirilmişdir, xx.xx.2024-cü il tarixində Mexaniklər xidmətinin Poladəritmə və Yayma sexlərinin hidravlik təsərrüfatı sahəsinə hidravlik-çilingər vəzifəsinə keçirilmişdir və hal-hazıradək həmin xidmətdə əmək fəaliyyətini davam etdirir. Qeyd edilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı" nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 2. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər" (2040200a —18559) və həmin Qərarın "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı" nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 2. Polad və ferroərintilər istehsalatı (metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması) bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları" (1030200a — 1753a) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2. Polad və ferroərintilər istehsalatı (metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması) bəndinin a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları" və 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər" peşələri ilə eynilik təşkil edir.
17. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.
18. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı 01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva