Məhkəmə qərarları › İş №2-1(114)-204/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-204/2021

01.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-204/2021 01.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X11 oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı X7rşı Ağstafa rayon X4 xx xxxxxx 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə JN-6xx xxx 50202018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında yanlışlıqların aradan qaldırılması tələbinə dair inzibati mübahisəyə məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı X7rşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa rayon X4 xx xxxxxx 1997-ci il tarixli 12 nömrəli qərarı ilə JN-6xx xxx 50202018-saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlıqların aradan qaldırılması üçün mərhum anası X3 adının aktda Tamilə kimi, mərhum qardaşı X1 Məhərrəmov ata adının Bəziryan kimi və iddiaçının İddiaçıın soyadının Məhərrəmova ata adının Bəziryan kimi düzəldilməsinin (dsüzəlişlər edilməsinin) 15 saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi X9 məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı X7rşı Ağstafa rayon X4 xx xxxxxx 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə JN-6xx xxx 50202018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında yanlışlıqların aradan qaldırılması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar