Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2042/2024 26.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı doğum akt qeydlərinə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə (üçüncü şəxs X5) qarşı doğum akt qeydlərinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Doğum haqqında xx.xx.2018-ci il tarixli **********1082018 nömrəli akt qeydinə və 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2018ci il tarixli Forma-4 arayışına əsasən X6 xx.xx.2018-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə **********1082018 nömrə ilə qeyd aparılmışdır.
2. Doğum haqqında xx.xx.2020-ci il tarixli **********1052020 nömrəli akt qeydinə və 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli Forma-4 arayışına əsasən X9 xx.xx.2020-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə **********1052020 nömrə ilə qeyd aparılmışdır.
3. Nikah haqqında xx.xx.2021-ci il tarixli П-ВГ 784304 nömrəli şəhadətnaməyə əsasən X5 ilə İddiaçı xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşlar.
4. 17.10.2023-cü il tarixli ** AA ***0989 nömrəli notarial qaydada təsdiqlənmiş razılıq ərizəsindən görünür ki, X5 və İddiaçı azyaşlı uşaqları xx.xx.2018-ci il təvəllüdlü X2 (təkrar doğum haqqında şəhadətnamə AZ-Y 926348. Akt qeydi 3262. Akt qeydi tarixi xx.xx.2018-ci il. Azərbaycan Respublikası Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixində verilmişdir) soyadının X7 və xx.xx.2020-ci il təvəllüdlü X4 (təkrar doğum haqqında şəhadətnamə AZ-F 926353. Akt qeydi 1931, Akt qeydi tarixi xx.xx.2020ci il, Azərbaycan Respublikası Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdində verilmişdir) soyadının X1 dəyişdirilməsinə razılıq vermişlər.
5. İddiaçı nümayəndəsi Nümayəndə doğum haqqında akt qeydlərində düzəliş edilməsi ilə bağlı 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə etdiyi müraciətə həmin orqanın xx.xx.2024-cü il tarixli 3-16-5/8-15/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən Azərbaycan Respublikasının vətəndaşları "-ov" "-yev", sonluqlu soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "- lu", "-lü"), "-zadə", "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Odur ki, Məsimli Ruslan və Məsimli Fidanın soyad sonluqlarının milli sonluqdan "-ov" "-yev" sonluğuna dəyişdirilməsi imkanımız xaricindədir.
6. Məhkəmənin sorğusuna 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-8xx-xx/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-16-5/80-1592/13-24 nömrəli cavab məktublarında bildirilmişdir ki, vətəndaş Nümayəndə 1 saylı Gəncə regional "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə bacısı övladlarının soyadının Məsimlidən Məsimova dəyişdirilməsi barədə rəsmi müraciət etmişlər və onlara bu haqda rəsmi cavab verilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən Azərbaycan Respublikasının vətəndaşları "-ov" "-yev", sonluqlu soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "-lu", "-lü"), "-zadə", "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. II. Məhkəmədə icraat
7. İddiaçı X10 cavabdeh 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, övladları – xx.xx.2018-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X4 doğum şəhadətnaməsində soyadın sonluğunun dəyişdirilərək “Məsimov” kimi yazılmasının 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xx.xx.2018-ci il tarixdə X6, xx.xx.2020-ci il tarixdə X9 adlı iki uşağı anadan olmuşdur. Uşaqlarına doğum şəhadətnaməsi alarkən uşaqlarının soyadı “Məsimli” kimi yazılmışdır, hazırda o və uşaqları Rusiya Federasiyasında yaşayırlar. Uşaqlarının soyadı onun soyadından fərqli olduğundan hər zaman problemlə qarşılaşır. Buna görə də uşaqlarının soyadının sonluğunun dəyişdirilməsi üçün cavabdeh orqana müraciət etsə də, bundan imtina etmişlər və onun məhkəməyə müraciət etməli olduğunu bildirmişlər.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
10. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, xx.xx.2018-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X4 doğum akt qeydlərinə düzəliş edərək, soyadlarının müvafiq olaraq “Məsimov” və “Məsimov” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
14. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə X5 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
19. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh məhkəməyə ünvanlayaraq, iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə baxışında iştirak edə bilməyəcəklərini nəzərə alaraq, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmiş, üçüncü şəxs isə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
20. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iclasa gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. İddiaçının nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
22. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Nikah haqqında xx.xx.2021-ci il tarixli П-ВГ 784304 nömrəli şəhadətnaməyə; - Doğum haqqında xx.xx.2018-ci il tarixli **********1082018 nömrəli akt qeydi və 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli Forma-4 arayışı; - Doğum haqqında xx.xx.2020-ci il tarixli **********1052020 nömrəli akt qeydi və 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli Forma-4 arayışı; - 17.10.2023-cü il tarixli ** AA ***0989 nömrəli notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi; - 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-15/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-8xx-xx/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-16-5/80-1592/13-24 nömrəli cavab məktubları.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
24. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
25. İş materiallarından müəyyən olur ki, İddiaçı ilə X3 faktiki birgə yaşayışlarından xx.xx.2018-ci il tarixdə Ruslan adlı, xx.xx.2020-ci il tarixdə isə Fidan adlı iki uşaqları anadan olmuşdur.
26. Ruslan adlı uşağın doğumu xx.xx.2018-ci il tarixdə, Fidan adlı uşağın doğumu xx.xx.2020-ci il tarixdə qeydə alınmış və akt qeydləri tərtib edilən zaman ata ilə ananın rəsmi nikahı olmamış, uşaqların atalığı müəyyən olunmamış, ata haqqında məlumatlar ananın deməsinə görə (ərizəsi əsasında) yazılmışdır.
27. Həmin uşaqların anasının soyadının “Məsimova” olmasına baxmayaraq, uşaqların doğumu barədə akt qeydini tərtib edən qeydiyyat orqanı uşaqların hər ikisinin də soyadını “Məsimli” kimi qeyd etmişdir.
28. Hazırda uşaqların anası olan iddiaçı uşaqların soyadının onun soyadından fərqli, yəni “Məsimli” kimi qeyd edilməsinin problemlər yaratdığını əsas gətirməklə, doğum haqqında akt qeydlərinə düzəliş edilməsi ilə bağlı 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmiş və həmin orqanın xx.xx.2024-cü il tarixli 3-16-5/8-15/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən Azərbaycan Respublikasının vətəndaşları "-ov" "-yev", sonluqlu soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "- lu", "-lü"), "-zadə", "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Odur ki, Məsimli Ruslan və Məsimli Fidanın soyad sonluqlarının milli sonluqdan "-ov" "yev" sonluğuna dəyişdirilməsi imkan xaricindədir.
29. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın hərəkətləri və imtinası əsassız olmuşdur.
30. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X12 adlı uşaqların doğum akt qeydini tərtib edərkən onların soyadlarını Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən “Məsimli” kimi qeyd etmişdir.
31. Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 nömrəli Qərarı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının vətəndaşları "-ov" "-yev", sonluqlu soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "- lu", "-lü"), "zadə", "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.
32. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Maddə 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın xx.xx.2011-ci il tarixədək qüvvədə olan redaksiyasına görə: Bənd 1.16. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı Azərbaycan Respublikasının vətəndaşları soyadlarını dövlət dilinə uyğunlaşdırmaq məqsədilə, soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və şəhadətnamələrdə soyadlarını müəyyən olunmuş yeni ifadə formalarında qeyd etdirə bilərlər.
34. Lakin 5 iyul 2011-ci il tarixli 108 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 737) ilə 1.16-cı bənd çıxarılmışdır.
35. Göründüyü kimi, İddiaçı ilə X3 faktiki birgə yaşayışlarından doğulmuş xx.xx.2018-ci il tarixdə Ruslan adlı, xx.xx.2020-ci il tarixdə isə Fidan adlı uşaqların atalığı müəyyən edilmədiyinə görə və analarının soyadı “Məsimova” olduğuna görə, onların doğum akt qeydləri tərtib olunan dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq soyadları “Məsimov” və “Məsimova” kimi qeyd edilməli olmasına baxmayaraq, qeydiyyatı aparan qeydiyyat orqanı onların soyadlarını Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən “Məsimli” kimi qeyd etmişdir.
36. Halbuki, ailə qanunvericiliyinə görə adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda isə adıçəkilən uşaqların doğum akt qeydləri tərtib olunan dövrdə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı Azərbaycan Respublikasının vətəndaşlarının soyadlarını dövlət dilinə uyğunlaşdırmaq məqsədilə, soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və şəhadətnamələrdə soyadlarını müəyyən olunmuş yeni ifadə formalarında qeyd etdirə bilmələrinə dair” müddəa mövcud olmamışdır. Bu barədə əvvəllər mövcud olmuş norma sonradan ləğv edilmiş, yəni doğum akt qeydləri tərtib edilən zaman mövcud olmamışdır. Mövcud olan qanunvericilik normaları isə doğulmuş uşağın atalığı müəyyən olunmadıqda uşağa soyadın ananın soyadına görə verilməli olmasını müəyyən etmişdir.
37. Ona görə də, məhkəmə hesab edir ki, qeydiyyat orqanın hərəkətləri qeyriqanuni olmuşdur.
38. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...
40. Məhkəmə yekunda müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə qənaətə gəlir edir ki, qeydiyyat orqanının iddiaçının övladlarının doğum akt qeydlərində onların soyadlarının analarının soyadlarından fərqli qeyd edilməsi barədə hərəkətləri qanunsuz olduğundan cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir.
41. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlir.
42. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 doğum akt qeydlərində düzəliş edilərək, soyadlarının müvafiq olaraq “Məsimov” və “Məsimova” kimi qeyd edilməsi öhdəliyi cavabdeh 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva