Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2044/2024 25.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müraciətə cavab verilməsi” tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək fiziki və mənəvi işgəncəyə məruz qalmağlarının nəticəsi olaraq etdikləri şikayətə qanunvericiliyə uyğun şəkildə baxılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı2 ailəsinin dolanışığını təmin etmək üçün Kamaz markalı ** BD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhərindən Gəncə şəhərinə mişar daşı daşımaqla məşğuldur, Həmçinin İddiaçı1 ailəsinin dolanışığını təmin etmək üçün həmin Kamaz markalı ** BD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhərindən Gəncə şəhərinə mişar daşı daşımaqla məşğuldur. İddiaçı2 xx.xx.2023-cii il tarixdə saat 11-12 radələrində nəqliyyat vasitəsi mişar daşı ilə yüklü vəziyyətdə Qaradağdə yerləşən polis postundan keçərkən polis əməkdaşları tərəfindən "saxla" əmri verilmiş və o, nəqliyyat vasitəsini dərhal saxlayaraq nəqliyyat vasitəsinin sahibi olan qardaşı Rəşada zəng açmaq niyyəti ilə sükanın arxasını tərk etmədən bir az ləngiməli olmuş, bundan sonra “nə üçün sükan arxasında oturmusan və bizim əmrimizə uyğun davranmırsan ifadələri altında onu nəqliyyat vasitəsinin kabinasında döyməyə başlamışlar sonra isə öz postlarına apararaq əllərimi arxa tərəfə burmaqla və insan ləyaqətini alçaldan vəziyyətə gətirməklə ailə üzvlərinin ünvanına çox ləyaqətsiz söyüş ifadələri işlətməklə ona lazımı qədər bədən xəsarəti yetirdikdən sonra Qobustan rayonunun 11-ci polis bölməsinə apardılar və telefonumu əlimdən almaqla xarici aləmlə əlaqə yaratmağını mümkünsüz etmişlər. Daha sonra onu Qaradağ rayon Məhkəməsinə apararaq hakim tərəfindən ona İXM-nin 510-cu maddəsinə uyğun olaraq 200 (iki yüz) manat həcmində inzibati cərimə məbləği tətbiq etmişlər. O, polis bölməsində olarkən aldığı bədən xəsarətinə görə Məhkəmə Tibbi Ekspertizadan keçirilməmi tələb etsə də, polis əməkdaşları buna imkan yaratmamışdır. Məhkəmə ərizə və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə iddiaçıya xx.xx.2024-cü il tarixli sərəncam göndərilərək, məhkəməyə təqdim edilmiş iddia ərizəsindəki iddia tələbi tam aydın olmadığı, beləki cavabdehlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hansı müraciətlərinə (şikayətinin məzmunu və tarixi) cavab verilməsini öhdəliyinin qoyulması qeyd etməməsi bildirilərək eyni tələblə cavabdehlərə müraciət etməyi eləcə də cavabdehlərin ona ünvanladığı cavabı məhkəməyə təqdim etməyi təklif edilərək yuxarıda qeyd edilən hal ətraflı şəkildə izah edilmiş və yol verilən xətaların aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Lakin həmin müddət daxilində iddiaçı tərəfindən sərəncama əməl edilməmiş, xətalar və çatışmazlıqlar aradan qaldırmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3). İPM-in 46.3cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). Göründüyü kimi, iddiaçının ərizəsi İPM-nin 46-cı maddəsinin tələblərinə cavab verməmişdir. Məhkəmə tərəfindən ona edilən yardıma baxmayaraq iddiaçı tərəfindən məhkəmənin göstərişləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “fiziki və mənəvi işgəncəyə məruz qalmağlarının nəticəsi olaraq etdikləri şikayətə qanunvericiliyə uyğun şəkildə baxılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2044/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2044/2024
25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver