Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2045/2023 17.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 hüquqi şəxsinə qarşı qərarın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 hüquqi şəxsinə qarşı Tibbi Sosial Ekspert Komissiyasının ona ll dərəcəli əlillik təyinatına dair xx.xx.2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək həmin qərarın ləğv edilməsi və ona xx.xx.2021-ci il tarixdən etibarən l dərəcə əlillik təyin edilərək müavinətin həmin tarixdən etibarən hesablanaraq ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.2022-ci il tarixdə “Serebral iflicin digər növü, keçirilmiş uşaq serebral iflicin qalıq əlamətləri. Sağ tərəfli hemiparez” diaqnozu ilə xx.xx.2027-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir.
2. İddiaçı qanuni nümayəndəsi (atası) X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi Sosial Ekspert Komissiyasının ona ll dərəcəli əlillik təyinatına dair xx.xx.2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək həmin qərarın ləğv edilməsi və ona xx.xx.2021-ci il tarixdən etibarən l dərəcə əlillik təyin edilərək müavinətin həmin tarixdən etibarən hesablanaraq ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 X6-Sosial Ekspert Komissiyasının 15 iyun 2022-ci il tarixli qərarı ilə İddiaçı “Serebral iflicin digər növü, keçirilmiş uşaq serebral iflicin qalıq əlamətləri. Sağ tərəfli hemiparez.” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. Lakin bu qanunsuzdur. Belə ki, İddiaçı bundan əvvəl Dövlət Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə “Uşaq serebral iflicinin qalıq əlamətləri sağ tərəfli spasik hemiparez. Ağıl zəifliyi.” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. Komissiyanın həmin qərarı ilə əlillik müddəti (növbəti müayinə tarixi) xx.xx.2021-ci ilədək müəyyənləşdirilmiş və əmək qabiliyyətsiz hesab edilmişdir. 2016- 2021-ci illər ərzində İddiaçı müntəzəm şəkildə müayinə və müalicələri davam etdirilmiş, lakin sağlamlığında heç bir irəliləyiş olmamış, əksinə sağlamlıq vəziyyəti daha da pisləşməyə doğru getmişdir. Ağdam Ruhi-Əsəb Dispanseri tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 1792 nömrəli tibbi rəydə "MSS-nin üzvü xəstəliyi nəticəsində intellektin ləngiməsi, şəxsiyyət dəyişməsi ilə, ağır dərəcəli əqli gerilik." diaqnozu qoyulmuşdur. Serebral iflic xəstəliyinin, xüsusən də uşaqlıqdan serebral iflic xəstəliyinin sağ tərəfli hemiparezlə müalicəsi mümkünsüzdür. Buna görə onun uşaqlıqdan serebral iflic, sağ tərəfli hemiparez və ruhi-əsəb xəstəlikləri kompleks halında nəzərə alınmaqla hazırkı sağlamlıq vəziyyəti ilə ona İ dərəcəli əlillik təyin edilməli və tam əmək qabiliyətsiz şəxs kimi qiymətləndirilməli idi. Həmçinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli müayinənin nəticəsinə dair imtinasının səbəbi kimi "Əlavə müalicəyə ehtiyacın olması. Xəstənin əlavə ixtisaslaşmış statsionar müayinə və müalicəyə ehtiyacının olması", xx.xx.2022-ci il tarixli müayinənin nəticəsinə dair imtinasının səbəbi kimi "Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: TSERAS-a səhiyyə müəssisəsi tərəfindən göndərilən F88-də xəstənin hazırkı vəziyyəti, ətraflarda əzələ gücü, köməkçi diaqnostik müayinələr tam yazılmayıb. Araşdırılsın.", xx.xx.2022-ci il tarixli müayinənin nəticəsinə dair imtinasının səbəbi kimi "Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: "Pulsuz dərman alan ruhi-əsəb xəstələrin reyestrində yoxdur" göstərilmişdir. Bütün bu imtina səbəblərini əsassız və qanunsuz hesab edir. Çünki, oğlunun 1,5 yaşından etibarən serebral iflic xəstəliyindən əziyyət çəkməsinə, müayinə və müalicə olunmasına dair müvafiq sənədlər təqdim olunsa da cavabdeh orqan tərəfindən buna məhəl qoyulmamışdır.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
5. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin mümkünlük iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmiş, həmçinin iddiaçının mobil nömrəsinə Elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş sms-xəbərdarlıq ona çatdırılmışdır.
6. İddiaçı və özünü onun qanuni nümayəndəsi qismində təqdim edən atası X4 məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
7. Məhkəmənin təklifinə baxmayaraq, İddiaçı xəstəliyinə görə sağ əli işləmədiyinə görə iddia ərizəsini imzalaya bilməyəcəyini bildirmişdir.
8. Eyni zamanda iddiaçının qanuni nümayəndəsi qismində məhkəməyə gələn atası X3 İddiaçı Dəmirxan oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair məhkəmə qətnaməsini və ya oğlunun adından iddia ərizəsini imzalamaq səlahiyyətinə dair ona verilmiş etibarnaməni təqdim etmək təklif edilmiş, sonuncu belə bir məhkəmə qətnaməsinin və etibarnamənin mövcud olmadığını, oğlu Sənanın xəstəliyi ilə əlaqədar sağ qolu iş funksiyasını itirdiyindən ərizəyə imza ata bilmədiyinə görə onun əvəzindən iddia qaldıraraq, ərizəni imzaladığını bildirmişdir.
Əsaslandırma hissəsi:
9. Məhkəmə, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
10. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı qanuni nümayəndəsi (atası) X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 hüquqi şəxsinə qarşı Tibbi Sosial Ekspert Komissiyasının İddiaçı ll dərəcəli əlillik təyinatına dair xx.xx.2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək həmin qərarın ləğv edilməsi və ona xx.xx.2021-ci il tarixdən etibarən l dərəcə əlillik təyin edilərək müavinətin həmin tarixdən etibarən hesablanaraq ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair iddia ərizəsi ilə İİ dərəcəli əlil, serebral iflic və ruhi əsəb xəstəsi olan oğlunun mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmiş və ərizəni də o imzalamışdır.
11. Halbuki, prosessual qanunvericiliyə görə tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxs mülki-prosessual fəaliyyət qabiliyyətinə malikdir və öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə özü müraciət etməlidir. Qanunvericilik başqa şəxsin hüquq və mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən məhkəmədə iddia qaldırıla biləcəyini təsbit etsə də, bu yalnız o halda mümkün ola bilər ki, qanunda nəzərdə tutulmuş olsun. Yəni, yalnız qanunda nəzərdə tutulan hallarda belə müraciətlərə yol verilir və yalnız qanunun müvafiq normasında göstərilən hüquqi və fiziki şəxslər, dövlət orqanları malikdirlər. Başqa şəxsin hüquq və mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs dedikdə, qanuni nümayəndə və ya nümayəndə nəzərdə tutulmur.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə: Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. Maddə 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Maddə 72.1. Fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər.
14. Hazırkı işdə də İddiaçı xx.xx.1985-ci il təvəllüdlü olmaqla, yetkinlik yaşına çatdığından tam həmcdə prosessual fəaliyyət qabiliyyəti əldə etmişdir. Onun atası X2 qanuni nümayəndə kimi onun adından iddia qaldırması üçün İddiaçı fəaliyyət qabiliyyəti olmayan (Əmirxan Abbasov oğlunun ruhi əsəb xəstəsi olmasına istinad edir) şəxs olmalıdır ki, bu da ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyinə və hərəkətlərinə rəhbərlik edə bilmədiyinə görə məhkəmə tərəfindən qətnamə çıxarılması nəticəsində ola bilər və hazırkı materiallarda da belə bir qətnamə mövcud deyil.
15. Məhkəmənin təklifinə baxmayaraq, iddiaçı xəstəliyinə görə sağ əli işləmədiyinə görə iddia ərizəsini imzalaya bilməyəcəyini bildirmişdir.
16. Eyni zamanda iddiaçının qanuni nümayəndəsi qismində məhkəməyə gələn atası X4 da oğlu Sənanın xəstəliyi ilə əlaqədar sağ qolu iş funksiyasını itirdiyindən ərizəyə imza ata bilmədiyinə görə onun əvəzindən iddia qaldıraraq, ərizəni imzaladığını bildirmişdir.
17. Məhkəmə bununla bağlı isə qeyd edir ki, istinad edilən halda iddiaçının atasının ona verilmiş etibarnamə əsasında iddiaçının nümayəndəsi qismində iddia ərizəsini imzalamaq, onu məhkəmədə təmsil etmək və s. kimi prosessual fəaliyyət həyata keçirmək hüququ ola bilər. İddiaçı xəstəliyinə görə etibarnaməni imzalaya bilmədiyi hallar isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 22-ci bəndində təsbit edilmişdir. Həmin bəndə görə, şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun eləcə də xüsusi notariusun köməkçisinin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir.
18. Məhkəmə qeyd edir ki, İddiaçı yetkinlik yaşına çatmış tam fəlaiyyət qabiliyyətli şəxs olduğundan və X2 oğlu İddiaçı hüquqlarının müdafiəsi üçün onun adından iddia qaldırmaq səlahiyyəti olmadığından hazırkı iddia ərizəsi mümkün sayılmamalıdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə: Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddiaərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülşən Əliyeva