Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2046/2020 12.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «VM Petrol» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2020-ci il tarixli **********255300 saylı Qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə məhkəmə hazırlıq iclasında məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı «VM Petrol» Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə iddiaçı) cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2020-ci il tarixli **********255300 saylı Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 eyni tələb üzrə iddianın mümkün sayılmaması barədə məhkəmənin qərardadının mövcud olduğunu bildirərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini, ona əlavə olunmuş sənədləri, habelə xx.xx.2020-ci il tarixli 2-1(114)-1723/2020 nömrəli iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, iddiaçı eyni iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin iş üzrə müddətin bərpasına dair ərizə təmin edilməmiş və iddia mümkün sayılmamışdır. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı eyni tələblə yenidən məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı «VM Petrol» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2020-ci il tarixli **********255300 saylı Qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan:Gəncə şəhəri, H.Əliyev pr 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-2046/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2046/2020
12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver